Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə18/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   120

 

 

58



konservləşdirmək üçün istifadə edilir. Şüyüdün tərkibi C vitamini (150 

mq%) ilə  zəngin olduğundan xörəklərin dadını yaxşılaşdırır və onları 

vitaminləşdirir. Abxaziya və  Əndican  şüyüd sortları daha çox 

yayılmışdır. 



Tərxun çoxillik uzunyarpaqlı bitkidir. Təzə  tərxunda 0,1-0,5%, 

qurudulmuşunda isə 0,2-0,8% efir yağı vardır. 



Dağnanəsi birillik ətirli bitkidir. Dağnanəsində 0,9% efir yağı 

vardır. Qışa saxlamaq üçün qurudurlar. Zaqafqaziyada ən çox işlədilən 

ətirli tərəvəzlərdən biridir. 

Yaşıl cəfəri yarpağında 3,6% zülali maddə, 1,6% sellüloza və 0,4% 

mineral maddə vardır. Yaşıl cəfəri yarpağında 100-190 mq% C vitamini

10 mq% karotin və 0,02% efir yağı vardır. Azərbaycanda Məhsuldar 

sortu becərilir. 



Kərəviz  əsas etibarilə kulinariyada işlədilir. Kərəviz yarpaqları da 

cəfəri yarpaqlarına oxşayır, lakin bunlar həm iri və  həm də tünd yaşıl 

rəngdədir. Kərəviz yarpaqlarında 75 mq% C vitamini vardır. 

Azərbaycanda Delikates sortu becərilir. 

Ədviyyəli tərəvəzlərdən reyhan  və  nanə,  əsasən təzə halda 

işlədilir. Soyuq qəlyanaltıların hazırlanması üçün bunlar daha 

əhəmiyyətlidir. 

Desert tərəvəzlərdən  ənginar (artişok) çoxillik bitki olub, əsasən 

bişmiş halda yağla və ya sousla istehlak edilir. Tərkibində 80,0% su, 

2,0% zülal, 14,0% karbohidrat, 1% mineral maddə, 0,18 mq% B

1

 

vitamini və 5 mq% C vitamini vardır. 




 

 

59



Quşqonmaz çoxillik bitki olub, qida üçün bişmiş halda (yağ  və 

sous ilə), konservləşdirilmiş  və dondurulmuş halda işlədilir. 

Quşqonmazın tərkibində 93% su, 2% azotlu maddə  və 0,47% şəkər 

vardır. 


Rəvənd  çoxillik bitkidir. Əsasən  şirin supların, kompot və piroq 

üçün içlik hazırlanmasında geniş istifadə edilir. Tərkibində 91,5% su, 

1,6% turşu, 1,8% şəkər, 0,8% pektin maddəsi, 1,2% sellüloza və 1,1% 

mineral maddə vardır. Tərkibində 12 mq% C vitamini, B

1

, PP və karotin 



vardır.  Əsas sortlarından Viktoriya, Moskva, Qırmızı delikates və s. 

göstərmək olar. 

 

2.6. Bostan tərəvəzləri 

 

Bostan tərəvəzlərinə qabaq fəsiləsindən olan birillik bitki meyvələri – xiyar, 



qarpız, qovun və qabaq aiddir. Bu tərəvəzlərdən xiyar daha geniş yayılmışdır. 

Xiyar  (Cucurmis sativus L.)  həm açıq torpaqda və  həm də istixanalarda 

yetişdirilir. Xiyarın kal meyvələri 8-12 günlüyündə  dərilir. Ondan təzə halda, 

turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində 

onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar 

daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 

mm-ə  qədər) və iri (51-70 mm) kornişonlara, xırda (71-90 mm), orta iri (91-120 

mm) və iri xiyarlara (121-140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və 

sirkəyə qoymaq olmaz. 

Xiyarın tərkibində 94-96% su, 1,8-2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% 

sellüloza, 0,2% üzvi turşular, 0,38-0,53% mineral maddələr, 4-10 mq% C vitamini, 

az miqdarda B

1

, B



2

, PP, karotin, biotin və pantoten turşusu vardır. Mineral 

maddələrdən K, Fe, P, J vardır. Xiyarın mineral maddələri qələvilik xassəsinə 



 

 

60



malik olduğundan başqa məhsullarla orqanizmə daxil olmuş  zərərli turşuların 

neytrallaşmasına kömək edir. Xiyar toxumlarının tərkibində 30%-ə  qədər zülali 

maddələr və 31,5% yağ olur. 

Xiyarın kimyəvi tərkibi onun sortundan, becərildiyi torpaq-iqlim şəraitindən, 

yetişmə  dərəcəsindən və saxlanılma müddətindən asılıdır. Xiyarın təsərrüfat-

botaniki sortları bir-birindən formasına, ölçüsünə, rənginə və səthinin vəziyyətinə 

(hamar və ya qabırğalı) görə  fərqlənir. Yetişmə müddətinə görə tezyetişən (44 

günə), ortayetişən (45-50 gün) və gecyetişən (50-60 gün) qruplarına bölünür. Xiyar 

sortları qara tikanlı və ağ tikanlı qruplarına bölünürlər. 

Qara tikanlı xiyar sortlarından Vyaznikov, Murom-36, Uspex-290, Ukrayna 

tezyetişəni, Urojay-86, gecyetişənlərdən Nejin-12, Don-171, Doljik, Ryabçik-

254/4 göstərmək olar. Bu sortlar, əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə 

edilir. 

Ağ tikanlı sortlar, əsasən təzə halda istifadə edilir. Bu xiyarların qabığı duz 

məhlulunu pis keçirir, ona görə  də duza və sirkəyə qoyulmaq üçün az yararlıdır. 

Zəif qabırğalı sortlardan tezyetişən Altay, Izyaşnıy, iriqabırğalılardan Həştərxan-

136, Margilan-88, yerli Muxran və s. Istixanalarda yetişdirmək üçün Klin,  

Daşkənt-86, Uspex-221 və s. əlverişlidir. 

Azərbaycanda becərilən xiyarlardan Biryuçekutski-193, Siqnal-235, Yerli 

Gəncə, Don-175, Nejin-12, Uspex-221, Kotyak, Rulan-95 və Yerli Klin sortunu 

göstərmək olar. 

Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla, 

müxtəlif çalarlı yaşıl rəngdə, forması düzgün, üstü təmiz,  ətliyi bərk, toxumları 

yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola 

bilər. 

Açıq torpaqda becərilən xiyarlarda 10%, istixanalarda becərilən xiyarlarda 



isə 3% çirkli, azca sürtülmüş, azca batıq (lakin əzilməmiş), qabığı cızılmış, günəş 

yandırmış  və azacıq saralmış xiyarların olmasına icazə verilir. Tezyetişən yaşıl 

xiyarların ölçüsü 9 sm-ə qədər, qalanlarda 12 sm-ə qədər olmalıdır. Istixanalarda 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə