Microsoft Word M?mm?dova Lale 709 docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix17.01.2018
ölçüsü0,69 Mb.
#21164
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

63 

 

2.2.6. Hislənmiş nərə baliqlarında qalay, qurğuşunun miqdarının 



təyini. 

       Müayinə olunan məhsulun nümunəsini yaş üsul ilə yandırıb minerallaşdırılır, 

minerallaşmış  kütlədə  olan  qalayı  karbon  qazı  atmosferində  qalay-xloridə 

çevrilir.Yod  məhlulu  ilə  olan  reaksiyadan  sonra  yod  qalığının  miqdarını  təyin 

edirlər.  Hislənmiş  balıq  məhlulundan  40q  çəkib  çini  həvəngdəstədə  qarışdıraraq 

həmcins  hala  salındıqdan  sonra  500ml  həcmi  olan  Keldal  kolbasına  boşaldılır, 

üzərinə  50  ml  azot  turşusunun  10%-li  məhlulundan  və  bıçağın  ucu  ilə  bir  qədər 

təmiz şüşə tozu əlavə edib çalxalayırlar. 10 dəqiqə (məhsul çox yağlı olarsa 1 saat) 

saxlandıqdan  sonra  25ml  qatı  sulfat  turşusu  töküb  qarışdırırlar.  Bu  qayda  ilə 

hazırlanmış  Keldal  kolbasını  sorucu  şkafın  içərisində,ortasındakı  dəliyi  asbest 

parçası ilə örtülmüş asbestli tor üstünə qoyub dəmir ştativə bərkidirlər.[3] 

       Kolbanın  üstündə  dəmir  bərkidilmiş  damcı  qıfına  150-200ml  təmiz  qatı  azot 

turşusu  tökür,  həmin  qıfı  şüşə  boru  vasitəsilə  kolba  ilə  birləşdirirlər.Tədqiqat 

karbon qazı atmosferində aparılır. Bunun üçün də kip aparatında 2-3 parça mərmər 

və  bir  qədər  də  (50-100ml)  1:1  nisbətində  hazırlanmış  hidrogen-xlorid  turşusu 

məhlulu  tökürlər.  Daha  sonra  kolbaya  0,4-0,5q  alüminium  tozu  əlavə  edilir. 

Reaksiya nəticəsində atom şəklində hidrogen əmələ gəlir:[22] 

                                         Al+3HCl=AlCl

3

+3HCl     



       Bu  tədqiqatla  yanaşı,eyni  məhlullarda  və  eyni  şəraitdə  nəzarət  təcrübəsi 

aparılır.  Hər  iki  məhlulun  titrlənməsinə  sərf  olunan  natrium  tiosulfat  məhlulunun 

miqdarını qeyd edib aşağıdakı düsturla hesablayaraq, təhlil olunan məhsulun 1kq-

da olan qalayın milliqramla miqdarını təyin edirlər: 

                                              X=

ሺ୚ଵି୚ሻ.଴,଺ଵହ.ଵ଴଴଴

  

Burada X-təhlil olunan məhsulun 1 kq-da olan qalayın miqdarı;mq-la; 




64 

 

V



1

-nəzarətçi  işdə  ayrılan  yodun  titrlənməsinə  sərf  olunan  0,01  normal  natrium 

tiosulfatın miqdarı;ml-lə; 

V

2



-müayinə  məhlulu  olan  kolbadakı  25ml  yod  məhlulunun  titrlənməsinə  sərf 

olunan 0,01 normal natrium sulfatın miqdarı,ml-lə; 

0,615-1 ml 0,01 normal natrium tiosulfatla ekvivalent olan qalayın miqdarı; 

g-müayinə üçün götürülən məhsulun miqdarı,q-la; 

1000-məhsulun 1kq-na görə hesablama əmsalı. 

       Qurğuşunun miqdarını təyin etmək üçün B məhlulundan istifadə edilir.1 ml B 

məhlulu  silindrdən  götürülüb  yumru  dibli  10  ml  ölçülü  sınaq  şüşəsinə  keçirilir, 

digər  3 sınaq şüşəsinə  0,01;0,15;0,02  mq qurğuşun olan  məhlul  süzülür. Standart 

sınaq  şüşələrinə  0,1  ml  doymuş  natrium  sirkə  oksidi  əlavə  edilir.  Sonra  bütöv  4 

sınaq şüşəsinə 10 ml-ə qədər distillə suyu qatılır və yenidən üzərinə 3 damcı 5%-li 

kalium  2  xrom  oksidi  məhlulu  əlavə  edilir.10-15  dəqiqədən  sonra  əmələ  gələn 

bulanıqlar digər sınaq şüşələrində olan standart məhlullar müqayisə edilir. 

       Qurğuşunun miqdarı (X) aşağıdakı düsturla hesablanır: 

                                                     X=

୫.୚ଶ.ଵ଴଴଴

୚ଵ.୥


 

       Burada:  m-sınaq  aparılan  nefelometrlə  həcmi  üçün  götürülən  məhsulda 

qurğuşunun  miqdarı;  V

1

-nefelometləmək  üçün  götürülən  məhlulun  ümumi 



miqdarı;  V

2

-qurğuşun  üçün  sınaq  aparılan  məhlulun  ümumi  miqdarı;g-yeyinti 



məhsulunun nümunəsi. 

 

 



 

 



65 

 

2.2.7. Emal edilmiş balıqlarda  suyun miqdarının təyini. 



 

Ləvazimatlar və reaktivlər: termonizamlayıcı quruducu, şkaf, analitik tərəzi, 

laboratoriya dəyirmanı, ət maşını, həvəngdəstə, qayçı, eksikator, şüşə və ya metal 

büks,  şüşə çubuq,təmizlənmiş qum, tigel maşası. 

 

Işin gedişi. Şüşə və yaxud netal büksə  12-15 qram təmizlənmiş kvars qumu  



və  şüşə  çubuq  yerləşdirilir.  Büks quruducu  şkafda   1  saat  müddətində  qurudulur, 

sonra  şkafdan  çıxarılır,  qapaqla  büksün  ağzı  bağlanılır,  eksikatorda  otaq 

temperaturuna  qədər    soyudulur  və  analitik  tərəzidə  dəqiqliklə  çəkilir.  Bundan 

sonra  büksü  yenidən    temperaturu  tələb  edilən  qədər  qızdırılmış    quruducu  şkafa 

yerləşdirib 20-30 dəqiqə  saxlayıb eksikatorda soyudulur və çəkilir. Büks o qədər 

qurudulur ki,  onun sabit çəkisi alınsın.[3,5] 

 

Sabit  çəkisi  alınmış    büksə  3-dən  10  –a  qədər  qiymətlənmiş  orta  nümunə 



qoyulur,  büksün  qapağı  bağlanıb  analitik  tərəzidə  çəkilir.  Sonra  büksün  qapağı 

açılıb    şüşə    çubuqla  nümunə  yaxşıca  qumla  qarışdırılır.  Nümunə  ilə  büks  

quruducu şkafda  95-105 

0

 C temperaturda qurudulur. Qurudulma sabit çəkialınana 



qədər davam etdirilir. 

 

Birinci  çəki1-4  saatdan,  sonrakı  çəki  isə  30-40  dəqiqədən  sonra    büksün  



kütləsi yoxlanılır. Iki çəki arasındakı  fərq 0,001 qramdan artıq olmamalıdır. 

 

Nəmliyin miqdarı (x) aşağıdakı düsturla hesablanır: 



              X= 

ሺ௠ଵି௠ଶሻ∙ଵ଴଴

௠ଵି௠

 

 



Burada  m-büksün kütləsi, qramla; 

 

m



1

 –nümunə ilə büksün qurudulana qədər kütləsi, qramla; 

 

m



–nümunə ilə büksün qurudulduqdan sonrakı kütləsi, qramla; 

 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə