Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
43
özəl  sektora  verilməsindən  getmir.  Araşdırmalar  göstərir  ki,  müasir  dünyada  neft 
sənayesinə  münasibət  əsasən  iki  qütblüdür.  Bir  sıra  ölkələrdə  bu  sərt  dövləti, 
digərlərində isə liberal düzümlüdür. Əslində bütün mütərəqqi ölkələrdə neft biznesi 
qarışıq formada inkişaf etməkdədir. Yəni neft sənayesinin obyektləri həm dövlət və 
həm  də  özəl  sektorda  cəmləşmişdir.  Lakin  bütün  ölkələrdə  karbohidrogen 
resursları  dövlətə  və  xalqa  məxsusdur.  Bu  hal  isə  neft  sektorunda  strateji 
özəlləşmənin həyata keçirilməsində heç də yataqların dövlətsizləşdirilməsi fikrinə 
gətirilməməlidir.  Söhbət  burada  həmin  yataqların  kiçik,  azdebitli,  mürəkkəb 
istehsallı  hissəsinin  müəyyən  zaman  kəsiyində  lisensiya  əsasında  ayrı-ayrı 
sahibkarlara  və  biznesmenlərə  verilməsindən,  habelə  neft  infrastrukturunun  reno-
vasiya  gözləyən  istehsal  və  xidmət  obyektlərinin  tam  və  qismən  öəlləşdirilmə-
sindən gedir.  lk növbədə isə kiçik «strateji» obyeklər tenderlərə çıxarılmalıdır. Bu 
istiqamətdə  beynəlxalq  təcrübə  xeyli  sınanmış  material  verir.  Belə  ki,  Rusiyanın 
hazırda  neft  sənayesində  yüzdən  çox  kiçik  və  orta  həcmli  neftqazçıxarıma 
müəssisəsi,  o  cümlədən,  45  xarici  kapitallı  təşkilat  fəaliyyət  göstərir.  ABŞ-da  isə 
kiçik neft hasilatçılarının sayı 2 mini ötmüşdür. Bu hasilatçıların ümümi istehsalda 
payı  40  faizdən  çoxdur.  Kanadada  isə  kiçik  neft  çıxaranlar  hasilatın  30  faizini 
təmin edirlər. Bu iş birliyi çərçivəsində səmərəlilik hətta aparıcı neft şirkətləri ilə 
müqayisə olunandır [48]. 
Kiçik  hasilatçılar  özlərinin  həyat  qabiliyyətliliyini  çoxdan  təsdiq  etmişlər. 
Hərçənd,  onlar  o,  qədər  də  rentabelli  yerlərə  sahib  deyillər.  Yatağın  yalnız  bir 
fraqmentinə  sahibliyi  təmin  etməklə  kiçik  hasilatçılar  geniş  daxili  potensial  nü-
mayiş etdirirlər. Neft işi ilə məşğul olan müəssisə və təşkilatlarda dinamikliyi tə-
min etmək, təsərrüfatları real bazar subyektinə çevirilmək üçün biznes strategiya-
sına geniş  meydan  açılmalıdır. Belə  ki, davamlı  ekstensiv  istehsal prosesi nəticə-
sində  köhnə  yataqları  əhatə  edən  istismar  zonasında  neft-qaz  hasilatı  tənəzzülə 
uğramışdır. Marginal vəziyyətdə olan bu yataqlarda kəskinləşən dağ-mədən geoloji 
çətinliklərlə  əlaqədar  hasilat  artımına  nail  olma  yeni  texnoloji  yanaşma,  aktiv 
maliyyələşmə və qabaqcıl biznes menecmenti tələb edir. Çətin təsərrüfat vəziyyəti 
və «ödəməmələr» problemi ilə qarşı-qarşıya dayanan neft sektorunun isə bu tələb-


 
44
ləri  dolğun  təmin  etməyə  maliyyə  və  texnoloji  potensialı  xeyli  məhdudlaşmışdır. 
Prosesin  ahəngdarlığı  isə  böyük  məbləğdə  investisiya  qoyuluşu  tələb  edir.  Ona 
görə neft sektorunda özəlləşdirmə xeyli sürətləndirilməlidir. 
Aydındır ki, özəlləşdirmə strategiyasının biznesin inkişafında rolu və əhəmiy-
yəti  danılmazdır.  Qeyd  edildiyi  kimi  respublikada  bu  sahədə  xeyli  işlər  görül-
müşdür. Lakin bununla belə göruləsi işlərin həcmi də xeyli genişdir. Elmi biçimli 
iqisadi-fundamental  əsaslara  istinad  olunan  yeni  özəlləşdirmə  strategiyası  neft 
sektorunda  da  bazar  prinsiplərinə  müvafıq  servisin  təşəkkülünü  təmin  edəcək, 
biznes işinin təşkilinə uğurlar gətirəcəkdir. 
nvestisiya  biznesin  müəyyən  edilmiş  məqsədlərinə  nail  olmaq  üçün  əsas 
vasitədir.  Odur  ki,  strateji  baxımdan  investisiyalaşmanın  baza  prinsipləri  nəzərə 
alınmalıdır.  Özəlləşdirmə,  səhmləşmə  aspektində  isə  yeni  investisiya  mənbələrin-
dən istifadə də reallığa çevrilir. Fəaliyyətini genişləndirən Azərbaycan Respublika-
sının  Qiymətli  Kağızlar  Komitəsi  nəzərdən  keçirilən  işlərin  reallaşmasında  yeni 
əsaslar  yaradır.  Respublikanın  iqtisadi  potensialını  xaricdə  təbliğ  edən  və  ölkəyə 
sərmayələrin  cəlbinə  təkan  verən  «ABŞ-Azərbaycan»,  «Azərbaycan-Fransa» 
ticarət palatalarının müvafiq fəaliyyəti də bu istiqamətdə geniş imkan açır. Ümu-
miyyətlə,  sənaye-ticarət  palatalarının  biznes  fəaliyyətinin  genişləndirilməsində 
əhəmiyyəti yüksəkdir. Xüsusən xarici biznesmenlər hər hansı bir ölkədə sərmayə 
qoyuluşlarını  gerçəkləşdirərkən zəruri  informasiyaları  məhz  sənaye-ticarət  palata-
larından əldə edirlər. 
Azərbaycanda  neft  biznesinin  universal  standartlara  uyğun  tərzdə  inkişaf 
etdirilməsində BP şirkəti mühüm rol oynayır. Ana vətəni Böyük Britaniya olan BP 
şirkəti xam neft ilə təbii qazın kəşfıyyatı, hasilatı, emalı, neft-kimya məhsullarının 
istehsalı,  yanacaq,  sürtkü  yağları,  kimyəvi  məhsulların  daşınması  və  marketinq 
sferasında 6 qitənin, yüzdən çox ölkənin ərazisində fəaliyyət göstərən qlobal dün-
yanın  ən  böyük  enerji  qurumlarından  biridir.  Yüz  mindən  çox  ştat  vahidi  olan 
şirkət  gün  ərzində  4  milyon  barel  neft  hasil  edir  və  təqribən  13  milyon  alıcıya 
yüksək  keyfiyyətli  məhsullar  təqdim  edir.  BP  şirkəti  Azərbaycanda 1992-ci  ildən 
fəaliyyət  göstərir.  BP  şirkəti  artıq  respublikamızda  AÇG,  Şahdəniz,  BTC  və 


 
45
Cənubi  Qafqaz  boru  kəmərini  əhatə  edən  4  super  layihə  çərçivəsində  çoxfunk-
sional biznes şəbəkəsi qurmuşdur. BP Eksploreyşn Ltd şirkəti Azərbaycanda neft 
biznesi  sahəsində  bütün  layihələr  üzrə  əsas  koordinator  rolunu  oynayır.  BP 
şirkətinin  biznes  fəaliyyətində  mindən  çox  əməkdaş  çalışır  ki,  bunların  da  80 
faizdən  çoxu  azərbaycanlılardır.  Həmin  şirkətin  Azərbaycanda  investisiya  paketi 
layihəsi 21  milyard  dollara bərabərdir.  «Əsrin  müqaviləsi» üzrə  yaradılan  hüquqi 
şəxs  ABƏŞ-in  də  operatoru  olan  BP  şirkəti  müvaftq  layihə  çərçivəsində  Azər-
baycanın Xəzər sektorunda indiyədək 250 milyon bareldən çox neft hasil etmişdir. 
BP Eksploreyşn Ltd-nin fəaliyyəti sırf biznes xarakterlidir. Həmin şirkət ya-
randığı vaxtdan neft biznesi sahəsində çox önəmli işlər görmüş və hazırda lokoma-
tivi rolunda çıxış edir. Şirkətin Azərbaycandakı biznes fəaliyyəti beş sahəni əhatə 
edən koorporativ biznes strategiyaları ilə tənzimlənir. Buraya aşağıdakılar daxildir: 
– etik davranış; 
– əməkdaşlar, əlaqələr; 
– sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi; 
– maliyyə; 
– nəzarət. 
BP  Eksploreyşn  Ltd  biznes  sahəsində  bir  sıra  müvafiq  öhdəliklər  götür-
müşdür.  Biznesin  inkişafında  mühüm  rolunu  nəzərə  almaqla  bu  öhdəliklər 
aşağıdakı təsnifatda verilir: 
– Qanunun aliliyinə hörmət və biznesi səmərəli təşkil etmək, bu zaman insan 
ləyaqətinə və fərdlərin hüqüqlarına hörmətlə yanaşmaq; 
–  Müxtəlif  rəy  və  mülahizələrin  dəyərləndirildiyi  qarşılıqlı  inam  və  hörmətə 
əsaslanan iş birliyi yaratmaq;  
–  nsanların  bizə  inanması  və  bizimlə  iş  görəməyə  can  atması  üçün  bütün 
əlaqələrmizdə qarşılıqlı fayda yaratmaq; 
– Təbii mühitə hörmət nümayiş etdirmək, heç bir qəzaya yol verməmək, in-
sanlara ziyan vurmamaq və ətraf mühitə zərər yetirməmək istiqamətində məqsəd-
lərmizə nail olmaq üçün iş görmək; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə