Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

“Qafqazda pravoslavlığı yayan cəmiy-yət” öz xidmətini göstərir, ölkə quberniyalarında 
pravoslav  kilsələri  salınır.  Xris-tian  kilsələrinin  sürətlə  salınması,  xüsusən  Bakı 
şə
hərində  özünü  daha  qabarıq  şəkildə  göstərir.  Burada  xristian  abidələrinin  salınması 
rus  xristian  əhalinin  etiqadı  üçün  şəraitin  yaranması  məqsədini  də  güdürdü.    Belə  ki, 
neft  kapitalının  sıçrayışlı  inkişafı    şəhərdə  demoqrafik  “partlayış”a  səbəbə  olur.  Və  
1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakı  əhalisi  içərisində birinci yeri ruslar, 
76.228 nə-fərlə, tutur. Bu ilin göstəricilərinə görə şəhərdə 17 pravoslav xristian kilsəsi 
fəaliyyət  göstərirdi.  Beləliklə,  Rusiya  imperiyasının  işğalı  nəticəsində  köhnə  Bakının 
Şə
rq  mədəniyyəti  ilə  Avropa  mədəniyyətinin  çulğalaması  prosesi  mərhələsi 
başlanmışdı. 
 
      Ruslaşdırma siyasəti. 
Xristianlaşdırma  siyasəti  ilə  paralel  olaraq,  mütləqiyyət  Şimali  Azərbay-cana 
Rusiya imperiyasının mərkəzi quberniyalarından rus əhalisini də köçürürdü ki, məqsəd  
ölkənin  köklü  əhalisini,  azərbaycanlıları,  assimilyasiyaya  uğratmaq,  bu  müsəlman 
torpaqlarını  imperiya  çərçivəsində  “əritmək”  idi.  Ruslaşdırma  siya-sətini  XIX  əsrin 
birinci  otuzilliyindən  aparan  mütləqiyyət,  Rusiya  dövlətçiliyi  üçün  təhlükə  amili  kimi 
qəbul  edən  rus  təriqətçilərini  Şimali  Azərbaycana  köçürsə  də,  lakin  XIX  əsrin üçüncü 
otuzilliyindən  etibarən  pravoslavlığın  yayılmasında  rus  təriqətçilərinin  deyil,  rus 
pravoslav  əhalisinin  önəmli  rol  oynadığını  əsas  götürüb,      pravoslav  rusların  bölgəyə 
köçürülməsinə  üstünlük  verir.  Nəticədə,  1912-ci  il  üçün  Bakı  quberniyasında  60, 
Yelizavetpol  quberniyasında  isə  29  rus  pravoslav  məskənləri  salınır.  Mütləqiyyətin 
devrilməsi ərəfəsində Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı.  
 
Demoqrafik dəyişikliklər. 
Beləliklə,  XIX  əsrin  birinci  otuzilliyində  Azərbaycan  torpaqlarını  işğal  edən 
Rusiya  imperiyası,  ölkədə  siyasi  hakimiyyətini  bərqərar  etmək  üçün  köçürmə  siyasəti 
apararaq,  əhalinin  etno-konfessional  tərkibində  ermənilərin  sayını  mexa-niki  hərəkətlə 
artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri – almanları və rusları gətirsə də, 
Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin etno-konfessional tərkibində dominant 


olaraq  qalmış,  Azərbaycan  xalqı  özünün  tarixi  torpaqlarında  yaşamaqda  davam  etmiş, 
özünün  mentalitetini,  maddi-mənəvi  mədəniyyətini,  etnik  özünüdərkini,  konfessional 
toleyrantlığını  qoruyub  saxla-yaraq,  Şərq-Qərb  mədəniyyətlərinin  sintezi  prosesində 
özünəməxsus rol oyna-mış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir. 
 
Azərbaycan xeyriyyəçiləri.  
Ruslaşırma və xristinlaşırma siyasətini aparan Rusiya imperiyasının məqsədi 
Azərbaycan  xalqını  assimilyasiyaya  uğratmaq  idi.  nqilabaqədərki  Rusiya 
apologetləri  ruslaşdırmanı  Rusiyanın  tərkib  hissəsi  olduğunu  göstə-rərək, 
bildirirdilər ki, bu siyasətin əsas məqsədi qeyri-rusların” ruslar kimi düşünməsi və 
fikirləşməsidir”.  Müstəmləkə  siyasətinin  bütün  ağırlığının  girdabı  içində  qalan 
Azərbaycan öz tarixi özünüdərkini  əsas tutur və XlX əsrin sonlarında kapitalizmin 
inkişaf  mərhələsinə  qədəm  qoyan  ölkə  milli  özünüdərk  oyanışını  yaşayır.  Milli 
özünüdərk  intibahının  ilhamverici  qüvvəsi  Azərbaycan  maarifpərvərləri  və  milli 
burjuaziyanın  nümayəndələri  olur.  Bu  xeyriyyəçilərin  əsas  məqsədi  Rusiya 
imperiyasının müstəmləkə siyasətinin mahiyyətini göstərmək və xalqı oyatmaq idi. 
Bu məqsədlə xeyriyyəçilər mə-dəniyyətin, ədəbiyyatın, elmin, mətbuatın, maarifin 
inkişafına  ciddi  fikir  ve-rirdilər.  Və  cəmiyyətin  bu  aspektlərini  inkişaf  etdirən 
Azərbaycan xeyriyyə-çiləri ölkəni multikultural istiqamətə yönəldirdilər. 
 
Həsən bəy Zərdabi. 
Görkəmli  maarifçi-demokrat,  pedaqoq  və  ilk  Azərbaycan  xeyriy-
yəçilərindən olan Həsən bəy Zərdabi xalqın milli şüurunun oyanmasında dünyəvi 
məktəblərin  açılmasının  zəruriliyini  göstərir  və  bu  ideyanın  təbliği  üçün  vasitə 
olaraq,  milli  mətbuatın  əsasını  qoyur.  Onun  1875-ci  ildə  təsis  et-diyi  "Əkinçi" 
qəzeti  demokratik  və  maarifpərvər  ideyaların  təbliğat  alətinə  çevrilir.  Bu  qəzetin 
mənəvi varisləri "Ziya", "Ziyayi Qafqaziyyə" və "Kəşkül" qəzetləri olur. 
Hacı Zeynalabdin Tağıyev. 


Azərbaycan  milli  burjuaziyanın  görkəmli  nümayəndəsi,  1873-cü  ildə  Bakı 
nefti ilə milyonlara sahib olan Hacı Zeynalabdin Tağıyev öz xeyriy--yəçiliyi ilə də 
seçilmişdir.  Onun  adı  qızlar  məktəbi  ilə  də  bağlıdır.  Xalqının  gələcək  inkişafını 
maarifdə,  tərəqqidə  görən  uzaqgörən  xeyriyyəçi  qızların  təhsilinə  xüsusi  diqqət 
yetirmişdir.  O,  Bakıda  ilk  qızlar  məktəbini  açır.  Və  bu  məktəbin  xərcini  ödəmək 
üçün  banka  150.000  man.  pul  qoyur.  Bina  1898-ci  ildən  tikilməyə  başlayır  və 
1900-cü  ildə  hazır  olur.  Bu  məktəb  184.000  man.  başa  çatır.  Bu  binanın  memarı 
polyak  Qoslavski  idi.  Məktəb    Nikolayevski(  indiki  stiqlal,  hazırda  AMEA-nın 
Ə
lyazmalar fondunun binası) küçəsində yerləşirdi.  
 Qaraguruhçu  ruhanilərin  ciddi  müqaviməti  ilə  üzləşən  Tağıyev  Quran 
ayələri əsasında göstərir ki, islam dini müslimələrin də biliklərə yiyələnmələrinin 
vacibliyini  göstərir.  Hacının  səyləri  öz  nəticəsini  verir.  Qız-lar  məktəbində  ilk 
dərslər  1901-ci  ilin  sentyabrın  7-də  başlanır.  58  şagird-dən  35-i  kasıb  ailədən 
olduğu üçün böyük xeyriyyəçi onları öz hesabına oxutdurmuşdu.  
 
***                           ***                         ***               *** 
Azərbaycan  xeyriyyəçiləri  qəzalarda  da  fəaliyyət  göstərir,  Rusiya  im-
periyasının  Azərbaycan  torpaqlarında    apardığı  xristianlaşdırma  siyasətinə  qarşı 
mübarizəni,  islam  dəyərlərinin  xalqın  mənəviyyatında  dominant  rol  oynaması 
üçün, yeni məscidlər salmaqda görürdülər. Bunların sırasında 1870-ci ildə Şamaxı 
şə
hərində  memar  Kazım-bəy  Hacıbabayevin  layihəsi  əsasında  salınmış 
Təzəməscidi  göstərmək  olar  ki,    bu  məscidin  salınması-na  xeyriyyəçi  tacir  Hacı 
Məmməd  Rza  vəsait  ayırmış,  100  min  rubl  pul  qoymuşdu.  B  illərdə  əyalət 
xeyriyyəçiləri  başqa  qəzalarda  da  məscidlər  tik-dirirdilər.  1854-cü  ildə  Quba 
qəzasında  Səkinə  xanım  məscid  tikdirir.  1877-1878-ci  illərdə  srafil  bəy 
Yadıgərzadə  Gəncədə  məşhur  orta  əsr  " mam-zadə”  kompleksini  bərpa  etdirir. 
1899-cu ildə  srafil ağa Qazax qəzasında məscid saldırır. 1886-cı ildə,  Gəncədə, 
Cənubi  Azərbaycan  şahzadəsi  Bəh-mən  Mirzənin  qızı  Səbiyyə  xanım  məscid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə