8
fəaliyyətin iqtisadi səmərəliliyinin obyektiv qiymətləndirilməsi, təsərrüfat və maliyyə
ə
məliyyatlarının
qanuniliyinin,
mötəbərliliyinin
və
məqsədəmüvafiqliyinin,
mülkiyyətin qorunub saxlanılmasının təyin edilməsi, istehsalın səmərəliliyini
yüksəltməyin və dövlət büdcəsi gəlirlərinin artırılmasının təsərrüfatdaxili ehtiyatlarını
aşkara çıxarmaq məqsədilə həyata keçirilən nəzarət kimi başa düşülməlidir» .
V.T. Batıçko “Maliyyə hüququ” kitabında maliyyə nəzarətini aşağıdakı kimi
xarakterizə edir: “Maliyyə nəzarəti hüquqi normalarla tənzimlənən dövlət, bələdiyyə,
ictimai və digər təsərrüfat subyektlərinin maliyyə planlaşdırılması fəaliyyətlərinin,
gəlirlərin əsaslanmış və dolğun formada pul fondlarına daxil olması və onların
istifadəsinin effektivliyinin yoxlanılması üzrə fəaliyyətlərin məcmusudur”.
U.Y.Danilevski isə maliyyə nəzarətinin tərifini belə ifadə edir: « qtisadiyyatın,
istehsalın idarə olunmasının ümumi mexanizminin mühüm funksiyalarından biri və
ayrılmaz tərkib hissəsi olmaq etibarilə, maliyyə nəzarəti maliyyə, kredit və istehsal
göstəricilərini əhatə edir. Nəzarət sferasına istehsal, bölgü, pul, mal-material
dəyərlilərinin pul ifadəsində dövriyyəsi və istehlakı daxil edilir”.
Rus alimi E.Y.Qraçeva isə maliyyə nəzarətini maliyyə sisteminin bütün
həlqələrində maliyyə resurslarının yaradılması, bölüşdürülməsi və istifadəsi üzərində
dövlət nəzarətinin bir növü kimi ifadə edir. Maliyyə nəzarətinin məzmununa eyni
yanaşmanı digər bir iqtisadçı A.L.Apel “Maliyyə hüququnun əsasları” əsərində bölüşür.
Onun fikrincə maliyyə nəzarəti ölkənin effektiv sosial-iqtisadi inkişafı məqsədilə
dövlətin pul fondlarının formalaşdırılması, bölüşdürülməsi və istifadəsinin qanuniliyi
və məqsədəuyğunluğu üzərində nəzarətdir.
Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən bütün
ə
məliyyatlar daxildir. Bu zaman ilk növbədə maliyyə ehtiyatlarının formalaşdırılması
və istifadəsi ilə bağlı olan birbaşa və bilavasitə qarşılıqlı əlaqələr və fəaliyyətin bütün
sahələrində pul vəsaitləri fondları üzrə əlaqələr qeyd olunmalıdır.
Konkret olaraq maliyyə nəzarətinə sferasına aşağıdakı istiqamətlər daxil oluna
bilər:
-
Müxtəlif səviyyəli büdcələrin tərtibi və icra olunmasına nəzarət
olunması;
9
-
Büdcə və büdcədənkənar fondların vəsaitlərinin səmərəli və məqsədyönlü
istifadəsi, banklarda və digər kredit təşkilatlarında büdcə vəsaitləri ilə
ə
məliyyatların düzgünlüyünə nəzarət olunması;
-
Mövcud büdcə və vergi qanunvericiliyinə riayət olunmasına nəzarət
olunması;
-
Мəcmu ictimai məhsulun dəyərinin və Milli gəlirin bölgüsü və yenidən
bölgüsünə nəzarət olunması və sair.
Maliyyə nəzarətinin məqsədi maliyyə resurslarının iqtisadiyyatın bütün sahələri
və həlqələrində effektiv və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir. Bu
məqsədə nail olmaq üçün maliyyə nəzarətinin aşağıdakı vəzifələri müəyyən
olunur:
- maliyyə münasibətlərinin bütün subyektlərinin dövlət büdcəsi və büdcədənkənar
fondlar qarşısında maliyyə öhdəliklərinin bütövlükdə və vaxtında təmin ediməsi;
- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının vəsaitlərinin
effektiv və məqsədyönlü istifadəsinə, eləcə də müəssisə, idarə və təşkilatlarda material
dəyərlilərinin səmərəli istifadəsinə kömək etmək;
- mühasibat uçotu və hesabatların düzgün aparılmasının təmin edilməsi;
- müəssisələrdə istehsaldaxili maliyyə resurslarını üzə çıxarmaq, xərclərin
azaldılması, mənfəət və rentabelliyin artırılması imkanlarını müəyyən etmək;
- maliyyə intizamının pozulması hallarının aradan qaldırılması, maliyyə
intizamının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi maliyyə və təsərrüfat fəaliyyətində
qanunçuluğun təmin olunmasının, büdcə, şəxsi və cəlb olunmuş vəsaitlərdən səmərəli
və qənaətlə istifadə olunmasının əsas şərti olub, maliyyə intizamının
möhkəmləndirilməsinə də şərait yaradır.
Maliyyə intizamına əməl edilməsinə aid məsələlərdə maliyyə nəzarəti
müəssisələrin, təşkilatların, dövlət-maliyyə-bank strukturlarının məsuliyyəti ilə sıx
bağlıdır. Bu məsuliyyət maliyyə intizamını pozanlara qarşı inzibati və iqtisadi
tədbirlərdə özünü göstərir. qtisadi təsir tədbirləri maliyyə sanksiyaları və yasaqları
yolu ilə reallaşdırılır. Bazar iqtisadiyyatı şəraitində maliyyə intizamı tez-tez pozulsa da,
maliyyə yasaqlarına tez-tez ehtiyac duyulsa da, maliyyə nəzarəti belə halların tezliklə
10
aradan qaldırılmasına, istehsalın səmərəsini azaldan yasaqların mümkün qədər az
olmasına yönəldilməlidir.
Maliyyə nəzarətinin obyekti xalq təsərrüfatının bütün sahələri və həlqələrində
maliyyə resurslarının formalaşdırılması və istifadəsində yaranan pul-bölgü
prosesidir.
Maliyyə nəzarətinin obyektinin müəyyən edilməsi mübahisəli məsələlərdən
biridir. Iqtisadi-elmi ədəbiyyatlarda müxtəlif müəlliflər maliyyə nəzarətinin obyektini
fərqli şəkildə müəyyən edirlər.
Məsələn, S.P.Opyonişev və V.A.Jukov qeyd edirlər ki, maliyyə nəzarətinin
mahiyəti və yeri haqqında danışarkən onun həyata keçirilməsində müəssisə, təşkilat,
bank, səhmdar cəmiyyətləri və s. yəni sahibkarlıq edən subyektlərin rolunun
araşdırılmasına ehtiyac duyulur.Və bu səviyyədə maliyyə nəzarəti maliyyə-təsərrüfat
nəzarətini də həyata keçirir, yəni o, təkcə sırf maliyyə deyil, hətta bəzi hallarda vergi
hesablanmasının düzgünlüyünü, istehsalatın səmərəliliyini və büdcə vəsaitlərinin
istifadə səmərəliliyini müəyyən etmək üçün təsərrüfat fəaliyyətini də əhatə edir
Bununla bağlı maliyyə nəzarətinin obyekti təsərrüfat prosesləri kompleksi, maddi
istehsal və qeyri istehsal sahələrinin pul münasibətləri olur.
Maliyyə nəzarətinin, qeyd olunan anlamda həyata keçirilməsinin iki aspekti ön
plana çəkilir - birincisi, pul vəsaitlərinin və maddi dəyərlilərin qorunmasının, qeydiyyat
və hesabat məlumatlarının etibarlılığının təmin olunması, dövlət maliyyə
qanunvericiliyinə riayət edilməsi, ikincisi, müəssisələrin fəaliyyətinin düzgün
qiymətləndirilməsi, istehsalın fasiləsizliyinin və təsərrüfatçılığın səmərəliliyinin
yüksəldilməsi imkanlarının aşkar edilməsi.
Başqa sözlə desək, maliyyə nəzarətinin obyekti büdcə vəsaitlərinin tam səfərbər
edilməsi ilə əlaqədar ərazi, sosial və sahə baxımından, milli gəlirin bir hissəsinin
yenidən bölüşdürülməsi və dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun
səmərəli istifadə olunması üçün, hüquqi və fiziki şəxslər arasında yaranan pul
münasibətləridir.
S.V.Stepaşin “Dövlət maliyyə nəzarəti” əsərində maliyyə nəzarətinin obyekti
kimi milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir
tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri
Dostları ilə paylaş: |