70
qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən
çoxdur. Kal badımcanın tərkibində 0,8-3,7% nişasta olur.
Badımcan ölçüsünə və formasına görə qruplaşdırılır. Xırdameyvəli
armudaoxşar badımcanların uzunluğu 8-10 sm, diametri 5-7 sm, irimeyvəli
armudaoxşar badımcanda isə uyğun olaraq 10-18 və 8-13 sm, silindrformalı orta və
iri ölçülü badımcanların uzunluğu 10-25 sm, diametri isə 5-8 sm-dir. Çəkisi 50 qr-
dan 100 qr-a qədər (bəzən 2000 qr-a qədər) olur. Lakin çox vaxt 100-300 qr
irilikdə dərilir.
Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən (120-140 günə) və
gecyetişən (140 gündən çox) sortları olur. Açıq bənövşəyi və ya tünd bənövşəyi
rəngdə olur. Ətli hissəsi zərif və toxum hissəsi daha cavan olanlar yüksək
keyfiyyətli sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş dərirlər.
Həddindən artıq yetişmiş badımcanın lifləri kobudlaşdığından dadı pisləşir.
Geniş yayılmış sortlarından Universal-6, Simferopol-105, Uzun bənövşəyi-
239, Konservlik-10, Don-14, Delikates, tezyetişən, Pekin, Silindr formalı misal
göstərilə bilər. Bunlardan başqa Bolqar 0-14, Krım-714 və Şavqremani-9 sortları
da vardır.
Azərbaycanda becərilən badımcan sortlarından uzun bənövşəyi-239 və Yerli
Abşron sortunu göstərmək olar.
Badımcanın keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi tam yetişməmiş,
təmiz, təzə, sağlam, forması və rəngi botaniki sortuna müvafiq, forması eybəcər və
qabığı isə kobud olmamalıdır. Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və
natamam yetişmiş ağ toxumları olmalıdır. Meyvəsinin uzunluğu 10 sm-dən,
diametri 5 sm-dən az olmamalıdır.
Tam yetişmiş, içərisi boşluqlu və toxumu tam yetişmiş badımcanların
miqdarı 5%-dən, qabığı büzüşmüşlərin miqdarı 15%-dən, əzilmiş və çatlamışların
miqdarı 8%-dən çox olmamalıdır. Kənarlaşmanın ümumi miqdarı hər göstərici
üzrə norma daxilində 15%-dən çox olmamalıdır. Badımcanın rəngi bənövşəyi
rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır.
71
Saplaqlı istiot (Capsicum annuum) istisevən bitki olduğundan cənub
rayonlarında daha çox becərilir.
Istiotun vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub
rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir.
Istiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə
dərəcəsindən asılı olaraq dəyişir. Şirin istiotun tərkibində orta hesabla 4,8-9,5%
quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar,
0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır.
Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Istiotun
acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C
18
H
27
NO
3
) miqdarından (0,02-
1,0) asılıdır.
Istiot dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır. Daxilində isə 2-4
kamera yerləşir. Adətən şirin sortlar acılardan iri olur. Şirin istiotlara bibər adı
verilmişdir. Şirinlərdən duza və sirkəyə qoyma, habelə salat və 2-ci xörəklərin
hazırlanmasında istifadə edilir. Acılar isə aşpazlıqda, duza və sirkəyə qoymaq və
qurutmaq üçün istifadə edilir.
Istiot yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qırmızı, sarımtıl və yaşıl
rəngdə olur. Şirin istiot (bibər) kal dərilir və satışa buraxılır. Acı istiot döyülmüş
quru toz halında da satışa verilər bilər.
Bütün istiot növləri saplağı ilə birlikdə dərilir. Acı istiotun saplağının
uzunluğu 2 sm-dən, şirin bibərin saplağının uzunluğu isə 3 sm-dən artıq
olmamalıdır.
Istiotlar formasına görə silindrik, konusvari, yumurtavari, darəvi hamar,
əyilmiş, qabırğalı və çopur səthli olur.
Ölçüsünə görə iri – 45 qr-dan çox, orta – 25-45 qr və xırda – 25 qr-a qədər
olurlar. Ətli hissənin qalınlığından asılı olaraq nazik divarlı – 1-2 mm qalınlığında,
orta qalınlıqda – 3-4 mm və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olurlar.
Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120 günə), ortayetişən (121-
140 günə) və gecyetişən (140 gündən çox) qruplarına bölünür.
72
Şirin bibərlərin ən çox yayılmış sortlarından ağ Krım, Bolqar-79,
Iri sarı, Maykop, Adıgey, Kalinkov, Novoçerkask-35, Qoqaşarı, Qırmızı
konservlik-211, Oş-Kom, Ağ Moldaviya, Ağ nikitskiy, Ratunda və
başqaları göstərilə bilər.
Acı istiotların ən çox yayılmış sortlarından Həştərxan A 160,
147/628, Kayen, Ukrayna, Kardinalskiy, Velikan, Margelan, Fil
xortumu-304 və başqaları göstərilə bilər.
Azərbaycanda şirin istiot sortlarından Maykop-470, acı istiotlardan
isə Fil xortumu-304 və Həştərxan-628 sortu becərilir.
Şirin istiotun meyvəsi təzə, təmiz, sağlam, forması və rəngi
botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə dərəcəsinə görə
eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-sarı, tam yetişmişlər isə
qırmızı və ya sarı rəngli olmalıdır. Uzunsov formalıların uzunluğu 6 sm-
dən, yumru formalıların diametri 4 sm-dən az olmamalıdır. Dadı şirin və
istiota xas olan zəif tündlüyə malik olmalıdır. Kiçik ölçülü meyvələrin
olmasına yol verilir. Uzunsov formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü
və yumru formalılarda 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı
8%-dən çox olmamalıdır.
Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış və çatlamışların
miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi miqdarı hər
göstərici üzrə norma daxilində 20%-dən çox olmamalıdır.
Acı istiot təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif formalı,
saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı olmalıdır. Acı
istiot partiyasında 5% miqdarında əzilmiş və çatlamışların və 5%
miqdarında yaşıl rəngdə müxtəlif istiotların olmasına yol verilir.
Dostları ilə paylaş: |