Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 
52
genişləndirilməsi  zərurətini  əsaslandırır.  Bunun  üçün neft  sektorunda  kommersial 
işgüzarlığı artırmaq lazımdır. 
Aparılan  araşdırmalar  bir  daha  yəqinlik  verir  ki,  neft  sektorunda  dinamizmi 
təmin  etmək  üçün  daim  əməli  işlər  görülməlidir.  Bu  istiqamətdə  isə  yeni  biznes 
texnologiyaları,  dünya  biznes  menecmentinin  mütərəqqi  seqmentləri  dövriyyəyə 
gətirilməli, mövcud biznes mühiti yaxşılaşdırılmalı və genişləndirilməlidir.  
Məlumdur  ki,  neft  sənayesi  iqtisadiyyatın  bütün  sahələri  ilə  təmasdadır.  Bu 
əlaqəlilik ilk növbədə yanacaq-enerji resurslarının istehlakında təyinat tapır. Son il 
ərzində neft-qaz məhsullarının sənaye sahələrində istehlakı xeyli məhdudlaşmışdır 
ki, bu da mövcud proporsionallığın dəyişməsinə təsir etmişdir. 1994-2001-ci illər-
də neft sektoruna nisbətdə respublikanın qeyri-neft sektorunun milli iqtisadiyyatda 
payı  bir  qədər  məhdudlaşmışdır.  1996-ci  ildə  qeyri-neft  sektorunu  əhatə  edən 
sahələrinin  ÜDM-də  payı  90  faizdən  2004-ci  ildə  70  faizə  enmişdir.  Proporsiya 
dəyişiklikləri bir qədər də investisiya amilləri ilə bağlıdır. Belə ki, ölkə iqtisadiy-
yatına  cəlb  edilmiş  bütün  investisiyaların  orta  hesabla  üçdə  ikisi  neft  sektoruna, 
qalan  hissəsi  isə  qeyri-neft  sektoruna  yönəlmişdir.  Bu  prosesdə  ixracat  amili  də 
müəyyən  rol  oynayır.  Qeyri-neft  sektorunda  istehsal  olunan  məhsulların  rəqabət 
qabiliyyəti aşağı olduğuna görə ixracda xüsusi çəkisi çox azdır. Qeyri-neft sektoru 
ÜDM-ın  üçdə  iki  hissəsini  təşkil  etməyinə  baxmayaraq  ölkənin  2014-cü  ilin 
tədiyyə  balansında  ixracatın  əsas  hissəsi  xam  neftin  və  neft  məhsullarının  payına 
düşmüşdür. Dünya Bankının Azərbaycanla bağlı proqnostik məlumatlarına əsasən 
2015-2020-ci  illərdə  ÜDM-də  neftin  illik  payı  33,6  faiz  azalacaqdır.  Müvafiq 
göstəricilər qeyri-neft sektorunda 5-7 faiz arası tərəddüd edəcəkdir. 
Apardığımız  araşdırmalarda  indiki  artım  templərinə  uygun  olaraq  Azərbay-
canın neft sektorunda gələcək 20 il ərzində aşağıdakı üş mərhələnin təzahürü proq-
nozlaşdırılır: 
1. 2005-2007-ci illər – investisiyaların artımı və akkummulyasiyası; 
2.  2007-2012-ci  illər  –  neft  hasilatının  və  müvafiq  olaraq  neft  gəlirlərinin 
sürətli artımı; 
3. 2013-2025-ci illər – resessiya mərhələsi. 


 
53
Lakin  neft  sektorunda  irəliləyişlərin  daha  yüksələn  xəttlə  inkişafını  da 
proqnoz  etmək  mümkündür.  Fərqli  keyfıyyəti  əldə  etmək  üçün  isə  konyukturaya 
uyğun  olaraq  strateji  istiqamətdə  bir  sıra  əlavə  tədbirlər  də  görülməlidir.  Bu 
tədbirləri  Azərbaycan  Respublikasının  Prezidenti  lham  Əliyev  cənablarının  14 
fevral  2005-ci  il  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş,  «Azərbaycan  Respublikasının 
Yanacaq-Enerji Kompleksinin inkişafı üzrə dövlət Proqamının (2005-2015-ci illər) 
tələbləri  çərçivəsində  qurmaq  olar.  Bu  proqram  tələblərindən  səmərəli  istifadə 
etməklə  neft  biznesini  daha  dinamik  inkişaf  etdirmək  olar.  Fikrimizcə  neft 
biznesinin  inkişafı  ilə  bağlı  bu  proqramdan  irəli  gələn  əsas  və  əlavə  tədbirlər 
sistemi aşağıdakıları əhatə etməlidir: 
– əlverişli biznes mühitini məhdudlaşdıran şərtlər təcrid etmək; 
–  neft  emalı  zavodlarının  universal  standartlara  uyğun  modifikasiyasını 
reallaşdırmaqla  kontraktlar  çərçivəsində  Azərbaycana  çatacaq  neftin  son  məhsul 
istehsalına qədər kompleks emalını təşkil etmək; 
– yeni kiçik həcmli qaz emalı zavodları inşa etmək; 
– neft donanmasında kommersial fəaliyyəti genişləndirmək; 
– neft layihələrində nəzərdə tutulan zəruri servis xidməti ilə bağlı mənimsəmə 
xərclərinin  tender  əsasında  milli  sahibkarlara  və  biznes  qurumlarına  verilməsini 
təmin etmək; 
– yeni qlobal neft layihələrinin bağlanılmasında daha çox mövcud milli neft 
infrastrukturundan istifadəni şərtləndirən tələblərlə çıxış etmək; 
–  kapital  axınında  xarici  və  daxili  investisiya  nisbətinin  optimal  təyinatını 
sistemli  və  proqramlı  çərçivədə  qurmaq,  qarşılıqlı  fayda  əsasında  istifadədə 
marketinq və analitik qruplar təşkil etmək; 
– aparıcı neft kompaniyaları, beynəlxalq institutlarla elmi-texniki əməkdaşlığı 
dərinləşdirmək,  yanacaq-enerji  sektorunda  strateji  özəlləşdirmə  istiqamətində 
əməli tədbirlər həyata keçirmək; 
–  yaradıcı  təşəbbüsləri  müdafiə  etmək,  qrantlar  vermək,  kadr  hazırlığını 
beynəlxalq səviyyəyə yüksəltmək. 


 
54
Beləliklə,  Azərbaycanda  neft  sənayesinin  inkişafı  ilə  əlaqədar  olaraq  biznes 
fəaliyyətində müəyyən irəliləyişlər baş vermişdir. Neft sənayesində iqtisadi səmə-
rəliliyin artırılması yeni texnika və texnologiyaların tətbiqindən daha çox asılı ola-
caq  və  bu  işdə  biznes  fəaliyyətinin  genişləndirilməsi  mühüm  amil  rolunda  çıxış 
edəcəkdir. Bütün bu fəaliyyət isə şübhəsiz ki, xarici investisiyalarsız ötüşməyəcək-
dir. Buna görə də xarici əməkdaşlıqda bürokratik əngəllər və mövcud məhdudlaş-
malar mülayimləşdirilməlidir. 
 
2.2. Neft strateqiyasının reallaşdırılması və biznes mühitinin yaxşılaşdırılması 
 
Azərbaycan  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  bazar  iqtisadiyyatı 
təyinatlı sosial-iqtisadi siyasət həyata keçirməyə başlamışdır. Bu siyasətin mühüm 
tərkib  hissəsi  kimi  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən  hazırlanan 
Azərbaycanın neft  strategiyası  çıxış  edir. Azərbaycanın neft  strategiyasının  rəsmi 
təməli 1994-cü ilin 20 sentyabrında xarici neft şirkətləri konsorsiumu ilə ARDNŞ 
arasında  «Çıraq»,  «Azəri» və  «Günəşli»  yataqlarının  (AÇG)  birgə işlənməsi  üzrə 
Hasilatının  Pay  Bölgüsü  Sazişinin  (HPBS)  imzalanmasından  başlanğıc  alır. 
Təsadüfi deyil ki, illər ötdükdən sonra Azərbaycan neftçisinin peşə günü haqqında 
qərar  qəbul  edərkən  ümummilli  lider  möhtərəm  Heydər  Əliyev  cənabları  bu 
bayramın hər il məhz 20 sentyabrda qeyd olunmasına fərman vermişdir. 
«Əsrin  müqavilə  si»ndən  başlanan  milli  neft  strategiyası  ölkə  neftinin  müş-
tərək mənimsənilməsi üzrə yeni çoxsaylı iri miqyasılı beynəlxalq neft kontraktların 
bağlanmasına  gətirmişdir.  Sayı  hazırda  24-ə  çatan,  15  ölkənin  33  şirkətini  təmsil 
edən  bu  neft  kontraktları  respublikanın  ictimai-siyasi  və  sosial-iqtisadi  həyatında 
son  dərəcə  əlamətdar  hadisə  kimi  iqtisadiyyatın  bütün  sektorlarının  inkişafına 
təkan vermişdir. Bu əməli işlərin nəticəsi olaraq ölkə itisadiyyatına yaxm 20-30 il 
üçün 50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşları nəzərdə tutulur ki, 
bunun  da  artıq  20  faizdən  çoxu  təyinat  obyektinə  cəlb  edilmişdir.  Yaxın  illərdə 
burada  hasilatın  gündəlik  həcminin  bir  milyon  barelə  çatacağı  gözlənilir.  2005-


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə