Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   2   3   4   5   6   7   8   9   ...   31

11 
 
gəlir və pul təklifinin artması ilə qiymətlər yüksələcəkdir. Yəni xalis ticarət hədləri 
(net terms of trade), kapital transfer edən ölkənin əleyhinə, transferi alan ölkənin 
isə lehinə dəyişməkdədir. 
Qlobal  istehsala  dair  müasir  nəzəriyyələr  daha  çox    bir  neçə  təməl  suala 
cavab axtarır: 
‐  Bir  mal  niyə  bir  ölkədən  ziyadə,  iki  və  ya  daha  çox  ölkədə  istehsal 
edilməkdədir? 
‐  Niyə  fərqli  məkanlardakı  istehsal  bir  çox  firma  tərəfindən  gerçəkləşdirilmək 
yerinə, eyni firma tərəfindən gerçəkləşdirilməkdədir? 
‐ Şirkətlər niyə ixrac  və investisiyalara yönəlməkdədirlər? 
‐  Birbaşa  xarici  investisiyalar  niyə  bəzi  sektorlarda  konsolidasiya  olub,  bəzi 
sektorlara isə, demək olar ki daxil olmamaqdadırlar? 
‐ Niyə həm sektoral, həm də ölkə bazasında qarşılıqlı investisiyalar mövcuddur? 
Ayrıca  bu  nəzəriyyələr,  həm  statik  (industrial  orqanizasiya  nəzəriyyəsi, 
internallaşdırma nəzəriyyəsi), həm də dinamik (oliqopolistik rəqabət, malın həyat 
dövrü nəzəriyyəsi) struktur içində ələ alınmışdır. 
Yerləşmə Nəzəriyyəsinə (Location Theory) görə, qlobal şirkətlər, istehsalı 
daha aşağı maliyyətlərlə gerçəkləşdirə bilmək, tarif və ticarət əngəllərinin neqativ 
təsirlərindən  qoruna  bilmək  üçün,  öz  ölkəsində  istehsal  yerinə,  xarici  ölkədə 
istehsal  etməyi  tərcih  etməkdədirlə  lar  tərəfindən  müəyyənləşdirilməkdədir. 
Məsələn,  alüminium  mədənçiliyi  boksit  mədəninin  mövcud  olduğu  yerlərdə, 
alüminium emalı isə, elektrikin ucuz olduğu yerlərdə gerçəkləşdirildiyində iqtisadi 
faydalı  olacaqdır.  Bu  nəzəriyyə  işığında,  xaricdə  qoyulan  investisiyalar  üzərində 
tətbiq  olunan  Amerikan  vergi  endirimləri  də,  yerli  firmaları  ölkə  xaricində 
investisiyalar  yatırmaq  üçün  təşviq  etmişdir.  Məsələn,  ABŞ
‐da  dəniz  ötəsi 
mənfəətlərdən  ikiqat  vergi  tutulmasından  qaçınılmaqda  və  ekstra  endirimlərlə 
xaricdə neft sektorunda investisiya qoyuluşu təşviq edilməkdədir. 


12 
 
Bazarların 
nternallaşdırılması  Nəzəriyyəsi  (Internalization  Theory
(Əməliyyat  Məsrəfi  Nəzəriyyəsi  kimi  də  tanınır)  firmaların  xarici  ölkələrdə 
yerləşməsinin  səbəblərini  incələmişdir.  Bu  səbəblərdən  ilki,  beynəlmiləlləşmənin 
avantajlarını  müəyyənləşdirirkən  texnologiya  transferinin  önəmi  üzərində 
durmaqdadır.  Belə  ki,  texnologiya  transferi  mövzusunda  bəzən  müxtəlif 
çətinliklərlə qarşılaşılmaqdadır. Məsələn, bir fabrikin necə işlədiyinə, orqanizasiya 
daxili qeyri
‐formal  münasibətlərə  dair bilgilər  heç  bir  zaman  yazılı  olmayıb,  onu 
çalışdıran  insanların  bilgi  dağarcığında  mövcud  olur  ki,  bu  da  paketlənib  satıla 
biləcək  bir  əşya  (meta)  deyildir.  Eyni  zamanda,  potensial  bir  alıcının  bilginin 
gerçək dəyərini də bilməsi çox çətindir. 
Zira  mövzu  ilə  əlaqədar,  alıcı  da  satıcı  qədər  bilgi  sahibi  olsaydı,  o  zaman 
satın  almağa  da  ehtiyac  qalmayacaqdı.  Yenə  bilgi  üzərindəki  haqların  qorunması 
çox vaxt çətindir. Çünki bir firma, başqa bir firmaya lisenziya altında texnologiya 
verirsə, bu texnologiyanı alan ölkədəki digər firmalar da eyni texnologiyanı təqlid 
edə  bilərlər.  Eyni  zamanda  təbii  və  ya  dövlət  qaynaqlı  ekstern  effektlər  səbəbilə, 
bazarlar  mal,  xidmət  və  istehsal  faktorlarını  məhsuldar  (optimal)  formada 
dağıtmaya  bilərlər.  Dövlətin  bazara  müdaxilələrindən  qaynaqlanan  ekstern 
effektlərdən  (süni  ekstern  effektlər)  tariflər,  subsidiyalar,  vergilər,  qiymət 
kontrolları kimi praktikalar anlaşılmaqdadır. 
Təbii  ekstern  effektlər  isə,  texnik  və  ya  ictimai  mal  ekstern  effektləridir. 
Məsələn,  ictimai  malların  marjinal  maliyyət  irləri  azalmaqdadır.  Bu  nəzəriyyə 
işığında, i sıfır olduğu üçün, bir şirkət yaratdığı bilginin ortaya çıxması nəticəsində 
o  bilgidən  gəlir  təmin  edə  bilməyəcəkdir.  Bu  problem,  patentlər  və  marka 
himayələri sayəsində qismən həll olunsa da, şirkətin sahib olduğu bilginin sadəcə 
bir  qismi  qanuni  olaraq  qoruna  biləcəkdir.  Geriyə  qalan  qisim  sadəcə  şirkətin  öz 
səyləri ilə qoruna bilər. Bütün bu problemlər də, xarici ölkələrdə qlobal şirkətlərin 
öz  şirkətlərini  qurmalarını,  texnologiyanı  başqa  şirkətlərə  satmağa  görə  daha 
rentabelli  hala  gətirməkdədir.  Bu  yönü  ilə  nternallaşdırma  Nəzəriyyəsi  qlobal 
ş
irkətlərin niyə üfüqi inteqrasiyaya yönəldiklərini açıqlamaqdadır. 


13 
 
kinci  bir  səbəb  olaraq  da,  bir  firmanın  bir  çox  ölkədə  fəaliyyət 
göstərməsində irəli və geri şaquli inteqrasiyanın önəmi vurğulanmaqdadır. Şaquli 
inteqrasiya sayəsində qlobal şirkət, istehsalın bir
‐birini  izləyən  hər  mərhələsində 
özü  fəaliyyət  göstərməkdə  və  beləcə  həm  bilgi  texnologiyasını  qorumaqda,  həm 
koordinasiyanı artırmaqda, həm də istehsalın hər  mərhələsindəki mənfəət şirkətin 
öz  nəzdində  qalmaqdadır.  Dolayısilə  internallaşmanın  yayğınlığı  ölçüsündə 
firmanın  böyümə  və  inkişafı  artmaqda,  xaricdən  asılılığı  azalmaqda  və  risk 
faktorlarının  mənfi  təsiri  qlobal  şirkətlərin  imkanlarının  artmasında  texnoloji 
dəyişmələrinin rolunun təzyiqi vardır.  
XX əsr bilgi və texnoloji çağı olsa da, eyni zamanda bazara giriş əngəllərinin 
artmasına  və  inhisarın  yayğınlaşmasına  səbəb  olmuşdur. 
kinci  Dünya 
Müharibəsindən  sonra  hakim  olan  elektronika,  kompüter,  avtomobil,  kimya  kimi 
sənayelər  gedərək  yerini  media,  telekommunikasiya,  bilgi  prosesləri,  bankçılıq, 
sığortaçılıq,  finans  və  bənzəri  bir  sıra  xidmət  sektoruna  tərk  etməkdədir.  Beləcə 
qlobal  əlaqələr  başqa  bir  yerdə  emal  ediləcək,  daha  sonar  şirkətlərin  şaquli 
inteqrasiyası  kommunikasiya,  bilgi  prosesləri  və  nəqliyyat  vasitələrinin  inkişafı 
dolayısilə böyük bir sürət qazanmışdır. 
1960
‐cı ildə sistematik şəkildə Hymer tərəfindən ortaya atılan Monopoliya 
Avantajı  Nəzəriyyəsinə  görə,  qlobal  şirkət  investisiya  qoyduğu  ölkədəki  lokal 
ş
irkətlərlə  rəqabət  etməsini  təmin  edən  monopolist  avantajlara  sahibdir.  Bu 
avantajlar  investor  şirkətə  xas  olmaqla  bərabər,  bazardakı  digər  şirkətlər  bu 
avantajlardan  yararlana  bilməzlər.  Yəni  birbaşa  investisiyaların  və  qlobal 
ş
irkətlərin fəaliyyətdə olduğu bazarlarda tam rəqabət şərtləri keçərli deyildir. 
Burada  şaquli  və  üfüqi  bütünləşmə  arasındakı  fərqi  qeyd  etmək  lazımdır. 
Bəzən  xaricdə  qoyulan  investisiyanın  təməl  səbəbi,  ehtiyac  duyulan  xam 
maddələrə  çatıb,  onları  aşağı  maliyyətlə  və  daimi  olaraq  əldə  etməkdir.  Bu  cür 
investisiyalar şaquli bütünləşmə kateqoriyasına daxildir və inkişaf etməkdə olan və 
ya zəngin yeraltı sərvətlərə sahib olan ölkələrə qoyulan investisiyalar çox vaxt bu 
istiqamətdə  olmaqdadır.  Məsələn,  Amerikan  şirkətlərinin  Kanada,  Avstraliya, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə