Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   10   11   12   13   14   15   16   17   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
52 
kənin milli inkişafının üçüncü əsas şərtini - vahid lider tələbini 
təmin etdi. 
Heydər  Əliyevin hakimiyyətə  gəlməsi ilə ölkənin milli 
inkişafının yeni - ikinci mərhələsi başlandı. Tədqiqatçıların 
fikrinə görə, bu mərhələdə Azərbaycanın milli inkişaf siyasə-
tinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və  mədəni-mənəvi 
inkişafının  əsası qoyuldu, daxili və xarici siyasətinin məqsəd 
və  vəzifələri, prinsip və xüsusiyyətləri,  əsas istiqamətləri və 
prioritetləri müəyyən edildi.
37
 
Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli in-
kişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk 
dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərin-
də Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikir-
lərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki inkişafı 
ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səslən-
dirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin fikrincə, 
müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, 
praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi.
38
 
Heydər  Əliyevin müstəqil Azərbaycan dövlətinin milli 
inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi, sosial-
iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və  vəzifələrinin 
müəyyən edilməsi, ölkə həyatının bütün sahələrində keçmiş so-
sialist normalarından imtina edilməsi və yeni prinsiplərə söy-
kənən dövlət quruculuğu proseslərini həyata keçirməsi, milli 
dövlətin  əsas atributlarının yaradılması  və s. də SSRİ-nin 
dağılmasından bir qədər  əvvəl, 1991-cü ilin sentyabr ayında 
Naxçıvan MR Ali Məclisinə  sədr seçilməsi ilə başlamış  və 
                                                 
37
Bax: Mehdiyev R.Ə. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. Bakı, 2006.  
38
Bax: Mehdiyev R.Ə. Yeni siyasət:  İnkişafa doğru. l kitab, Bakı,  2008.                 
s.28-29 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
53 
1993-cü ildənsə Azərbaycan Respublikasının Prezidenti kimi 
davam etdirilmişdir. 
Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən 
sonra Heydər  Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və 
dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri öz 
ətrafına toplayaraq, dövlətin gələcək iqtisadi, ictimai-siyasi və 
sosial-mənəvi inkişafının prinsiplərini, məqsəd və  vəzifələrini 
müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqti-
sadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar 
iqtisadiyyatı  və çoxmülkiyyətli iqtisadiyyata, demokratik nor-
malara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti mo-
delinə keçidinin konseptual əsaslarını yaratdı  və 1995-ci ildə 
qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi. 
Heydər  Əliyevin milli inkişaf siyasətinin xarakterik əla-
mətlərindən biri də, onun bütün milli resursları, maddi və mə-
nəvi sərvətləri səfərbər edərək, ölkənin ümumi iqtisadi inkişa-
fına yönəlməsi taktikasında idi. Bu məqsədlə, Heydər  Əliyev 
1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli 
neft  şirkətləri ilə  Xəzər dənizinin Azərbaycan sektorundakı 
neft və qaz resurslarının birgə  işlənməsi və  sərbəst yollarla 
dünya bazarlarına ixrac edilməsini hədəfləyən “Əsrin müqa-
viləsi”ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın ye-
ni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin 
milli inkişafı üçün lazımi maddi resursların  əldə edilməsi və 
istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun bey-
nəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artı-
raraq, dünyaya inteqrasiyasını  şərtləndirdi. “Əsrin müqavilə-
si”ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal 
dünya iqtisadiyyatının bir hissəsinə çevrildi, ölkənin inkişaf 
etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırıl-
ması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial si-


 
ƏL İ  H ƏS ƏNOV  
 
54 
yasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə  əlve-
rişli  şərait yarandı. Azərbaycan dövləti və  vətəndaşları, icti-
mai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, ma-
liyyə  və texnoloji imkanlarından istifadə etmək imkanı qa-
zandılar. 
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi 
dövlət, demokratik inkişaf və siyasi plüralizmə  əsaslanan cə-
miyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən 
həyata keçirilən tədbirlər, atılan  ən mühüm addımlar – milli 
qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, 
azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət struktur-
larının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən 
çoxsaylı  işlər, 1995-ci ildə demokratik normaları özündə  əks 
etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bər-
qərar olması, onun əsasında ilk parlament seçkilərinin keçiril-
məsi və demokratik parlamentin yaradılması, mətbuat və infor-
masiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin 
yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sü-
rətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini for-
malaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əmək-
daşlığa ruhlandırdı. Bir neçə il ərzində hüquqi dövlət quruculu-
ğu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasət ölkənin 
ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kö-
kündən dəyişdi, vətəndaş  cəmiyyəti institutlarının yaradılması 
və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa 
standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbayca-
nın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaş-
lıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına 
inteqrasiyası və s. ilə nəticələndi.  
Heydər  Əliyevin milli inkişaf siyasətində  ədalətli cəmiy-
yət və sosial yönümlü dövlət, ölkə  vətəndaşlarının sosial-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
55 
iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının 
yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində 
insan potensialının inkişafına yönəldilməsi prinsipi də mühüm 
yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı bo-
yu yürütdüyü siyasətdə daimi prinsip olmuş, rəhbərlik etdiyi 
dövlətin imkanları  əhalinin rifah halının yaxşılaşdırılmasına 
xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev vurğulayırdı ki, 
“xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”.
39
  Məhz 
Heydər Əliyevin təməlini qoyduğu fəal sosial siyasətin nəticə-
sidir ki, 20 ildə ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə  aşağı 
salınmış, əhalinin pul gəlirləri və həyat səviyyəsi dayanmadan 
yüksəlmiş, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. 
Heydər  Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cə-
nubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı 
regional və beynəlxalq addımlarını, mövqelərini, onun dünya 
birliyinə inteqrasiyasının prinsipial xəttini,  əsas məqamlarını 
dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici 
siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq 
olaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə 
münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş  və 
balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azər-
baycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləş-
dirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosi-
yasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin 
yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya 
dövlətləri içərisində Azərbaycanın güclü milli və regional fak-
tora çevrilməsini, beynəlxalq aləmlə  uğurlu inteqrasiyasını  və 
əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlığını şərt-
                                                 
39
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə