Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   16   17   18   19   20   21   22   23   24

 

71

fondların tərtibi, bağlanması, icrası prosesinə, müəssisə, idarə və təşkilatların, bankların 



və digər qurumların fəaliyyətinə maliyyə nəzarətini həyata keçirir. 

  qtisadiyyatın  qeyri-dövlət  sektorlarına  dövlət  maliyyə  nəzarəti  onların  vergi  və 

digər  məcburi  tədiyyələrinin  və  pul  öhdəliklərinin  yerinə  yetirilməsində,  həmin 

təşkilatlara  ayrılmış  büdcə  yardımlarının,  kreditlərin  məqsədyönlü  istifadəsində 

qanunçuluğa  riayət  olunmasında,  habelə  hesabat  işlərinin  aparılmasında  dövlət 

qaydalarına əməl edilməsində ifadə olunur. 

Dövlət  maliyyə  nəzarəti  vasitəsilə  planlaşdırılmış  bütün  vəsaitlərin  vaxtında 

dövlət fondlarına daxil olunmasına və bu vəsaitlərdən məqsədyönlü istifadəyə nəzarət 

həyata keçirilir. 

Maliyyə  nəzarətini  həyata  keçirən  dövlət  orqanları  aşağıdakılardır:  Azərbaycan 

Respublikası  Hesablama  Palatası,  Prezidentin  cra  Aparatının  Dövlət  Nəzarəti  şöbəsi, 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi,  Azərbaycan  Respublikası  Vergilər 

Nazirliyi,  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi,  Azərbaycan  Mərkəzi 

Bankı və s. 

Azərbaycan  Respublikası  Hesablama  Palatası,  "Hesablama  Palatası  haqqında" 

1999-cu  il  2  iyul  tarixli  Qanununa  müvafiq  olaraq  fəaliyyət  göstərir.  Onun  əsas 

funksiyası  dövlət  büdcəsinin  təsdiq  edilməsi  və  onun  icrasına  nəzarətin  həyata 

keçirilməsindən ibarətdir. 

Maliyyə  nəzarətinin  həyata  keçirilməsi  sahəsində  Maliyyə  Nazirliyi  çox  mühüm 

rola  malikdir.  Belə  ki,  bu  orqan  tərəfindən  maliyyə  siyasəti  işlənib  hazırlanır,  habelə 

onun həyata keçirilməsinə nəzarət edilir. Maliyyə Nazirliyinin bütün struktur bölmələri 

bu  və  ya  digər  formada  maliyyə  münasibətlərinə:  dövlət  büdcəsinin  tərtibi  prosesinə, 

büdcə vəsaitinin daxil olması və xərclənməsinə, büdcədənkənar fondların vəsaitlərinin 

hərəkətinə,  valyuta  əməliyyatlarının  və  dövlət  investisiyalarının  istifadəsinə  nəzarəti 

həyata  keçirir.  Nazirlik  büdcə  vəsaitinin  qeyri-qanuni  xərclənməsini,  yaxud  vəsaitin 

təyinatı  üzrə  istifadə  edilmədiyini  aşkar  etdikdə,  dövlət  büdcəsindən  maliyyələşdirmə 

məhdudlaşdırıla bilər, cərimə tətbiq edilməklə vəsait geri alına bilər. 

Ölkə  qanunvericiliyinə  müvafiq  olaraq  vergi  məsələləri  üzrə  maliyyə  nəzarəti 

Azərbaycan  Respublikası  Vergilər  Nazirliyi  və  onun  yerlərdəki  orqanları  tərəfindən 

həyata  keçirilir.  Dövlət  gəlirləri  tərkibində  vergilərin  xüsusi  çəkisinin  artması  vergi 




 

72

orqanlarının nəzarət işində məsuliyyətini daha da artırmışdır. Vergi orqanları tərəfindən 



vergilərin  düzgün  hesablanmasına,  onların  tam  və  vaxtında  ödənilməsinə,  vergi 

qanunvericiliyinə dəqiq riayət edilməsinə və digər məsələlərə nəzarət edilir. 

Azərbaycan  Respublikasında  vergi  nəzarətinin  forma  və  üsulları  Azərbaycan 

Respublikasının “Vergi Məcəlləsi” ilə müəyyən edilir.  

Artıq  qeyd  olunduğu  kimi,  vergi  nəzarətinin  əsas  məqsədi  vergidən  yayınma 

hallarının  qarşısının  alınmasıdır.Çünki  vergidən  yayınma  halları  ölkə  iqtisadiyyatına 

ciddi  mənfi  təsir  göstərir.  Belə  ki,  bir  tərəfdən  dövlət  büdcəsi  lazım  olan  maliyyə 

vəsaitlərindən məhrum olursa, digər tərəfdən də rəqabətin əsas prinsipləri pozulur. 

Dünya  təcrübəsindən  də  məlumdur  ki,  ölkədə  işgüzar  fəallıq artdıqca, vergidən 

yayınma  halları  və  vergi  hüquqpozmaları  da  çoxalır.  Qanunvericiliyin  və  vergi 

inzibatçılığının  müntəzəm  təkmilləşdirilməsinə  baxmayaraq,  vergi  ödəyiciləri 

tərəfindən  yayınma  metodları  və  formaları  daim  dəyişir.  Bu  isə  öz  növbəsində  daha 

ciddi nəzarət mexanizmlərinin tətbiqini zəruri edir. 

Respublika iqtisadiyyatında gedən inkişaf prosesləri vergi qanunvericiliyində də 

müəyyən dəyişikliklər edilməsi zərurətini yaradır. Cari ildə  Vergi Məcəlləsinə  edilən 

dəyişikliklərin    dörd  istiqamətindən  biri  məhz  vergi  nəzarətinin  təkmilləşdirilməsini 

(vergi  ödəyicilərinin  hüquqlarının  müdafiəsi,  vergi  ödəyicilərinin  mənafelərinin 

qorunması,  vergi  inzibatçılığının   və   vergi        nəzarətinin  təkmilləşdirilməsini)  əhatə 

edir. 

Qeyd etdiklərimizlə yanaşı bu gün Azərbaycanda maliyyə nəzarəti sahəsində bir 



sıra  problemlər  və  çatışmamazlıqlar  da  mövcuddur  ki,  onların  aradan  qaldırılması 

ümumi işin xeyrinə olardı. 

Müasir  şəraitdə  maliyyə  nəzarəti  sferasında    mövcud  olan    əsas  problemlərdən 

biri  maliyyə  nəzarəti  üzrə  vahid  qanunvericilik  aktının  və  ya  vahid  konsepsiyanın 

olmamasıdır.  

Resbulikada “Maliyyə nəzarəti haqqında” qanunun qəbulu  maliyyə nəzarətinin 

nəticəliliyini, şəffaflığını və aşkarlığını, obyektivliyini və səriştəliliyini,  müstəqilliyini 

və  təsirliliyini,  iqtisadi  inkişafa  və  təhlükəsizliyə  təminatının  əsas  istiqamətlərini, 

maliyyə  nəzarətinin  hüdudları,  forma  və  metodları,  nəzarət  qurumlarının  hüquqi 

statusu, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin 




 

73

təkmilləşdirilməsini,  maliyyə  nəzarəti  sahəsində  maraqların  toqquşmasının  qarşısının 



alınmasını,  habelə  nəzarət  qurumlarının  fəaliyyətlərinin  iqtisadi  mexanizmlərini 

müəyyən edəcəkdir. 

Maliyyə  nəzarəti  sisteminin  effektiv  fəaliyyətinin  əsas  problemlərindən  biri  də 

maliyyə-büdcə  qanunvericiliyinin  pozulmasına  görə  adekvat  tədbirlərin  kifayət  qədər 

yumşaq  olmasıdır.  Təsadüfi  deyildir  ki,  məhz  bunları  nəzərə  alaraq  Hesablama 

Palatasının  sədri  V.Gülməmmədov  maliyyə-büdcə  qanunvericiliyinin  pozulmasına 

qarşı inzibati tədbirlərin gücləndirilməsini zəruri hesab edir. 

Müasir  şəraitdə  nəzarət-maliyyə  mexanizminin  təşkilinin  ən  vacib 

problemləridən  digəri  isə  müstəqil  audit  institutu  ilə  dövlət  maliyyə  nəzarəti  arasında 

qarşılıqlı  əlaqənin  qurulması  və  onun  beynəlxalq  təcrübəyə  əsasən  təşkilinin  təmin 

edilməsidir. 

Maliyyə nəzarəti sahəsində mövcud olan problem və çatışmamazlıqların sırasına 

həmçinin  maliyyə  nəzarəti  orqanları  üçün  qanunvericiliklə  təsdiqlənmiş    nəzarətin 

aparılmasının  vahid  norma,  standart  və  qaydalarının  hazırlanmamasını,    nəzarət 

orqanları  üçün  kadr  hazırlığının  qənaətbəxş  olmamasını  və  sairəni  aid  etmək            

olar.  


Respublikamızda  maliyyə  nəzarətinin  tədqiqi  göstərir  ki,  maliyyə  nəzarəti 

sisteminin  müasir  dövrün  tələblərinə  uyğun  təşkili  və  təkmilləşdirilməsi  olduqca 

vacibdir. Bu məqsədlə ilk növbədə maliyyə nəzarətinin müasir formalarının təşkili və 

fəaliyyətlərinin  təmin  edilməsi,  nəzarət  sisteminin  koordinasiyası,  onun  təsirinin 

artırılması təmin edilməlidir.  

Eyni  zamanda  ölkədə  maliyyə  nəzarətinin  bazar  iqtisadiyyatı  şəraitinə 

uyğunlaşdırılması,  maliyyə  nəzarətinin  ağırlıq  mərkəzinin  dövlət  büdcəsi  gəlirlərinin 

formalaşmasına  və  xərclərin  səmərəliliyinin  yüksəldilməsinə,  maliyyə  nəzarətinin 

korrupsiya  alətinə  çevirən  əngəllərdən  azad  edilməsinə,  sahibkarlıq  fəaliyyətinin 

inkişafına yönəldilməsinə də xüsusi fikir verilməlidir. 

Maliyyə  nəzarətinin  gələcək  inkişafı,  onun  səmərəliliyi  xeyli  dərəcədə  dövlətin 

qanunvericilik bazasının zamanın tələbinə uyğun təkmilləşdirilməsindən də  bilavasitə 

asılıdır. Maliyyə nəzarətini тənzimləyən normativ-hüquqi baza bu nəzarəti demokratik 

dövlətə xas olan keyfiyyətcə yeni səviyyəyə keçirməyi təmin  etməlidir. 




 

74

Onu  da  qeyd  etmək  lazımdır  ki,  respublikada  maliyyə  nəzarəti  sahəsində 



qanunvericiliyin  təkmilləşdirilməsi  istiqamətində  aparılan  işlər  genişlənməkdədir. 

Respublikada  maliyyə  nəzarəti  orqanlarının  fəaliyyətini  tənzimləyəcək  qanunvericilik 

aktına ehtiyacı nəzərə alaraq Maliyyə Nazirliyi tərəfindən “Maliyyə nəzarəti haqqında” 

qanun  layihəsi  hazırlanılmışdır  ki,  onun  da  yaxın  dövrlərdə  Milli  Məclisin 

müzakirəsinə təqdim olunması gözlənilir. 

Qeyd  olunan  qanun  ölkədə  maliyyə  şəffaflığının  təmin  olunması,  dövlət 

vəsaitlərinin  xərclənməsi  üzərində  nəzarətin  genişləndirilməsi  ilə  yanaşı  maliyyə 

nəzarətinin  tətbiqinin  vahid  hüquqi  və  metodoloji  əsaslarını,  habelə  dövlət  maliyyə 

nəzarəti orqanlarının vahid sistemini və onların qarşılıqlı əlaqəsini təmin edəcəkdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

75

Ə



dəbiyyat siyahısı 

 

1.



   “Azərbaycanda  maliyyə  nəzarəti  və  audit”  elmi-praktik  konfransın  materialları  – 

Azərnəşr, 1999. 

2.

  “Audit. Ali məktəblər üçün dərs vəsaiti” – Bakı, Azərbaycan Milli Ensiklopediyası 



Nəşriyyatı, 2001. 

3.

  “Sosial-iqtisadi  inkişafın  sürətləndirilməsində  maliyyə  nəzarətinin  rolu”. 



(Beynəlxalq  elmi-praktik  konfransın  materialları).  –  Bakı:  “ qtisadiyyat  və  audit” 

jurnalının nəşri 2006. 

4.

  «Maliyyə» D. Bağırov, М. Həsənli Azərbaycan Dövlət  qtisad Universiteti-2011.  



5.

  «Maliyyə» Azərbaycan Dövlət  qtisad Universiteti-2001. 

6.

  «Maliyyə nəzarəti» Bəybala Xankişiyev -2002. 



7.

  «Vergi nəzarəti» D.А.Bağırov Bakı - 2006. 

8.

  «Təftiş və nəzarət» R.Hacıyev -1999  



9.

  B.А.Хankişiyev  «Büdcə uçotu» Bakı - 2000. 

10.

 Ş.Ş.Bədəlov, R.B.Мəhərrəmov, F.Ə.Qurbanov  «Büdcə sistemi dərslik». Bakı 2003. 



11.

 А.Əliyev,  А.Шəkərəliyev  «Bazar  iqtisadiyyatına  keçid:  dövlətin  iqtisadi  siyasəti» 

Bakı-2002; 

12.


 « qtisadi  nəzəriyyə  Makroiqtisadiyyat-1,2»  Daşkov  və  К    nəşriyyat  –  ticarət 

korporasiyası Moskva, 2008; 

13.

  А.F.Мusayev,  Y.А.Кəlbiyev,  А.А.Hüseynov  «Аzərbaycan  Respublikasının  vergi 



xidməti: islahatlar və nəticələr». 

10. Малышева В.И. Казначейство цели, задачи, функции. // Финансы 2001 – 12 

11. Пансков В.Г. О роли Счетной палаты РФ в системе органов государственного 

финансового

 контроля. // Финансы 2007. - 9 

 12. Пансков В.Г. О некоторых вопросах государственного финансового контроля 

в

 стране. // Финансы 2008 - 5 



 13. Петров А.Ю. Государственный финансовый контроль // Финансы - 10, 2010 

14. Контроль и ревизия: учеб. пособие / В. К. Сусин, В. П. Шегурова, О. В. 

Шибилева

. — Саранск, 2010.  




 

76

15. Мировой опыт организации государственного и муниципального 



финансового

 контроля и возможность его применения в России [Электронный 

ресурс

] — Доступ из http://www.juristlib.ru/  



14.

 Ревизия и контроль: учебное пособие / М. В. Мельник, А. С. Пантелеев, А. Л. 

Звездин

; под ред. проф. М. В. Мельник. — 3-изд., стер. — М.: КНОРУС, 2007. 



15.

 Степашин С. В. «Аудит эффективности как важнейшая форма 

государственного

 финансового контроля» [Электронный ресурс] — Доступ из 

http://www.ach.gov.ru/ru/ 

16.


 Чхиквадзе В. В. «Организационно-правовые основы государственного 

финансового

 контроля в зарубежных странах» [Электронный ресурс] — 

Доступ


 из http://www.justicemaker.ru/ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

77

Azərbaycan Dövlət  qtisad Universitetinin magistri Mitəlov Rəvan Əzizxan 



oğlunun magistr ixtisas və elmi dərəcəsi almaq üçün təqdim olunmuş 

dissertasiyasına 

 

R E F E R A T 

Mövzunun  aktuallığı.  qtisadi və sosial inkişaf prosesləri öz-özünə tənzimlənə 

bilməz.  Bu  proseslər  daim  müxtəlif  və  ciddi  təsirlərə  məruz  qalır,  nəticədə  sosial-

iqtisadi  həyatda  dövlətin  iqtisadiyyatı  tənzimləmə  mexanizminin  fəaliyyətini 

çətinləşdirən çoxlu problem yaranır. Həmin problemləri önləmək, aradan qaldırmaq və 

mümkün  olan  hər  hansı  yeni  neqativ  amilin  qarşısını  almaq  üçün  hökmən  iqtisadi 

nəzarət  sistemi  olmalıdır.  qtisadi  nəzarət  sisteminin  vacib  komponentlərindən  biri 

maliyyə nəzarətidir. 

Maliyyə  nəzarəti  –bütün  iqtisadi  subyektlər:  dövlət,  müəssisə  və  təşkilatların 

maliyyə  fəaliyyəti  üzərində  qanunverici  və  icraedici  hakimiyyət  orqanlarının 

nəzarətidir.  Onun  məqsədi  dövlətin  iqtisadi  siyasətinin  uğurla  yerinə  yetirilməsini 

təmin etmək, xalq təsərrüfatının bütün sahələrində maliyyə ehtiyatlarının formalaşması 

və  onlardan  səmərəli  istifadə  prosesini  gerçəkləşdirməkdir.  Əslində,  bütün  bunlar 

maliyyənin  ümumi  vəzifələridir.  Bazar  iqtisadiyyatı  şəraitində  maliyyənin  rolu  son 

dərəcə artdığından maliyyə nəzarətinin əhəmiyyəti də hiss ediləcək dərəcədə yüksəlir. 

  nzibati  amirlik  sistemindən  fərqli  olaraq  demokratik  idarəetmə  prinsiplərinə 

söykənən  bazar  iqtisadiyyatı  sistemində  dövlətin  iqtisadi  funksiyaları  xeyli 

məhdudlaşdırılır  və  bu,  iqtisadi  azadlığı  stimullaşdırır,  lakin  belə  bir  azadlığın  əldə 

edilməsi heç bir vəchlə özbaşınalığa və zərərli nəticələrə gətirib çı xarmamalıdır. Buna 

görə  də  yeni  iqtisadi  münasibətlər  şəraitində  iqtisadiyyata  dövlət  nəzarəti 

mexanizminin önəmi artır.  

Maliyyə  nəzarətinin  əsas  formalarından  olan    dövlət  maliyyə  nəzarəti 

konstitusiya  və  müvafiq  qanunvericilik  aktları  əsasında  aparılmaqla,  onun  məqsədi 

bilavasitə dövlətin  maliyyə  siyasətinin həyata  keçirilməsi,  ölkədə  maliyyə  sabitliyinin 

təmin edilməsi, dövlət büdcəsinin və büdcədənkənar fondların vəsaitlərinin yaradılması 

və istifadə olunması üzərində nəzarətdən ibarətdir. 



 

78

Hazırda  dövlət  maliyyə  nəzarəti  respublikanın  qanunverici  və  icra  orqanları, 



maliyyə  və  vergi  orqanları,  xəzinə  sistemi  və  digər  dövlət  idarəetmə  orqanları 

tərəfindən həyata keçirilir. Bu subyektlərdən xəzinə və vergi qurumları çox mühüm rol 

oynayırlar.  

Dövlət maliyyə nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş 

idarələri, baş mühasibatlığı və maliyyə idarələri vasitəsilə də həyata keçirilir.  

ndiki  halda  iqtisadi  inkişafın  müasir  mərhələsində    köhnə    nəzarət  sisteminin 

yenidən  qurulması,  təzələnməsi,  təkmilləşdirilməsinə  də  ehtiyac  duyulur.  Maliyyə 

nəzarətinin təkmilləşdirilməsi, hər şeydən əvvəl, nəzarətin ən müasir mexanizmlərinin 

təşkilini  və  fəaliyyət  göstərməsini,  nəzarət  sisteminin  əlaqələndirilməsini  və  təsir 

gücünün artırılmasını və s. nəzərdə tutmalıdır. 



Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmetini Azərbaycanda  

dövlət  maliyyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsinin  nəzəri  aspektləri,  obyektini 

isə  maliyyə  ehtiyatlarının  formalaşdırılması  və  istifadəsi  zamanı  meydana  çıxan  pul-

bölgü prosesi təşkil etmişdir. 



Tədqiqatın əsas məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi yeni iqtisadi 

şə

raitdə  dövlət maliyyə nəzarətinin zəruriliyinin, məqsəd və vəzifələrinin öyrənilməsi,  



bu  sahə  ilə  bağlı  müxtəlif  nəzəri  yanaşmaların  sistemləşdirilməsi,    dövlət  maliyyə 

nəzarəti  sistemində  mövcud  problemlərin  araşdırılması  və  onun    effektivliyinin 

artırılması yollarını müəyyənləşdirməkdir. 

Dissertasiya  işinin  məqsədinə uyğun  olaraq tədqiqatda  aşağıdakı  vəzifələrin həlli 

nəzərdə tututlmuşdur: 

- müasir iqtisadi şəraitdə nəzarət mexanizminin və onun vacib tərkib hissəsi olan 

maliyyə  nəzarətinin  formalaşması  prinsipləri,  şərtləri  və  rolunun  nəzəri-metodoloji 

məsələlərinin elmi araşdırılması və bu istiqamətdə təklif və tövsiyyələr hazırlamaq; 

-  müasir  şəraitdə  dövlət  maliyyə  nəzarəti  sisteminin  fəaliyyətinin   

qiymətləndirilməsini  aparmaq  və  son  dövrlərdə  baş  verən  meyllərin  analitik  təhlilini 

vermək; 

- maliyyə nəzarətinin əsasən də dövlət maliyyə nəzarəti sisteminin qabaqcıl dünya 

təcrübəsi  və  Azərbaycan  reallığı  əsasında  təkmilləşdirilməsi  və  effektivliyinin 

artırılması istiqamətində elmi təkliflər və tövsiyyələr hazırlamaq. 




 

79

Tədqiqat işinin nəzəri və metodoloji əsaslarını Azərbaycanın və digər ölkələrin 

bu sahə, dövlət maliyyə nəzarəti  haqqında elmi əsərləri, Azərbaycan Respublikasının 

qanunları, normativ-hüquqi aktları və s. təşkil edir. 

 Tədqiqatın  elmi  yeniliyi.  Maliyyə  nəzarətinin  gələcək  inkişafı,  onun 

səmərəliliyi  xeyli  dərəcədə  dövlətin  qanunvericilik  bazasının  zamanın  tələbinə  uyğun 

təkmilləşdirilməsindən      bilavasitə  asılıdır.  Maliyyə  nəzarətini  tənzimləyən  normativ-

hüquqi  baza  bu  nəzarəti  demokratik  dövlətə  xas  olan  keyfiyyətcə  yeni  səviyyəyə 

keçirməyi təmin  etməlidir.  

Bununla  bərabər,  maliyyə  nəzarəti  sistemində  aşağıdakı  istiqamətlərdə  müəyyən 

digər tədbirlərin görülməsi də məqsədəuyğun olardı:  

-  maliyyə  nəzarətinin  normativ-hüquqi  bazasının  mövcud  reallıqlara  uyğun 

təkmilləşdirilməsi; 

-  maliyyə  nəzarəti  sahəsində  informasiya  texnologiyalarının  tətbiqinin 

genişləndirilməsi; 

-  müxtəlif  nəzarət  orqanları  tərəfindən  aparılan  yoxlamaların  təkrarlanmasının 

qarşısının alınması;  

-  yoxlamaların  keyfiyyət  göstəricilərinin  artırılması  və  yoxlamaların  sayının 

azaldılması; 

- aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi və mənfi 

hallara qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi və s.  

Tədqiqatın  praktiki  əhəmiyyəti.  Tədqiqatın  elmi-nəzəri  və  praktiki  nəticələri  

dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi və yenidən qurulması prosesində 

istifadə oluna bilər. 

Dissertasiya  işinin  həcmi  və  strukturu.  Dissertasiya  işi  kompüter  yazısı            

ilə müvafiq standartlara uyğun yazılmış və 76 səhifədən ibarətdir. Dissertasiya işi giriş, 

üç  fəsil,  nəticə  və  təkliflər  hissələrindən    ibarətdir.  Burada  həmçinin  çoxlu             

sayda 


diaqramlardan, 

sxemlərdən, 

qrafiklər 

və 


cədvəllərdən 

istifadə                     

olunmuşdur. 

Dissertasiya  işinin  birinci  fəsli    “Maliyyə  nəzarətinin  formalaşmasının  nəzəri-

metodoloji  əsasları”  adlanır.  Fəslin  adından  da  göründüyü  kimi  bu  fəsildə  əsasən  

maliyyə nəzarətinin  təşkilinin  nəzəri əsaslarına toxunulmuşdur.  




 

80

Dissertasiya  işinin  ikinci  fəsli  “Azərbaycan  Respublikasında  dövlət  maliyyə 



nəzarətinin  müasir  vəziyyəti”  adlanır.  Bu  fəsildə  respublikada  büdcə,  vergi,  sığorta 

nəzarətinin  müasir  vəziyyəti  və  təşkili  xüsusiyyətlərindən,  eləcə    də  onları  həyata 

keçirən orqanlardan geniş bəhs edilir. 

 Dissertasiya  işinin  üçüncü  fəsli  isə  “Respublikada  dövlət  maliyyə  nəzarətinin 

təkmilləşdirilməsi  və    effektivliyinin    artırılması  yolları”  adlanır  və  burada  əsasən 

dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi  мясяляляриня эениш йер верилир. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

81

 



 

 

 



 

 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə