20
Yapon investisiyalarının bu üstünlüyü, investisiyanın qoyulduğu ölkədəki
sənayenin ixracat potensialını artıraraq yaratdığını müdafiə etməkdədir. Ayrıca
qlobal şirkətlərin mənşəyi olan ölkələrdə və ya investisiyanın qoyulacağı ev sahibi
ölkədə inhisar və oliqopol durumlarının hegemon olma məcburiyyəti yoxdur.
J. Dunning tərəfindən xarici kapital nəzəriyyələrinə qazanılan Eklektik
Yanaşma Paradiqması (OLI Paradiqması), qlobal istehsalın gerçəkləşməsi üçün
firmaların üç təməl avantaja sahib olması vacibliyini vurğulamaqdadır. Bunlar:
‐ Rəqib firmalara özəl imkanlar yaradacaq mülkiyyət avantajları (ownership
advantages). Bu xüsusiyyətlər ölkə xaricinə daşına bilən olmalı və maliyyətlərini
qarşılayacaq qədər də güclü olmalıdır. Bunlara misal olaraq, miqyas
iqtisadiyyatları, idarəetmə və marketinq bilgisi, R&D qaynaqlı yüksək texnologiya
və fərqliləşdirilmiş mallar göstərilə bilər. Müvəffəqiyyətli qlobal şirkətlər çox vaxt
bunların hamısına birlikdə sahib olanlardır.
‐ Sahiblik avantajına malik firmaların bunları, xarici firmalara satmaq və ya
kiralamaq yerinə, öz daxilində istifadə etmələrinin daha rentabelli olacağı
fərziyyəsi (internalization advantages).
‐ lk iki şərtin gerçəkləşməsi fərziyyə liyi kimi faktorlara bağlı bir digər avantaj
olan yerl avanntajı (location) uyğun bir maliyyə bazarlarının və valyuta kursu
dəyişkənlərinin də, qlobal şirkətləri investisiya qoymağa yönəltdiyi Dunning
tərəfindən iddia edilmişdir.
Yuxarıdakı üç şərtin meydana gəlməsi durumunda, qlobal şirkət, özünə və
ev sahibi ölkəyə xas avantajları dəyərləndirmək istəyəcək və birbaşa xarici
investisiyalar gerçəkləşəcəkdir. Əks halda, şirkət, ölkə bazarına ixracat və ya
lisenziya vermə yolu ilə girməyə üstünlük verəcəkdir.
21
1.2. Beynəlxalq hərəkət formaları üzrə kapitalin üstünlükləri və tətbiq
xüsusiyyətləri
Beynəlxalq kapital qoyuluşu xarakteri və formalarına görə müxtəlif ola bilər.
Onları bir neçə əlamətə görə təsnifləşdirmək olar. Yaranma mənbələrinə görə
dövlət və özəl kapital fərqləndirilir. Dövlət kapitalı bəzən rəsmi kapital da adlanır.
Bu kapital hökumətin, həmçinin hökumətlərarası təşkilatların qərarı ilə dövlət
büdcəsinin vəsaitlərinin xaricə hərəkəti, yaxud xaricdən gətirilməsidir. Kapital
hərəkətinin bu kateqoriyasına bir ölkə tərəfindən digər ölkəyə hökumətlərarası
saziş əsasında təqdim edilən bütün dövlət borcları, qrantlar, yardımlar daxildir.
Beynəlxalq hökumətlərarası təşkilatların öz üzvləri adından idarə etdikləri kapital
da rəsmi kapital hesab edilir. Rəsmi kapitalın mənbəyi kimi dövlət büdcəsinin
vəsaitləri, yəni vergi ödəyicilərinin vəsaitləri çıxış edir. Ona görə də həmin
kapitalın xaricə hərəkəti barədə qərar hökumət və qanunverici orqan tərəfindən
birgə qəbul edilir.
Özəl kapital dedikdə, özəl firmaların, bankların və digər qeyri-dövlət
təşkilatlarının xaricə hərəkət edən və ya xaricdən gətirilən vəsaitləridir. Kapitalın
hərəkətinin bu kateqoriyasına özəl firmalar tərəfindən xaricə kapital investisiyası,
ticarət kreditlərinin verilməsi, banklararası kreditləşmə aiddir. Bu kapitalın
mənbəyi kimi özəl firmaların dövlət büdcəsi ilə əlaqədar olmayan vasitələri çıxış
edir. Firmaların onlara məxsus olan kapitalın beynəlxalq hərəkəti barədə qərar
qəbul etməklə nisbi azadlığa malik olmalarına baxmayaraq, hökumət adətən bu
hərəkəti tənzimləmək və ona nəzarət etmək hüququnu özündə saxlayır.
stifadə edilmə xarakterinə görə beynəlxalq kapital qoyuluşu sahibkar və
borc ola bilər. Sahibkar kapitalı divident formasında mənfəət almaq məqsədi ilə
istehsalat birbaşa və ya dolayı yollarla qoyulur. Sahibkar kapitalı kimi bir qayda
olaraq özəl kapital istifadə edilir. Ancaq bəzən dövlət və ya dövlətə məxsus olan
müəssisədə xaricdə vəsait qoyuluşunu həyata keçirilir. Borc kapitalı faiz əldə
etmək məqsədilə borc verilən vəsaitdir. Beynəlxalq səviyyədə borc kapitalı kimi,
22
adətən, dövlət mənbələrindən formalaşan vəsaitdən istifadə olunur. Lakin özəl
mənbələrin vəsaitləri hesabına həyata keçirilən beynəlxalq kreditləşmədə kifayət
qədər əhəmiyyətli həcmə malikdir.
stifadə müddətinə görə beynəlxalq kapital qoyuluşunun ortamüddətli,
uzunmüddətli və qısamüddətli növləri mövcuddur. Birinci qrupa bir ildən çox
müddətə qoyuluşlar aid olunur. Bu qrupa ən əhəmiyyətli kapital qoyuluşları aid
edilir, çünki birbaşa və portfel formalı sahibkar kapitalı bu qoyuluşlara daxildir.
Qısamüddətli kapital bir ildən az müddətə kapital qoyuluşudur. Adətən
ticarət kreditləri formasında borc kapitalı qısa müddətə verilir.
Kapitalın beynəlxalq hərəkətinin əsas formaları sahibkar və borc kapitalının
ixracı və idxalıdır. Kapitalın sahibkar formasında hərəkəti üç əlamətin olmasını
tələb edir:
− Xaricdə istehsal prosesinin təşkili və bu prosesdə iştirak;
− Xarici kapital qoyuluşunun uzunmüddətli xarakter kəsb etməsi;
− Digər dövlətin ərazisində müəssisə və ya onun bir hissəsinə nail olma
hüququ.
Qeyd olunan xüsusiyyətlərin həyata keçirilmə dərəcəsindən və
məqsədlərindən asılı olaraq sahibkar kapitalın birbaşa xarici investisiyaları və
portfel investisiyalarını fərqləndirirlər.
Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla
kapital ixracatçısı tərəfindən olan ölkənin ərazisində istehsalın təşkilini və ya idarə
edilməsində iştirakını nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktiki olaraq
özəl sahibkar kapitalının ixracı ilə əlaqədardır.
BVF, Ə T və BMT-nin Milli Hesablar Sisteminə uyğun olaraq birbaşa
xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir:
− Şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları;
− Birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin
müəssisəyə reinvestisiya edilməsi;
Dostları ilə paylaş: |