Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

41

ya  binasına  (yaşayış  binaları  (sahələri  istisna  olmaqla)  daxil  ola  bilərlər.  Bu  zaman 



onlar  öz  xidməti  vəsiqələrini,  vergi  orqanının  həmin  vergi  ödəyicisində  səyyar  vergi 

yoxlamasının  keçirilməsi  haqqında  qərarını  və  ya  məhkəmənin  qərarını  təqdim 

etməlidirlər. 

Vergi  yoxlamaları zamanı  nəzarət tədbirlərini həyata  keçirən  vergi  orqanlarının 

vəzifəli  şəxslərinin  yaşayış  binalarına  (sahələrinə)  orada  yaşayan  fiziki  şəxslərin 

iradəsindən kənar vəya onların iradəsinə zidd olaraq daxil olmasına yol verilimir. 

Vergi  orqanlarının  vergi  yoxlamasını  keçirən  vəzifəli  şəxslərinin  yoxlamanın 

dolğun  və  obyektiv  keçirilməsi  üçün  bütün  halların  ayırd  edilməsi  məqsədilə 

ə

saslandırılmış  qərar  əsasında  vergi  ödəyicilərinin  ərazilərinin,  binalarının,  habelə 



sənədlərin və əşyaların baxışını keçirmək hüququ da vardır. 

Səyyar vergi yoxlamalarının keçirilməsi zamanı vergi orqanının vəzifəli şəxsləri 

tərəfindən  yoxlama  üçün  zəruri  olan  sənədlər  müəyyən  edilmiş  qaydada  tələb  edilir. 

Həmin  sənədlər  5  gün  müddətindəvergi  orqanlarına  təqdim  edilmədikdə  və  ya  həmin 

sənədlərin  onda  olmaması  vergi  ödəyicisi  tərəfindən  bildirildikdə,  vergi  orqanının 

vəzifəli  şəxsləri    və  vergi  ödəyicisi  tərəfindən  imzalanan  müvafiq  akt  tərtib  olunur. 

Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. 

Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. 

Tələb  olunan  sənədləri  və  ya  surətlərini  səyyar  vergi  yoxlamasının  keçirildiyi 

müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi 

orqanlarının ödənilməli  olan  vergi  məbləğlərini  vergi ödəyicisi  haqqında özündə olan 

məlumatlar və ya analodiya üzrə müəyyənləşdirmək hüququ vardır. 

Vergi  ödəyicisi  tərəfindən  sənədlərin  təqdim  edilməsindən  imtina  edildikdə, 

vergi  orqanının  vəzifəli  şəxsləri  müəyyən  edilmiş  qaydada  sənədlərin  götürülməsini 

həyata keçirə bilərlər. 

Səyyar  vergi  yoxlamalarının  keçirilməsi  zamanı  ortaya  çıxan  məsələlərin  izah 

olunması  üçün  xüsusi  biliklər  tələb  olunduğu  hallarda  ekspert,  vergi  orqanlarının 

fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda isə 

mütəxəssis  dəvət  oluna  bilər.  Bu  hərəkətlərin  aparılması  üçün  vergi  orqanlarının 

ə

saslandırılmış qərarı olmalıdır. 




 

42

Qeyd  olunduğu  kimi,  vergi  orqanlarının  həyata  keçirdikləri  vergi  nəzarəti 



tədbirlərində  vergi  yoxlamalarının,  o  cümlədən  səyyar  vergi  yoxlamalarının  rolu 

böyükdür.  Səyyar  vergi  yoxlamaları    vergi  ödəyicilərinin  seçilməsini  və   onların  yol 

verdikləri pozuntuların daha az xərc çəkməklə yoxlamalar nəticəsində aşkar edilməsini 

tələb  edir.  Buna  görə  də  vergi  ödəyicilərinin  düzgün  seçilməsi  nəzarətin  səmərəliliyi 

üçün  mühüm  əhəmiyyət  kəsb  edir  və  onun  həyata  keçirilməsində  aşağıdakı  amillərin 

nəzərə alınması zəruridir: 

·  yoxlama  ilə  əhatə  olunması  üçün  maliyyə  vəziyyətləri  tez-tez  dəyişən 

təşkilatların seçilməsi; 

·  əvvəllər  keçirilmiş  yoxlamalar  zamanı  daha  çox  pozuntu  hallarına  yol  vermiş 

vergi  ödəyicilərinin seçilməsi; 

·  vergi  bəyannamələrini  vaxtında  verməyən  və  vergiləri  müəyyən  olunmuş 

müddətdə  ödəməyən,  habelə  bir  neçə  bank  hesablarından  istifadə  edən  ödəyicilərin 

seçilməsi. 

Vergi  nəzarəti  tədbirlərinin  keçirilməsi  ilə  bağlı  aparılmış  təhlillər  göstərir  ki, 

vergi  ödəyicilərinin  vergidən  yayınması  faktlarının  əsas  hissəsi  mühasibat  uçotunun 

aparılmaması  və  ya  onun  qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  uyğun 

aparılmaması  ilə  bağlıdır.  Bu  cür  hallarda  vergi  orqanları  vergi  ödəyicisinin  ödəməli 

olduğu vergiləri qanunvericiliklə müəyyən olunmuş xüsusi qaydalar əsasında müəyyən 

edirlər. 

Vergi  nəzarətinin  təkmilləşdirilməsinin  əsas  istiqamətlərindən  biri  də  onun 

məhkəməyə  qədər  və  məhkəmə  qaydasında  tənzimlənməsidir.  Mübahisələrin 

məhkəməyə  qədər  həll  olunması  vergi  nəzarəti  sahəsində  daha  səmərəli  tədbir  hesab 

edilir. Son dövrlərdə vergi orqanlarının səlahiyyətlərinin müəyyən çərçivəyə salınması 

üçün  vergilərin  məcburi  qaydada  alınması  müddətlərinin  məhdudlaşdırılması  və  ya 

maliyyə  sanksiyasının  tətbiqi,  vergilərin  yenidən  hesablanması  müddətlərinin 

azaldılması  və  s.  kimi  məhdudiyyətlər  qanunvericiliklə  müəyyən  olunmuşdur.  Bunlar 

isə vergilərin itirilməsi risklərinin artmasına səbəb olur. 

Qanunvericilikdə  mübahisəli  və  ziddiyyətli  məqamlar  olduqda  məhkəmə  qərarı 

bir qayda olaraq vergi ödəyicisinin  xeyrinə çıxarılır. Bununla belə, vergi orqanlarının 

nəzarət  tədbirləri  nəticəsində  tətbiq  etdikləri  sanksiyalar,  əlavə  hesablamalar  ildən-ilə 




 

43

artmaqda  davam  edir.  Eyni  zamanda,  vergi  orqanları  tərəfindən  vergi  nəzarəti 



tədbirlərinin qanunvericiliklə müəyyən olunmuş prosedurlarının gözlənilməməsi, vergi 

hüquqpozmaları  faktlarının  tam  əsaslandırılmaması  və  nəzarətin  keyfiyyətinin  aşağı 

olması vergi ödəyicilərinin şikayətləri üzrə qərarın onların xeyrinə çıxarılmasına səbəb 

olur. Bu cür problemlərin həlli üçün vergi orqanları qarşısında duran əsas vəzifələrdən 

biri vergi nəzarətinin səmərəliliyinin artırılmasıdır. 

Vergi  nəzarətinin  səmərəliliyinin  artırılması  bu  nəzarəti  birbaşa  həyata  keçirən 

struktur  bölmələrin  fəaliyyətinin  düzgün  təşkilindən  çox  asılıdır.   Bununla  belə, 

nəzarətin  səmərəliliyinin  artırılmasında  vergi  ödəyicilərinin  və  vergitutma 

obyektlərinin uçotu ilə bağlı işlərin də təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Vergi orqanlarının  işinin kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  ətraflı təhlili  və onun 

nəticəsinə  uyğun  olaraq  vergi  inzibatçılığının  qurulması  səmərəli  vergi  nəzarətinin 

təşkilinin  vacib  şərtlərindəndir.  Vergi  nəzarətinin  təşkili  və  keçirilməsi  məsələlərini 

tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də böyük əhəmiyyət kəsb edən 

amillərdəndir. 

Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  vergi  nəzarətinin   səmərəliliyinin 

artırılmasının  əsas  yollarından  biri  vergi  nəzarətinin  həyata  keçirilməsi  prosedurunun 

təkmilləşdirilməsidir. Bu istiqamətdə görülməsi vacib olan tədbirlərə vergi orqanlarının 

fəaliyyətinin  obyektiv  qiymətləndirilməsi  sisteminin  qurulması,  vergi  yoxlamaları  ilə 

ə

hatə  ediləcək  vergi  ödəyicilərinin  dairəsinin  düzgün  müəyyənləşdirilməsi,  vergi 



nəzarətinin  qabaqcıl  və  müasir  metodlarının  tətbiqi  daxildir.  Vergi  nəzarətinin  bütün 

elementlərinin  yaxşılaşdırılması  bu  tədbirlərin  sistemli  şəkildə  və  eyni  vaxtda 

görüldüyü  halda  mümkün  ola  bilər.  Təbii  ki,  vergi  nəzarətinin  təkmilləşdirilməsinə 

yönəldilən tədbirlər təkcə qeyd olunanlarla məhdudlaşmır. Vergi sistemi inkişaf etdikcə 

onun səmərəliliyinin artırılmasının yeni istiqamətləri də müəyyənləşdirilməlidir. 

 

 



 

 

 



 

 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə