Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   16   17   18   19   20   21   22   23   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
76 
Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər 
kiçik ölkələrin milli inkişaf yolunu və maraqlarını, milli-mə-
nəvi dəyərlərini qorumasını və digər addımlarını çox qısqanc-
lıqla qarşılayırlar. Heydər  Əliyev bu reallıqları  nəzərə alaraq 
bir tərəfdən, azərbaycançılıq ideologiyasını ümumbəşəri də-
yərlər fonunda formalaşdırır, digər tərəfdən isə dövlət qurucu-
luğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən 
keçirirdi. 
 
Balanslı xarici siyasət və davamlı inkişaf  
 
Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin milli inkişaf 
siyasətində  əsaslandığı  və keçid dövrü üçün dövlət quruculu-
ğunda nəzərə aılnmasını tələb etdiyi əsas vəzifələrdən biri ba-
lanslı xarici siyasət və tarazlı daxili inkişaf prinsipi idi. Məhz 
onun hakimiyyəti illərində Azərbaycanın xarici aləm üçün 
kəsb etdiyi maraqlar dairəsi, geosiyasi, geoiqtisadi və  hərbi-
geostrateji əhəmiyyəti elmi-siyasi cəhətdən öyrənildi və dəyər-
ləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regio-
nunda və Azərbaycanda üst-üstə düşən, kəsişən maraqlar dai-
rəsi müəyyənləşdirildi, dövlətlərarası münasibətlərin və  təhlü-
kəsizlik mühitinin vəziyyəti, tələbləri, prinsipləri, beynəlxalq 
hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, 
regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Cənubi 
Qafqaz və Azərbaycanla bağlı yürütdüyü siyasət, yarana bilə-
cək təhlükələr və s. məsələlər praqmatik formada təhlil edildi 
və balanslı xarici siyasət kursu formalaşdırıldı.
56
 
                                                 
56
Daha ətraflı materiallara bax: Həsənov Ə.M. Heydər Əliyev və Azərbaycanın 
milli təhlükəsizlik siyasəti:  əsas məqsədi, vəzifələri və icra mexanizmləri 
//Heydər Əliyev və inkişafın Azərbaycan modeli. Bakı, 2010, s.32-48 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
77 
1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə 
bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında Heydər 
Əliyev qeyd edirdi ki, "respublikamızın qarşısında duran əsas 
vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında 
müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülmə-
sidir... Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın 
dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Bunun 
üçün dünyanın bütün dövlətləri ilə  bərabərhüquqlu, qarşılıqlı 
faydalı əlaqələr yaratmalı və inkişaf etdirməliyik, bu əlaqələr-
dən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini 
möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, 
elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə 
etməliyik".
57
 
Azərbaycan dövləti Heydər  Əliyevin rəhbərliyi altında 
1993-cü ildən başlayaraq, müstəqil dövlət kimi dünya siste-
mindəki məxsusi yerini, beynəlxalq münasibətlər sahəsində 
təmsilçiliyinin strateji məqsədlərini və taktiki vəzifələrini, 
xarici aləmlə əlaqələrinin, xarici təhlükəsizlik siyasətinin kon-
turlarını, prioritetlərini müəyyən etdi və özünün tarazlaşdırıl-
mış xarici siyasət kursunun taktikasını müəyyənləşdirdi.  
 Heydər  Əliyev, Azərbaycanın daxili ictimai-siyasi, iqti-
sadi, mənəvi, milli-etnik və dini həyatının tarazlı inkişaf mode-
lini yaratmaqla yanaşı, həm də həlli prinsiplərini ortaya qoydu. 
Mütəxəssislərin fikrinə görə, Heydər  Əliyev ölkə daxilində 
ümumi ahəngi pozmadan, etik-milli və milli-siyasi aspektlər 
arasında optimal nisbəti nəzərə almaqla, dövlətin təkamül yolu 
ilə inkişafına ciddi zəmin yaratdı və dövlətçilik probleminin ən 
əlverişli həlli yolunu ortaya qoydu.
 58 
                                                 
57
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, s. 16 
58
 Bax: Xəlilov S.S. Heydər  Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər 
Əliyev və Azərbaycan. Bakı, 2008, s. 571-582 


 
ƏL İ  H ƏS ƏNOV  
 
78 
 Heydər  Əliyev həm Azərbaycanın dövlət idarəçiliyinin 
qurulmasında, ölkədaxili ictimai-siyasi və milli-vətəndaş birli-
yinin yaradılmasında, sabitlik və qanunçuluğun bərqərar olma-
sında, iqtisadi, sosial, mədəni və s. islahatların aparılmasında 
tarazlı inkişafın, həm də respublikanı  əhatə edən region və 
dünya dövlətləri ilə qarşılıqlı-faydalı münasibətlərin yaran-
masında balanslı siyasətin pozulmasına heç zaman yol vermə-
dən, Azərbaycanın fərqli daxili və xarici maraqlar müstəvi-
sində öz müvazinətini lazımi səviyyədə qoruyub saxlanmasını 
təmin etmişdir. 
 
 
 
 
 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
79 
 
lI FƏSİL  
AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİK 
SİYASƏTİ: MİLLİ MARAQLARININ ƏSAS 
PARAMETRLƏRİ, GEOSİYASİ KODU VƏ 
TƏHLÜKƏSİZLİK PERSPEKTİVLƏRİ 
 
§ 2.1. Milli təhlükəsizlik siyasəti:  
formalaşması, əsas ölçüləri və mexanizmləri  
 
XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpa edilməsi 
Azərbaycana dövlət quruluşunda  əsaslı  dəyişikliklərin həyata 
keçirilməsi, yeni sosial-iqtisadi və ictimai-siyasi münasibətlə-
rin formalaşması və s. daxili siyasət məsələləri ilə yanaşı, həm 
də davamlı olaraq öz təhlükəsizliyinin qayğısına qalmaq kimi 
daimi bir məsuliyyət gətirdi. 
Müstəqil dövlətçilik maraqlarının təmin edilməsi tələbləri, 
yeni geosiyasi aktorlarla birbaşa ünsiyyətin yaradılması, tama-
milə  fərqli təhlükəsizlik mühitinə daxil olması, iqtisadi, icti-
mai-siyasi münasibətlərin demokratiya, vətəndaş  cəmiyyəti, 
bazar iqtisadiyyatı yoluna çıxması və s. yeniliklər digər postso-
vet respublikalarında olduğu kimi, Azərbaycanda da şəxsiy-
yətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinə dair yeni-yeni 
yanaşmaların, proqram və konsepsiyaların yaradılması zərurə-
tini ortaya çıxarmışdır. Bütün bunlar Azərbaycan dövlətindən 
ölkənin milli vəzifə  və  tələblərinə uyğun, yeni prinsiplərə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə