Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

23

1.3. Maliyyə nəzarəti sistemində audit nəzarətinin yeri və rolu 

 

Respublikamızda  dövlət  nəzarətinə  alternativ  olan,    bazar  iqtisadiyyatı  struktu-



runun  ayrılmaz  ünsürlərindən  biri  olan  audit  nəzarətinin  təşkili  və  inkişafının  çox 

böyük əhəmiyyəti vardır.  

Ümumiyyətlə  audit  nəzarəti   dedikdə  əmtəə  istehsalı  və  satışı,  xidmət 

göstərilməsi  və  iş  görülməsi  ilə  məşğul  olan  təsərrüfat  subyektlərində  mühasibat 

uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil 

yoxlanılması başa düşülür. 

Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, 

bütöv  və  dəqiq  əks  etdirilməsini  müəyyənləşdirmək  məqsədi  ilə  qüvvədə  olan 

qanunvericiliyə  uyğun  surətdə  iqtisadi  subyektlərin  tərtib  etdikləri  illik  maliyyə 

hesabatlarının  müstəqil  yoxlanmasını  nəzərdə  tutur.  Auditin  əsasını  dövlətin, 

müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı 

marağı təşkil edir. 

Bir  sıra  ölkələrdə  audit  dedikdə,  müəssisələrin  yoxlanılması  və  onun  maliyyə 

hesabatı haqqında fikir söylənilməsi başa düşülür. 

Britaniya  Audit  Praktikasi  Komitəsinin 1989-cu  ildə  verdiyi  tərifə  görə, Böyük 

Britaniyada audit  “qüvvədə  olan qanunvericiliklə  müəyyənləşdirilmiş bütün qaydalara 

riayət  olunmaqla,  müəssisənin  mühasibat  hesabatı  barədə  peşəkar  fikir  ifadə  etmək 

məqsədi  ilə  həmin  hesabatın  xüsusi  təyin  edilmiş  auditor  tərəfindən  müstəqil 

öyrənilməsi deməkdir.” 

Yuxarıda  qeyd  edilənlərə  əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,“audit”-

müəssisələrin 

(iqtisadı 

subyektlərin) 

maliyyə 


(mühasibat) 

hesabatlarındakı 

məlumatların  qüvvədə  olan  qanunçuluğa,  təlimatlara  və  müvafiq  normativ  aktlara 

uyğunluq  vəziyyətinin  neytral,  səlahiyyətli,  yüksək  ixtisaslı  mütəxəsislər  tərəfindən 

müstəqil qaydada yoxlanılması və bu yoxlamanın nəticəsinə əsasən auditor təşkilatının 

(auditorun)  maliyyə  (mühasibat)  hesabatlarının  düzgünlük  səviyyəsi  haqqında 

ə

saslandırılmış fikir ifadə etməsidir (yoxlanılması prosesidir). 



Bazar iqtisadiyyatı ölkələrinin hamısında auditor xidmətləri fəaliyyət göstərir. Bu 

xidmət sahəsinin ən mühüm işgörmə amili müvafiq hüquqi bazanın olmasıdır.

 



 

24

Azərbaycan  Respublikasında  da  dünya  ölkələri  təcrübəsinə  və  sərbəst  bazar 



iqtisadiyyatı tələblərinə uyğun müstəqil auditor xidmətinin təşkilinə dair normativ sə-

nədlər  1994-1996-cı  illərdə  qəbul  olunmuşdur.  Belə  ki,  1994-cü  ilin  sentyabrında 

«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu, 1995-ci ilin iyunun-

da  Respublika  Auditorlar  Palatasının  yaranmasına  dair  qərar  və  1995-ci  ilin 

sentyabrında  «Auditorlar  Palatasının  fəaliyyətinə  dair  əsasnamə»  qəbul  olunmuşdur. 

1996-cı ilin aprel ayından Azərbaycan Respublikası Auditorlar Palatası öz fəaliyyətinə 

başlamışdır. 

«Auditor  xidməti  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  respublikada  

auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların 

funksiyalarını,  hüquqlarını  və  vəzifələrini  müəyyən  edir,  mülkiyyətçinin  əmlak 

hüquqlarını  müdafiə  edən  müstəqil  maliyyə  nəzarəti sisteminin  yaradılmasını nəzərdə 

tutur. 


Auditorlar  Palatası  isə    auditor xidmətinin  dövlət tənzimlənməsini və inkişafını 

təmin  edən,  mülkiyyətçilərin  əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və 

auditorların  mənafeyini  müdafiə  edən,  öz  fəaliyyətində  respublikanın  qanunvericilik 

aktlarından  irəli  gələn  tələblərə  sərbəst  auditorlar  və  auditor  təşkilatları  tərəfindən 

riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır. 

Auditorlar  Palatasının  məlumatlarına  əsasən  2010-cu  il  tarixə  respublikada  44 

sərbəst  auditor  və  50  auditor  təşkilatı  (48  yerli,  2  xarici  auditor  təşkilatının  filialı) 

fəaliyyət  göstərmişdir.    Qeyd  olunan  dövrdə  təsərrüfat  subyektləri  ilə  48.052.611,5 

manat  məbləğində  4572  müqavilə  bağlanmışdır.  Həmin  müqavilələrin  12.979.984,7 

manat  məbləğində  630-u  ilin  əvvəlinə  qalıq  kimi,  35.072.626,8  manat  məbləğində 

3942-si  isə  hesabat  dövründə  bağlanılmışdır  ki,  bunun  da  xüsusi  çəkisi  xarici       

auditor  təşkilatlarının  filial  və  nümayəndəlikləri  üzrə  sayına  görə  5,1%  və  məbləğinə 

görə  64,8%,  yerli  auditor  təşkilatları  üzrə  sayına  görə  46,5%  və  məbləğinə  görə    

19,6%,  sərbəst  auditorlar  üzrə  sayına  görə  41,3%  və  məbləğinə  görə  3,5%  təşkil 

etmişdir. 

Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə görə auditor nəzarəti 

məcburi və təşəbbüslə (könüllü) auditə, eləcə də kənar və daxili auditə ayrılır.   



 

25

“Audit  xidməti  haqqında”  Az.Resp-nın  Qanununda  göstərilir  ki,audit 



yoxlaması  məcburi  və  könüllü  (təsərrüfat  subyektinin  öz  təşəbbüsü  ilə)  ola 

bilər.Qanunvericiliyə  görə  öz  maliyyə  heasbatlarını  dərc  etdirməli  olan  təsərrüfat 

subyektlər üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda 

və  ya  səlahiyyətli  dövlət  orqanlarının  müvafiq  qərarına  əsasən  (onların  sifarişi  ilə) 

həyata keçirilən audit məcburi,digər hallarda isə könüllüdlür. 

Məcburi  audit  yoxlaması  bilavasitə  qanunvericiliklə  müəyyənləşdirilmiş 

hallarda  və  ya  dövlət  orqanlarının  tapşırığı  ilə  keçirilir.  Məcburi  auditin  həcmi  və 

keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir. 

Mövcud  qanunvericiliyə  görə  səhmdar  cəmiyyətləri,xarici  investisiyalı 

müəssisələr,banklar  və  digər  kredit  təşkilatları,  sığorta  təşkilatları,  məhdud 

məsuliyyətli  müəssisələr,  investisiya  fondları,  maliyyə-sənaye  qurumları  üzrə  audit 

məcburidir. 

Kənar  audit  müstəqil,  sərbəst  auditorlar  və  ya  auditor  firmaları  tərəfindən 

qarşılıqlı  bağlanmış  müqavilə  əsasında  icra  olunur.  Kənar  audit  əsasən  dövlət  vergi 

orqanları,  digər  orqanlar,  həmçinin  müəssisə  ilə  maraqlı  olan  banklar,  xarici 

partnyorlar, səhmdarlar və sığorta birlikləri ilə müqaviləyə uyğun olaraq xüsusi auditor 

firmaları tərəfindən həyata keçirilir. Kənar auditin əsas vəzifələrinə: 

• yoxlanılan  müəssisələrdə  maliyyə  hesabatlarının  düzgünlüyünü  təyin 

etmək,  

• təsərrüfat  fəaliyyəti  və  kommersiya  nəticələrinin  yaxşılaşdırılması  üçün 

tövsiyyələr işləyib hazırlamaq və s. aiddir. 

Daxili  audit  müəssisə  tərkibində  müştərək  struktur  bölməsi  və  ştat  vahidi  kimi 

fəaliyyət  göstərir  və  daxili  iqtisadi  nəzarət  orqanı  olmaqla,  yalnız  müəssisənin 

rəhbərinə  və  ya  direktorlar  şurasına  tabe  olmaqla,  onların  müəyyən  etdiyi  məsələləri 

araşdıraraq nəticələri haqqında yalnız onlara hesabat və informasiya verir. 

Daxili  audit-təsərrüfat  subyektinin  fəaliyyətinin  inkişafına  və  səmərəliliyinin 

yüksəldilməsinə  yönəldilmiş  risklərin  idarə  olunması,  nəzarət  və  idarəetmənin 

səmərəliliyinin  qiymətləndirilməsi  və  inkişafına  sistemli  yanaşmaqla  təsərrüfat 

subyektinə  öz  məqsədlərinə  nail  olmaqda  köməklik  edən  obyektiv,  təminatverici  və 

məsləhətverici fəaliyyətdir.  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə