Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə230/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   ...   226   227   228   229   230   231   232   233   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

450


 

ƏDƏBİYYAT 

1. Abduyev M.A. Azərbaycanın dağ çaylarının orta illik asılı  gətirmələr axımının hesablanmasına dair //

AMEA-nın xəbərləri. Yer elmləri, 1998, №3

2. Асланов Г.К. Мелиорация почв в горной территории Азербайджана. Баку: Элм, 1997

3. İmanov F.Ə. Çay axımı və hidroloji hesablamalar. Bakı: Elm, 1995

4. Məmmədov M.Ə., Fətullayev H.Y. Təsərrüfat fəaliyyətinin çayların rejiminə təsiri. Bakı: Elm, 1992



О МУТНОСТИ ЛЕВЫХ ПРИТОКОВ РЕКИ КУРА НА ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА

А.А.Джафарова 

Институт Почвоведения и Агрохимии НАНА 

Рациональное  использование  водных  ресурсов  Азербайджана  становиться  острейшей  проб-

лемой.  Особенности  природных  условий  Азербайджанской  части  Большого  Кавказа  способствуют 

накопления большого количества рыхлообломочного материала и переносу их в нижние равнинные 

участки.  Гидрологическое  строение,  большая  расчлененность  рельефа,  почвенно-растительный 

покров,  а  также  количество  и  интенсивность  атмосферных  осадков  способствуют  ускорению 

процесса водной эрозии, увеличивают мутность воды местных рек.  

ON TURBIDITY OF LAVISH INFLOWS OF KURA RIVER IN AZERBAIJAN TERRITORY  

A.A.Jafarova 

Institute of Soil Science and Agrochemistry of ANAS 

Rational use of water resources in Azerbaijan is becoming an actual problem. The peculiarities of the 

natural conditions of the Azerbaijan part of the Greater Caucasus contribute to the accumulation of a large 

amount of loamy clastic material and their transfer to the lower plains. The hydrological structure, the large 

terrain subdivision, soil and vegetation cover, as well as the amount and intensity of atmospheric 

precipitation contribute to the acceleration of the process of water erosion, increase the turbidity of the water 

of local rivers. 

UOT 631.8 

PAYIZLIQ BUĞDANIN YERÜSTÜ BİOKÜTLƏSİNDƏ AZOTUN TOPLANMASININ 

MİNERAL QİDALANMADAN VƏ İNKİŞAF FAZALARINDAN ASILILIĞI 

M.M.NURUYEVA, İ.M.HACIMƏMMƏDOV, R.V.ƏMİROV 

Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098 Bakı şəhəri, Pirşağı qəs. 2№-li sovxoz 

Məqalədə mineral gübrə fonunda təbii seolitin və mineral gübrələrin norma və nisbətlərinin payızlıq 

buğdanın inkişaf fazalarından asılı olaraq yerüstü biokütlədə miqdarına, torpaqdan və gübrədən azotun 

mənimsənilməsinə, payızlıq buğdanın məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirinə dair ətraflı məlumat 

verilir. Tədqiqatın nəticəsindən məlum olmuşdur ki, N

90

P

45

K

45

 fonunda hektara 20 ton narın üyüdülmüş təbii 

seolitin tətbiqi yerüstü biokütlədə azotun mənimsənilməsini yüksəldir, məhsulun keyfiyyətini yaxşılaşdırır və 

iqtisadi cəhətdən səmərəli yüksək məhsul alınmasını təmin edir. 

Açar sözlər: azot, mineral maddələr, biokütlə, qidalanma, seolit 

Ключевые слова: азот, минеральные вещества, биомасса, питание, цеолит 

Key words: nitrogen, mineral substances, biomass, nutrition, zeolite 

Hal-hazırda respublikada 780-800 min hektar sahədə  ərzaq buğdası becərilir.  Ərzaq 

buğdasının 44-45%-i dəmyə sahələrdə  əkilir. Yeni intensiv buğda sortlarının potensial məhsul-

darlığının hektardan 80-90 sentner olmasına baxmayaraq, nəmliklə  təmin olunmamış sahələrdə 

payızlıq buğdanın məhsuldarlığı orta hesabla hər hektardan 20 sentnerdən yüksək olmur. 

Məhsuldarlığın belə  aşağı olmasının  əsas səbəbləri düzgün qida rejiminin yaradılmaması  və 

torpaqda nəmliyin qorunub saxlanmasının təmin olunmamasıdır. Ona görə  də Dağlıq  Şirvanın 

:450-455 



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

451


 

nəmliklə  təmin olunmamış açıq dağ boz-qəhvəyi (açıq  şabalıdı) torpaqlarında mineral gübrələrin 

norma və nisbətlərinin və mineral gübrə fonunda təbii seolitin “Aran” yumşaq buğda sortunun 

inkişaf fazasından asılı olaraq yerüstü quru biokütlədə azotun toplanmasına və  məhsuldarlığına 

təsirinin öyrənilməsinə cəhd edilmişdir. 

Seolit mineralı tək qida maddəsi kimi deyil, həm də torpaq münbitliyini qoruyub saxlamaqla 

yanaşı onun yaxşılaşmasını  və su balansının qorunmasını  təmin edir. Seolit mineralının bu 

xüsusiyyətlərini nəzərə alaraq tədqiqatlarımızda ondan istifadə edilmişdir. 



Seolit mineralı. 

Təbii seolit nadir mineral xammaldır. Ondan xalq təsərrüfatının bir çox 

sahələrində və xüsusilə kənd təsərrüfatında geniş şəkildə istifadə olunur.  

Seolit haqqında ilk yazılı  məlumat 1756-cı ildə  İsveç tədqiqatçısı A.Kronsted tərəfindən 

verilmişdir. O, tədqiqat apardığı minerala seolit adı vermişdir ki, bu da yunan dilində «Qaynayan 

daş» mənasını verir. 

Bərk cisimlər tərəfindən buxarın və qazların udulması hələ eramızdan əvvəl məlum idi. Lakin 

əsaslı elmi tədqiqat işləri yalnız XVII əsrin axırlarında başlanmışdır. 1909-cu ildə F.Qranje şabarit 

(seolitin bir növüdür) havanı, hidrogeni, kükürd qazını, yodu, bromu, yüksək temperaturda hətta 

civə buxarlarını belə tutub saxladığını müşahidə etmişdir. 

XX  əsrin birinci yarısında ABŞ, Yaponiya, Fransa, Almaniyada və digər ölkələrdə seolit 

yataqları  aşkar edilmiş  və  dərhal onun geniş istifadəsinə başlanılmışdır. Ötən  əsrin ortalarında 

Azərbaycanın Tovuz rayonunda yüksək qumlu mardenit və klinoptilolit mənşəli seolit tapılmış və 

üzərində tədqiqat işləri aparılaraq, onun tətbiq sahələri müəyyən edilmişdir [7]. 

Naxçıvan Muxtar Respublikasında da ümumi ehtiyatı 8 milyon tondan artıq olan yüksək 

keyfiyyətli seolitin yataqları  kəşf edilmişdir. Muxtar Respublika ilə qonşu olan Türkiyə 

Respublikası  və  İran  İslam Respublikasında seolitdən artıq çoxdandır ki, xalq təsərrüfatının, 

xüsusilə də kənd təsərrüfatının bir çox sahələrində geniş istifadə edilir.

Qiymətli təbii mineral olan seolitdə yüksək uduculuq qabiliyyəti olduğundan kənd təsərrüfatı 

bitkilərinə tətbiqi zamanı əkinlərə verilmiş gübrələrin yuyularaq torpağın dərin qatlarına keçməsinin 

və yeraltı suların çirklənməsinin qarşısını alır. Seolit torpağa verilmiş mineral və üzvi gübrələri, 

eləcə  də suyu udaraq uzun müddət özündə saxlayır, kənd təsərrüfatı bitkilərinin tələbatına uyğun 

miqdarda onlara tədricən ötürür. Bu proses həm tətbiq olunmuş gübrələrin və həm də suyun itkisiz

səmərəli istifadəsinə əlverişli şərait yaradır. Ağır gilli və gillicəli torpaqlara seolit verilərkən torpaq 

hissəciklərinin bir-birinə  sıx yapışmasının qarşısını alır, onun daima yumşaq olmasını  təmin edir. 

Belə torpaqlarda havalanma yaxşılaşır ki, nəticədə bitkilərdə kök tənəffüsü üçün əlverişli  şərait 

yaranır. Seolitin bu xüsusiyyətindən kənd təsərrüfatında və  şəhərlərin yaşıllaşdırılmasında geniş 

şəkildə istifadə olunur [6; 7].  

Seolitin torpaq strukturunun yaxşılaşdırılmasına, uduculuq qabiliyyətinə, meliorativ 

xüsusiyyətlərinə, həmçinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına aid 

Azərbaycanda Aqrokimya və Torpaqşunaslıq  İnstitutunda, Elmi Tədqiqat Hidromeliorasiya və 

Mexanizasiya  İnstitutunda,  Əkinçilik Elmi Tədqiqat  İnstitutunda və AMEA Naxçıvan Bölməsi 

Bioresurslar İnstitutunda  bir çox tədqiqatlar aparılmış, müsbət nəticələr alınmışdır [7]. 

Tədqiqat  Əkinçilik Elmi Tədqiqat  İnstitutunun Qobustan Bölgə  Təcrübə Stansiyasının 

nəmliklə təmin olunmamış açıq dağ boz-qəhvəyi (açıq-şabalıdı) torpaqlarında “Aran” buğda sortu 

ilə  aparılmışdır. 

Tədqiqatın məqsədi mineral gübrə normalarının ayrılıqda və seolitlə birlikdə payızlıq buğda 

bitkisinin inkişaf fazaları arasından və gübrədən azotun mənimsənilməsinə, məhsuldarlığına, 

məhsulun keyfiyyətinə və iqtisadi səmərəliliyinə təsirini öyrənməkdir. 

  Tədqiqatınvəzifələri aşağıdakılardır: 

 Tədqiqat aparılan sahənin torpaq-iqlim şəraitinin tədqiqi;

 Mineral gübrələrin norma və nisbətlərinin “Aran” yumşaq buğda sortunun məhsuldarlığına,

keyfiyyətinə, hektardan zülal yığımına təsirinin tədqiqi;

 Payızlıq buğda sortlarının becərilməsinin iqtisadi səmərəliliyinin mineral qidalanma şəraitindən

asılığının müəyyənləşdirilməsi.



Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə