Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

3.
  Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı 2005, s. 13-18 
4.
  Azərbaycan tarixi yeddi cilddə.  kinci cild (III-XIII əsrin birinci rübü). Bakı, 
Elm, 1999, səh. s. 109-149, 255-282  
5.
  Azərbaycan  tarixi.  Uzaq  keçmişdən  1870–ci  iləqədər.  (Red.  S.  Əliyarlı). 
Bakı 1996 səh.132-155; 189-191 
6.
  Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. s.81-
120 
7.
  Əsgər  Əhməd.  XII-XV  əsrlərdə  Аzərbaycanın  mənəvi  mədəniyyət.  Bakı-
2012.s.65-88 
8.
  slam: Tarix. Fəlsəfə.  badətlər. Bakı, Elm, 1994, s. 6 -114; 147 -165 
9.
  H.  manov,  A.  Əhədov.  Orta  əsr  islam  şərqində  fəlsəfi  fikir.  B.:  Bakı 
Universiteti nəşriyyatı,1998 
10.
 Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, s.13-18; 
215; 225-235 
11.
 Xəlildov  S.  Şərq  və  Qərb.  Ümumbəşəri  ideala  doğru.  B.:  Azərbaycan 
Universiteti Nəşriyyatı, 2004, 
 
 
 
 
MÖVZU  3 
 
DINI MÜXTƏLIFLIK VƏ MULTIKULTURALIZM 
 
Ə
lverişli  iqlimə,  münbit  torpaqlara  və  gözəl  təbiətə  malik  Azərbaycan  bütün 
dövrlərdə  cəlbedici  və  diqqət  mərkəzində  olub.  Şübhəsiz  ki,  Azərbaycan 
ə
razilərində  müxtəlif  tarixi  dövrlərdə  çoxsaylı  etnik  və  dini  qrupların 
məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu 
məsələdə  coğrafi  şərait  yeganə  amil  deyil.  Müxtəlif  xalqlara  və  dinlərə  mənsub 
insanların  Azərbaycana  pənah  gətirməsinin  əsas  səbəbi  bu  ölkədə  yaşayan 
insanların  mədəniyyəti  və  onların  xarakterik  keyfiyyətinə  çevrilmiş  tolerantlıq 
xüsusiyyətidir.  Bu,  elə  bir  sərvətdir  ki,  min  illər  boyu  heç  bir  qüvvə  onu 
Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və 
möhkəmlənib. 
Səmavi  dinlərə  qədər  Azərbaycan  ərazilərində  bütpərəstlik  hökm  sürmüşdür. 
Amma  bu  dövrdə  bəzi  inanclara,  xüsusilə,  oda,  suya,  ağaca  və  səma  cisimlərinə 
inam  daha  güclü  olmuşdur.  Min  illərin  keçməsinə  baxmayaraq,  bu  inamın 
ə
lamətləri insanların yaddaşında qalmış və bu gün də onların həyat tərzində özünü 
büruzə  verir.  Məsələn,  ilk  insandan  üzü  bəri  oda  bütün  dövrlərdə  qoruyucu, 
müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər cür çirkinliyi yox etdiyinə 
və  insanlara  təmizlik  gətirdiyinə  inam  bəslənmişdir.  Ümumiyyətlə,  həyatın 
mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaq və hava  slamın 
yayılmasına  qədər  Azərbaycan  ərazilərində  yaşayan  insanların  etiqadında  önəmli 


yer tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana 
çıxmışdır.  Azərbaycan  ərazisində  məskunlaşan  əhalinin  böyük  bir  qismi  odu 
müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.  
Novruz  bayramı  ilə  günümüzədək  gəlib  çatan  od  ayin  və  mərasimləri 
Azərbaycanda  atəşpərəstliyin  güclü  ənənələri  olduğunu  göstərir.  Azərbaycan 
ə
razisində  Atropatenanın  dini  mərkəzi  Qazakada,  Bakı,  Şamaxı,  Salyan  və 
Lənkəranda  atəşgədələr  olmuşdur.  Suraxanıdakı  atəşgah  Hindistandan  gələn 
atəşpərəstlərə xidmət üçün XVIII əsrdə tikilmişdir. 
Qafqaz  Albaniyasında  atəşpərəstlik  xristianlıq  tərəfindən  təqibə  məruz  qalsa 
da,  mövcudluğunu  qoruyub  saxlaya  bilmişdir.  slamın  Azərbaycana  gəlişi  ilə 
atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır. 
 
Bütpərəstlik 
 
Çoxallahlılıqla  bağlı  inancların  məcmusu  kimi  bütpərəstlik  ibtidai  dinlərin 
zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri 
çox qədimlərə gedib çıxır və animizm (ruh mənasını daşıyan latın sözü “anima”dan 
ə
mələ  gəlmişdir.  Ruhların  mövcudluğuna,  heyvanların,  bitkilərin,  cansız 
cisimlərin,  təbiət  qüvvələrinin  ağlı  olduğuna,  onların  fövqəltəbii  qüvvəyə  malik 
olduğuna  etiqad  animizm  adlanır),  fetişizm  (cansız  cisimlərə,  qayalara,  ağaclara, 
gildən düzəlmiş bütlərə, insanabənzər təsvirlərə sitayiş fetişizm adlanır) totemizm 
(bir soya, tayfaya mənsub adamlarla bir heyvan və ya bitki növü, bəzən də hansısa 
təbiət  hadisəsi  arasında  əlaqə,  mənşə  və  qan  qohumluğu  olduğuna  inanc), 
ş
amanlıqdan  (sehrçinin,  türkəçarəçinin  vəcd  halında  cuşa  gələrək  ruhlara  əlaqə 
girməsi,  şər  ruhları  qovması)    tutmuş  tanrıçılığa  qədər  müxtəlif  xalq  inanclarını 
ehtiva  edir.  Filoloji  və  etnoqrafik  araşdırmalar  ölkə  ərazisində  bütpərəstliyin 
mənzərəsini  yaratmağa  imkan  verir.  Arxeoloji  qazıntılar  Xınıslı,  Dağkolanı, 
Çırağlıda  qədim  tarixə  malik  iri  daş  bütlər,  smayıllıda  antropomorf  fiqurlar, 
Mingəçevirdə  gil  heykəllər  aşkar  etmişdir.  Dədə  Qorqud  dastanlarında  tanrıçılıq 
inanclarına aid nümunələr tapmaq mümkündür. 
Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni 
inanclar  bir-birindən  az  fərqlənmiş,  biri  digərindən  təsirlənmiş,  bir-birini 
tamamlayaraq  bölgə  əhalisinin  mənəvi  dəyərlər  sisteminin  təşəkkülündə  birgə 
iştirak  etmişdir.  Qədim  Azərbaycan  ərazisində  ölmüş  əcdadların  ruhlarına, 
qayalara  və  ağaclara  (qayın,  palıd  və  s.),  müxtəlif  təbiət  hadisələrinə  və  səma 
cisimlərinə  pərəstiş  güclü  olmuşdur.  Tanrı  xan  adı  ilə  tanınan  palıd  ağacına  da 
pərəstiş  edilir,  at  qurban  kəsilirdi.  Movses  Kalankatvasi  Alban  hökmdarlarının 
xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları 
barədə məlumat vermişdir. 
 
Zərdüştilik 
 
 Zərdüştilik  tarixən  Azərbaycan  ərazilərində  yaranaraq  digər  ərazilərə 
yayılmışdır.  Adətən,  atəşpərəstliyi  zərdüştilik  dini  ilə  eyniləşdirirlər.  Əslində 
zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə