1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏRBAYCAN DÖVLƏT QT SAD UN VERS TET
MAG STRATURA MƏRKƏZ
Əlyazmas
ı h
üququnda
Mitəlov Rəvan Əzizxan oğlu
(MAG STRANTIN A.S.A)
“Dövlət maliyyə nəzarəti və onun təkmilləşdirilməsi” mövzusunda
MAG STR D SSERTAS YASI
stiqamətin şifri və ad
ı : M 010000 qtisadiyyat
xtisas
ın şifri və ad
ı :
M 010003 Maliyyə və kredit
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
Dos. Qarayev A. . Prof. Kərimov A.M
BAKI - 2015
2
BAKI 2015
MAG STR D SSERTAS YASININ Ş
PLANI
Magistr dissertasiyasının mövzusu: “Dövlə
t maliyyə
nə
zarə
ti və
onun tə
kmiləş
dirilmə
si”
M Ü N D Ə
R C A T
Giriş
FƏS L 1. Мaliyyə nəzarətinin formalaşmasının nəzəri-metodoloji əsasları
1.1. qtisadiyyatın idarə
olunmasında maliyyə
nə
zarə
tinin rolu, mə
qsə
d və
və
zifə
lə
ri
1.2. М
aliyyə
nə
zarə
tinin formaları, növlə
ri və
metodları
1.3. Maliyyə
nə
zarə
ti sistemində
audit nə
zarə
tinin yeri və
rolu
FƏ
S L 2. Azə
rbaycan Respublikasında dövlə
t maliyyə
nə
zarə
tinin müasir və
ziyyə
ti
2.1. Respublikada büdcə
-vergi nə
zarə
tinin təş
kili xüsusiyyə
tlə
ri və
müasir və
ziyyə
ti
2.2.
2.3. Dövlə
t maliyyə
nə
zarə
tini hə
yata keçirə
n orqanlar
FƏ
S L 3. Respublikada dövlə
t maliyyə
nə
zarə
tinin tə
kmilləş
dirilmə
si və
effektivliyinin artırılması
3.1. Dövlə
t maliyyə
nə
zarə
tinin mövcud problemlə
ri və
onların aradan qaldırılması mə
sə
lə
lə
ri
3.2. А
zə
rbaycanda dövlə
t maliyyə
nə
zarə
tinin müasir tə
lə
blə
r sə
viyyə
sində
qurulması və
effektivliyinin artırılması
Nəticə
stifadə olunmuş ədəbiyyat siyah
ıs
ı
Rezume
Summary
Magistrant: Mitə
lov Rə
van Ə
zizxan oğ
lu
Elmi rə
hbə
r: dos. Qarayev A. .
3
G R Ş
Mövzunun aktuallığı. qtisadi və sosial inkişaf prosesləri öz-özünə tənzimlənə
bilməz. Bu proseslər daim müxtəlif və ciddi təsirlərə məruz qalır, nəticədə sosial-
iqtisadi həyatda dövlətin iqtisadiyyatı tənzimləmə mexanizminin fəaliyyətini
çətinləşdirən çoxlu problem yaranır. Həmin problemləri önləmək, aradan qaldırmaq və
mümkün olan hər hansı yeni neqativ amilin qarşısını almaq üçün hökmən iqtisadi
nəzarət sistemi olmalıdır. qtisadi nəzarət sisteminin vacib komponentlərindən biri
maliyyə nəzarətidir.
Maliyyə nəzarəti –bütün iqtisadi subyektlər: dövlət, müəssisə və təşkilatların
maliyyə fəaliyyəti üzərində qanunverici və icraedici hakimiyyət orqanlarının
nəzarətidir. Onun məqsədi dövlətin iqtisadi siyasətinin uğurla yerinə yetirilməsini
təmin etmək, xalq təsərrüfatının bütün sahələrində maliyyə ehtiyatlarının formalaşması
və onlardan səmərəli istifadə prosesini gerçəkləşdirməkdir. Əslində, bütün bunlar
maliyyənin ümumi vəzifələridir. Bazar iqtisadiyyatı şəraitində maliyyənin rolu son
dərəcə artdığından maliyyə nəzarətinin əhəmiyyəti də hiss ediləcək dərəcədə yüksəlir.
nzibati amirlik sistemindən fərqli olaraq demokratik idarəetmə prinsiplərinə
söykənən bazar iqtisadiyyatı sistemində dövlətin iqtisadi funksiyaları xeyli
məhdudlaşdırılır və bu, iqtisadi azadlığı stimullaşdırır, lakin belə bir azadlığın əldə
edilməsi heç bir vəchlə özbaşınalığa və zərərli nəticələrə gətirib çı xarmamalıdır. Buna
görə də yeni iqtisadi münasibətlər şəraitində iqtisadiyyata dövlət nəzarəti
mexanizminin önəmi artır.
Maliyyə nəzarətinin əsas formalarından olan dövlət maliyyə nəzarəti
konstitusiya və müvafiq qanunvericilik aktları əsasında aparılmaqla, onun məqsədi
bilavasitə dövlətin maliyyə siyasətinin həyata keçirilməsi, ölkədə maliyyə sabitliyinin
təmin edilməsi, dövlət büdcəsinin və büdcədənkənar fondların vəsaitlərinin yaradılması
və istifadə olunması üzərində nəzarətdən ibarətdir.
Hazırda dövlət maliyyə nəzarəti respublikanın qanunverici və icra orqanları,
maliyyə və vergi orqanları, xəzinə sistemi və digər dövlət idarəetmə orqanları
tərəfindən həyata keçirilir. Bu subyektlərdən xəzinə və vergi qurumları çox mühüm rol
oynayırlar.