Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

Yəhudi  dininə  mənsub  insanlar  təkcə  Azərbaycanda  yox,  dünyanın  əksər 
ölkələrində  yaşayırlar  və  məlum  məsələdir  ki,  onlara  münasibət  hər  yerdə  eyni 
deyil.  Amma  Azərbaycanda  bu  dinin  mənsublarına  bütün  tarixi  dövrlərdə 
münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü «ögey övlad» kimi hiss 
etməyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və 
inkişafı  üçün  çalışıb.  Ümumiyyətlə,  yəhudilərə  göstərilən  münasibətə  görə 
Azərbaycan  yalnız  sraillə  müqayisə  oluna  bilər.  Bu  fikir  təkcə  azərbaycanlıların 
və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa dövlətlərin, o cümlədən  srail 
vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir. 
 
Xristianlıq 
 
Xristianlıq  Azərbaycan  ərazisinə  yeni  eranın  ilk  əsrlərində,  hələ  sa  Məsihin 
həvariləri  dövründə  Qafqaz  Albaniyası  vasitəsilə  nüfuz  etmişdir.  70-ci  ildə 
Yerusəlimin  (Qüdsün)  süqutundan  sonra  yəhudilərin  Qafqaza  köçürülməsi 
güclənir. Gələnlər  sanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri 
altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında 
bu  dövr həvari  dövrü adlanır  və  həvarilərdən  Varfolomey  və  Faddeyin  adları  ilə 
bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı 
Yəqubun  xeyir-duası  ilə  yeni  dini  təbliğ  edə-edə  Aqvan  diyarına  gəlib  çıxmış  və 
Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən 
qabaq tikilmişdir.  
313-cü  ildə  Roma  imperatoru  Konstantin  xristianlığa  etiqad  üzərindən 
qadağanı  götürəndə  Alban  hökmdarı  Urnayr  xristianlığı  dövlət  dini  elan  edir.  Bu 
vaxtdan  etibarən  Azərbaycanda  xristianlığın  yayılmasının qrekofil  dövrü adlanan 
yeni  dövrü  başlanır.  Akademik  Z.Bünyadov  göstərir  ki,  Urnayr,  II  Vaçe  və  III 
Vaçaqan  ölkədə  xristianlığı  yaymaq  üçün  mübarizə  aparmışlar.  IV-V  əsrlərdə 
ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz 
ə
razilərində  kilsə  üçün  xüsusi  yerlər  ayırırdılar.  Bölgədə  kilsələr  tikilir,  dini 
kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi.  
Azərbaycan  tarixinin  xristianlıqla  bağlı  məqamları  təkcə  slamdan  öncəki 
dövrə aid deyil, əksinə,  slam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu 
ə
razilərdə  xristianlar  yaşayıb  və  ümumi  mədəniyyətimizin  formalaşmasında 
yaxından  iştirak  ediblər.  Üstəlik  müəyyən  tarixi  dövrlərdən  başlayaraq  bu  dinin 
müxtəlif  qolları  -  pravoslavlıq,  katoliklik  və  protestantlıq,  eləcə  də  lüteranlıq 
ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb.  
Azərbaycanın ikiyə  bölünməsindən  və  Rusiya  işğalından  sonra  bölgədə  fərqli 
dini  mühit  formalaşıb  ki,  onun  təsiri  hələ  də  davam  edir.  Çünki  Rusiyanın 
işğalından  sonra  xristianlığın  pravoslav  və  lüteran  qoluna  mənsub  xeyli  sayda 
insan  kütləvi  şəkildə  Şimali  Azərbaycana  köçürüldü  və  ölkədə  əhalinin  istər  din, 
istərsə  də  məzhəb  baxımından  tərkibi  xeyli  dəyişdi.  Şübhəsiz,  XIX  əsrin  ikinci 
yarısında  Bakıda  neft  sənayesinin  inkişafı  nəticəsində  işləmək  üçün  müxtəlif 
ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi 
daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-
cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 


lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin 
dövrdə  Azərbaycanda  məscidlər,  pravoslav  baş  kilsələri,  kiçik  kilsələr,  kirxa  və 
sinaqoqlar,  məbədlər  və  s.  fəaliyyət  göstərib.  Məhz  bu  dövrdə  Roma-katolik, 
lüteran  və  bir  sıra  protestant  icmaları  formalaşıb.  Bütün  bunlar  onu  göstərir  ki, 
tarixən  çox  konfessiyalı  ölkə  olan  Azərbaycanda  tolerantlıq  prinsiplərinin 
qorunması  üçün  münbit  şərait  olub  və  təkcə  ölkənin  yerli  əhalisi  yox,  hətta 
ə
cnəbilər də bu mühitdən maksimum bəhrələniblər.  
 
Alban-udi xristian kilsəsi 
 
Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar 
sübut  edir  ki,  Alban  kilsəsi  nəinki  Qafqazda,  hətta  bütün  xristian  dünyasında  ən 
qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə 
tarixi  faktlar  yox,  həm  də  mövcudluğunu  dövrümüzə  qədər  qoruyub  saxlamış 
qədim alban məbədləri təsdiqləyir. 
Alban  katolikosunun  iqamətgahı  Çoqay  şəhərində  yerləşirdi.  552-ci  ildə 
iqamətgah  Bərdəyə  köçürülmüşdür.  slam  fütuhatlarından,  xüsusilə  Alban 
məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət 
erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır.  VIII-IX əsrlərdə Azərbaycan 
ə
razisində  müstəqil  dövlətlər  yarananda  Alban  kilsəsi  yenidən  avtokefal  kilsə 
statusunu bərpa etmişdir.  
Xristianlıqla  bağlı  araşdırmalar  aparan  tədqiqatçıların  ümumi  qənaətinə  görə, 
Şə
kidə  yerləşən,  «Şərq  kilsələrinin  anası»  sayılan  və  günümüzə  qədər  qorunub 
saxlanılan  Kiş  kilsəsi  Qafqazda  ilk  xristian  məbədidir.  Əslində  dövrümüzə  qədər 
gəlib  çatmış  və  böyük  əksəriyyəti  Qarabağ,  Qəbələ-Şəki-Zaqatala  bölgəsində 
yerləşən  alban  abidələri  xristian  Azərbaycan  türklərinin  xristian  mədəniyyətinə, 
ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir. 
Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan 
Azərbaycan  xalqının  tarixində  böyük  bir  mərhələni  təşkil  edən  alban  abidələri 
saxtalaşdırılaraq  qriqoryanlaşdırılmışdır.  Ermənistan  işğal  etdiyi  ərazilərdə 
saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə vermişdir. 
Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının 
formasına  görə  alban  abidələri  erməni  kilsələrindən  fərqlənir  və  alban  ənənələri 
erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir. 
Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya 
çarı  1836-cı  ildə  fərman  imzalayaraq  Alban  kilsəsini  ləğv  edir,  Alban  məbədləri, 
kilsəyə  aid  olan  bütün  avadanlıq  və  sənədlər  erməni  apostol  kilsəsinə  verilir.  Bu 
şə
raitdə  udilər  ya  qriqoryanlığı  qəbul  edib  erməni  olmalı,  yaxud  dinsiz  insanlara 
çevrilməli  idilər.  Lakin  onlar  misilsiz  qəhrəmanlıq  göstərib  160  ildən  çox  bir 
dövrdə  öz  dininə,  adət-ənənələrinə,  dininə,  tarixi  vətəninə  sadiq  qalmış, 
erməniləşməmiş,  əksinə  1836-cı  ildə  həyata  keçirilən  tarixi  ədalətsizliyi  həmişə 
aradan  götürməyə  çalışmışlar.  Udili  ziyalıların  təşəbbüsü ilə  2003-cü  ildə  Alban-
Udi  xristian  icması  yaradılmış  və  müvafiq  qaydada  dövlət  qeydiyyatından 
keçmişdir.  cmanın  qeydiyyatı  Alban  apostol  avtokefal  kilsəsinin  dirçəldilməsi, 
ümumiyyətlə,  tarixi  ədalətsizliyin  aradan  qaldırılması  yolunda  ilk  addımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə