Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   35   36   37   38   39   40   41   42   43

134 
 
 
İslamın müqəddəs kitabı Qurani Kərimdə  şeir və  şairə o qədər də yüksək qiymət 
verilməmişdir. Ancaq Həzrəti Əli yaxşı şeirləri əzbərləmiş, hətta yeri gəldikdə onlardan 
nümunələr gətirmişdir.  
Nizamiyə gəldikdə isə pis şeirlərdən azad olub, həqiqi şeir yazanlara qiymət verib 
üz tütmalıyıq:  
Şeirdən  ucalıq umma dünyada  
Çünki Nizamiylə qurtardı o da … (87-472) 
Görəsən səmərəsiz və mənasız şeir kimə lazımdır? Şair olan şəxs də bu məsuliyyəti 
duymalıdır.  
Dahi Nizaminin əsərlərinin müqəddiməsində söylədiyi irfan və hikmət məsələləri 
haqda bəzi mülahizələr.  
I. Müqəddimə  
 Poema sənəti vasitəsilə özünə yüksək elm, əxlaq, irfan, hikmət prinsiplərini bəşəri 
düşüncənin sahələrinə daxil edən böyük tarixi şəxsiyyətlər arasmında tam ləyaqətlə 
«həkim» ləqəbi qazanan Nizami Gəncəvi xüsusi yer tutur. O, mərifət, düşüncə aləmində 
elə bir mövqe qazanmışdır ki, bəzi nəzəriyyəçilərə görə Cəlaləddin Məhəmməd Mövləvi 
ilə müqayisə edilə bilər. Bu alimlər qeyd edirlər ki, Mövləvi, Nizamidən faydalanmışdır. 
Bu müddəanı sübut etmək üçün onların arxalandığı dəlillər də maraqlıdır. Əgər şeriyyət 
baxımından yanaşsaq Nizami, Mövləvidən üstün şairdir. Digər tərəfdən Nizaminin 
farscası o qədər zəngindir ki, bəlkə  də misilsizdir. Lakin dini baxış  və islam elmi, 
kamalı, hikməti, irfanı, psixologiyası, əxlaqı və təfsiri Mövləvidə daha güclüdür. Ancaq 
Nizamidə ərəb və fars sözlərinin düzümü o qədər güclüdür ki, elə düzgün qurulmuş ki, 
mətləb tamamiylə aydın olur.  
II. Müqəddimə   
Nizami  şeriyyətin gücü ilə hikmət və  əxlaq, eləcə  də irfan o dərəcə yüksək 
yazılmışdır ki, onun yenidən mədhə ehtiyacı qalmır.  Əslində böyük şəxsiyyətlərin 
barəsində fikir söyləmək çətindir. Şairin bütün müraciətlərində allah birinci yerdə durur. 


135 
 
 
Əsər onun adı ilə başlayıb, onun varlığı ilə  də sona çatır. Yeri-göyü xəlq edən və 
insanlara ağlı verənin allah olduğu Nizamidə açıqca təsdiqini tapır.  
Nizami Gəncəvi münacatlarının təfsiri.  
Qeyd etdik ki, Nizami Gəncəvi  əsərlərindəki başlanğıc münacatları ilahiyyət, 
əxlaqiyyət, hikmət, irfan sahələrində yüksək keyfiyyətə malik olan maarifləndirici sözlər 
getmişdir. Şairin ayrı-ayrı dünyagörüşü, ideologiya və s. sahələrə aid olduğu təşəbbüslər 
irəli sürülmüşdür. Lakin təəssüflə qeyd edək ki, onların haqqında ətraflı və əsaslı izaha 
rast gəlmədik. Bu sahədə hələ xeyli işlər görülməlidir. Şair demişdir: «Hər əhəmiyyətli 
iş allahın adı ilə başlamasa, o iş naqisdir».  
Varlıq aləminin mövcudatını yaradan və onları yaşadan ilk əzəl də Allah-təaladır. 
Allaha müraciət etdiyi beytlərin hamısında bu aşkar  şəkildə özünü göstərir. Allah bir 
şeyi xəlq etməzdən əvvəl onu necə yaradacağını bilir və buna görə də Allahdır.  
O, hökmü və hakimiyyəti aşkar,  
Hikməti gizli olan Allahdır.  (İqbalnamə) (71-468) 
Nizami bu beytlərdə ədəbiyyat, irfan, kəlam, hikmət kimi maraqlı məsələləri irəli 
sürmüşdür. Kainatın sirli və böyük sehirgahına baxmışam, onu öyrənib təsvir etməkdə 
çox düşünmüşəm, bu səyahətdə özümə suallar vermişəm. Bu, fitrət, vicdan və ağlımın 
birlikdə  mənə vadar etdikləri maraqlandırıcı  səyahət idi. Bunların hamısını  mənə o 
böyük yaradan bəxş etdi. Hər  şeyin mahiyyətini öyrənmək, o şeyi yaratmaq kimidir. 
Nizami  əxlaqı  əsas prinsip hesab edib, onun etik normalar çərçivəsində  işlətməyin 
tərfdarı olmuşdur. Allaha yaxın olanların əxlaqının pak və təmiz olma şərtlərini Nizami 
göstərmiş və bu normaların insanlar arasındakı münasibətlərin ali dərəcəsinə çatacağına 
inanmışdır. Şair ömrü boyu bəşəriyyəti doğruluğa səsləmişdir.  
Nizaminin irfan, hikmət və etik məsələlərindən böyk bir kitab yazan ustad 
Məhəmməd Tağı Cəfəri hər cür təqdirə layiqdir. O bütün Nizami əsərlərini oxuyub geniş 
təhlil etməyi bacarmışdır. Bu da Nizami fəlsəfəsinə bələd olmaqdır. 
 
 


136 
 
 
NƏTİCƏ  
Yazdığımız elmi işin mahiyyəti ondan ibarətdir ki, dahi Azərbaycan  şairi Nizami 
Gəncəvinin həyat və yaradıcılığına bir daha nəzər salıb, onun əsl azərbaycanlı olmasını 
tutarlı  dəlillərlə  əsaslandıraq. Artıq indi bütün dünya ədəbiyyatşünas, alim və 
şərqşünasları etiraf edirlər ki, Nizami Azərbaycan xalqının layiqli oğludur.  
İran alimlərinə gəlincə əvvəllər bunu etiraf etməkdən çəkinsələr də, indi göstərilən 
faktlar onu sübut etdi ki, Nizami, Gəncə şəhərinin ən hörmətli sakinlərindən biri olmuş 
və bu şəhərdə də dünyaya göz açmışdır.  
Gəlin nəticə olaraq aşağıdakılara nəzər salaq:  
1.
 
Nizami doğulub boya-başa çatdığı Gəncə şəhərini özünə təxəllüs seçmişdir.  
2.
 
Şairin məzarının da məhz bu şəhərdə olması əsas amillərdən biridir.  
3.
 
Atası, babası və dayısı da o dövr Gəncənin savadlı və tanınmış adamlarından idilər.  
4.
 
O dövr yəni XII əsrdə Azərbaycanda intibah dövrü sayılır. Gəncədə Əbu Üla Gəncəvi, 
Qivami Gəncəvi, Məhsəti Gəncəvi kimi şairlərin olması, sənətkarlıq, ipəkçilik, 
xalçaçılıq, dulusçuluq və ticarətin inkişafı, ipək yolunun Gəncədən keçməsi Nizami 
kimi bir şəxsiyyətin də yetişməsində böyük rol oynamışdır.  
5.
 
Nizaminin farsca yazmasına səbəb orta əsr şeir dilinin fars dili olmasıdır. Axı, Nizami 
bu  ənənədən geri qala bilməzdi.  Əks halda o, bütün Yaxın və Orta Şərqdə 
tanınmayacaqdı.  
6.
 
Nizamidə  işlədilən türk sözləri və Azərbaycan zərbi-məsəlləri hətta fars şeirinin 
əsasını qoyan Firdovsidə də yoxdur. Ona görə Nizamini 30 il tədqiq etmiş böyük İran 
alimi V.Dəstgerdi demiş ki, Nizamidən türklük qoxusu gəlir. O, Nizamini 100 
dəfədən çox oxuyan, onu ən çox tədqiq edən alimdir.  
7.
 
Nizami, dünyanı  fəth etmiş  İskəndəri Azərbaycana gətirməklə, onu Bərdə hökmdarı 
Nüşabənin qarşısında çətin duruma salması, ancaq şairin vətənpərvərliyi ilə bağlıdır.  
8.
 
İran  ədəbiyyatşünasları  dərk etmişlər ki, onların  ədəbiyyatı dünya ədəbiyyatının 
dəyərli hissəsidir. Əgər Nizamini oradan təcrid etsələr, onda bu ədəbiyyat yetim qalar.  
9.
 
Nizamini təhlil və tədqiq etməklə dünya ədəbiyyatına töhfələr vermiş olarlar.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə