Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə7/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   2   3   4   5   6   7   8   9   10   ...   123

 
21
onu da qeyd etmək gərəkir ki, niqab müsəlman 
aləmində təkcə niqab sahibindən ötrü yox, seyrçi üçün 
də psixoloji məna daşıyırdı. Məsələ bu ki, niqab 
müəyyən aspektdə seyrçiyə qarşı psixoloji həmlədir, 
hücumdur, təcavüzdür, ünsiyyət zamanı  təşəbbüsə 
birdəfəlik və  qəfil yiyələnmək vasitəsidir. Çünki 
niqabı görən kimi müsəlman yüngül eyforiya keçirir. 
Niyə? Ona görə ki, müsəlman qavrayışında niqab həməncə 
Quran, Kəbə və həzrət Muhammədin özü ilə bir semantik 
cərgəyə düzülür, onlarla müstəqim rəmzi  əlaqədə 
bulunur. Səbəb də bu ki, Quran niqab arxasından 
söylənilmiş bir möcüzə. Peyğəmbərin üzü də daim niqab 
arxasında. Kəbə  də qara örtüyə (hicaba, çarşaba) 
bürünmüş vəziyyətdə. Odur ki, niqabla qarşılaşan kimi, 
daha doğrusu, üzdə niqab görən kimi müsəlman şaşırır, 
elə  həməncə acizləşir, mütiləşir, niqabın sehrinə, 
psixoloji təsirinə ram olur, dönür balaca uşağa. 
Burada maska ilə niqab bir-birilə qütbləşir. 
Həqiqətən, maskada bir oyunbazlıq,  şeytanlıq nişanəsi 
var. Maska-totem tanrı və əcinə başlanğıclarını özündə 
qapsayır. Niqab isə “ciddi”dir, “alicənab”dır,  əgər 
belə demək caizsə, nurludur, sakraldır. Elə onun üçün 
də  şahlar, sultanlar üzlərində niqab gəzdirməyi fəxr 
bilərdilər, yaraşıq sayardılar və bununla da 
müqəddəslər cərgəsində 
dayandıqlarını vurğulayardılar.  
     MASKA NƏDİR? Maska üz əvəzinə ölü üzdür, “qansız" 
üzdür, “soyuq” üzdür, daş üzdür. Maska ruhun 
sərdabəsidir. Niqabsa qeyri-adi, misli görünməmiş, 
tayı-bərabəri olmayan bir üzə  işarədir. Maska yeraltı 
dünya, ölülər səltənətilə ilişiklidir. Bunun 
qənşərində isə niqab yalnız yuxarı, ilahi, sakral 
dünyaya eyhamdır. Maska aldadır, yayındırır, üzün 
həqiqətini ört-basdır edir. Niqabsa üzün əsl 
mahiyyətini açıqlayır, bildirir ki, örtük (pərdə) 
arxasında fenomenal insanın  şəxsiyyəti məskunlaşıb. 
Maska və niqabın hər ikisinin funksiyasında (yasaq 
etmək, qorumaq, gizlətmək və  şəxsiyyətə çevirmək) 


 
22
qohumluq əlaqəsi aşkarlansa da, məna bildirmək, məna 
aydınlatmaq baxımından onlar bir-birilərinə  həmişə 
qarşıdurum təşkil edirlər. Maska qaranlıq, niqab 
işıqlı dünya ilə bağlıdır. 
     TEATR 
VƏ MASKA. Maska-totem real həyat 
vəziyyətlərinə birbaşa təsir göstərmək imkanından 
məhrum olanda, ayin, mərasim gerçəkliyində yaşamaq 
hüququnu, deməli, sehrini, tilsimini itirəndə, 
panteonlaşmaq  şansını  əldən verəndə ya muzeyə  pənah 
aparır, ya teatra. Situativ maska isə teatrda ya 
vizuallaşır, ya da yırtılır. Teatr maskalarla oynayıb 
maskalı dünyaya qarşı üsyan edir. Ona görə  də teatr 
sənəti permanent olaraq yozumdur, təfsirdir, permanent 
olaraq dekonstruksiyadır, nəsildən-nəsilə, dəbdən-dəbə 
dəyişən dünya qavrayışının permanent olaraq 
reviziyasıdır, toplumun sosial-siyasi modelinin və bu 
modeldən görükən insan münasibətlərinin sınağa 
çəkildiyi  
yerdir. 
    Avropa  mədəniyyətində teatr maskalarının meydana 
gəlib səhnəyə “çıxması” faktı  şərabçılıq və üzümçülük 
tanrısı, başı kefdən ayılmayan tanrı, ölüb-dirilən 
tanrı, bir növ qədim yunanların Xızr peyğəmbəri 
Dionisin (Vakx, Liber) şəninə keçirilən rituallarla 
əlaqələndirilir. Dionis iki dünya arasındakı  sərhəddə 
dayanıb və  hər iki dünyanın qapıları onun üzünə 
açıqdır. Ölüb-dirilmək, yəni  əbədi qalmaq məhz onun 
tanrı peşəsidir. Dionis ölüb dirilməlidir ki, dünyada 
həyat ritmi pozulmasın. Lakin bəşər mədəniyyətinin 
tarixini diqqətlə izləyəndə aydın olur ki, ayrı-ayrı 
xalqların mifik təfəkkürü ölüb-dirilmək xassəsini 
təkcə tanrılara deyil, ən adi heyvanlara belə  şamil 
edir. Ölüb yenidən dirilmək dəyişmək, başqalaşmaq, 
təzə qiyafədə zühur etmək kimi mənalandırılır. Bir çox 
xalqlar ilan ölümsüzlüyünün səbəbini onda görürlər ki, 
bu sürünən “qabıq qoyur”, qabığından çıxır, köhnə 
cildini yenisilə əvəzləyir, başqalaşır, təzələnir, bir 
sözlə, ölüb dirilir. Qərbi Afrikanın Toqo vilayətinin 


 
23
sakinləri elə güman edirlər ki, qurbağalar 
əbədiyaşar canlılardır: quraqlıq zamanı ölürlər, yağış 
mövsümündə dirilirlər. Guya bir zamanlar tanrı bu 
keyfiyyəti insanlara bəxş edəcəkmiş; ancaq müxtəlif 
əngəllər ucbatından bu xüsusiyyət tanrının insanlara 
xoş  xəbər aparmaq üçün qasid kimi seçdiyi canlıda 
qalıb. Digər xalqların folklor nümunələrində  də bu 
motiv başqa personajlarla və başqa variantlarda təkrar 
olunur.  Əksərən ölüb dirilən, yəni mifik təfəkkürə 
görə  əbədiyaşar canlılar xtonik heyvanlardır. Ölüb-
dirilmək,  əslində, torpağın öz funksiyasıdır: torpaq 
vaxtaşırı  dəyişir, yeniləşir, bir libasını  çıxarıb 
başqa libas geyinir. Dionis də qədim yunanların xtonik 
tanrısı sayılır, baxmayaraq ki o, Zevslə Semelanın 
oğludur. Çünki bir tanrı kimi Dionisin bütün 
funksiyaları torpaqla bağlıdır. Məhz ol səbəbdən 
Dionis ölüb-dirilən tanrıdır. Ölümündən sonra dirilmək 
isə yeni üz tapmaq deməkdir, yeni “üz bağlamaq”, yeni 
“üz gətirmək” deməkdir. Aydın məsələdir ki, hər ölüb-
diriləndə Dionisin yeni üzü olmalıdır. Elə ona görə də 
qədim  yunanların teatr maskaları  həmişə Dionisin 
üzlərini nişan verir, onun ovqat görkəmlərini 
bildirir. Təsadüfi deyil ki, Fridrix Nitşe yunan 
səhnəsinin bütün məşhur fiqurlarını (Proteyi, Edipi, 
Oresti və b.) Dionisin maskaları hesab edir. Məsələ 
burasındadır ki, Orta və Uzaq Şərq ölkələrinin teatr 
mədəniyyəti dünyasında da maska bir qayda olaraq tanrı 
üzüdür. Məsələn, hind Kathakali, yapon No(h) 
teatrlarının tamaşalarında iştirak edən aktyor özünə 
ya qrimdən tanrı üzü düzəldir, ya da tanrını 
tanıtdıran maska taxır. Hətta hinduizmdə avatara 
(nüzul etmə) konsepsiyası sübut edir ki, ilk 
maskaların müəllifləri tanrılardır. Təbii ki, tanrının 
hər bir zühuru onun yeni maskasıdır. Qədim Misir 
fironları özlərinə  həmişə tanrı üzü maska seçərdilər. 
Özünü Exnaton (Günəş tanrısı Atona gərəkli, istəkli 
olan deməkdir) adlandırmış IV Amenxotep arvadı 
Nefertitilə üzlərini Günəş timsalında qrimlədərdilər. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə