Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə30/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   120

 

 

101



Qara qarağatın keyfiyyəti dövlət standartının (QOST 21450-75) tələblərinə 

cavab verməlidir. Keyfiyyətcə qara qarağatın gilələri təzə, təmiz, yetkin, bir 

pomoloji sorta mənsub, zədəsiz və sağlam olmalıdır. 

Bitkinin başqa hissələrinin miqdarı 1,0%-dən, kal meyvələr 5,0%, quruyub 

yanmış gilələr 3,0%, bir-birinə yapışmış gilələr isə 4%-dən çox olmamalıdır. 

Qırmızı  və  ağ qarağatın tərkibində orta hesabla 6,7-8,2% şəkər, 2,6-3,8% 

turşu, 20-45 mq% C vitamini, 0,19-0,26% pektin maddələri, 0,24-2,38% 

protopektin, 0,41% pentozan, 3,88% sellüloza, 0,11% aşı və boya maddəsi, 0,20-

0,91% azotlu maddələr vardır. 

Qırmızı qarağatın yayılmış sortlarından Qırmızı Versalski, Qırmızı 

Hollandiya, Krasnıy krest, Məhsuldar Feya, Zamok Xautona, Qırmızı çutovka və s. 

göstərmək olar. 

Ağ qarağatın sortlarından Ağ Bulonski, Ağ versalski, Ağ Hollandiya və 

Yuterborq misal göstərilə bilər. 

Həqiqi giləmeyvələrə aid olan firəngüzümü, quşüzümü, qaragilə  və  mərsin 

ən çox Rusiyanın  şimal və orta zonalarında yetişir. 

Azərbaycanda yetişən  yabanı giləmeyvələr haqqında IY fəsildə geniş 

məlumat verilir. 



  

3.3.2. Mürəkkəb giləmeyvələr 

 

Moruq (Rubus idaeus L.) ən çox şimal və orta zona rayonlarında yayılmışdır. 

Moruq çoxillik bitkidir. Moruq ikinci ilindən məhsul verməyə başlayır. Ən çox 3-

cü, 4-cü illərində meyvə verir. Bir hektardan 4-6 qr məhsul yığmaq olur. Yetişmiş 

moruq budaqdan asanlıqla qopur. Moruq təzə halda istifadə edilməklə yanaşı 

qurutma, dondurma, mürəbbə,  şirə,  şərbət, içkilər və s. hazırlamaq üçün istifadə 

edilir. Qurudulmuş moruqda salisil turşusu daha çox olduğundan, müalicəvi 

əhəmiyyətə malikdir. Təzə  və dondurulmuş moruq meyvəli dondurma 

hazırlanmasında işlədilir. 



 

 

102



Sortundan və yetişmə şəraitindən asılı olaraq tərkibində 3-11% şəkər, 1-2% 

üzvi turşu, 0,5-2,8% pektin maddələri, 6% sellüloza, 0,1-0,3% aşı maddələri, 0,8-

1,9% azotlu maddələr, 0,4-0,8% mineral maddələr vardır. Meşə moruğu dəmir və 

fosfor duzları ilə zəngindir. Moruqda 7-20 mq% C vitamini vardır. 

Moruqda saxaroza az, qlükozaya nisbətən fruktoza isə daha çoxdur. Moruq 

giləsinin forması konusvari, dairəvi və oval şəkilli, uzunsov və yarım şara oxşayır. 

Rənginə görə moruq qırmızı, ağ və qara rəngdə olur. Dadına görə turş, turşa-şirin, 

şirin-turş növlərinə bölünür. Moruğun geniş yayılmış sortlarından Voljanka, 

Kuzmin, Texas, Malboro, Usanka, Tərəqqi və s. misal göstərmək olar. 

Böyürtkən  (Rubus caucasicus Focke) qara rəngli giləmeyvədir. Hər bir 

gilənin daxilində toxumcuq yerləşir. Tərkibində 7% şəkər, 1-2% turşu olur. Ən çox 

rast gələn alma, limon və şərab turşusudur. Böyürtkən əsasən likör-araq və qənnadı 

sənayesində istifadə edilir. Böyürtkənin mədəni sortlarından Miçurinin yetişdirdiyi 

Izobiliya sortunu göstərmək olar. Krımda yabanı halda bitən böyürtkən «ojinoy» 

adlanır. 

Böyürtkənin keyfiyyəti Azərbaycan Respublika standartının (RST 277-76) 

tələblərinə cavab verməlidir. Böyürtkənin gilələri təzə, sıx ətli, mexaniki zədəsiz, 

kifsiz və çürüntüsüz olmalıdır. Rəngi tünd bənövşəyi, dadı özünəməxsus, tam 

yetişməmişlərin miqdarı 3%-dən çox olmamalıdır. 

 



 

 

103



 

 

3.3.3. Qeyri-həqiqi giləmeyvələr 

 

Bu qrupa bağ çiyələyi  (Fragaria moschata Duch.)  və meşə çiyələyi 



(Fragaria vesga) aiddir. Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox 

yaxındır. Bunların giləmeyvələr içərisində xüsusi çəkisi azdır. Meşə çiyələyi bağ 

çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi yabanı halda yayılmış və soyuğa 

davamlı olduğundan şimal və orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin 

meyvəsi iri olmaqla diametri 3-5 sm və çəkisi 50 qr-a qədər olur. 

Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru maddə vardır. 

Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələyin tərkibində 6-11% şəkər, 1-2% 

üzvi turşu vardır. 30-80 mq% C vitamini və az miqdarda B qrupu vitaminləri və 

karotin, turşulardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 2,8% 

qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci yığımda çiyələyin 

tərkibində şəkərin miqdarı 2-ci və 3-cü yığıma nisbətən 1% çox olur. 

Bunlardan başqa çiyələkdə 0,6% aşı  və boya maddəsi, 0,6% yağ, 1,5% 

sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral maddə vardır. Ən çox dəmir, fosfor 

və kobalt duzları rast gəlir. 

Yetişmə dövründən asılı olaraq tez, orta və gecyetişən növlərə ayrılır. Əsas 

aşağıdakı sortlar yetişdirilir. Tezyetişənlərdən Mısovka, Komsomolçu, orta 

yetişənlərdən Çəhrayı ananas, Iosif Maqomet, Muto, Koraska, Luiza və 

gecyetişənlərdən Zaqorya gecyetişənini göstərmək olar. Azərbaycanda,  əsasən 

Madam Muto və Festival sortları yetişdirilir. Giləmeyvələri qablaşdırmaq üçün 

tutum 3-8 kq olan səbət və səbətcikdən istifadə edilir. 

Standarta  əsasən, çiyələyin gilələri təzə, təmiz, saplaqlı, rəngi normal və 

sağlam olmalıdır. Bunların içində 10%-ə qədər nisbətən xırda gilələrin, 5%-ə qədər 

qeyri-pomoloji sortların, 3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, 

satış yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına icazə verilir. 




 

 

104



3.4. Qərzəkli meyvələr 

Qərzəkli meyvələr kimyəvi tərkiblərinə görə başqa meyvələrdən fərqlənir. 

Qərzəkli meyvələrdə 30-70% yağ, 16,5-22% azotlu maddə vardır. Ümumiyyətlə

qərzəkli meyvələrin qidalılıq dəyəri yüksək olur. 

Qərzəkli meyvələrdən qənnadı  sənayesində geniş miqyasda istifadə edilir. 

Eyni zamanda sütül qozdan mürəbbə hazırlanır, badam yağından isə  ətriyyat 

sənayesində istifadə edilir. 

Qoz  (Juglans regia)  ağacları  əsas etibarilə Ukraynada və Krımda, 

Moldaviyada və Zaqafqaziyadadır. Yabanı qoz meşələri Dağıstanda və Orta 

Asiyada böyük sahələr tutur. Qozların keyfiyyəti onun böyüklüyündən və çəkisinin 

ağırlığından asılıdır. Meyvənin üzərinin rəngi, qabığının qalınlığı, içinin çıxarı və 

rəngi də keyfiyyətinə təsir edən amillərdəndir. Içi asanlıqla ayrılan yumşaq qabıqlı 

sortlar ən qiymətli qoz sayılır. Qabığı bərk, xırda qozlara nisbətən aşağı keyfiyyətli 

sayılır. Çünki təmizlədikdən sonra bunların ləpəsi az çıxır. 

Qoz yüksək qidalılıq dəyərinə malikdir. Belə ki, qozun tərkibində 16% zülal, 

58,5% yağ, 15% karbohidrat vardır. Quru  qozun tərkibində 6-8% su vardır. Kal 

qozda 3000 mq% C vitamini olur. Yetişmə dövründə onun tərkibində C 

vitamininin miqdarı 80 mq%-ə  qədər azalır. Qozun 100 qr-ı 2785 kCoul enerji 

verir. 


Iriliyinə görə qozlar iri, orta iri və xırda növlərinə ayrılır. Irilərinin diametri 

38-42 mm, orta irilərin 37-31 mm və xırdalarının 24-30 mm olur. Çəkisinə görə isə 

irilər 11-9,1 qr, orta irilər 9,0-6,5 qr, xırdalar isə 6,4-3,8 qr olurlar. 

Qozun yayılmış sortları onun becərildiyi yerin adı ilə adlanır. Bunlardan 

Qafqaz, Orta Asiya, Krım, Moldaviya və s. qozlarını göstərmək olar. Iri qozlardan 

isə ən çox yayılanları Bomba, Amerquz və Fərqanə sortlarıdır. 

Azərbaycanda Seyfi, Suğra, Araz, Disar, Vənənd, Car, Dindi və Qum qoz 

sortları yetişir. 

Qozları günəş altında və yaxud da istiliyi 60

0

C olan quruducu şkafda 



tərkibində 6-8% su qalana qədər qurudurlar. Qozun qabığı  ağ olsun deyə, süni 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə