Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə5/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   2   3   4   5   6   7   8   9   ...   123

 
15
dünyasını  dəyişmiş  şəxslərin, deməli, potensial 
əcdadların üzünü bildirməkdən ötrüdür. Niyə 
azərbaycanlı mentaliteti dildə  təqribən eyni hüquqi 
statusa malik olub əksərən sinonim kimi istifadə 
edilən bu sözlərin məna tutumu arasında xüsusi bir 
məntiqi vurğu ilə fərq aşkarlayır? Ərəblər üzə “sima” 
deyirlər, farslar isə - “sifət”. Fars dilində “sifət” 
sözü keyfiyyət, zahiri görkəm mənalarında işlənir. 
Azərbaycanlı mentallığı üçün “üz” adi fiziki üzdür, 
“sifət” buqələmun, dəyişkən, aldadıcı üzdür, “sima” 
ideal, nümunəvi, lakin daş üzdür. Heç şübhəsiz ki, 
azəri türkünün mentaliteti bu sözlərin məna 
nisbiliyini, onların məna çalarları arasındakı  fərqi 
həmin sözlərin mənsub olduğu dildə danışan xalqların 
xarakterilə əlaqələndirmişdir. “Üz” əsl türk sözü kimi 
azərbaycanlı qavrayışında pozitivdədir və öz semantik 
çənbərində sadəlik, təmizlik, müəyyənlik, mərdlik, 
fizikilik, sərtlik, qabalıq (“kişinin bir üzü olar”, 
“boz üz” və s.) kimi mənaları qapsayır. “Sifət” farsın 
sözüdür, neqativdədir və azərbaycanlı ona etibar 
eləmir. Turanın yaxın qonşusunun və qatı düşməninin bu 
sözündə azəri türkü bir oynaqlıq, uyuşqanlıq, 
zənginlik, doymuşluq, hiyləgərlik (“sifəti fətir 
kimi”, “sifətindən  əclaflıq yağır” və s.) görür. 
Müsəlman peyğəmbərinin dilindən götürülmüş “sima” sözü 
isə azərbaycanlıdan ötrü artıq pozitivlik və 
neqativlik dışındadır. “Sima” sözündən azərbaycanlı 
üçün qutsal bir əbədiyyət, monumental bir təntənə, 
stabil cənnət boylanır. Üz sima kimi formalaşanda 
maska olur, barelyef olur. Nədən ki, sima arxasından 
da üz görünmür. Maska həm üz hörgüsüdür, həm də üzün 
mütləqliyinin faktıdır,  yəni üz işarəsidir. Bayaq 
deyildiyi kimi üz fərdidir, individuallığın təkcə 
zahiri görkəminin yox, individual ruhun və 
yaşantıların ifadəçisidir. Sifət bu fərdiyyətin 
sərfəli kompozisiyada təqdimidir. Niyə? Çünki hər bir 
fərdilik müəyyən mənada pırpızlıqdır.  Cəmiyyət isə 
pırpızlığı, yəni normadan kənar olmağı  qəbul etmir. 


 
16
Ona görə ki, insanlar heç vaxt özlərinə 
bənzəməyənlərin yaşamaq hüququ və yaşamaq ehtirasları 
ilə barışmaq, hesablaşmaq istəmirlər. Bu da səbəbsiz 
deyil.  İş bu ki, ən “məsum” individuallığın özündə 
belə başqalarına qarşı bir təcavüz gizlənir. Pırpızlıq 
(qatı 
fərdilik, qatı 
fərqlilik, başqalarına 
bənzərsizlik) hər bir formada toplum içrə insan 
eyibləri sırasındadır, bəlkə  də onların birincisidir. 
Nədən ki, individuallıq başqasının azadlığını 
məhdudlaşdırır, bu azadlığa bir növ təcavüz edir. Hər 
bir fərdiliyin başlanğıcında müəyyən mənada ayıb 
dayanır. Və bu ayıbı heç kim cəmiyyətə çıxarıb camaata 
göstərmək istəmir; istəmir ki, toplumu təşkil edən 
tanış özgələrdən seçilsin; istəmir ki, ona fərdiliyini 
nişan verəcək, başqa sözlə, gözə soxacaq ləqəb 
qoşulsun. Ondansa tanış özgələrə oxşamaq, hamı kimi 
olmaq sərfəlidir. “Tanış özgələr” mənim  şəhərimin (və 
ya kəndimin) sakinləri statusunda mənə tanışdırlar. 
Yəni  doğma  şəhərdə “mən” həmişə tanışların  əsiridir, 
girovudur.  Ən birinci tanış isə elə doğma  şəhərin 
özüdür. Busa davranış streotipini, deməli, maskanı 
formalaşdıran amildir. Şəhər (kənd) “mən”in 
mağarasıdır, maskasıdır. Bu baxımdan ən individual, ən 
cilovsuz və  ən aqressiv adamlar turistlərdir. Çünki 
onlarda tanımaq və tanınmaq qorxusu sıfra bərabərdir. 
Məhz bu, turistləri maskasız kimsələrə çevirir. Onlar 
üçün yalnız özgə bir şəhər və üzsüz, biganə, yabançı 
bir kütlə mövcuddur. Odur ki, turistlər  əksərən 
yasaqlar dışında davranırlar, daha doğrusu, özgə 
şəhərdə situativ maskasız keçinirlər, yəni olduqları 
kimi görünürlər. Həqiqətdə isə turistlərin maskaya heç 
ehtiyacları qalmır da: belə ki, onlar üzlərini də 
maskaları ilə birgə öz doğma 
şəhərlərinin 
darvazasından asıb yola düşürlər. Üzü olmayana maska 
da gərək deyil. Məsələ burasındadır ki, üz də bir 
günün içində formalaşmır. Çağanın üzü hələ üz deyil, 
onun bədəninin bir nahiyyəsidir. 
İnsan həyat 
prosesində “üz bağlayır”. Üz yalan danışmağa 


 
17
başlayanda sifət (situativ maska kimi) peyda olur. 
Maska isə M.Voloşinin yazdığı kimi “şərti yalan 
yaradır”.  Sifət və sima üzün maskalıq dərəcələridir. 
Sifət və sima arxasından əsl üzü görmək müşkül işdir. 
Yalana öyrəşmiş üz sosial-situativ maskadır. Situativ 
maska iki, - intim, fərdi, subyektiv və gerçək
obyektiv, - dünya arasında yasaq funksiyası daşıyır və 
bəyanat verir ki, individlə  cəmiyyət  əl-ələ tutub 
yanaşı yaşasalar da heç vədə bir-birində  “əriyib” 
harmoniya vəziyyətinə 
gəlməyəcəklər, sərhədi 
aşmayacaqlar. Fərd özünü olduğu kimi cəmiyyətə 
göstərməyəcək, cəmiyyət də  həqiqi üzü görmək cəhdində 
bulunmayacaq.  Dəlilər instinktiv şəkildə maskadan 
imtina edirlər.  Əslində isə psixi pozuntular məhz 
sosial-situativ maska itirildikdə başlayır. Sərsəmlər 
qorxu və  həya bilmədiklərindən yalan danışmırlar. 
Çünki onlar üçün “fərdi” və “ictimai” anlayışları öz 
mənasını itirib. Bu anlayışları differensə edən  məhz 
situativ maskadır. Dəlilərin situativ maskası yoxdur. 
Çünki onlar öz necəliklərini heç kimə  məxsusi 
göstərmək istəmirlər. Bilicsizlik maskadanm imtina 
edir. Maska olmasa fərdin iç dünyası ictimai sərgiyə 
çevriləcək. Öz iç dünyasından sərgi düzəltməyə isə 
yalnız dahilər və ruhi xəstələr qabildirlər. Zəmanə 
“ulduz”ları da bu siyahıya düşürlər. Çağdaş dünyamızda 
mətbuat və elektron media məhz bununla məşğuldur. 
Müasir aləmdə kütləvi informasiya vasitələri fasilə 
bilmədən özünə lazım maskaları yaradır; o maskaları ki 
onlar satılır, pul və  məşhurluq dividentləri gətirir. 
“Xammal” üz bir qayda olaraq müğənnilər və 
siytasətçilər cərgəsindən seçilir və bu “produktiv” 
üzə imic cizgiləri vurulur, yəni maska düzəldilir. 
Növbəti məqamsa nümayişdir, sərgidir, defiledir. 
Dahilərdən və  dəlilərdən fərqli “ulduz”ların bu 
virtual sərgidə özlərinə məxsus heçnələri olmur. Çünki 
onların daxili və zahiri düşünülüb tapılmış maska-
tamaşadır. “Ulduz”lar hətta 
soyuna-soyuna da 
maskalanırlar, yəni öz imiclərini formalaşdırırlar. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə