Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

məqalənin  məhz  bu  elmə  həsr  edildiyini  yazır.  Tusi  “ictimaiyyat”  elminə  son 
dərəcə  böyük qiymət  verdikdən,  onu  hamının öyrənməli  olduğunu  qeyd  etdikdən 
sonra insanlar arasında olan ictimai formaların təhlilinə keçir və ilk ictimai forma 
kimi  “ailəni”  göstərir,  sonra  “məhəllə”,  daha  sonra  “şəhər”,  ondan  sonra  “böyük 
xalqlar”, nəhayət, 
“bütün dünya icması” gəlir. Beləliklə, Tusi dünyada beş ictimai formanın olduğunu 
qəbul edir, bunlardan “kiçiklərinin” “böyüklər” tərkibinə daxil olaraq onların üzvi 
bir  hissəsini  təşkil  etdiyini  deyir,  sonra  ümumiləşdirmə  apararaq  yazır:  “Hər  bir 
adam  bir  evin  (ailənin)  tərkib  hissəsi  olduğu  kimi,  hər  ev  bir  məhəllənin  tərkib 
hissəsi, hər məhəllə bir şəhərin tərkib hissəsi, hər şəhər bir xalqın (ölkənin) tərkib 
hissəsi, hər xalq bütün dünya əhalisinin tərkib hissəsi olar”. Beləliklə, Tusi cüzlə 
küll, bir fərdlə dünya əhalisi arasında sıx üzvi bir rabitənin olduğunu əyani olaraq 
göstərir, ayrı-ayrı adamların taleyinə biganə qalmağın doğru olmadığına işarə edir. 
O yazır: “Dünya əhalisinin ictimai quruluşu belə bir sistem (qarşılıqlı ictimai əmək 
və kömək sistemi) 
təşkil  etdiyindən,  kim  sistemdən  kənara  çıxıb  tək  yaşamaq,  inzivayə  çəkilmək 
xəyalına  düşsə,  bu  baxımdan  fəzilətlərdən  əli  çıxar,  öz  növünün  köməklərindən 
imtina  etdiyi  üçün  tənhalıq  dəhşəti  içərisində,  əzab,  əziyyət  və  məhrumiyyətlər 
çəngində məhv olar. Bəziləri belə həyatı fəzilət sayır. Məsələn, bir qismi “ibadət”, 
“zöhd” bəhanəsi ilə mağaralara çəkilib yaşayır, buna “tərki-dün ya lıq”, “abidlik” 
“zahidlik”  adı  verirlər;  bir  dəstəsi  gözlərini  xal  qın  mərhəmət  əlinə  tikib  sədəqə 
gözləyir, əlini ağdan-qaraya vurmayır və buna “təvəkkül” adı qoyurlar; bir zümrəsi 
səyahət  məqsədilə  dünyanı  şəhərbə  şəhər  dolanır,  bir  yerdə  yurd  salıb  əməklə 
məşğul olmur, ünsiyyət saxlamır, sonra da deyirlər ki, dünyadan ibrət dərsi alırlar, 
bunu  fəzilət  sanırlar;belə  adamlar  və  bunlara  oxşayanlar  başqalarının  köməkli 
ə
mək  sayəsində  istehsal  etdikləri  nemətlərdən,  əvəzində  heç  bir  şey  vermədən, 
istifadə  edir,  onların  yeməklərini  yeyir,  paltarlarını  geyir,  pullarını  isə  ödəmirlər, 
bəşəriyyətin  inkişafı  üçün  lazım  olan  işlərdən  boyun  qaçırdıqlarından,  rəzilətlərə 
aludə  olub  tərki-dünyalığı  seç  dik  lə  rindən  təbiətlərində  qüvvə  şəklində  gizli 
saxlanan  istedadlarını  faydalı  əməyə  sərf  etmirlər.  Kütbeyin  adamlar  hələ 
belələrinin  fəzilət  sahibi  olduqlarını  da  düşünürlər.  Bu  ehtimal,  şübhəsiz,  xam 
xəyaldır”.  Tusi  Xacə  Nəsirəddin.  Əxlaqi-Nasiri.  Bakı,  “Lider  nəşriyyat”,  2005, 
24http://1001kitab.az/pdf/kitab059550799bc5f35.pdf 
 
5.
  Orta  əsrlərdə  Azərbaycanda  tolerantlıq  ənənələrinin  inkişafında 
Azərbaycan poetik məktəbinin rolu 
 
Orta  əsrlər  Azərbaycan  poetik  məktəbinin  nümayəndələrinin  əsərlərində 
ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur. 
Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami 
Gəncəvinin  əsərlərin  bu  cəhətdən  xüsusilə  fərqlənir.  Onun  yaradıcılığına  əsasən 
deyə bilərik ki, şairin yaradıcılığında multikultural və tolerantlıq 
 
elementlərinə rast gəlmək mümkündür.  
O,  makedoniyalı  fateh  və  antik  dövr  yunan  filosofları  –  Falis,  Əflatun, 
Sokrat,  Aristotel  və  s.  haqqında  dərin  bilgilərə  malik  olmuşdu.  Əsərlərindən  də 


göründüyü  kimi,  o  qədim  yunan,  hind,  filosoflarına  böyük  rəğbət  bəsləmiş,  Əl-
Fərabi,  bn  Rüşd,  bn  Sina  və  s.  kimi  slam  mədəniyyətinin  yetişdirdiyi  nəhəng 
intellektualların da yaradıcılığına bələd olmuş və onların mirasına tez-tez müraciət 
etmişdir.  
Y.  E.  Bertels  şairin  qonşu  gürcü  və  erməni  dillərinə  də  bələd  olduğunu  və 
bəzi qədim mənbələri bu dillər vasitəsilə öyrəndiyini ehtimal edir. 
Qeyd edək ki, Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq 
idi.  rqi,  milli  və  dini  ayrı-seçkiliyi  qətiyyətlə  rədd  edən  bu  şairin  qəhrəmanları 
içərisində  türk,  fars,  ərəb,  çinli,  hindli,  zənci,  yunan,  gürcü  və  s.  xalqların 
nümayəndələrinə  rast  gəlirik.  Hümanist  şair  müxtəlif  dinlərə  mənsub  bu 
qəhrəmanların  heç  birinin  milliyətinə,  dini  görüşlərinə  qarşı  çıxmır.  Onun 
qəhrəmanları  ədalət,  xalq  xöşbəxtliyi,  yüksək  məqsədlər  uğrunda  mübarizə 
aparırlar.  nsan  şəxsiyyətinə,  insan  əməyinə  ehtiram  şairin  yaradıcılığının  aparıcı 
mövzularındandır. 
 
Nizami  təsvir  etdiyi  ideal  cəmiyyətdə  din  və  etiqad  haqqında  təliminin 
mahiyyətini oradakı insanların düşüncələri ilə verir. 
 
Bizdə bərabərdir hamının varı, 
Bərabər bölərik bütün malları. 
Bizdə artıq deyil heç kəsdən heç kəs, 
Bizdə ağlayana heç kimsə gülməz... 
Birini qəzəbli, acıqlı görsək, 
Ona məsləhətlə eylərik kömək. 
Qızıla, gümüşə aldanmaz heç kəs, 
Onlar bizim yerdə bir şeyə dəyməz. 
 
Hümanist  şair  müxtəlif  dinlərə  mənsub  bu  qəhrəmanların  heç  birinin 
milliyətinə, dini görüşlərinə qarşı çıxmır, fərqli fikir və mədəniyyətlərə göstərilən 
hörmətlə yanaşır. Nizami vahid din ideyasını irəli sürməklə xalqlar, millətlər, milli 
etnik  qruplar,  tayfalar  arasında  mövcud  olan  münaqişələrə  son  qoymaq  istəyir. 
Nizami xalqların adını çəkərək də onların mənsubiyyətinə hörmətlə yanaşır. O qara 
dərili zəncinii açıq qəlbə və möhkəm xüsusiyyətə malik olduğunu qeyd edərək irqi 
mənsubiyyəti əsasında insana qiymət verməkdən çəkindirir: 
 
Zəncinin zahiri qaradır, ancaq, 
Sən ağzından çıxan saf sözlərə bax. 
 
Zənci dəmir kimi qara, parlaqdır, 
Üzü qaradırsa, ürəyi ağdır! s. 89 Nizami Gəncəvi. 
skəndərnamə. qbalnamə.Bakı, "Lider nəşriyyat", 2004, 256 səh. 

Zərdüştlik  Musəvilik  xə  Xristian  dinləri  və  onlara  dair  işarətlər,  atributlar 
xöş niyyətlə xatırlanır:    
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə