Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   9   10   11   12   13   14   15   16   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
48 
“Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini 
çəkdiyi günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, dövlə-
tin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yol-
lardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, 
möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq, 
vətəndaşlara müstəqil dövlət  şəraitində layiqli həyat  şəraiti 
təmin etmək daha çətindir”.
35
 
Dünya təcrübəsi və Azərbaycanın dövlətçilik tarixinin qı-
sa təhlili göstərir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yarat-
maq və onu yaşatmaq üçün üç əsas  şərtin olması vacibdir. 
Bunlar: 
- müstəqillik üçün mövcud daxili və xarici şəraitin ye-
tişməsi; 
- müstəqillik qazanmaq, onu qorumaq və yaşatmaq üçün 
xalqın milli iradəsinin ortaya qoyulması  və vahid milli 
məqsəd ətrafında birləşməsi;  
- həmin dövr üçün millətin vahid milli ideyasının və ira-
dəsinin daşıyıcısı rolunu oynayan, insanları  səfərbər 
edərək öz arxasınca aparmaq gücünə  və qabiliyyətinə 
malik, cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli 
liderin olmasından ibarətdir. 
Bəşər tarixində bu və ya digər xalqın və ölkənin müstə-
qilliyi üçün lazımi tarixi şəraitin yetişməsi ayrı-ayrı dövrlərdə 
müxtəlif forma və  məzmunda özünü büruzə vermiş  və  bəhs 
olunan mövcud zaman və  məkanın spesifik ölçüləri,  əlverişli 
daxili və xarici amilləri və s. ilə ölçülmüşdür. 
Milli iradə ortaya qoymaq və milli məqsəd uğrunda birləş-
mək bütün məkan və zamanlarda, bir qayda olaraq, ölkə 
                                                 
35
Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar
məktublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci 
illər.  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
49 
əhalisinin tam əksəriyyətinin “birlik, vahidlik və qətiyyətlilik” 
əmsalı hesab olunmuşdur. 
O ki, qaldı tarixdə, millətlərin və dövlətlərin həyatında 
vahid, birləşdirici liderin, şəxsiyyətin oynadığı rola, bununla 
bağlı dünya siyasətşünaslığında fərqli yanaşmalar mövcuddur. 
Bu məsələdə ən inandırıcı siyasi yanaşma metodunu geosiyasi 
ədəbiyyatda “Biheviorist metod” tərəfdarları irəli sürür və 
əsaslandırırlar.
36
 
Siyasətşünaslar  şəxsiyyətin (liderin) xalqların və toplum-
ların milli “özünü müəyyənetməsi” və ya milli kimliyi, milli 
dövlət quruculuğu və milli inkişafındakı tarixi rolunun ölçü 
meyarlarını onun mövcud zaman və məkan çərçivəsindəki mil-
li ideya və milli iradə daşıyıcısı kimi çıxış etməsi, bu missiyanı 
icra etmək gücünə  və keyfiyyətinə, geniş  və  hərtərəfli qlobal 
dünyagörüşə malik olması, yerli, regional və beynəlxalq geosi-
yasi mühitdən yetərincə baş çıxarması və nəhayət, cəmiyyətin 
ictimai dəstəyini qazanması ilə müəyyənləşdirirlər. 
Müstəqilliyə qovuşmaqla Azərbaycanın milli inkişaf və 
təhlükəsizlik siyasəti birdən-birə yaranmamış və bir neçə mər-
hələdən keçərək, tədricən formalaşmışdır. Siyasi ədəbiyyatda 
bəzi xarakterik xüsusiyyətlərinə görə, Azərbaycanın müstəqil 
                                                 
36
Bu metoddan geosiyasətdə ilk dəfə ABŞ siyasətçisi, sonralar isə prezident 
seçilmiş Vudro Vilson 1880-ci ildə istifadə etmişdir. Həmin geosiyasi metoda 
görə, bu və ya digər hadisəni qiymətləndirərkən “tam aydın, dəqiq və 
birmənalı bilik və  təcrübəyə  əsaslanaraq qərar vermək lazımdır”. V.Vilson 
hesab edirdi ki, həm daxili siyasətdə, həm də geosiyasətdə bütün hadisələrin 
əsasında lider (şəxsiyyət) dayanır və  əsas rolu da məhz o oynayır. V.Vilson 
konkret zaman və  məkan çərçivəsində xalqların, millətlərin və digər insan 
birliklərinin əsas maraq və mənafe dairəsinin, fəaliyyət və istəklərinin ifadə və 
təmin olunması yolları  və vasitələrinin tapılmasını da məhz onların “lider-
lərinin dünyagörüşü və qabiliyyəti” ilə əlaqələndirirdi. 


 
ƏL İ  H ƏS ƏNOV  
 
50 
dövlət quruculuğu və milli inkişafını bir neçə  mərhələyə bö-
lürlər. 
Birinci mərhələyə Azərbaycanın 18 oktyabr 1991-ci ildə 
müstəqillik haqqında Konstitusiya Aktını  qəbul etməsindən 
başlayaraq 1993-cü ilə - Heydər Əliyevin hakimiyyətə gəlmə-
sinə qədərki dövrü aid edirlər. 
1980-ci illərin sonu, 1990-cı illərin  əvvəlində SSRİ-nin 
süqutunun qarşısıalınmaz prosesə çevrilməsi, beynəlxalq aləm-
də yaranan əlverişli tarixi şərait, bölgədə cərəyan edən mərkəz-
dənqaçma meyillərinin vüsət alması, Ermənistan-Azərbaycan 
münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində o zamankı 
sovet rəhbərliyinin ermənipərəst mövqeyi, ermənilərin yaran-
mış boşluqdan bəhrələnərək Azərbaycan torpaqlarını bir-biri-
nin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda əvvəlcə 
kortəbii xalq hərəkatına, 1990-cı ildən sonra isə artıq məqsəd-
ləri aydın olan milli-azadlıq hərəkatına rəvac verdi. Həmin 
vaxt ölkənin müstəqilliyinin elan olunması və müstəqil dövlət 
qurulması üçün tələb olunan ilk iki şərt tam yetişmişdi. 
Bəhs olunan dövrdə SSRİ-nin ali siyasi rəhbərliyində ya-
ranan böhranlı vəziyyət və Moskvada yaşanan siyasi qarşıdur-
madan istifadə edən bir çox keçmiş müttəfiq respublikalar, o 
cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin həmin 
dövrdə  həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin, 
dövlət qurumlarının aydın milli inkişaf konsepsiyasının olma-
ması, respublikaya rəhbərlik edən şəxslərin müstəqillik və milli 
dövlət iradəsinin zəifliyi, qeyr-prinsipial və  səriştəsiz iqtisadi, 
ictimai-siyasi və mənəvi siyasət yürütməsi, ölkədə sabitliyi və 
qanunçuluğu bərpa edə bilməməsi, siyasi mübarizənin milli-
vətəndaş qarşıdurması müstəvisinə keçməsi, Ermənistanın tə-
cavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi və 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
51 
yerli  əhalinin qaçqın-köçkünə çevrilməsi, iqtisadi, siyasi, 
sosial-mənəvi böhranın getdikcə  dərinləşməsi və s. Azərbay-
canı ciddi təhlükə ilə üz-üzə qoydu, əhalinin gələcəyə, müs-
təqil dövlətçiliyə inamını sarsıtdı. 
1991-ci ildə Azərbaycan SSRİ-nin keçmiş kommunist 
ideologiyasından birmənalı imtina etsə də, xalqı səfərbər edən, 
onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi də-
yərlərini qoruyub saxlayacaq və yönəldəcək yeni milli sistem 
və ideya ortaya qoyulmadı. Keçmişin bütün qalıqlarından, o 
cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən 
kütləvi surətdə imtina meyli Azərbaycanda sözün həqiqi mə-
nasında ciddi bir ideoloji boşluq yaratdı.  Əlbəttə, cəmiyyətin 
ideyasızlaşdırılması meyli bir tərəfdən, keçmiş kommunist reji-
minə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən, 1991-ci ildən 
1993-cü ilin ortalarına qədər Azərbaycanı idarə edənlərin ay-
dın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlə-
tin və xalqın siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında 
dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. 
Bu dövrdə Azərbaycanın milli azadlıq hərəkatı və müstə-
qil dövlət quruculuğu prosesinə rəhbərlik etmək iradəsinə, gü-
cünə  və qabiliyyətinə malik, əhalinin  əksəriyyəti tərəfindən 
qəbul edilən və dəstəklənən milli liderə olan ehtiyac açıq-aşkar 
özünü göstərməyə başlayır. Belə lider 1990-ci ildən Naxçıvan 
əhalisinin iradəsi ilə Azərbaycan Ali Sovetinə deputat və 1991-
ci ildənsə Muxtar Respublikanın Ali Məclisinə  sədr seçilən, 
faktiki olaraq Naxçıvan əhalisinin xilaskarına çevrilən Heydər 
Əliyev oldu. 1993-cü ildə xalqın tələbi ilə, o, hakimiyyət dairə-
ləri tərəfindən Bakıya dəvət olundu. İyunun 15-də Ali Sovetin 
sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçilərək, yenidən 
Azərbaycanın siyasi sükanı arxasına keçən Heydər Əliyev öl-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə