Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən, 
Bir günəşin eşqindən zərrəcə məst deyilsən. 
Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı. 
Bu dünyaya uymadan tərk edəsən dünyanı s. 81 Gəncəvi N. Sirlər xəzinəsi. Filoloji 
tərcümə. Bakı, Elm, 1981. 
 
Lalənin atəşgahı ‐ laləzardır burada. 
Hindli atəşpərəstdir, yanıb çatıb murada.s. 33 S.X. 
Hörmüz ki, söz deməyə başladı,  
lahi biliyin qapısını açdı. 
Hər dediyinə bir dəlil gətirdi, 
Elə  bir  dəlil  ki,  nur  kimi  gözlərdə  və  ürəklərdə  yer  tapdı  s479.    Gəncəvi  N. 
sgəndərnamə. Filoloji tərcümə. Bakı, Elm, 1983. 
 
sadilli, birgünlük süsən necə nəşəli, 
Musanın əli kimi olub sübhün məşəli. s. 33 S.X. 
Sular şölə saçırdı Musanın əlləritək. səh. 35 S.X. 
Nizami  Gəncəvi  insanlığa  səadət  və  xoşbəxtlik,  dinclik  və  əmin-amanlıq 
gətirən bir quruluş arzulayır və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini 
düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir edilmişdir. Şairin xəyali 
ölkəsində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə yaşayırlar, hamının da 
hüquqları  bərabərdir.  Bu  ölkədə  sürülər  çobansız,  evlər  qıfılsız,  bağlar 
gözətçisizdir.  Nizaminin  təqdimində  sgəndər  ədalətli  hakim,  mütəfəkkir  alim, 
humanist-mötəqid şəxsiyyət və rəşadətli qəhrəmandır. Nizaminin  sgəndəri yalnız 
öz vətəninin ədalətli hökmdarı deyil, ümumbəşəriyyətin səadəti haqqında düşünən, 
bütün insanlar üçün gözəl həyat arzulayan və bu arzular uğrunda mübarizə aparan 
bir dövlət başçısıdır. 
Ş
airə görə: 
Bəşəriyyəti əsl səadətlə yeganə hakimi həqiqət olan, 
Büz ilqar, düz inam əsasında qurulmuş cəmiyyət təmin edə bilər. 
 
Insanlığın  şərəfini  biliyi  sevməkdə,  fərdin  səadətini  cəmiyyət  üçün 
çalışmaqda  görən,  hissənin  mənafeyini  tamın  salamatlığında  axtaran  şair  dövləti 
ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir 
"Sirlər xəzinəsi" poemasından aşağıdakı beytlərə diqqət yetirək:  
 
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni, 
Ə
dalət səadətlə abad eylər ölkəni. s.47 


 
Bu dünyanın nəbzini kim tutsa  sa kimi 
nsafı, mürvətiylə olar dünya hakimi. 
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət, 
Yer üzünün fatehi ədalətdir, ədalət! 
Ə
dalətin ‐ müjdəçi, bu dünyanı şad eylər, 
Ə
dalətin işidir, ‐ ölkəni abad eylər. 
Məmləkətin dayağı ədalətdir hər zaman, 
Ə
dalətlə  nəsibin  səadətdir  hər  zaman  48.  Gəncəvi  N.  Sirlər  xəzinəsi.  Filoloji 
tərcümə. Bakı, Elm, 1981. 
Adam yemək üçün gəlməyib, o, fərasətli və ağıllı işlər üçün (bu dünyaya) gəlib” 
40deyən şair bəşər övladının digər varlıqlardan fərqli olaraq başlıca missiyasının 
aləmin sirrini öyrənmək, araşdırmaq və axtarmaq olduğunu vurğulayır: 
 
Təbiətlərin  yoğrulduğu mayadan 
Bizim üçün başqa varaq yazıblar ki, 
Diqqətlə baxaq, sirri axtaraq,  
ş
in tel ucunu (mənşəyini) tapaq. 
Yeri də, göyü də gərək, 
Birər-birər bunu da, onu da araşdıraq. 
(Bilək  ki)  bu  iş,  bu  hikmət  nə  üçündür.s44  Gəncəvi  N.  Yeddi  gözəl.  Filoloji 
tərcümə. Bakı, Elm, 1983. 
 
Y.E.Bertels  " skəndərnamə"  əsərinin  müqəddiməsində  yazır:  " skəndərin 
həyatını təsvir edərkən qarşısına yalnız  ran aristokratiyasının intereslərinə xidmət 
etmək  vəzifəsini  qoyan  Firdovsinin  əksinə  olaraq,  Nizami  Azərbaycanın  bütün 
xalqları tərəfindən qəbul ediləcək bir kitab yaratmaq istəyir" 
 
Y.E.Bertels  yazır:  " skəndər  bütün  xalqlarla  ədalətli  rəftar  edir.  O,  heç  bir 
xalqı  başqasından  üstün  tutmur,  onun  üçün  hamı  birdir,  o,  ran  əyanları  ilə  də, 
Azərbaycan padşahı (Nüşabə) ilə də, Çin xaqanı ilə də eyni asanlıqla dostlaşır. Bu 
xarakter  skəndərə  şair  tərəfindən,  əlbəttə,  özünün  arzu  etdiyi  bir  xasiyyət  kimi 
verilmişdir". 
Hər  böyük  və  həqiqi  sənətkar  kimi  Nizami  də  millilik  və  vətənsevərlik 
xüsusiyyətini  daşımaqla  bərabər,  yaratdığı  ədəbi  obrazlarla  təlqin  etdiyi  fikir 
meydanında  milli  çərçivədən  kənara  çıxmış,  bütün  bəşəriyyətə  şamil  olan 
duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və 
ə
srləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü 
tapmağa 
çalışmışdır. 
M.Ə.Rəsulzadə.
Buxarest. 
10/VIII 
– 
1941. 
http://rasulzade.org/books/9_3.html
 
 
Tanınmış  şərqşünas,  akademik  S.Braginski  yazırdı:  “Bir  halda  ki,  milli 
mədəniyyətlər  biri-birindən  fərqlənsə  də,  biz  bəşəriyyətin  inkişafının  tarixi 
qanunauyğunluqları  kimi,  ədəbiyyata  ümumbəşəri  dünya  ədəbi  prosesi  kimi 


baxırıq, cəsarətlə deyə bilərik ki, Nizami poeziyası Şərqdə başlanan, Qərbə yayılıb 
XVII əsrdə  ngiltərəyə və başqa ölkələrə çatan dünya renessansının inkişafında çox 
mühüm mərhələdi. 
6.
  Azərbaycanın sufi mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları. 
 
Orta  yüzilliklərdə  islam  aləmində,  o  cümlədən  Azərbaycanda  geniş  yayılmış 
dini cərəyanlardan biri ideya-nəzəri baxımdan zəngin, eləcə də ritual və ayinlərlin 
çoxluğu və rəngarənkliyi ilə diqqəti çəkən sufizm mühüm əhəmiyyət kəsb edirdi. 
Sufililər başqa dindən olanlara, digər dini inanclara hörmət bəsləyir, hətta başqa 
dindən olanları öz aralarına almaqdan belə çəkinmirdilər. Onlar deyirdilər ki, "nə 
qədər  insan  varsa,  haqqa  da  o  qədər  yol  var"  Böyük  sufi  bilim  adamı  bn  Ərəbi 
deyirdi:  “Mənim  könlüm  istənilən  formanı  gö-türməyə  başlayıb:  o  həm  cüyürlər 
üçün otlaq, həm xristianlar üçün monastır, bütpərəstlər üçünsə məbəddir. O təvat 
edənlər üçün Kəbə, Tövratın, Quranın səhifələridir”. Bütün dinləri bir arada görən 
Mövlana  isə  deyirdi:  “...kafirsən,  müsəl-mansan,  bütpərəstsən,  hətta  din 
düşmənisənsə,  bizim  ümid  qapı-mız  sənin  üzünə  açıqdır,  gəl”,  “...ayrılıq  gediş 
tərzindədir,  yolun  həqiqətində  deyil”.  Hətta  stanbul  civarından  bir  nəfər  keşiş 
onun  müridi  olmuşdu.  Şəms  Təbrizli  isə  bildirirdi:  “Mən  kafirəm,  sən 
müsəlmansan.  Müsəlman  kafirin  içində  amma.  Aləmdə  kafir  hanı?  Göstər,  səcdə 
edim ona. 
Orta əsrlər Azərbaycanın ensiklopedik biliklərə malik şəxsiyyətlərindən biri də 
Mahmud Şəbüstəri idi. Sədəddin Mahmud ibn Əbdül Kərim ibn Yəhya Şəbüstəri 
Təbrizi  1287-ci  ildə  Təbriz  yaxınlığında  yerləşən  Şəbüstərdə  doğulmuşdur.  O, 
ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və s. elmlərlə yanaşı, sufizmin də ən 
görkəmli  nəzəriyyəçilərindən  biri  olmuşdur.  O,  təhsilini  davam  etdirmək  üçün 
ilahiyyat  və  elm  mərkəzləri  kimi  tanınan  Misirdə,  Hicazda,  Suriyada,  raqda  və 
digər ölkələrdə olmuşdur. Şəbüstəri yaradıcılığının çiçəkləndiyi bir dövrdə - 1320-
ci ildə 33 yaşında vəfat etmişdir. Buna baxmayaraq, o, özündən sonra çox zəngin 
bir  irs  qoyub  getmişdir:  “Səadətnamə”,  “Kənzül-xəqaiq”  (“Həqiqətlər  xəzinəsi”), 
“Həqqül-yəqin  fi  Mərifəti  rəbbül  aləmin”  (“Aləmin  yaradıcısını  dərk  etmək  üçün 
şə
ksiz  həqiqətlər”),  “Mirat  ul-mühəqqiqin”  (Həqiqət  axtaranların  güzgüsü)  və 
“Gülşəni-raz” (Sirlər bağçası).Onun sufizmin bir sıra nəzəri məsələlərinin şərhində 
mühüm  rol  oynayan  “Gülşəni-raz”  əsəri  çox  populyarlıq  qazanmış  və  XIV 
yüzillikdən  etibarən  bir  çox  dillərə  tərcümə  olunmuşdur  (1426-cı  ildə  əsər  Şirazi 
tərəfindən  Azərbaycan  dilinə  tərcümə  olunmuşdur).  Bu  əsərin  populyarlığını  və 
ə
həmiyyətini  təsdiq  edən  faktlardan  biri  də  odur  ki,  bu  əsərə  zaman-zaman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə