Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   2   3   4   5   6   7   8   9   ...   43


 
 
çalışardı. Doğrudan da, nə qədər sənət adamına yubileylər keçirib, neçə sənətkara fəxri 
fərmanlar təltif edib, onları  fərdi təqaüdlərlə  təmin etmişdir. Bir sözlə I Pyotr Rusiya 
üçün, Mustafa Kamal Paşa Türkiyə cümhuriyyətinə, Heydər Əliyev Azərbaycana millət 
atasıdır. Bunları sadalamaqla cənab Heydər  Əliyevin geniş  qəlb diapozonuna malik 
olmasını göstərmək və Nizami Gəncəviyə  bəslədiyi xüsusi rəğbəti açıb göstərməkdən 
ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi böyük Azərbaycan şair və mütəfəkkiri Nizami 
Gəncəvi 800 il öyrənilib araşdırılmış deyildir. Bu fikir cənab  Əliyevi narahat etməyə 
bilməzdi. Nə üçün, İran-fars  ədəbiyyatçıları Nizamini araşdırır, doğma vətəni 
Azərbaycanda isə bu iş tamamilə unudulub, arxa plana çəkilmişdir? Buna görə  də 
Nizami Gəncəvinin 840 illik yubileyi ilə  əlaqədar olaraq H.Əliyevin  şəxsi, uzaqgörən 
siyasəti nəticəsində 01.01.1979-cu ildə «Azərbaycan KPMK-nin xüsusi qərarı ilə böyük 
şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini 
yaxşılaşdırmaq tədbiqi haqqında» fərman verilir. Bu isə Nizami Gəncəvi haqqında işin 
güclənməsinə  təkan verir.  Cənab  Əliyev yaxşı  dərk edirdi ki, biz klassik irsimizə  və 
böyük dahilərimizə qiymət verməyi bacarmasaq, bu, bizim tərəfimizdən  ən böyük 
biganəlik olar, zaman bizi bağışlamaz, bizim özümüzün aqibəti də belə ola bilər.  
Heydər  Əliyev bu işlərə daima özü bir qayda olaraq nəzarət və  rəhbərlik edərdi. 
Bütün bunlar azmış kimi əbədi prezidentimiz iki il sonra 1981-ci ildə Nizami 
Gəncəvinin doğum gününü nəzərə alaraq, onun 840 illiyi haqqında yeni bir sərəncam 
imzalayır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına 
imkan yaranır. Dövlət fərman və  sərəncamları  və müəlliflərə çap imkanı  və maddi 
maraqğın artması bu sahəyə öz bəhrəsini verir. Onlarla Nizamişünas alim, şair, yazıçı 
riqqətə  gəlib,  şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başladılar. 
Bundan sonra xeyli iş görüldü. Dövlət əhəmiyyətli bu iki qərar, fərman və sərəncamla 
kifayətlənmək olardı. Ancaq uzaqgörən Heydər  Əliyev cənablarının  şəxsi təşəbbüsü 
diqqəti cəlb edir. Belə ki, Bakıda metronun «Nizami» stansiyası tikilərkən cənab Əliyev 
özü  şəxsən bir neçə  dəfə oraya gəlmiş, işin gedişi ilə maraqlanmış, metro 
dayanacaqlarındakı  rəsimlərin Nizami əsərlərindən alınan qəhrəmanların və  əməkçı 



 
 
insanların olmasına öz tövsiyələrini vermişdir. Sevindirici haldır ki, şairin doğma yurdu 
Gəncədə Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq olması ilə  əlaqədar 
göstəriş vermişdir. 
Çox ciddi bir məsələni də xatırlatmaq yerinə düşərdi. Aydındır ki, cənab Heydər 
Əliyev öz xalqını və onun bacarıqlı insanlarını çox sevirdi. Bu baxımdan Nizami xüsusi 
yer tuturdu. Milli rəhbərimiz hər zaman bu barədə  fəxarətlə  və özəl olaraq gözəl nitq 
qabiliyyəti ilə diqqəti cəlb edirdi. Cənab Əliyev Moskvada işləyərkən təklif etmişdir ki, 
Nizaminin 840 illiyi qeyd edilsin. Lakin o zaman Kremlin daha yüksək məmurlarının 
buna etirazı olmuşdur. Hətta onlar Heydər Əliyevə irad tutmağa çalışmışlar ki, 800-850 
illik olsa keçirmək olar. Ancaq «Qeydar Aliyeviç» 840 illik yuvarlaq yubiley deyil, bunu 
məqsədəuyğun saymaq olmaz. Heydər  Əliyev isə özünəməxsus soyuqqanlılıqla cavab 
verir: «Nizami elə böyük dahidir ki, biz onu hər il keçirməliyik». Bu kəlamdan sonra 
hamı Əliyevlə razılaşır. Buradan belə nəticəyə gəlmək olur ki, başqalarına vaxtında əsl 
qiyməti verməyi bacar ki, sənə də qiymət verə bilsinlər. 
Son illər yaşlaşan prezidentimiz güman etmək olardı ki, artıq yorğunluq hiss 
edəcək. Amma bunun əksinə oldu. O, daha da müdrikləşdi. 2002-ci ildə Rusiyanın 
paytaxtı Moskva şəhərində və 2004-cü ildə elm mərkəzi sayılan Sankt-Peterburqda dahi 
Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı oldu. Cəsarətlə demək 
lazımdır ki, cənab Heydər Əliyevin bu sahədə böyük rolu və şəxsi iştirakı fikirlərimizi 
bir daha təsdiq edir. Siyahini daha çox uzada bilərdik, lakin Heydər Əliyev cənablarını 
yurdunun və xalqının vətənpərvər oğlu kimi görmək istəyiriksə, böyük şair H.Cavidin 
məzarını uzaq Sibirdən Azərbaycana,  şairin doğma yurdu Naxçıvana gətirilməsi və 
Nizami məqbərəsinə uyğun bir məzar tikilməsi kifayət edər.  
Elə Cavid Əfəndinin misraları bu yerdə yada düşür: 
 
Həyat var ki, ölüm qədər zəhərli, 
 
Ölüm var ki, həyat qədər dəyərli. 
Klassiklərimizə verdiyi qiymətə görə Heydər  Əliyev cənablarının özü də  hər cür 
hörmətə layiqdir. 



 
 
Ümummilli liderimiz  göstərilənlərlə kifaytələnməyib Nizami irsinin daha yaxsı 
öyrənilməsi üçün AMEA-da xüsusi Nizamişünaslıq  şöbəsi yaratmış, respublikanın 
görkəmli Nizamişünas alimlərini oraya cəlb etməyə nail olmuşdur. Heydər  Əliyev 
cənabları Nizaminin vətəni Gəncə  şəhərində olarkən AMEA-nın Gəncə Elmi 
Mərkəzində  də Nizamişünaslıq  şöbəsinin açılması  təşəbbüsündə bulunmuşdur. Ölməz 
liderimiz böyük uzaqgörənliklə  dərk etmişdir ki, bu nəcib iş  gələcəkdə öz bəhrəsini 
verəcəkdir. Bəli, illər  keçdi, onun fikirləri çin oldu. Belə ki, respublikada  tanınmış   
Nizamişünas alim professor X.Yusifli  hazırda bu şöbəyə rəhbərlik edir. Nizami irsinin 
öyrənilməsi üçün  GDU-nun fars dili məüllimi  Ağamirov Cahan və ərəb dili ixtisasçısı 
Səfərov Nizami elmi işçi kimi burada fəaliyyət göstərirlər. Heç şübhəsiz ki, 
Nizamişünaslıq sahəsindəki bu çalışmalar öz bəhrəsini verəcək, Azərbaycan xalqının 
iftixarı Nizami Gəncəvi onun ikinci dahisi Heydər  Əliyevin təşəbbüs və  əməlləriylə 
millətimizə lazımi dərəcədə çatdırılacaqdır. Bu, elmimizin təntənəsi kimi 
qiymətləndirilməlidir. 
Adı ictimai fikir tarixinə qızıl həriflərlə yazılmış ümumilli liderimiz Heydər Əlirza 
oğlu Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatına qayğı və diqqət 
yetirən, himayə edən böyük şəxsiyyət idi. O, Nizami, Nəsimi, Füzuli, M. F. Axundov, 
M. Ə. Sabir, C. Məmmədquluzadə əsərlərinin fəlsəfi mənasını hər hansı bir alimdən də, 
ədəbiyyatşünasdan da, filosofdan da dərindən açan, nəzəri təhlillərində tayı – bənzəri 
olmayan söz sərrafı idi. Yubiley tədbirlərində, müxtəlif məzmunlu, məqsədli görüşlərdə, 
ədəbi – ictimai yığıncaqlarda çıxışları, verilən suallara təmkinli cavabları onun həyata 
baxışının fəlsəfiliyi heyranlıq doğururdu, Azərbaycan və dünya ədəbiyyatına, eləcə  də 
mədəniyyətinə dair fikirləri insanı düşündürürdü. O, ən qüdrətli söz ustaları haqqında 
fikir söyləyəndə özünün də nəhəngliyini dərk etdirirdi. O, ədəbiyyat nümayəndələri ilə 
daim təmasda olmuş, onların ehtiyaclarından xəbər tutmuş, qayğısını əsirgəməmiş, sovet 
ideologiyasının tüğyan etdiyi vaxt yazıçıların mənəvi hamisi olmuşdur. Elə buna görə də 
demək olar ki, Heydər  Əliyevin  ədəbiyyatımız və  mənəviyyatımız haqqında fikirlərini 
nəzəri cəhətdən öyrənmək və onu hər hansı bədii əsərin təhlilinə tədbiq etmək şərəflidir.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə