Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   12   13   14   15   16   17   18   19   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
60 
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi, Heydər 
Əliyevin indiyə  qədər toplanmış  nəzəri-siyasi irsi müstəqil 
Azərbaycan dövlətinin əsasları və milli inkişafı haqqında zən-
gin mənbəşünaslıq bazası, bitkin bir təlim hesab olunur. Bu 
təlimin bir çox tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiya-
sının yaradılması ilə bağlı onun ölkə ziyalılarına ünvanlanmış 
müraciətində, həmin partiyanın yeni qəbul edilmiş  məramna-
məsində, digər hissəsi isə 1993-2003-cü illərdə onun prezident-
lik fəaliyyəti dövründə  qəbul edilmiş ayrı-ayrı dövlət proq-
ramlarında, səsləndirdiyi fikir və mülahizələrdə, çıxışlarında, 
ortaya qoyduğu nəzəri-siyasi ideyalarda öz əksini tapmışdır. 
Mütəxəssislərin fikrinə görə, Heydər Əliyevin dövlət həyatının 
müxtəlif sahələri və yürüdülən siyasətin ayrı-ayrı  məqamları 
ilə bağlı söylədiyi fikirlər, səsləndirdiyi tezislər, əslində, Azər-
baycanın vahid milli inkişaf konsepsiyası, milli ideologiyası, 
müasir Azərbaycanın sosial idealı, milli-fəlsəfi dünyagörüşü-
dür, ölkənin real gerçəkliyinin, ictimai-siyasi və mədəni-mənə-
vi həyatının bütün sahələrini  əks etdirən mükəmməl elmi-
nəzəri sistem və dövlət quruculuğu təlimidir.
45
  Heydər  Əliye-
vin ayrı-ayrı çıxışlarında dövrün ictimai-siyasi xarakteristikası, 
Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğunun 
tələbləri, şərtləri və yolları, regionumuzda və beynəlxalq aləm-
də baş verən hadisələr və geosiyasi proseslərin xüsusiyyətləri 
və onların Azərbaycanın daxili, regional və beynəlxalq vəziy-
yətinə  təsiri, 1990-cı ilin əvvəllərində ölkənin düçar olduğu 
iqtisadi-siyasi böhranın təhlili, mövcud vəziyyətdən çıxış yol-
ları  və s. kimi taleyüklü strateji məsələlər özünün həqiqi ca-
vabını tapmışdır. 
                                                 
 
45
Bax: Xəlilov S.S. Heydər  Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər 
Əliyev və Azərbaycan. Bakı, 2008, s. 571-582. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
61 
Heydər  Əliyevin milli inkişaf siyasətinin  əsas xarakterik 
xüsusiyyətlərindən biri Azərbaycanda daxili inkişafın təkamül 
yolunun seçilməsi, bütün sahələrdə - hüquqi dövlət quruculu-
ğu, bazar iqtisadiyyatına, çoxmülkiyyətçiliyə və azad rəqabətə 
keçid, demokratiya və siyasi plüralizmin yaradılmasında inqi-
labi yanaşmadan qaçması  və  təkamül prinsipini tətbiq etməsi 
idi. O, öz çıxışlarında daim vurğulayırdı ki, dövlət həyatında 
heç nəyə birdən-birə nail olmaq mümkün deyil. Nə iqtisadi, 
siyasi, sosial-mədəni inkişafa, nə də ki, demokratiya, vətəndaş 
cəmiyyəti və siyasi plüralizmə bir-iki gündə çatmaq olmaz. 
Bunun üçün uzunmüddətli ciddi təşkilati işlər görülməlidir, 
milli inkişaf resursları səfərbər edilməlidir, daxili idarəçilikdə, 
insanların  şüurunda dəyişiklik edilməlidir. Bütün bunları heç 
bir inqilabla etmək mümkün deyil, bunu yalnız təkamül yolu 
ilə, tədricən həyata keçirmək olar.
46
 
Göründüyü kimi, Heydər  Əliyevə görə milli inkişafa tə-
kamül yolu ilə, ciddi və uzunmüddətli praktiki işlərlə yanaşı, 
həm də milli şüurun formalaşması yolu ilə nail olmaq müm-
kündür. Heydər Əliyev qeyd edirdi ki, bir ölkədə hətta inqilabi 
dəyişikliklər belə köhnə sistemi dərhal dəyişdirmir, onu yeni 
bir sistemlə  əvəz etmir, inqilab köhnəni vurub dağıdır, ancaq 
ondan fərqli sistem yaratmaq üçün müəyyən vaxt və illər 
lazımdır.
47
 
Heydər Əliyevin milli inkişaf sahəsində atdığı addımların, 
həyata keçirdiyi tədbirlərin əvvəlcədən elmi-siyasi təhlili, onun 
müsbət və  mənfi tərəflərinin ölçülüb-biçilməsi, nəticələrinin 
proqnozlaşdırılması, ardıcıl və məqsədyönlü olması da siyasət-
                                                 
46
Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 
47
Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 


 
ƏL İ  H ƏS ƏNOV  
 
62 
şünasların diqqətini cəlb etmişdir. Bu xüsusiyyət özünü, xüsu-
sən, Azərbaycanın daxili və xarici siyasətinin, milli təhlükə-
sizliyinin, hərbi quruculuğunun proqramlaşdırılması  və yerinə 
yetirilməsində, iqtisadi-siyasi və sosial proqramların qəbulunda 
göstərmişdir. 
Mütəxəssislər Heydər Əliyevin dövlətçilik və milli inkişaf 
nəzəriyyəsinin  ən böyük yeniliklərdən biri kimi, onun sosial 
sistemləri dağıdıb yenidən vaxt və qüvvə sərf etmədən, öz da-
xili enerjisi hesabına dəyişdirərək, proseslərin təbii gedişini is-
tiqamətləndirmək taktikasını xüsusi qeyd edirlər. Bu taktikanı 
reallaşdırarkən  əsas məsələ mürəkkəb proseslərə müxtəlif ra-
kurslardan yanaşmaq qabiliyyəti idi. Heydər Əliyevin milli in-
kişaf siyasətində ictimai davranış və əxlaq normaları cəmiyyət 
üçün kənar təsirlər vasitəsilə deyil, məhz daxildən - ictimai 
şüurun həmahəng formada yetişməsi yolu ilə tətbiq olunurdu.
48
 
Heydər  Əliyev müstəqillik dövrünün 1993-2003-cü illəri 
əhatə edən keçid mərhələsində Azərbaycanın milli inkişaf siya-
sətinin həm nəzəri əsasını qoydu, həm də onu praktiki şəkildə 
reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini təmin etdi. 
Heydər  Əliyevin milli inkişaf təlimi Azərbaycandakı bü-
tün sonrakı proseslərin təməlində dayanır və bundan sonra da 
dayanacaqdır. Onun Azərbaycan xalqının dövlətçilik  ənənələ-
rinə söykənərək 1993-cü ildə müəyyənləşdirdiyi siyasi kurs, 
əsasını qoyduğu demokratik və hüquqi dövlət idarəçiliyi for-
ması 1995-ci ildə  qəbul olunmuş yeni Konstitusiyaya daxil 
edilmiş və 2003-cü ilə qədər ulu öndərin özü tərəfindən həyata 
keçirilmişdir. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan Res-
publikasının Prezidenti seçilən İlham Əliyev Heydər Əliyevin 
                                                 
48
Bax: Xəlilov S.S. Heydər  Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər 
Əliyev və Azərbaycan. Bakı, 2008, s. 571-582. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
63 
müəyyənləşdirdiyi və 1993-2003-cü illərdə  həyata keçirdiyi 
milli inkişaf siyasətinin heç bir alternativi olmadığını, bu stra-
teji inkişaf kursunun bundan sonra da dönmədən davam etdi-
riləcəyini birmənalı şəkildə bəyan etmişdir.
49
 
Göründüyü kimi, Heydər  Əliyevin dövlətçilik kursu və 
milli inkişaf siyasəti, xüsusən onun təməl prinsipləri, nəzəri-
siyasi məsələləri bütün keçid dövrü üçün Azərbaycanın  əsas 
inkişaf strategiyası olmuş, 2003-2011-ci illərdə dövrün, zama-
nın və respublikanın müasir inkişafının yeni tələbləri də əlavə 
olunaraq, Prezident İlham Əliyev tərəfindən dönmədən həyata 
keçirilmişdir. 
Hazırda Azərbaycan Respublikası bir çox sahələrdə, xüsu-
sən, iqtisadi sferada keçid dövrünü başa vurmuşdur. Respubli-
kanın sonrakı onilliyini hədəfə alan yeni inkişaf konsepsiya-
sının yaradılmasına ciddi ehtiyac yaranmışdır. Heç kimdə şüb-
hə yoxdur ki, yeni inkişaf konsepsiyası da Azərbaycanın milli 
inkişafının Heydər  Əliyev tərəfindən müəyyən olunmuş  əsas 
təməl prinsiplərini mütləq  şəkildə  nəzərə alacaq və davam 
etdirəcəkdir. 
Mütəxəssislər hesab edir ki, Heydər Əliyev dühasının föv-
qəladəliyi həm də onda idi ki, o, təkcə öz dövrünün nəbzini 
tutmaqla məhdudlaşmadı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi 
inkişafının birinci fazasından uğurla çıxarmaq missiyasını başa 
vurdu və bununla kifayətlənməyərək, vaxtında ikinci fazanın 
təməl daşını qoydu, bu mərhələdə ölkəyə rəhbərlik edə biləcək 
yeni siyasi güc mərkəzini yaratdı... Bəzi qonşu ölkələrdən fərq-
li olaraq Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi or-
taya çıxan siyasi dünyagörüşü və yeni siyasi lideri müxalifətdə 
                                                 
49
Bax: Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin nitqləri, çı-
xışları, müsahibələri və bəyanatları //http://files.preslib.az/site/ialiyev/2003 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə