Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə9/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   5   6   7   8   9   10   11   12   ...   123

 
27
Ona görə  də  səhnədə heç vaxt üzün fərdiliyi 
görünmür: görünən yalnız maskadır (aktyor sənəti 
maskasız maskalanmaq bacarığı kimi). Bu mənada səhnədə 
yalnız maska hökmranlıq edir. Təsadüfi deyil ki, ən 
dahi aktyorlar bir qayda olaraq “üzsüz” və ya “min 
maskalı” adamlardır. Çünki aktyor teatrda yalnız bir 
işlə  məşğuldur: bu işin adı üzləri tez-tez dəyişmək, 
tez-tez maskalanmaqdır. Lakin eyni zamanda aktyor 
“mən”inin üzü nişansız üzdür, heç nəyi ifadə etməyən 
üzdür, yəni ağ  vərəqdir, yazılmamış  vərəqdir, sirli 
lövhədir. Məhz bu məqamda bəlli olur ki, elə  həmin 
nişansız üzün köməyilə hər şeyi ifadə etmək mümkündür: 
ağ vərəqə istədiyini yazmaq azadlığı var. Bu baxımdan 
nişansız üz ən ifadəli maskadır. Bica deyil ki, Noh 
teatrosunun maskalarının üzündə  həmişə yalnız qeyri-
müəyyən yarımifadə mövcuddur. Bu yarımifadə ancaq 
tamaşa vaxtı  səhnə oyununun müxtəlif komponentləri 
kontekstində konkretləşib mənaya çevrilir. Ona görə 
ideal aktyorun da maskalı cəllad kimi kimliyini bilmək 
müşkül məsələdir. Çünki ideal aktyorun təkcə  bədəni 
yox, bütün varlığı muma bənzəyir. Nə zaman ki, 
aktyorun üzü, əsl üzü, maskasız üzü göründü, seyrçi, 
daha böyük miqyasda götürsək, kütlə ona qarşı öz 
marağını itirir. Teatr ideaL, nümunəvi maskalar 
dünyasıdır. Lakin maskaların hamısı (karnavaL, 
kosmetik, tibb və s. və i.a. maskalar) iki əsas maska, 

ƏCDAD 
və 
TƏLXƏK, - maskaları 
ətrafında 
qruplaşdırılır: yəni nə ki maska varsa, “əcdad və 
təlxək” cütlüyünün variantı kimi yozulur. Maska geymiş 
aktyor  əcdadı  təmsil etsə  də, o şaman funksiyasını 
yerinə yetirir, ruhlar aləmilə əlaqə yaradır və dönüb 
tamaşaçılarla  əcdad arasında ötürücü, medium olur. 
Teatrda təlxək maskası  əcdadın hiperbolizə edilmiş 
şeytanlığını, qoçaqlığını bildirir. Nüfuzdan düşmüş 
əcdad gülüş, ironiya obyektidir, potensial təlxəkdir
Toplum içrə bütün maska tipləri faktiki olaraq bir-
birilə qütbləşib sonra təzədən birləşən bu iki 


 
28
maskanın arasındakı  məsafədə öz gerçəkliklərini 
tapırlar.  
     YEKUN  SÖZÜN  MASKASI.  Mən dedim, danışdım, neçə-
neçə  mətləbləri aydınlatdım. Amma indi baxıb görürəm 
ki, yenə heç nə deməmişəm. Məsələni tam işıqlandırmaq 
üçün gərək mənim məqaləm olsun, iki mənim məqaləm 
qədər olsun, bu üç məqaləmin üç misli qədər olsun, bir 
də  tədqiqat olsun, bəlkə onda mövzu fraqmentarlıqdan 
yaxa qurtara. 
 
 
 
 Qısa izahat 

Əksərən surətin (modelin) surətinə və ya kölgəsinə  
“simulyakr”  deyilir. Simulyakrın surətlə heç bir  
  obraz oxşarlığı yoxdur, amma bir işarə statusunda 
 surəti əvəzləyə bilir.     

Bax: Mehdi N.M. Çətin və dolaşıq durumların  
 kulturolojisi. - B.:Qanun, 2001. - S.234-298.     

Levi-Stross K. Strukturnaya antropoloqiya. - L.: Nauka,  
  1985. - c.238. 

Bax: Patris Pavi. Slovar teatra. - M.: 1991. - s. 171.  
                                                
                        1991-2008-ci illər 
 
 
                                                             
           KÜTLƏ: TEATR VƏ KİNO 
          (lal quzular üçün eşafot marşı) 
                     
                                “Bir deyil, beş deyil
                                 milyonlarca müxtəsər, 
                                 qoyun kimisən qardaşım!” 
                                        Nazim Hikmət 
 
                   
     Dənizin dərinliklərində milyonlarla xırda balıq 
bir yerə toplaşıb iri-iri şarlar (və ya hava zondları) 
formasında sürülər  əmələ  gətirir və sakitcənə bir-


 
29
birinin böyrünə  qısılıb üzür, yaşayır; yaşayır, 
üzür: təhlükə qarşısında isə başılovlu  ətrafa 
səpələnib yenidən birləşir,  şarın çevrəminə qayıdır. 
Bu “şarlar” onların evləri olur, dünyaları olur, 
indiləri və əbədiyyətləri olur. Dəniz dünyası bu xırda 
balıqlar üçün elə bu “şarlar” qədərdir, elə bu 
“şarlar” boydadır.  
     Şəhərin küçələrilə hər gün minlərlə adam ora-bura 
gedir; sağa gedir, sola gedir, düz gedir, əyri gedir, 
tinləri burula-burula gedir; yavaş gedir, bərk gedir, 
bəzən qaça-qaça gedir; amma gedib də hökmən həmən 
yolla təzədən öz evinə dönür. Bizim yolumuz təkcə 
şəhərin küçələrindən keçmir, eyni zamanda minlərlə 
tanımadığımız adamların energetikası, aurası, da-
nışığı, baxışları içindən keçib gedir. Yəni sürü 
latent  şəkildə  həmişə bizimlədir. Bu o deməkdir ki, 
şəhərdə sürü permanent görünməsə  də, onun təzahürləri 
hər dəqiqə gerçəkdir.  SÜRÜ DAİM  ŞƏHƏRDƏDİR.  Odur ki, 
evimizdən çıxan kimi biz sürünün qlobal təmas məka-
nına, əgər belə ifadə eləmək caizsə, onun qlobal təmas 
dənizinə düşürük.  Biz evimizdə olanda şəhər bizim 
deyil. Biz küçəyə çıxanda şəhər bizim olur. Fərdlər və 
bu fərdlərin qurduğu ailələr ayrı-ayrı evlərdə ayrıca 
ömür sürür. Şəhər isə sürüyə məxsusdur.  Şəhər sürünün 
mümkün mövcudluq zonasıdır, onun “evi”dir, varlığının 
əlamətidir. Belə ki, şəhərdə o, yox ola-ola var ola 
bilir və özündə qulyabanılıq, kabusluq xisləti 
aşkarlayır.  Şəhərdə yaşayan insan sürüləri ilğım kimi 
qəfil görünüb ilğım kimi qəfil də gözdən itirlər. 
Düzdür, çoxdan, lap çoxdandır ki, insanlar sürünü 
ailəyə  dəyişiblər: ailəni dünyanın mikromodeli sanıb 
orada ideal komfort yaratmağa çalışıblar. Hərçənd 
müəyyən məqamlarda onlar, balaca himə bənd imiş kimi, 
asancana bir yerə  yığışırlar, xırda balıqlar qismində 
bir-birinin böyrünə  qısılıb yenidən sürüləşirlər, 
kütlə olurlar və küçələrlə sürünürlər.  
     Toplum  içrə insan sürüsünə “kütlə” deyilir. Oncə 
bu sözün mümkün  etimoloji xəritəsinin konturlarını 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə