Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə23/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   120

 

 

73



 

2.8. Paxlalı və dənli tərəvəzlər 

 

Bu qrupa göy noxud, göy lobya, paxla və şəkərli qarğıdalı aiddir.Bu tərəvəzləri tam yetişməmiş 



dərirlər. 

Başqa tərəvəzlərdən fərqli olaraq bunların tərkibində zülalın və  şəkərin miqdarı çox olur. 

Vitaminlərdən K, B

1

, B



2

 və 20-60 mq% C vitamini vardır. Təzə halda istifadə edilir və konserv istehsalına 

verilir. Qəlyanaltı və salat hazırlamaq üçün istifadə edilir. Göy noxudda 6% nişasta və 6,5% azotlu maddə 

olur. Bundan başqa 5,8% şəkər, 1% sellüloza, 0,4% mineral maddə var. 



Tərəvəz noxudunun (Pisum Sativum) 1000-dən çox sortu vardır ki, bunlar da müxtəlif qruplara, 

sortlara və tiplərə bölünürlər. Göy noxudun iri toxumlu sortlarından Tomas, xırdatoxumlu sortlardan 

Qalib, tezyetişən konservlik göy noxud, Zümrüdü, Bores, Merqet və s. göstərilə bilər. 

Dairəvi xırdatoxumlu göy noxud sortlarından May-13, tezyetişən yaşıl-33, konservlik, Rostov və 

s.-dir. 

Tərəvəz lobyasının (Phaslolus vulgaris L. Savi.) vətəni Amerikadır.  Əsasən Zaqafqaziyada, 

Moldaviyada, Şimali Qafqazda, Ukraynada və Rusiyanın Mərkəzi qaratorpaq zonasında və Uzaq Şərqdə 

yayılmışdır. 

Tərəvəz lobyasının tərkibində 90,0% su, 4,06% zülal, 4,3% karbohidrat, o cümlədən 1% şəkər, 

0,2% yağ, 1,0% sellüloza, 0,7% mineral maddə vardır. Lobya zülalı  əvəzedilməz aminturşuları ilə 

zəngindir. Lobyada, həmçinin 0,3-0,4 mq% karotin, 23-28 mq% C, B

1

, B


2

, K vitaminləri vardır. Mineral 

maddələrdən 44 mq% fosfor və 1,1 mq% dəmir var. 

Geniş yayılmış sortlarındanTriumf, Qribov, Karlik, Moskva, Siyrımsız Saksa, Koma lobyası 

(piyada lobya), yaşıl-qabıq və s. göstərilə bilər. 

Paxla (Vicia Faba L.) əsasən sous, sup və konservləşdirmə üçün işlədilir. Tərkibində faizlə: su – 

83, zülal – 6,0, şəkər – 2,0, nişasta – 6,5, sellüloza – 2,0, mineral maddə – 0,7 və 10 mq% C vitamini 

(bəzən 23 mq%-ə çatır) vardır. Burada, həmçinin 0,1 mq% B

1

, 0,05 mq% B



2

, 0,006 mq% PP və 6,3 mq% 

karotin vardır. 

Əsas sortlarından ağ və yaşıl Vindzor, qara Rusiya və Belorusiya sortlarını göstərmək olar. 



Şəkərli qarğıdalı (Zea mays L. var Saccharata) dənli tərəvəz adlanır. Əsasən bişmiş, qızardılmış 

və konservləşdirilmiş halda işlədilir. 

Şəkərli qarğıdalını elə  yığmaq lazımdır ki, onun tərkibində nişastanın miqdarı 4-5%-dən çox 

olmasın. 

Şəkərli qarğıdalı dərilən kimi satışa  verilməlidir. Çünki şəkərli qarğıdalı 1 sutka ərzində 0

0

C-də 



8%, 20

0

C-də isə 25% şəkər itirir. 



Tezyetişən sortlarından  Şimal pioneri, orta tezyetişən sortlardan Qızılı tezyetişən-401, Kuban, 

ortayetişən sortlardan Naqrada-97, Hibrid-406 və 418, Ağdənli-95 sortu isə gecyetişən sorta aiddir. 




 

 

74



 

 

 



 

 

 



 

 

 



 


 

 

75



 

 

 



 

 

 



 

 

 



 


 

 

76



 

 

 




 

 

77



 

 


 

 

78




 

 

79




 

 

80



III FƏSIL. TƏZƏ MEYVƏLƏR 

 

Təzə meyvələri quruluşlarına, bioloji xüsusiyyətlərinə  və coğrafi yetişmə 



zonalarına görə qruplaşdırmaq olar. Əmtəəşünaslıqda meyvələri aşağıdakı kimi 

təsnif edirlər: 

1.

 

Toxumlu (tumlu) meyvələr. Bu meyvələr  şirəli  ətli hissədən və içərisində 



toxum yerləşən toxum kamerasından ibarətdir. Bu qrupa alma, armud, 

heyva, əzgil, üvəz və yemişan aiddir. 

2.

 

Çəyirdəkli meyvələr. Bu meyvələrin şirəli ətli hissəsinin daxilində çəyirdək 



yerləşir. Bu qrupa gilas, albalı, ərik, şaftalı, gavalı, göyəm, cır gavalı, alça, 

zoğal aiddir. 

3.

 

Giləmeyvələr. Quruluşundan asılı olaraq 3 yarımqrupa bölünürlər. 



 

Həqiqi,  əsl giləmeyvələr. Bunların meyvəsi qabıqdan, sulu ətli hissədən və 

daxildə yerləşən 1-7 ədəd toxumdan ibarətdir. Bu qrupa üzüm, qarağat, firəng 

üzümü, quşüzümü, qaragilə, mərsin, cırmərsin, çaytikanı və zirinc aiddir. 

 

Mürəkkəb giləmeyvələr. Bu meyvələr ümumi meyvə özəyi üzərində yerləşən və 



hər birinin içərisində kiçik toxumu olan bir neçə  xırda gilələrin birləşməsindən 

əmələ gəlir. Bu qrupa moruq, böyürtkən, şimal moruğu və sarı böyürtkən aiddir. 

 

Qeyri-həqiqi giləmeyvələr. Bu giləmeyvələrin qeyri-həqiqi toxumları onların 



səthində yerləşir. Bu qrupa bağ çiyələyi və çiyələk aiddir. 

4.

 



Qərzəkli meyvələr (qozmeyvəlilər). Bunların meyvələri birtoxumlu, üzəri 

oduncaqlı və ya dərivari qabıqla örtülü olur. Iki yarımqrupa bölünürlər. 

 

Bərkqabıqlılar. Bunların meyvələri yarpaqşəkilli qərzəklə örtülü olur. Bu qrupa 



fındıq və  yabanı fındıq(meşə fındığı) aiddir. 

 

Sümükqabıqlılar. Bu meyvələrin üzəri qalın  ətli (bəzən də tikanlı) qərzəklə 



örtülü olur. Bu qrupa qoz, badam, püstə, şabalıd, yerfındığı (araxis), fıstıq və şərti 

olaraq sidr qozu aiddir. 

5.

 

Subtropik və tropik meyvələr. 3 yarımqrupa bölünürlər. 



 

Sitrus meyvələrinə limon, portağal, narıngi və qreypfrut aiddir. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə