Microsoft Word milli inkishaf doc


ƏL İ  H ƏS ƏNOV     84  çirir. Bu vəzifələrin reallaşdırılması onun milli təhlükəsizlik  siyasətinin ikinci əsas məqsədini



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   18   19   20   21   22   23   24   25   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
84 
çirir. Bu vəzifələrin reallaşdırılması onun milli təhlükəsizlik 
siyasətinin ikinci əsas məqsədini təşkil edir.  
Milli təhlükəsizlik siyasəti beynəlxalq hüquq normalarına, 
ölkə konstitusiyasına, daxili qanunlara və prinsiplərə, insanla-
rın, cəmiyyətin və dövlətin maraqları arasında tarazlığın göz-
lənməsinə, həmin tərəflərin qarşılıqlı  məsuliyyətinə  əsaslan-
malıdır. Mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan 
Respublikası müstəqilliyə qovuşduğu andan hüquqi və dünyəvi 
dövlət, demokratik cəmiyyət və siyasi plüralizm yolunu öz inki-
şafının və konstitusiya quruluşunun  əsası elan edərək, bölgə 
ölkələri ilə sülh və mehriban qonşuluq  şəraitində, dünyanın 
qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemləri ilə bərabər-
hüquqlu əməkdaşlıq etmək və bu strukturlara inteqrasiya olun-
maq xətti yürüdür. Bu vəzifələr Azərbaycandan həm öz daxili 
təhlükəsizliyini təmin edən, həm də regionun və dünyanın güc 
mərkəzləri, geosiyasi aktorları, transmilli strukturları ilə müna-
sibətlərə dair xüsusi düşünülmüş  və ardıcıl həyata keçirilən 
Milli Təhlükəsizlik Konsepsiyasının reallaşdırılmasını  tələb 
edirdi. Bu konsepsiyanın yaradılması və ondan irəli gələn mə-
sələlərin həlli ölkənin  milli təhlükəsizlik siyasətinin üçüncü 
əsas məqsədini və vəzifəsini təşkil edir.  
Azərbaycanın xarici siyasətinin və geosiyasi hədəflərinin 
müəyyənləşməsində milli təhlükəsizlik məsələləri aparıcı yer 
tutur və onun əsas prioritetlərini təşkil edir. Bundan irəli gələ-
rək,  ölkənin milli təhlükəsizliyinin təmin olunması, suverenli-
yinin və  ərazi bütövlüyünün qorunub saxlanması, dünya bir-
liyində nüfuzunun möhkəmlənməsi onun həm xarici siyasətinin
həm də milli təhlükəsizliyinin prioritet istiqamətlərindən və 
məqsədlərindən hesab olunur.  
Milli təhlükəsizlik siyasəti təkcə ölkənin məxsusi maraq-
larının təmin edilməsinə deyil, həm də yerləşdiyi regionda və 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
85 
dünyada təhlükəsizlik mühitinin yaxşılaşmasına xidmət gös-
tərməlidir. Bu anlamda Azərbaycanın  təhlükəsizlik siyasəti-
nin məqsəd və istiqamətləri sırasına  sabit,  ədalətli və de-
mokratik dünya mühiti naminə beynəlxalq proseslərə müsbət 
təsir göstərmək, dövlətlər arasında bərabərhüquqlu, qarşılıqlı 
faydalı əməkdaşlıq münasibətlərinə töhfə vermək, milli məna-
felərin təmin olunması məqsədilə dövlətlərlə və dövlətlərarası 
birliklərlə üst-üstə düşən ortaq maraqlar tapmaq və bunun əsa-
sında ikitərəfli, çoxtərəfli tərəfdaşlıq münasibətləri formalaş-
dırmaq kimi məsələlər də daxildir. 
 Müasir  beynəlxalq aləmdə Azərbaycanı dinamik inkişaf 
edən, insan hüquq və azadlıqlarını qoruyan, sosial yönlü siya-
sət yürüdən, bazar iqtisadiyyatı  və liberal biznes mühiti qay-
dalarına hörmətlə yanaşan, sabit iqtisadi, siyasi, sosial, milli, 
dini və  vətəndaş  cəmiyyətinə malik olan, tam müstəqil xarici 
siyasət yürüdən demokratik bir dövlət kimi tanıtmaq yolu ilə 
onun vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların 
hüquqlarını müdafiə etmək və s. milli maraqları reallaşdırmaq 
mümkündür. Deməli,  ölkənin müsbət beynəlxalq imicinin 
formalaşdırılması  vəzifəsi də milli təhlükəsizlik və xarici 
siyasətin əsas məqsədlərindən hesab olunur.  
Təbii ki, müasir dünyada baş verən fundamental və dina-
mik dəyişikliklər Azərbaycan Respublikasından və onun vətən-
daşlarının maraqlarından yan keçmir. Buna görə də Azərbayca-
nın milli təhlükəsizlik və xarici siyasəti həm də beynəlxalq 
aləmdə baş verən hadisələrin axarını, transmilli qloballaş-
ma prosesinin xüsusiyyətlərini nəzərə almalı  və bu sahədə 
mövcud olan bütün vasitələrdən istifadə etməlidir. Məsələn, 
Azərbaycan hesab edir ki, XXI əsrdə beynəlxalq münasibət-
lərin tənzimlənməsinin və münaqişələrin həllinin  əlaqələndir-
mə  mərkəzi BMT olmalıdır. Odur ki, ölkəmiz BMT-nin bey-


 
ƏL İ  H ƏS ƏNOV  
 
86 
nəlxalq aləmdə baş verən siyasi və iqtisadi dəyişikliklərə məq-
sədyönlü şəkildə uyğunlaşdırılması məqsədi ilə, bu beynəlxalq 
təşkilatda səmərəli islahatların aparılmasını daim dəstəklə-
məlidir. Yaxud da, Azərbaycan bir çox nüfuzlu beynəlxalq və 
regional təşkilatların üzvü kimi dünyanın aparıcı dövlətləri ilə 
münasibətləri inkişaf etdirir, dünya iqtisadiyyatına və siyasə-
tinə sürətlə inteqrasiya olunur, Cənubi Qafqaz regionu ilə bağlı 
beynəlxalq münasibətlərin formalaşmasına həlledici təsir gös-
tərir. Eyni zamanda, ölkəmiz həm milli, həm də beynəlxalq 
təhlükəsizliyin təmin olunması üçün hüquq bərabərliyi, qarşı-
lıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan sabit 
dünya nizamının mövcud olmasına çalışır. Çünki bu halda 
dünya birliyinin hər bir üzvünün siyasi, hərbi, iqtisadi, infor-
masiya, humanitar və digər sahələrdə etibarlı və bərabər təhlü-
kəsizliyini təmin etmək mümkündür. 
 
§ 2.2. Təhlükəsizlik mühitinin formalaşması  
və beynəlxalq imicin qazanılması 
 
Hər bir ölkənin milli təhlükəsizlik siyasətinin səmərəliliyi 
və müvəffəqiyyəti  ölkənin təhlükəsizlik mühiti və beynəlxalq 
imicindən asılıdır. Dövlətin suverenliyi, ərazi bütövlüyü, sər-
hədlərinin toxunulmazlığı, milli maraqlarının təminatı, davamlı 
inkişafı, vətəndaşlarının sosial-siyasi hüquqlarının və rifah 
halının təmin olunması  və milli-mənəvi dəyərlərinin qorun-
masına təsir edən əsas amillər məhz təhlükəsizlik mühitini və 
beynəlxalq imici müəyyən edir.  
Azərbaycan müstəqil bir dövlət olaraq, beynəlxalq hüqu-
qun subyekti kimi müasir dünyanın bir hissəsidir, BMT, 
ATƏT, Avropa Şurası,  İƏT, MDB, GUAM, EKO, TDB və 
digər beynəlxalq və regional təşkilatların üzvüdür. O, siyasi, 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
87 
sosial-mədəni baxımdan nüfuzlu beynəlxalq strukturlara hərtə-
rəfli inteqrasiya xətti yürüdür və çoxsaylı beynəlxalq konven-
siyalara qoşulmuşdur. Bütün bunlar həm ölkənin təhlükəsizlik 
mühitinə, həm də beynəlxalq imicinin müəyyənləşməsinə 
bilavasitə təsir göstərir. 
Azərbaycan coğrafi və geosiyasi əhəmiyyəti olan bir re-
gionda yerləşir. Onun malik olduğu geosiyasi, geoiqtisadi və 
geostrateji mövqe də, yürütdüyü daxili və xarici siyasət kimi 
dünyanın və regionun aparıcı dövlətlərinin maraqlarına toxu-
nur və onların diqqətindən kənarda qalmır. Bu reallıq həm 
bölgənin, həm də ölkənin daxili təhlükəsizlik mühitinə birbaşa 
təsir göstərir. ABŞ və Qərbi Avropanın böyük ölkələri, regio-
nun Rusiya, Çin, Türkiyə,  İran kimi dövlətləri və digər geo-
siyasi aktorlar Cənubi Qafqazda, Orta Asiyada və bütövlükdə 
Avrasiyada öz maraqları  çərçivəsində  fəal geosiyasət reallaş-
dırırlar. Bu da Azərbaycanın həm regional, həm də beynəlxalq 
maraqlarından yan keçmir.  
Azərbaycanın hərbi-geostrateji durumu, bu sahədə yürüt-
düyü siyasət və atdığı addımlar həm Qərbin, xüsusilə ABŞ, AB 
və NATO-nun, həm də Rusiya, İran və Çin kimi region ölkə-
lərinin diqqət mərkəzində olur. Regionun Rusiya, İran və 
Türkiyə kimi güclü ölkələri ilə həmsərhəd olması, dünyada və 
bölgədə tarazlaşdırılmış xarici siyasət aparması, heç bir hərbi-
strateji bloka üzv olmaması, əksər ölkələrlə tərəfsiz əməkdaşlıq 
etməsi və s. geosiyasi addımları da onun təhlükəsizlik mühitinə 
və beynəlxalq imicinə  təsirsiz ötüşmür. Bu mənada Azər-
baycanın müstəqillik illərində davamlı olaraq yürütdüyü dinc 
tərəfdaşlıq və qarşılıqlı faydalı  əməkdaşlıq siyasəti ona “re-
gionda geosiyasi gərginliyi azaldan və  bərabərhüquqlu  əmək-
daşlıq mühiti yaradan konstruktiv dövlət” imici qazandır-
mışdır. Bu amil dünya birliyində ölkəmizi etibarlı tərəfdaş ki-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə