Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

müraciətlər olunmuş və şərhlər yazılmışdır. Məlumatlara görə, təkcə Şəbüstərinin 
bu əsərinə 49 şərh yazılmışdır. 
Şə
büstəri  Xorasanlı  alim  şeyx  Mir  Hüseyni  Səadətinin    suallarını 
cavablandırdığı  və  sufiliyə  dair  bir  sıra  baxışların  və  anlayışların  izahını  verdiyi  
“Gülşəni-raz” əsəri şərh edəcəyimiz  mövzu baxımından əhəmiyyətlidir. 
Büt, zünnar (xristianların bellərinə bağladıqları qurşaq) və tərsalıq (xristianlıq) 
qal  əhlinin  nəzərində  küfr  hesab  edilir.  «Gülşəni-raz»  müəllifinə  görə  bu  əsl 
həqiqəti  dərk  etməyən  zahir  əhli,  qal  əhli  üçün  belədr.  Məna  əhlinə,  irfani 
təsəvvürə görə isə büt eşq və vəhdət məzhəri, həqiqi sevgili, zünnar Haqq yolunda 
xidmətə bağlanmaq, salikin təriqət yolunda etdiyi xidmət və itaət, tərsalıqsa kamil 
mürşid, hər cür dünyəvi həvəslərdən, pis sifətlərdən qurtulan və ali mənəvi-ruhani 
məqama  yüksəlmiş  irşad  sifətlərinin  təcəllisi,  ruhi  yüksəliş  anlamındadır. 
M.Şəbüstəriyə görə küfr də, din də varlığa bağlı olduğundan tövhidlə bütpərəslik 
arasında  heç  bir  fərq  yoxdur.  Çünki  maddi  gerçəklikdəki  bütün  əşyalar  vahid  bir 
varlığa  –  Allaha  bağlıdır.  Belə  ki,  varlıqdakı  bütün  əşyaları,  o  cümlədən  də  bütü 
Allah  yaratmışdır.  Ona  görə  də  büt  pis  ola  və  küfr  hesab  edilə  bilməz.  O  səbəbə 
görə ki, «yaxşıdan sadir olan hər şey yaxşıdır». Əgər bütü də, başqa məxluqatı da 
Allah-taala, yəni yaxşı yaradıbsa, onlara pis demək olmaz: 
Bu məqamda büt eşqin və vəhdətin (birliyin) rəmzidir,  
Zünnar bağlamaq isə xidmətə bağlanmaqdır.  
Küfr də, din də varlıqla bağlı olduğu üçün  
Vəhdət (birlik) elə bütpərəstliyin özüdür.  
Bütün əşyalar, varlığın rəmzidir,  
O cümlədən biri də elə bütdür.  
Ey ağıllı insan yaxşıca düşün,  
Büt varlıq baxımından batil deyil.  
Bil ki, bütü yaradan da ulu Tanrıdır,  
Yaxşının  yaratdığı  hər  şey  yaxşıdı  səh.148.  Şəbüstəri  M.  “Gülşəni-  raz”.  Şərq 
(Tərcümə toplusu) № 3. Bakı, “Nurlan”, 2006.   
 
M.Şəbüstəri təsəvvüfi nöqteyi-nəzərdən onu da izah edir ki, müsəlman əgər 
bilsəydi ki, büt nədir, ona sitayişin Haqqa sitayiş olduğunu anlayardı. Bütpərəst isə 
bütün nə olduğunu dərk etsəydi, dinindən dönüb günah işlətməzdi. Şair filosof israr 
edir  ki,  dinlər,  etiqadlar,  inanclar,  ibadət və  itaətlər  arasında  heç  bir  fərq  yoxdur. 
nsanları  dini,  irqi,  cinsi  və  s.  əlamətlərinə  görə  fərqləndirmək,  müsəlmanı 
xristiandan, birini başqasından üstün tutmaq olmaz. Çünki son məqsəd bütün dinlər 
və etiqadlar üçün yeganə məbud olan Allahdır.  nsanları fərqləndirən yalnız onların 
mütləq olan Haqqı və onun həqiqətlərini hansı dərəcədə dərk etmələri, cahillikləri 
və kamillikləri, bu yolda tutduqları məqamdır. s136-137 Yaqub Babayev. Təriqət 


ə
dəbiyyatı:  sufizm,  hürufizm.  Ali  məktəblərin  filoloji  fakültələri  üçün  dərs 
vəsaiti.Bakı, «Nurlan», 2007. 
http://elibrary.bsu.az/kitablar/971.pdf
 
Ş
.Təbrizi. Ş.Təbrizinin  bir şerinin dilimizə sətri tərcüməsi aşağıdakı kimidir: 
Eşit məni, mən özüm özümə tanınmaz bir kəsəm, indi Allahın adına mən nə 
etməliyəm? 
Mən nə Xaça, nə də Aynapaya sidq-ürəkdən vurulmamışam, mən 
nə gavur, nə də yəhudi deyiləm. 
Nə Şərq, nə Qərb, nə torpaq, nə də dəniz mənim evim deyildir, 
mən nə ilahə, nə də cinlə qohum deyiləm. 
Mənim nə od, nə də köpüklə işim yoxdur, mən nə toz, nə də 
ş
ehdən yoğrulmamışam. 
Mən nə Çindən uzaqlarda, nə Saksin, nə də Bulqar ölkəsində 
doğulmamışam; 
Nə beş çay axarlı Hindistanda, nə  raqda, nə də Xorasanda 
böyüməmişəm. 
Nə bu dünyada, nə də ki o dünyada, nə Cənnətdə, nə də 
Cəhənnəmdə yaşamamışam; 
Mən nə Behiştdən (cənnətdən) və onun mələk-mühafizindən yerə 
düşməmişəm. 
Nə də Adəmdən nəsil şecərəmi almamışam. 
Dünyanın ən uzaq bir guşəsində həyat yolunun kölgəsi düşməyən 
bir yerdə qəlblə bədənin hədd hüdudu aşıb keçdiyi bir məkanda  
Mən sevdiyim bir kəsin qəlbində təzədən yaşayıram. s.95-96. Xəlilli Şahin. Klassik 
poeziya və ədəbi əlaqələr (Azərbaycan-ingilis ədəbi  əlaqələri). “Azərbaycan Milli 
Ensiklopediyası NPB, Bakı, 2003, 164 səh. 
Şə
ms  insanın  qarşısına  çox  çətin  vəzifə  qoyur:  «Allah-əkbər  deyirsən,  yəni 
Allah  böyükdür.  Onda  sən  də  çalış  ki,  böyük  olasan!»  yəni  kamilləşəsən.  O 
göstərirdi  ki,  Peyğəmbərin  yolu  ilə  getmək  zahirən  ona  təqlid  etmək  deyil, 
məsələn,  o  qovun  yeməyibsə,  sən  də  yemə  (Məhəmməd  peyğəmbər  qovun 
yemədiyi  üçün  məşhur  sufi  şeyxi  Bayəzid  Bəstami  də  qovun  yemirmiş), 
Peyğəmbərin  yolu  ilə  getmək  odur  ki,  o,  Meraca  gedibsə,  sən  də  onun  ardınca 
get!» 
 XIV-XV  əsrlərdə  yaşamış  Şeyx  Sədrədinin  (Səfəviyə  təriqətinin  qurucusu 
Ş
eyx  Səfi  Ərdəbilinin  nəvəsi)  müridi  olmuş  sufi  şeyxi  və  şairi  Seyyid  Əli  bin 
Harun  bin  Əbülqasim  Hüseyni  Təbrizi  (Qasimi-Ənvar)  “Məscid  ilə  meyxanə,  ya 
Kəbə və bütxanə” rədifli qəzəlində yazırdı: 
Məscid ilə meyxanə, ya Kəbə və bütxanə 
Məqsud məhəbbətdir, baqi (
daimi, əbədi
) bütün əfsanə. 
 
Hürufilik və Nəsimi 
 


Hürufiliyi  fərqləndirən  cəhətlərdən  biri  də  onların  hürufiliyi  monoteist  dünya 
dinləri ilə bərabər tutmaları və fərq qoymadan eyni mahiyyətdə görmələri ilə bağlı 
idi. Onlar musəvilik, xristianlıq, islam və hürufilərin dini kitabları sayılan Tövratı, 
ncili,  Quranı  və  Cavidannaməni  eyni  dərəcədə  Allahın  kəlamı  hesab  edir,  bu 
dinlərin  peyğəmbərləri  -  Musa,  sa,  Məhəmmədi,  eləcə  də  Fəzlüllahı  Allahdan 
gəlmə peyğəmbərlər  olaraq qəbul edirdilər.  
Bu barədə Nəimi Cavidannamədə yazırdı: ”Ənbiyalar demişdi ki, bir vaxt Məsih 
gələcək və küfrü aradan qaldıracaqdır. Xalq hamısı Allahı tanıyan olacaq. Belə ki, 
aləmdə zahir və batil, yuxu və xəyal, xeyir və şərin mahiyyəti də ilahi kəlmələrdə 
ifadə olunmuşdur. Məsih zühür edərək küfr və məzhəbi aradan qaldırdıqda dillərin 
də fərqi yox olacaq, adamlar qəribə bir dildə danışacaq. Bu mülahizə Fitrosun 
kitabında da vardır. Məsih demişdir ki, mən həm bütün şeylərdə varam, həm də 
onlarda yoxam. Uzunluq, en, dərinlik, rəng – cismani keyfiyyətlərdir. Bunlar da 
məndən uzaqdır. Yəni mən Allahın Sözüyəm, Allahda da bu keyfiyyətlər yoxdur.  
Ə
gər biri soruşsa ki, nə üçün təkcə Məsih ilahi gəlmədir? Nə üçün Musa, Harun və 
eləcə d 
Nəsiminin şeirlərində də peyğəmbərlərin Allahlığı və Fəzlin onlara bənzəməsi 
haqqında çoxlu nümunələr vardır.  
Fəzlüllaha görə,  dünyanın  üç təməl  dönəmi  vardır:  peyğəmbərlik  (Nübüvvət), 
imamlıq ( mamət) və tanrılıq (Uluhiyət). Peyğəmbərlik dönəmi Adəm ilə başlamış 
Məhəmməd  ilə  sona  çatmışdır.  mamlıq  dönəmi  Əli  ilə  başlamış  və  on  birinci 
imam  Həsən  Əsgəri  ilə  bitmişdir.  Tanrılıq  dönəmi  isə  Fəzlüllahla  başlamışdır. 
Bütün  peyğəmbərlər  “Mehdi”  olan  Fəzlüllahın  xəbərçisi  və  müjdəçisidirlər. 
Fəzlüllahdan  sonra  gələcək  olan  “Kamil  insan”  ( nsan-i  kamil)  Fəzlüllahı  qəbul 
etmək məcburiyyətindədir. Fəzlüllah musəvilərin gözlədiyi “Məsih”, xristiyanların 
və  müsəlmanların  göydən  yerə  enəcəyinə  inandıqları  “ sa”dır    (102).  Hürufiliyin 
mərkəzi  ideyalarından  birini  təşkil  edən  Fəzlüllahın  allahlıq  ideyası  sa  Məsih 
haqqında ehkama bənzəyir. Onlar belə hesab edirdilər ki,  sa Məsih Allahın yanına 
qayıda  bilibsə,  deməli,  Fəzlüllah  da,  başqa  imanlı  hürufilər  də  Allahın  yanına 
qayıda  bilərlər.  Hürufilər  Allaha  məhəbbət,  Allahı  həm  də  öz  varlığında  görə 
bilmək qabiliyyəti nəticəsində Allaha qovuşmağa bununla əbədiyyətə nail olmağa 
inanırdılar  
Nəsiminin şeirlərində də peyğəmbərlərin Allahlığı və Fəzlin onlara bənzəməsi 
haqqında çoxlu nümunələr vardır. 
“Söz” rədifli qəzəlində Nəsimi deyir: 
Kafi nundan vücuda gəldi cahan, 
Ə
gər anlar isən, əyandır Söz. 
siyi-pak, Adəmü-Əhməd, 
Mehdiyi-sahibüz-zəmandır Söz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə