Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
49
Cədvəldən göründüyü kimi 11 neft müqaviləsi üzrə 5 kontrakt zonasında işlər 
rentabellik  mülahizələri  ilə  tamamilə  dayanmışdır.  Fikrimizcə,  bu  strukturlarda 
fəaliyyəti  bərpa  etmək  istiqamətində  Azərbaycanın  özünün  neft  strukturları  ilə 
müştərək iş birliyində yerli biznesmenlərin bacarıq və kapitalından istifadə imkan-
ları nəzərdən keçirilməli və hətta praktik olaraq pilot qaydasında sınanmalıdır. Bu 
strukturlarda  200  milyon  tondan  çox  neft  ehtiyatı  vardır.  Ləğv  olunmuş  neft 
kontraktları  zonasındakı  strukturların  ehtiyat  potensialı  aşağıdakı  qrafikdə 
verilmişdir. 
Diaqram 1. 
 
 
 
 
 
 
 
 
 
Belə potensialı bütöv «Azneft»  B-nin resurs bazası ilə müqayisə etmək olar. 
Burada  artıq  500  milyon  dollar  sərmayə  qoyuluşu  reallaşmış,  işlərin  görülməsi 
üçün  ilk  infrastrukturlar  təşkil  edilmiş  və  hətta  məhsuldar  olan  quyular  da 
qazılmışdır.  Həmin  strukturlarda  təkrar  fəaliyyət  üçün  sadəcə  olaraq  yeni  bir 
biznes-plan tərtib olunmalıdır. 
Məlumdur  ki,  Azərbaycanın  quru  ərazisində  yerləşən  «Binəqədi»  yatağının 
sonrakı  istismarı  ilə  əlaqədar  sayca  24-cü  olan  neft  kontraktı  imzalanmışdır.  Bu 
kontrakta ilk dəfə tərəfdaş kimi Azərbaycanın «Azpetrol» şirkəti iştirak edir. Yeni 
güc  yığımında  olan  şirkət  artıq  öz  sərmayə  qoyuluşlarını  ölkə  hüdudlarından  da 
kənarda  geniş  tətbiq  etməyə  başlamışdır.  Belə  ki,  2005-ci  ildən  başlayraq 
«Azpetrol» şirkəti Moldova Respublikasında bütöv bir yanacaq-doldurma şəbəkəsi 
□ QARABAQ 
 
■ DAN-ULDUZU/ƏŞRƏF  
 
□ KÜRDAŞI 
 
□ MURADXANLI 
 
■ ZIĞ-HÖVSAN 
 


 
50
yaratmışdır. Bütün bunlar isə «Azpetrol» şirkətinin biznes səriştəliyi və investisiya 
imkanları dəlalət edir. 
Dünya  təcrübəsi  göstərir  ki,  bazar  iqtisadiyyatı  şəraitində  dövlət  yanacaq-
enerji  kompleksində  elmi-texniki  siyasətin  hazırlanınası,  onun  normativ-hüquqi 
baza  ilə  təminatı,  özəl  sektorun  bu  sahəyə  cəlb  edilməsi,  YEK-in  texniki 
səviyyəsinin  yüksəldilməsi  və  digər  strateji  məsələləri  həll  edir.  Neft  biznesinin 
inkişafı da dövlətin apardığı  institusional siyasətdən  asılıdır. Bu baxımdan dövlət 
hər vəchlə milli sahibkarlığın neft biznesində genişliklə təmsil olunmasına kömək 
etməli,  sahədə  səmərəli  biznes  fəaliyyəti  üçün  optimal  şərait  yaratmalıdır.  Lakin 
milli sahibkarların neft biznesində uğurlu nəticələr qazanması mütərəqqi idarəçilik 
sisteminin  öyrənilməsindən  də  asılı  olacaqdır.  Məlumdur  ki,  bazar  mühitində 
qarşıya çıxan yeni məsələlərin həlli səmərəli menecment əsasında formalaşır. Neft 
sektorunda idarəetmənin bazar prinsiplərinə keçidi istehsal münasibətlərində dərin 
kök  salmış  ətalətli  inzibati  amirlik  metodlarının  iqtisadi  yanaşma  ilə  əvəzlən-
məsini, ictimai psixoloji mühitin, sosial durumun yaxşılaşmasını diktə edir [3]. 
Fikrimizcə  neft  sektorunda  vençur  biznesinin  inkişafına  daha  çox  səy 
göstərmək  lazımdır.  Vençur  biznesindən  yeni  texnologiyaların,  innovasiyaların 
ölkəmizə  gətirilməsinə,  mühüm  layihələrin  reallaşmasına  kömək  edəcəkdir.  Daha 
doğrusu, vençur biznesi məhz ləğv olunmuş kontraktlar zonasında daha çox səmərə 
verə bilər. Vençur kapitalından bu sahədə geniş istifadə olunması mövcud qanun-
vericilik bazasının təkmilləşdirilməsindən bilavasitə asılıdır. Hər hansı bir müvəq-
qəti  məhdudiyyətin  olmasına  baxmayaraq  neft  sektorunda  vençur  biznesi  inkişaf 
aspektində  mühüm  amillərdən  olaraq  innovasiyaların  yaradıcısı  və  daşıyıcısına 
çevriləcəkdir. 
Neft biznesinin inkişaf etdirilməsində məqsəd pul təyinatlı sadə investisiyalar 
yönəlişi  ilə  əhatə  olunmamalıdır.  Burada  qabaqcıl  texnologiyaları,  innovasiya 
nailiyyətlərini təmin edən investisiyalara meydan verilməlidir.  qtisadiyyatın digər 
sahələrində  olduğu  kimi,  neft-qaz  kompleksində  də  innovasiya  fəaliyyətə  elmi-
texniki, intellektual potensialı səfərbər edərək səmərəliliyi artıran tədbirlər sistemi 


 
51
kimi  baxılır.  Məhsuldar  və  prosesli  olmaqla  texnoloji  innovasiya  hər  iki  istiqa-
mətdə neft-qaz kompleksində mühüm əhəmiyyətə malikdir. 
nnovasiyon  fəaliyyətin  inkişaf  etdirilməsi  onun  elmi-texniki  potensialının 
durumu,  keyfiyyət  və  kəmiyyət  parametrləri  ilə  əlaqədardır.  Neft  sənayesində 
innovasiya  layihələr  müəssisədə  törənən,  «portfel  problemlər»  əsasında  yaradıl-
malıdır.  nnovasiyanın kommersiyalanması onun bazarda əmtəə kimi çıxış etməsi 
ilə reallaşır. Əsaslı innovasiya menecmentinin bu sırada aparılması mühüm hesab 
edilir.  nnovasiya  neftqazçıxarmada  material  və  enerji  məsrəfınə,  əmək  haqqına, 
maya dəyərinə,  mənfəətə, fondveriminə, rentabelliyə, bir sözlə, bütün göstəricilər 
təsir edir. 
Neft  sektorunda  innovasiya  prosesisini  genişləndirməklə,  elmi  axtarışları 
maliyyələşdirməklə  mühüm  elmi-texniki  nailiyyətlər  əldə  edə  bilərik.  Bu  poten-
sialdan  dolğun  istifadə  etməklə  neft  sektorunu  texnoloji  yeniləşməsinə,  sahəvi 
elmin inkişafına nail olmaq mümkündür. 
Biznes fəaliyyətinin mühüm tərkib hissəsini kommersiya fəaliyyəti təşkil edir. 
Kommersiya  fəaliyyətinə  əmtəələrin  alqı-satqısı  ilə  yanaşı,  həm  də  onların 
istehsalı, eləcə də bank, nəqliyyat, kənd təsərrüfatı, sığorta və sair sahələrlə bağlı 
fəaliyyət  formaları  da  daxil  edilir.  Bundan  başqa  kommersiya  fəaliyyəti  ticarət 
fəaliyyətinin müxtəlif növ icarə, informasiya, konsaltinq, injinirinq, lizinq, marke-
tinq və sair xarakterləri də özündə birləşdirir. Məhz səmərəli təşkil edilən kommer-
siya  fəaliyyəti  biznes  strategiyasının  müvvəfəqiyyətinə  zəmin  yaradır.  Müvaflq 
sırada biznesmenin özünün işgüzarlığı da az əhəmiyyət daşımır. Burada işgüzarlığı 
yüksəldən məqamlarla yanaşı ona təsir edən mənfi aspektlər də özünü göstərir. Bu 
isə daha çox risk amili ilə bağlılıqda özünü biruzə verir. Uğuru əldən vermək, çətin 
vəziyyətlə  rastlaşmaq,  mənfəət  əvəzinə  zərər  çəkmək  riski  səciyyələndirən  cəhət-
lərdəndir. 
Neft  biznesində  multiplikativ  effekt  yüksəkdir.  Yatağın  mənimsənilməsində 
multiplikatorun  miqdarı  iki  kəmiyyət  ətrafında  dövr  edir.  Hasilat  layihəsinə 
investisiya  qoyuluşu  bir  manatlıq  xərcdə  orta  hesabla  təxmini  iki  manatlıq  gəlir 
götürür  [69].  Bu  gerçək  reallıq  isə  neft  sektorunda  biznes  fəaliyyətinin  daha  da 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə