Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə21/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   120

 

 

67



Pomidor isti sevən bitki olduğundan,  əsasən  orta və  cənub rayonlarda 

becərilir. Pomidorun vətəni Amerikanın tropik rayonlarıdır. 

Pomidor nazik qabıqdan,  ətli hissədən, toxum kameralarından və 

toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan tomatlar ən yaxşı 

tomatlardır. 

Pomidorun 600-ə  qədər becərilən sortu məlumdur. Bunlar biri-digərindən 

formasına, rənginə, üzərinin vəziyyətinə (qabırqalı), böyüklüyünə, toxum 

kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər. 

Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. 

Pomidor oval, yastı yumru və konusvari, üstü isə hamar, ya da qabırqalı olur. 

Yetişməsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və 

daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. 

Irilərinin çəkisi 100 qr-dan çox, orta irilərinki 60-100 qr, xırdalarınkı isə 60 qr-a 

qədər olur. 

Kameraların sayından asılı olaraq azkameralı (2-5 kamera), ortakameralı (6-

9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür. 

Təsərrüfat  əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan 

ibarətdir. Pomidorun aşxana sortları  ən çox aşpazlıqda salatların, 1-ci və 2-ci 

xörəklərin hazırlanmasında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdırlar. 

Pomidorun konservlik sortları tomat-pasta, tomat-püre, tomat şirəsi almaq üçün 

işlədilir. Bu pomidorların tərkibində quru maddə çox olmalıdır. Sirkəyə  və duza 

qoyulası pomidorların ətli hissəsi bərk olmalıdır. 

Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə 

qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza vardır. 

Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, Na, Ca, P, J və s. 

elementlər vardır. 

Pomidorda 30 mq% C vitamini, 1,4 mq% karotin (A vitamini), B

1

, B



2

, B


3

PP və P vitaminləri vardır. Pomidorda 0,4-0,6% üzvi turşu (alma, limon, az 



miqdarda kəhrəba və turşəng), 0,1-0,2% pektin maddəsi, kal pomidorda isə 0,3% 


 

 

68



nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin qlükozidinin 

miqdarından asılıdır. Kal pomidorda 4 mq%, yarımkalda 5 və yetişmədə 8% 

solanin qlükozidi vardır. Boya maddələrindən pomidorda karotin, likopin və 

ksantofil vardır. Pomidorun sortlarından Mayak, Biryuçekut, Bazar əcayibi, 

Qumbert və s. göstərmək olar. Mayak – tezyetişən, məhsuldar sortdur. Meyvəsi 

orta ölçülü, forması yastı-dairəvi və ya dairəvi, səthi hamar, qırmızı  rəngli, xoş 

dadlıdır. Bu sorta yaxın pomidor sortlarından Vosxod, Donskiy, Birinci, Volqa 

tezyetişəni, Zarya, Kolxozçu, tezyetişən Moldaviya və Tamenes göstərilə bilər. 

Morfoloji və  əmtəəlik göstəricilərinə görə  məhsuldar Maykop sortuna aid 

olan pomidorlar bir qrupda birləşdirilir. Buraya Brekodey, Opolçenes, Odessa, 

Hədiyyə, Sovet, Cənublu və s. sortlar aiddir. 

Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904, Delikates, Erliana-

2, Axbutin-85, Tezyetişən, Talalixin-186, Belorusiya-225, Şatilov-35 və s. 

göstərmək olar. Bu sortlar, əsasən Uralda, Başqırdıstanda,Tatarıstanda, Çuvaşiyada 

və Aşağı Volqaboyunda rayonlaşdırılmışdır. 

Şimal vilayətlərində yetişdirilən pomidorlardan Bizon-639, Qribov-1180, 

Puşkin-1853, Tezyetişən-1165, Karlik-1185, Alpatyeva-905a və çoxmeyvəli Ural 

sortlarını göstərmək olar. 

Son illər ədəbiyyatlarda ən çox adı çəkilən pomidor sortlarından Krasnodar, 

Volqoqrad-5/95, Donetski-3/2-1, Bizon-639, Qribov və s. xarakterizə edilir. 

Bunlardan başqa Irimeyvəli,  Ştamblı-152, Vosxod-119, Simferopol-765, 

 

Xırdameyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s. sortlar vardır. 



Son illərdə yetişdirilib rayonlaşdırılmış xırdameyvəli sortlardan Pridnestrov 

Yenisey, Maşınlı-1, Marinadlı və s. göstərilə bilər. 

Bolqarıstandan gətirilən pomidor, əsasən adi pomidorlardan 2-3 həftə 

tezyetişən № 10X BIZON sortudur. 

Azərbaycanda,  əsasən Mayak 12/20-4, Dnestrətrafı, Volqoqrad 5/95, 

Sevimli,  Şəfəq-49 və s. pomidor sortları yetişdirilir. Bunlardan əlavə Bizon-637, 




 

 

69



Novoçerkassk-416, Krasnodarlı 87/23-9, Nubar-1, Peremoqa-165 və Savalan 

sortları da becərilir. 

Pomidorun keyfiyyətinə  aşağıdakı  tələblər verilir. Meyvəsi təzə, təmiz, 

bütöv, sağlam, kənd təsərrüfatı  zərərvericiləri ilə  zədələnməmiş olmalı, forması 

eybəcər olmamalı, saplaqlı və ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən 

az olmamalıdır. Gavalıyaoxşar və  xırdameyvəli sortlarda meyvənin ölçüsü 

normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq satışa qırmızı, çəhrayı və sarı 

(sarı meyvəli sortlar üçün) pomidor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd 

rəngli pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10% miqdarında 

(çəkiyə görə) sütül yetişmiş və zəif əzilmiş pomidorlar ola bilər. 

Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı  və  qırmızı 

pomidorlar yalnız tədarük və istehsal rayonunun ərazisində realizə olunmalıdır. 

Səthində quru ləkə əmələ gəlmiş pomidorların miqdarı çəkiyə görə 15%-dən, 

diametri 4 sm-dən az olan pomidorların miqdarı 5%-dən, müxtəlif yetişkənliyə 

malik olanlar isə (tədarük rayonlarında) 5%-dən çox olmamalıdır. 

Iyul-avqust aylarında, partiyada 10% miqdarında sütül yetişmiş 

pomidorların, lakin tamamilə formalaşmış meyvələrin olmasına icazə verilir. 

Payızda satışa bozumtul-qırmızı pomidorlar buraxıla bilər. 

Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetişmiş, bütöv, təmiz və 

zədəsiz olmalıdır. Emal üçün pomidorlar saplaqsız, gün vurmamış  və  ləkəsiz 

olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır. 

Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq üçün tədarük 

rayonlarında işlədilir. 

Badımcan  (Solanum melongena L.) istisevən birillik bitkidir. Əsasən 

Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. 

Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində 

qalın ətli hissəsi və çoxlu toxumu vardır. 

Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% 

kül, 0,6% zülal, 0,5-0,7% pektin maddəsi, 0,0044-0,093%-ə  qədər solanin 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə