Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

29 
 
−  Firma əmtəəni xaricə satmaq üçün iki üsuldan istifadə edə bilər. Bunlardan 
birincisi  birbaşa  ixrac,  digəri  isə  birbaşa  xarici  investisiyanın  həyata 
keçirilməsi ilə xaricdə istehsalın təşkil edilməsi və kapital ixrac edən ölkənin 
daxili  bazarında  əmtəə  satışının  təşkil  edilməsidir.  Bundan  əlavə,  kapital 
dövlət ticarət maneələrini daha asan keçir və firmaya bu və ya digər ölkənin 
bazarında möhkəmlənməyə imkan verir. 
−  Xarici  ticarət  və  birbaşa  xarici  investisiya  ümumi  hərəkətverici  amillərə 
malikdirlər. 
−  Xarici  ticarət  və  birbaşa  xarici  investisiyalar  qarşılıqlı  surətdə  bir-birlərini 
stimullaşdırırlar.  Belə  ki,  ilkin  ixrac  mümkün  investisiyaları  stimullaşdırır, 
investisiyalar  isə  öz  növbəsində  özləri  ilə  yerli  müəssisələr  və  digər  xarici 
filiallar  tərəfindən  istehsal  edilməyən  kapital  tutumlu  və  digər  əmtəələr 
gətirirlər. 
−  Xarici investisiyalar kapitalı idxal edən ölkələrin yerli müəssisələri, həm də 
bu  ölkələrdə  yerləşən  xarici  filiallar  və  qız  şirkətləri  tərəfindən  ixracı 
stimullaşdırır. 
−  Hökumətin  ticarətə  münasibətdə  həyata  keçirdiyi  siyasət  birbaşa 
investisiyaların  axınına  güclü  təsir  göstərir.  Belə  ki,  ticarət  siyasətinin 
liberallaşdırılması 
investisiya 
sahəsində 
liberallaşdırmanın 
həyata 
keçirilməsi  ilə nəticələnir.  Bu  cür  “ikiqat”  effekt dünya  üzrə birbaşa xarici 
investisiya axınlarının güclənməsinə səbəb olur. 
−  Çoxsaylı  tədqiqatlar  göstərir  ki,  investisiyanın  həm  ixracı,  həm  də  idxalı 
ə
mtəə  ixracını  stimullaşdırır.  Ölkədən  investisiya  axını  əmtəə  idxalına 
dəstək verir.  Ölkəyə  investisiya  axını  isə  idxalın həcminin  azalmasına  cüzi 
təsir göstərir. 
−  Birbaşa  xarici  investisiyaların  və  xarici  ticarəti  aparıcı  subyektləri  kimi 
transmilli şirkətlər çıxış edirlər. 


30 
 
Dünya  təcrübəsi  göstərir  ki,  kapitalı  idxal  edən  ölkə  üçün  birbaşa  xarici 
investisiyalar  digər  beynəlxalq  iqtisadi  əməkdaşlıq  formalarına  nisbətən  bir  sıra 
potensial üstünlüklərə malikdir. 
Birincisi,  onlar  əmtəə  və  xidmət  istehsalına  kapital  qoyuluşunun  sabit 
mənbəyi kimi çıxış edirlər, texniki yardım, nou-hau, idarəetmənin və marketinqin 
qabaqcıl metodlarının transfertlərini təmin edirlər. 
kincisi,  xarici  investisiyalar  xarici  borclardan  və  kreditlərdən  fərqli  olaraq 
ölkənin xarici borcuna  əlavə  yük  olmur,  əksinə  onun ödənilməsi üçün vəsaitlərin 
ə
ldə edilməsinə şərait yaradır. 
Üçüncüsü,  birbaşa  xarici  investisiyalar  milli  iqtisadiyyatın  dünya 
iqtisadiyyatına daha səmərəli inteqrasiyasına imkan verir, ixrac diversifikasiyasına 
şə
rait yaradır. 
Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı 
istiqamətlər üzrə qruplaşdırmaq olar: 
1.  Transmilli  şirkətlərin  qız  şirkətlərinin  və  filiallarının  yaradılması 
iqtisadiyyata  kapital  qoyuluşlarının  artımına  səbəb  olur  ki,  bu  da  əmək 
məhsuldarlığının  artımı  və  məşğulluq  səviyyəsinin  yüksəldilməsi  ilə 
nəticələnir. 
2.  Birbaşa  xarici  investisiyalar  texnologiyaların,  idarəetmə  və  marketinq 
bacarıqlarının ötürülməsinə şərait yaradır. 
3.  Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli 
ş
irkətlərdən  digər  dövlətlərin  daxili  bazarlarına  əmtəə  ixracı  kanalı  kimi 
aktiv surətdə istifadə edilir. 
4.  Transmilli şirkətlər filialların potensial zərərlərini tam örtmək qabiliyyətinə 
malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər 
repatriasiya  edilir  və  deməli,  kapital  qoyuluşları  əldə  edilmiş  mənfəət 
hesabına özünü doğruldur. 
Birbaşa xarici investisiyaların mənfi effektləri kimi aşağıdakıları göstərmək 
olar: 


31 
 
1. 
Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi 
üzərində  nəzarətin  itirilməsi.  stehsalın  müəyyən  sahələri  üzrə  nəzarət  faktiki 
olaraq xaricilərin əlinə keçir ki, bu da inkişaf strategiyasının müəyyən edilməsinə 
öz təsirini göstərir. 
2. 
Birbaşa  xarici  investisiyalar  milli  şirkətləri  qeyri-ədalətli  rəqabət  əsasında 
daxili bazardan çıxara bilər. 
3. 
Birbaşa  xarici  investisiyalar,  əgər  filialların  istehsalı  iri  həcmli  idxal  tələb 
edirsə, kapitalı idxal edən  ölkənin  tədiyyə  balansına  mənfi  təsir  göstərə bilər.  Bu 
zaman  istehsal  xarici  bazara  deyil,  daxili  bazara  daha  çox  istiqamətləndiyi  halda 
mənfi effekt daha güclü olacaq. 
4. 
Uzunmüddətli  perspektivdə  birbaşa  xarici  investisiyaların  dəyəri  bahalaşa 
bilər.  Belə  ki,  kapital  qoyuluşları  nə  qədər  uzunmüddətlidirsə,  repatriasiya  edilən 
gəlirlərin  və  “royalti”nin  məbləği  bir  o  qədər  çox  olacaq.  “ nvestisiyanın 
qocalması”  baş  verə  bilər,  yəni  elə  bir  an  yetişə  bilər  ki,  ölkədən  çıxarılan  gəlir 
ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmindən çox ola bilər. 
Kapitalın beynəlxalq hərəkəti prosesi kifayət qədər dinamikdir və hazırda o bir sıra 
yeni  xüsusiyyətlər  əldə  etmişdir.  Sahibkar  kapitalının  miqrasiyasının  müasir 
tendensiyalarına aşağıdakıları aid etmək olar: 
1. 
Kapital  ixracının  dinamikası  bir  qayda  olaraq  əmtəə  və  xidmət  ixracının 
dinamikasını, dünya ÜDM-nin artım tempini əhəmiyyətli dərəcədə üstələyir. Belə 
ki,  1996-2000-ci illər  ərzində  əmtəə  və  xidmət  ixracının  illik artım  tempi  3,4%-ə 
bərabər olduğu halda investisiyalar üzrə bu göstərici 40,4%-ə bərabər olub. 
2. 
Firmaların beynəlmiləl birləşmələrinin və alınmalarının sayı artır. Qovuşma 
və  birləşməni  müşayiət  edən kapital qoyuluşlarının həcmi  2002-ci  ildə  370  mlrd. 
dollara  bərabər  olmuşdur  ki,  bu  da  birbaşa  xarici  investisiyaların  57%-nə 
bərabərdir. 
3. 
Xarici  investisiyaların  dünya  bazarının  əsas  subyekti  kimi  transmilli 
ş
irkətlərin rolunun artımı. BMT-nin göstəricilərinə görə, transmilli şirkətlərin sayı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə