17
D.Penrouz
O.Uilyamson
K.Errou və b.
Bazarın iqtisadi institut
kimi müstəqil alıcılar
və satıcılar arasında
aktivlərlə, əmtəələrlə
və informasiya ilə
mübadiləni səmərəli
həyata keçirmək
qabiliyyətində
olmamasını aradan
qaldırmağa cəhd
Firmanını danışıqlara
və sazişlərin həyata
keçirilməsinə,
mülkiyyət
hüquqlarının
qorunmasına çəkdiyi
xərclər nə qədər
yüksəkdirsə, alıcının
məlumatlı olmaması
səbəbindən əmtəəyə
görə maksimal
qiymətin alınması
qeyri-mümkündürsə
və s., onda firma BX -
nin həyata
keçirilməsində bir o
qədər aktiv olur
Firmaların bazarın
qeyri-təkmilliyinin
aradan qaldırılmasına
çəkdikləri xərclərin
yüksək olması
hallarında
C.Danninq
Firma BX -ni üç şərtin
olması halında həyata
keçirir:
göprünməyən aktivlərə
sahib olmadan irəli
gələn üstünlüklərə
malikdir;
onun üçün aktivlərdən
özünün istifadə etməsi
daha faydalıdır;
birinci iki səbəbin
mövcud olması halında
firma üçün xaricdə hər
hansı bir istehsal
amilindən istifadə
etməklə üstünlükləri
reallaşdırmaq
faydalıdır
Ancaq birinci
üstünlüyə malik firma
patent və lisenziyalar
satır; birinci və ikinci
və ya hər üç üstünlüyə
malik firmalar BX
həyata keçirirlər
Qeyd olunan şərtlərə
malik firmaların BX -
si
Halil Seyidoğlu Uluslararası ktisat: Teori Politika ve Uygulama, , stanbul, Güzem Can
Yayınları, 2010.
Texnoloji
‐tutumlu sektorlar (industrial kimyəvilər, neft emalı, əczaçılıq,
ofis makinaları, nəqliyyat) və yüksək səviyyədə marketinq bacarığı tələb edən
sektorlar (kosmetik, spirtsiz içkilər) ABŞ tərəfindən qoyulan birbaşa
investisiyaların böyük bir qismini təşkil etməkdədir. Digər tərəfdən, çox sayda
18
böyük şirkəti əhatə etməsinə rəğmən, bilgi
‐tutumlu
olmayan trikotaj və
dəmir
‐polad sektorlarında üfüqi birbaşa investisiya görülməməkdədir.
Mal Yaşam Dönəmləri Nəzəriyyəsi 1966
‐cı ildə (Product Cycles Theory)
R. Vernon tərəfindən Monopoliya Avantajı Nəzəriyyəsinə zaman müstəvisi də
ə
lavə edilərək dinamik hala gətirilmişdir. Nəzəriyyəyə görə, bir mal, ilk icad
mərhələsi ilə kütləvi istehsal mərhələsi arasında yenilik, yetkinlik və standartlaşma
olmaq üzrə, üç yaşam dövrəsi keçirir. 1960
‐cı illərin ortalarında ABŞ‐da adam
başına düşən milli gəlir digər inkişaf etmiş ölkələrdən çox daha yüksək idi (Qərbi
Avropadakının təqribən iki qatı idi). Bundan dolayı, malı ərsəyə gətirən və inkişaf
etdirən şirkət, ilk olaraq Amerikan bazarını hədəf alacaq, maliyyətlər digər ölkələrə
görə yüksək olsa da, istehsal ABŞ
‐da reallaşdırılacaqdır.46 Yenilik mərhələsində
mal keyfiyyət tərkibi yönündən hələlik tam olaraq standartlaşmamışdır.
stehsal texnologiyasının yalnız icad edən firmanın əlində mövcud olduğu bu
dövrədə, istehsal daha çox daxili bazara yönəlikdir. Yetkinlik mərhələsində
firmaya aid texnologiyanı başqa firmalar da əldə etməyə başlar. Bazarda istehsalçı
sayının artması ilə, icadçı firmanın monopolistik mənfəəti azalır.
Bu dönəmdə ölkə sözü gedən malı daha çox ixrac etməyə başlamışdır. Malın
və istehsal texnologiyasının standart hala gəldiyi son mərhələdə, istehsalçılar arası
rəqabət və xaricdə texnologiya lisenziyası vermək daha rentabelli görünməyə
başlar. Aşağı maliyyətli qaynaqların da önəm qazanması inkişaf etmiş ölkə
investisiyalarını bol və ucuz iş gücünün mövcud olduğu inkişaf etməkdə olan
ölkələrə yönəltməkdədir. Digər bir deyişlə, bu cür malların ticarəti ilk mərhələdə
texnolojik monopoliya faktoruyla, son mərhələdə isə, Faktor Təchizi Nəzəriyyəsi
ilə açıqlana bilər.
Oliqopolistik Reaksiya Nəzəriyyəsi, oliqopol quruluşlu bir bazarda çox az
firma fəaliyyət göstərdiyindən, bazardakı hər hansı bir firmanın istehsal, qiymət,
satış və mənfəətlə bağlı qərarlarının digər firmaları da yaxından maraqlandırdığını
vurğulamaqdadır.
19
Nəzəriyyəyə görə, bir firma maliyyətlərini aşağı salmaq üçün ölkə xaricində
investisiya qoymağa başladığı zaman, digər firmalar da bu duruma laqeyd
qalmayacaq və lider firmanı izləyəcəklərdir. Qısacası, oliqopolistik bazar
quruluşunun təməl xüsusiyyətini şirkətlər arası qarşılıqlı asılılıq təşkil
etməkdədir.49 Knickerbocker çalışmalarında, ABŞ
‐dakı qlobal şirkətlərin sənaye
sektorundakı birbaşa investisiyalarını incələmiş və bu şirkətlərin oliqopolistik bir
quruluşa sahib bazarda fəaliyyət göstərdikləri nəticəsinə varmışdır. 187 böyük
ş
irkəti əhatə edən bu araşdırmada, 1948 ilə 1967
‐ci illər arasında, hər hansı bir
sektorda gerçəkləşdirilən birbaşa investisiyaların 50%
‐ə yaxın bir nisbətinin üç
illik bir zaman dilimində, 75%
‐inin də yeddi illik bir zaman dilimi içərisində
gerçəkləşdiyi nəticəsini əldə etmişdir. Bu çalışmadan çıxardığı başqa bir nəticə isə,
mal müxtəlifliyi çox olan şirkətlərin, mal müxtəlifliyi məhdud olan şirkətlərə
nəzərən, rəqiblərinin birbaşa investisiyalarına daha az əhəmiyyət verdikləridir.
Çünki mal müxtəlifliyi çox olan şirkətlər daha fərqli yollardan rəqabət edə bilərlər.
Qlobal şirkətlər üfüqi və şaquli bütünləşmələr yolu ilə pozitiv ekstern
iqtisadiyyatlar yaradaraq, mal çeşidləndirməsinə gedərək, üstün marketinq
texnikləri və qiymətlər tətbiq edərək xüsusilə, inkişaf etməkdə olan ölkələrdəki
yerli istehsalçıları daha rahat bazardan çıxara bilərlər. Bütün bunların yanında,
inkişaf etməkdə olan ölkə hökumətlərinin qlobal şirkətlərin mənfəətlərinə uyğun
iqtisadi siyasətləri (pul və maliyyə) həyata keçirmələri (tam rəqabət şərtlərinin
axsaqlığı, proteksionist xarici ticarət siyasətləri və s.), bu şirkətlərin sahib olduğu
monopolist mövqeyi daha da gücləndirməkdə və dolayısilə müvəffəqiyyətlərini
artırmaqdadır.
Dinamik Müqayisəli Üstünlüklər Nəzəriyyəsini önə sürən Kojimaya görə,
ABŞ firmaları mal yaşam mərhələləri modelindəki kimi davranmamaqdadırlar.
Yenə Kojimaya görə, Yapon firmaları ənənəvi nəzəriyyədə olduğu kimi özlərinə
müqayisəli üstünlük təmin edəcək sahələrə investisiya qoymamaqdadırlar.
nvestisiya qoyduğu ölkəyə uzun müddətdə müqayisəli üstünlüklər qazandıran
Dostları ilə paylaş: |