Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə227/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   ...   223   224   225   226   227   228   229   230   ...   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

444


 

45 % təşkil edir, bu da gil hissəciklərinin yüksək dərəcədə çox olması ilə əlaqədardır. Təbii nəmlik 

16,5-20,6%, tarla sututumu 24,6-26,3% intervalında tərəddüd edir. Məlumdur ki, torpaqların 

duzlardan yuyulmasında  əsas amil torpağın susızdırma qabiliyyətidir. Üç təkrarla aparılan tarla 

təcrübəsindən aldığımız məlumatlardan bəlli olmuşdur ki, ərazidə torpaqların suhopdurması 

qərarlaşmış  vəziyyətdə 0,003-0,004 mm/dəq.-yə  bərabərdir. Göründüyü kimi bu torpaqlar yuma 

aparmaq üçün çox əlverişsizdir.  İlkin vəziyyətdə torpağın 0-50 sm-lik qatında duzların miqdarı 

2,13-2,29%, 0-100 sm-də 2,05-2,41% arasındadır. Dərin qatlara doğru duzların miqdarı demək olar 

ki, profil boyu eyni olub, 1,84-2,26% intervalında tərəddüd edir. Duzların tərkibində Na

2

SO



4

  və 


NaCl üstünlük təşkil edir. Hesablamalar göstərir ki, zərərli duzların miqdarı 0-100 sm-lik qatda 

bəzən 2,01%-ə çatır ki, bu da duzların ümumi cəmindən 89-98% təşkil edir. Kimyəvi tərkibinə görə 

zona torpaqları sulfatlı-xlorlu və xlorlu şorlaşma tipinə aiddir. Bu torpaqlar yüksək karbonatlı (18-

20%), zəif  gipsli (0,1-0,9%), qələvi mühitli (pH 8-9) xassəyə malik olub, orta və  şiddətli 

şorakətliyə (udulmuş Na-un cəmdən faizlə miqdarı 13-27%) malikdir. Udulmuş  əsaslara görə bu 

torpaqlarda Ca (50-68%) və Mg (10-35%) kationlarının  miqdarı yüksəkdir, bu da torpaqları orta 

dərəcədə maqneziumla və kalsiumla doymuş torpaqlar kimi təsnif etməyə imkan verir. Qrunt 

sularının yatma dərinliyi 4-5 m arasında dəyişir və minerallaşma dərəcəsi orta hesabla müxtəlif 

aylar üzrə 10-15 q/l təşkil edir. Qrunt sularının kimyəvi tərkibində xlor ionu (1,40-5,06 q/l) üstünlük 

təşkil edir. Meliorativ-torpaq şəraitini səciyyələndirən göstəricilərin təhlili göstərir ki, Sumqayıt-

Siyəzən zonasının torpaqları meliorativ baxımdan olduqca ağır ekoloji-meliorativ xüsusiyyətlərə 

malikdir və çox ciddi meliorativ tədbirlərin görülməsini tələb edir. 



Muğan-Salyan  zonasının 

torpaq örtüyü əsasən boz torpaqlar və onların yarımtiplərindən iba-

rətdir. Burada boz, boz-çəmən, çəmən-boz, allüvial torpaqların çəmən-bataqlı, bataqlaşmış torpaqlar 

və şoranlar tipi yayılmışdır. Bundan başqa çəmən və subasar torpaqlara da rast gəlinir ki, bunlar da 

çox yerdə intrazonallıq təşkil edir. Torpaqların duzlaşma tipi xlorlu və xlorlu-sulfatlıdır, humusun 

miqdarı  əkin qatında 2,0-2,5%, ümumi məsaməlik 45-50%, sıxlıq 1,2-1,4 q/sm

3

, bərk fazanın  



sıxlığı 2,5-2,7 q/sm

3

 arasında dəyişir. Muğan-Salyan zonasına daxil olan Neftçala rayonu ərazisində 



son illərdə iki mərhələdə geniş tədqiqat işləri aparmışdır.  

Birinci mərhələdə, 2009-2010-cu illərdə Qəsəbə, Uzunbabalı və Müşviq kəndləri ərazisində

2014-2016-cı illərdə isə rayonun qış otlaq sahələrində ərazi torpaqlarının xüsusiyyətləri öyrənilmiş 

və  təhlil edilmişdir. Uzunbabalı  kəndi  ərazisində torpağın 0-30 sm-lik qatında tarla sututumu 24-

25% arasında dəyişir, 0-100 sm-lik qatda isə bu göstərici orta hesabla 27,7%-dir. Torpağın sıxlığı 

yuxarıda göstərilən qatlara uyğun olaraq 1,41-1,42 q/sm

3

-dur. Torpağın bərk fazasının sıxlığı uyğun 



olaraq 2,62-2,73 q/sm

3

 arasındadır. Ümumi məsaməlik 0-100 sm qatda orta hesabla 45-50% 



arasında dəyişir. 

Qəsəbə adlanan ərazidə yerləşən məntəqədə torpağın 0-30 sm-lik qatında tarla sututumunun 

qiyməti 23,6%, 0-100 sm-də isə 25%-dir, torpağın sıxlığı uyğun olaraq 1,45 q/sm

3

 və 1,38 q/sm



3

bərk fazanın sıxlığı hər iki qatda 2,7 q/sm



3

, ümumi məsaməliyi 46,3 və 48,9%-dir.  

Müşviq kəndi  ərazisində seçilmiş  məntəqədə torpağın 0-30 sm-lik qatında tarla sututumu 

24,2%, 0-100 sm-də isə 23,6%-dir, torpağın sıxlığı uyğun olaraq 1,49 q/sm

3

  və 1,51 q/sm



3

,  


bərk fazanın sıxlığı 2,38 və 2,64 q/sm

3

, ümumi məsaməliyi  isə  37,4 və 42,8%-dir (cədvəl 1). 



 

Cədvəl 1. Muğan-Salyan zonası torpaqlarının fiziki xassələri 

S/s.


Tədqiqat  

ərazisi 


Torpaq qatı, 

sm 


Tarla sututumu, 

Sıxlıq,  



q/sm

Bərk fazanın 



sıxlığı, q/sm

3

 



Ümumi 

məsaməlik, % 

Neftçala rayonu 

1 Uzunbabalı kəndi

0-100

27,7


1,55

2,69


42,4

2 Qəsəbə kəndi

0-100

25,0


1,38 

2,70


48.9

3 Müşviq kəndi

0-100

23,6


1,51 

2,64


42.8

4 Qış otlaq sahəsi

0-100

27,1


1,43

2,70


47.0

Salyan rayonu 

5 Qış otlaq sahəsi

0-100


22,0

1,46


2,82

48.2



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

445


 

Hesablamaların nəticələrinə görə suyun torpağa hopma sürəti hər üç məntəqə üzrə 2,8-40,0 sm/saat 

arasında dəyişir. Alınmış  nəticələrə əsaslanaraq demək olar ki, Neftçala rayonu ərazisində yerləşən 

Qəsəbə    kəndinin  torpaqları orta, Uzunbabalı  və Müşviq kəndlərinin torpaqları isə yüksək 

sukeçirmə qabiliyyətinə malikdir. 

Muğan-Salyan zonasında suvarılan torpaqlarda irriqasiya eroziyası geniş yayılmışdır. Şorlaş-

mış  və qismən  şorakətləşmiş torpaqlar geniş  əraziləri  əhatə etməklə, müxtəlif dərəcədə 

deqradasiyaya məruz qalmışdır. Neftçala və Salyan rayonlarında suvarılan 81,56 min ha torpaqların 

12,3 min hektarı  şorlaşmamış, 69,26 min hektarı isə bu və ya digər dərəcədə  şorlaşmaya məruz 

qalmışdır. Hər iki rayonnun ərazisində geniş meliorativ tədbirlər həyata keçirilmiş və 81,1 min ha 

sahə drenləşdirilmişdir. 

Neftçala və Salyan rayonları  ərazilərində torpaqların  şorakətləşməsi kənd təsərrüfatı is-

tehsalının inkişafına mane olan amillərdəndir. Belə ki, bu rayonların ərazisində suvarılan 81,56 min 

ha torpaqların 66,45 min hektarında şorakətlik müşahidə olunur ki, bununda 52,15 min  hektarı zəif, 

14,63 min hektarı isə orta və  şiddətli  şorakətləşmişdir. 

2. Tədqiqatlar nəticəsində alınmış 

məlumatların təhlili göstərmişdir ki, Neftçala və Salyan rayonlarında torpaqların ekoloji-meliorativ 

vəziyyəti ciddi tədbirlərin həyata keçirilməsini tələb edir. 

2014-2016-cı illərdə Neftçala və Salyan rayonlarında taxılçılığın  inkişaf etdirilməsi üçün 

ayrılmış qış otlaq sahələrində bu ərazilərin meliorativ cəhətdən yaxşılaşdırılması  üçün lazım olan 

tədbirlərin işlənib hazırlanması  məqsədi ilə  tərəfimizdən geniş tədqiqat  işləri aparılmışdır. 

Tədqiqat aparılan rayonların ərazisində meliorativ vəziyyətin öyrənilməsi məqsədilə yaz-yay 

aylarında əraziyə vizual baxış keçirilmiş, bitki örtüyünə və yerin relyef vəziyyətinə görə xarakterik 

tədqiqat sahələri müəyyənləşdirilmiş və həmin sahələrdə metodikaya uyğun olaraq torpaq kəsimləri 

qoyulmuşdur. Kəsimlərdən götürülmüş torpaq nümunələrində  şorlaşma dərəcəsi (tam su çəkimi 

analizi), udulmuş  əsaslar, karbonatların gipsin və humus miqdarı, qranulometrik tərkibin analizi 

laboratoriya şəraitində həyata keçirilmişdir. 

Tədqiqat aparılan qış otlaq sahələri ərazilərində torpaqların tarla sututumu 22,0-27,1%, sıxlığı 

1,43-1,46 q/sm

3

, bərk fazasının sıxlığı 2,70-2,82 q/sm



3

 və ümumi məsaməliyi 47,0-48,2% arasında 

dəyişir (cədvəl 1). Qış otlaq sahələrinin torpaqlarının mövcud şorlaşma vəziyyətinin öyrənilməsi 

üçün ərazidən götürülmüş torpaq nümunələri kimyəvi analiz edilmiş və müəyyən olunmuşdur ki, bu 

ərazilər müxtəlif dərəcədə  şorlaşmaya və  şorakətləşməyə  məruz qalmışdır.  Şorlaşmanın tipi 

anionlara görə sulfatlı-xlorlu, kationlara görə isə kalsiumlu-maqneziumludur.  

Tədqiqat  ərazisi torpaqlarının uducu kompleksində udulmuş  əsasların miqdarı ayrı-ayrılıqda 

təyin olunmuş  və müəyyənləşdirilmişdir ki, torpaq nümunələrində udulmuş  əsaslardan natriumun 

miqdarı 3-6%, bəzi hallarda 10-12%, udulmuş maqneziumun miqdarı isə 10-46% təşkil edir. Qra-

nulometrik tərkibinə görə  ərazi torpaqları yüngül və orta gillicəli, tərkibindəki karbonatların və 

gipsin miqdarına görə zəif və orta  dərəcədə  karbonatlı və gipsli, humusun miqdarına görə isə orta 

dərəcədə humusludur. Analiz məlumatları  əsasında  ərazinin  şorlaşma xəritəsi tərtib olunmuş  və 

şorlaşma dərəcəsinə görə torpaq sahələri hesablanmışdır (cədvəl 2). 

Cədvəl 2. Tədqiqat ərazisində şorlaşmaya məruz qalmış torpaq sahələri (ha) 

S/s. 


Şorlaşma dərəcəsi

Rayonlar


Cəmi

Yaxşılaşdırma 

tədbiri 

Neftçala Salyan 

1 < 

0,25 


Şorlaşmamış

100


160

260


-

2 0,25-0,50 

Zəif şorlaşmış

300


490

790


Bioloji 

tədbir 


3 0,50-1,00 

Orta 


şorlaşmış

360


700

1060 Bioloji 

tədbir 

4 1,00-2,00  Şiddətli şorlaşmış



800

1600


2400

Cari 


yuma

5 2,00-3,00 Çox 

şiddətli şorlaşmış 603 

750 


1353 

Əsaslı yuma 

˃ 3,00 


Şoranlar

45

-



45 

Əsaslı yuma 



Cəmi

2208 

3700 

5908

Ərazi üzrə çox yüksək minerallaşma dərəcəsinə malik olan (100 q/l-ə qədər) qrunt sularının 

yatma dərinliyi  əsasən 0,6-1,5 m səviyyəsində  dəyişir. Aparılmış  tədqiqatlardan alınmış 



Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə