11
müəyyən edir. Deməli, maliyyə nəzarətinin obyekti həyata keçirilməsi pulla
qiymətləndirilən nəzarət altında olan subyektiv fəaliyyətdir. Nəticə etibarilə pulla
dəyərləndirilməsi mümkün olmayan fəaliyyət maliyyə nəzarəti obyekti ola bilməz.
Maliyyə nəzarətinin predmeti də iqtisadçılar arasında müzakirə obyektidir.
Y.A.Danilevski və T.M.Mezenseva maliyyə nəzarətinin predmetini nəzarət olunan
obyektlərin iqtisadi münasibətləri kimi müəyyən edirlər.
R.Q.Somoyev “Maliyyə, pul tədavülü və kredit” kitabında maliyyə nəzarətinin
bilavasitə predmetinə büdcə prosesinin bütün mərhələlərindəki büdcə göstəricilərini,
təsərrüfat subyektlərinin fəaliyyətlərinin maliyyə göstəricilərini (mənfəət, gəlirlər,
maya dəyəri, rentabellik, əsas və dövriyyə fondları və s.), büdcə və büdcədənkənar
fondlara vergi ödənişlərini, pul-kredit münasibətlərini xarakterizə edən göstəriciləri,
eləcə də dəyər formasındakı bütün göstəriciləri aid edir.
Bizim fikrimizcə maliyyə nəzarətinin predmetinin müəyyən edilməsinə müxtəlif
yanaşmalar içərisində V.M. Rodionovanın və V. .Şleynikovanın yanaşması daha
doğrudur. Onlara görə maliyyə nəzarətinin predmetinə ayrı-ayrı təsərrüfat subyektləri,
eləcə də sahələr, ərazi vahidləri, regionlar və bütövlükdə ölkə səviyyəsində maliyyə
resurslarının formalaşdırılması və istifadəsindəki pul-bölgü prosesi aid edilə bilər.
Beləliklə, maliyyə nəzarətinin predmetinə - maliyyə göstəriciləri, mənfəət, əlavə
dəyər vergisi, bütün növ gəlirlər, maya dəyəri, rentabellik, fondlar və sairə
aiddir. Bütün bu göstəricilər sintetik xarakterə malik olduğundan müəssisə və
təşkilatların təsərrüfat fəaliyyətinin bütün istehsal sahələrinə hərtərəfli nəzarət etməyə
və eyni zamanda maliyyə-kredit mexanizmi ilə qarşılıqlı əlaqəsinə nəzarətin həyata
keçirilməsinə şərait yaradır.
Maliyyə nəzarətinin subyektləri isə maliyyə nəzarətini həyata keçirən hüquqi və
fiziki şəxslərdir.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maliyyə nəzarəti sistemi eyni tipli olub,
aşağıdakı elementləri özündə birləşdirir:
• cra hakimiyyəti orqanlarından asılı olmayan, qanunverici orqana tabe olan
Hesablama Palatası;
• Büdcəyə vergi daxilomalarına nəzarət edən vergi qurumları;
• Qeyri-dövlət nəzarət xidmətləri;
12
• Daxili nəzarət xidmətləri və sair.
Totalitar tipli dövlətlərdə maliyyə nəzarəti qlobal və müntəzəm xarakter
daşımaqla, fiskal məqsədlərə xidmət edir.
Keçid iqtisadiyyatlı ölkələrdə (məsələn postsosialist, postsovet respublikalarında)
isə maliyyə nəzarəti sistemi spesifik xüsusiyyətlərə malik olur və daim
təkmilləşdirilir.
Beynəlxalq səviyyədə çoxillik təcrübələr əsasında maliyyə nəzarətinin təşkilinin
ə
sas prinsipləri müəyyən olunmuşdur ki, hər bir dövlət praktikada onların reallaşmasına
çalışmalıdır. Bu prinsiplər INTOSAI-nin (Ali nəzarət orqanlarının beynəlxalq təşkilatı)
Lima deklarasiyasında öz əksini tapmışdır. Göstərilən deklarasiyada maliyyə
nəzarətinin aparılması zamanı aşağıdakı prinsiplərin nəzərə alınması vacib hesab
olunur:
-
Müstəqillik və obyektivlik;
-
Səriştəlilik və aşkarlıq.
Qeyd etdiyimiz baza prinsiplərindən bir sıra törəmə pinsiplər də yaranır ki, bu
prinsiplərə də aşağıdakılar aid edilə bilər:
-nəticəlilik;
-dəqiqlik;
- professional davranış;
-effektivlik;
-müxtəlif nəzarət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi və s.
13
Maliyy'>1.2. Maliyyə nəzarətinin formaları, növləri və metodları.
Ма
liyyə nəzarəti müxtəlif əlamətlərə əsasən təsnifləşdirilir və formalar seçilir.
Onu da qeyd etmək yerinə düşər ki, maliyyə nəzarətinin forma, metod və növlərinin
müəyyən edilməsində də iqtisadçılar arasında fikir ayrılıqları mövcuddur.
Iqtisadçı alimlərdən T.A.Başkatova, E.Y,Qraçeva, A.S.Narinskiy, N.Q.Hacıyev,
V.M.Rodionova, V. .Şleynikov, N. .Silaev, V.A.Piven, S.O.Şoxin həyata keçirilmə
zamanından asılı olaraq maliyyə nəzarətini ilkin, cari və sonradan nəzarətə ayırırlar.
Digəriləri isə maliyyə nəzarətinin həyata keçirilmə zamanı ilə yanaşı, digər
kriteriyalar üzrə də formalarını müəyyən edirlər. Məsələn, V.M.Rodionova və
V. .Şleynikov nəzarətin həyata keçirildiyi materialların xarakterindən asılı olaraq
maliyyə nəzarətinin iki formasını: sənədli və faktiki nəzarəti qeyd edirlər.
A.S.Narinskiy və N.Q.Hacıyev yoxlamaların əhatə dairəsinin həcmindən asılı
olaraq maliyyə nəzarətini tam və qismən maliyyə nəzarətinə ayırırlar.
T.A.Başkatova nəzarətin obyektindən asılı olaraq onun aşağıdakı formalarını
fərqləndirir:
- büdcə nəzarəti;
- vergi nəzarəti;
- valyuta nəzarəti;
- kredit nəzarəti;
- sığorta nəzarəti və s.
Qeyd etdiyimiz bəzi fikirlərlə razılaşmaq bir qədər çətindir, çünki alimlərin bir
qismi maliyyə nəzarətinin formaları qismində onun növlərini də qeyd edirlər.
Maliyyə nəzarətinin müxtəlif kriteriyalar üzrə təsnifatı
№
Ə
lamətlər
üzrə
təsnifat
Maliyyə nəzarəti
Müəllif
1
Həyata keçirilmə
reqlamentinə
Məcburi
Könüllü
Т
.А. Başkatova, A.S.Narinskiy,
N.Q.Hacıyev
2
Nəzarət subyektləri
Prezident nəzarəti, Qanunverici və
yerli özünü idarəetmə orqanlarının
Т
.А. Başkatova