Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə10/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   6   7   8   9   10   11   12   13   ...   123

 
30
cızaq. İlk ağla gələn bu olur ki, “kütlə” kəlməsinin 
energetik nüvəsini, onun məna mərkəzini “küt” sözü 
təşkil edir. KÜTLƏ HƏMİŞƏ KÜTDÜR. Hələ fransız yazarı 
Emil Zolya belə bir fikir söyləyirdi ki, kütlə qoyun 
sürüsündən heç nə ilə  fərqlənmir. Ziqmund Fğoyd da 
ardınca deyirdi ki, “kütlə sahibsiz yaşamağa gücü 
çatmayan itaətkar sürüdür”
1
. Sürü instinkti bizlərin 
içində  oturuşmuş qos-qoca instinklərdən biri. 
İnsanlar hər bir vaxt sürüləşməyə hazır vəziyyətdə. 
Hətta sürünün bircə çağırış nidası bəs edir ki, insan 
ailə komfortunu atıb kütləyə qoşulsun, kütləyə 
qarışsın, kütlə içrə it-bat olsun. Çünki insan kütləyə 
düşdümü, özünü həməncə  əjdəha bilir, div bilir, 
hökmran bilir və onun üçün  “mümkünsüzdür” anlayışı 
yox olub gedir”.
2
  Əksəriyyət bunu ictimai psixoz 
ayağına yozur. Gerçəklikdə isə bilincaltının 
səltənətində mürgü döyən sürü instinkti sürünün 
çağırışlarını  eşidən kimi oyanır və  dəmir maqnitə 
yapışan kimi sürüyə “yapışmaq” istəyir. Psixoz 
situasiyası bizi sürətlə sürüyə doğru itələyir və biz 
buna heç bir müqavimət göstərmirik. Niyə? Birincisi 
budur ki, hər bir tarixin lokusu, başlanğıcı sürüdür. 
Bizim də hamımızın  şəcərəsi ordan gəlir.  İkincisi 
budur ki, sürü birgəlik, həmrəylik, “mənsizlik” və 
ideal bərabərlik duyğusu vəd edir. Kişilər orduya ona 
görə hədsiz meyllidirlər ki, orada sürü instinkti güc-
lüdür. Orduda fərq nişanları da minimal. Hamı  hərbi 
forma geyinir, eyni tərzdə yaşayır, eyni cür saç 
düzəltdirir, hamının yediyindən hamı yeyəndə yeyir və 
ideal diktaturanın prinsiplərini qəbul edir. Orduda 
yaşamaq son dərəcə rahatdır. Nədən ki, orada insan öz 
indisindən və sabahından arxayındır: orduda sən bir 
qayda olaraq təmiz və toxsan, sənin əvəzinə düşünürlər 
və qərara gəlirlər. Sən sürüdəsən, sən sürüsən və heç 
bir qərar üçün məsuliyyət daşımırsan. Sürü (kütlə, 
ordu) düşünmək üçün yararsızdır: insan düşünəndə öz 
içində ya “mən” axtarır, ya da tanrı. Bu axtarış isə 
mənəvi imperativləri möhkəmləndirir və  fərdin sürüdən 


 
31
ayrılmasının  əsasını qoyur.  Deyəndə ki, “palaza 
bürün, elnən sürün” biz kiməsə təskinlik veririk, onu 
yaşamağa ruhlandırırıq, bu adamın hamı kimi olduğunu 
ona bir daha xatırladırıq. Xatırladırıq ki, özünü 
özgələrdən üstün tutmasın; güman eləməsin ki, 
təkcədir, birdənədir, xüsusidir. “Palaza  bürün, elnən 
sürün” atalar misalını biz kiməsə ünvanlayanda həmin 
insanı,  əslində, tamam başqa bir tekstin mənasına 
doğru yönəldirik, onu sürüyə qatılmağa, sürü 
psixologiyasını  qəbul eləməyə çağırırıq. Bu teksti də 
təqribən bu cür tərtibləmək olar: “Fikir eləmə, vecinə 
alma, el də elə  sənin günündədir”. Elnən sürünmək 
sürüdə olmaq, hər  şeyi sürüdə  və ya  kommunada 
(kommuna sürü variantıdır) olduğu kimi bölmək, 
paylaşmaq mənasını gündəmə  gətirmirmi? Kommunanın 
modeli sürüdən götürülməyib məgər? “Millət”, “xalq” 
anlamlarının da sürüylə ilişkiləri var. Azəri türkləri 
yeri düşəndə onu da deyirlər ki, “elnən gələn dərd 
toy-bayramdır”. Bəyəm bu onu bildirmir ki, sürüylə 
ölmək xoşbəxtlikdir?  Şübhəsiz. Beləliklə, “sürü” sözü 
məna etibarı ilə “el”, “kommuna”, “kütlə” sözləriylə 
eyni bir sintaqmaya sığışır. Bu düşüncə modusunda 
“sürü”,  “kütlə”  və  “çoxluq” anlayışları arasında da 
bərabərlik işarəsi qoymaq olar. Lakin və bir də 
lakin... onların qapsadığı  mənalar müəyyən qədər 
fərqli. 
     Kütlə sürünün ali ictimai formasıdır. Sürü şəhərə 
gələndə kütlə olur, yığnağa çevrilir. Fikrin digər bir 
variantı da mümkündür: toplumun insan sürüləri kütlə 
adlanır. Bu, yalnız  əlifba xislətli sentensiyalar. 
Kütləni düşüncə yox, emosional nidalar, şüarlar, 
imperativlər idarə edir. Niyə? Çünki, eynən Fğoydun 
söylədiyi kimi,  “yığnaqda suggestivlik, yoluxduruculuq 
güclüdür, bütün bunlar hipnotik hallardır. Burada hər 
deyilən söz, hər hərəkət elə yoluxucudur ki, fərd 
asanlıqla ona tutulur, ona görə  də öz gərəklərini 
tapdalayıb asanlıqla yığnaq gərəklərinə özünü qurban 
verir”
3
. Məgər qoyun sürüsü çobanın göstəriş xarakterli 


 
32
çığırtıları ilə  məkan içrə öz yerini müəyyənləşdir-
mir? Elə ol səbəbdən deyilir ki, kütlə kütdür. Hərçənd 
“küt” sözünün “kütlə” anlayışı ilə birbaşa bağlantısı 
semantik mənalar cərgəsində  aşkarlanmır. “Küt” burada 
predikatdır, məcazdır, kütlənin keyfiyyətinin 
təyinidir. Həqiqətə qalsa, “kütlə” anlamı  “kut” 
sözündəndir, bir yerə toplaşmağı, kutlaşmağı bildirir. 
Tək itidir, kut - küt. Bıçağın kütlüyündən beynin 
kütlüyünə bir məna lağımı atmaq olur. Çoxluq düşünməyə, 
qərara gəlməyə  hər bir vaxt əziyyət çəkir. Təsadüfi 
deyil ki, düşüncə müstəvisi üçün çoxluq həmişə 
pislənilir. Azəri türklərinin ataları çoxluğa hər vaxt 
neqativ münasibət bəsləyiblər. Kütlənin mahiyyətinə 
varmaqdan ötrü bunlar son dərəcə önəmli məsələlər. 
     Minlərlə adam bir yerə toplaşanda kütləvilik 
təəssüratı yaranır. Kütlə heçnədir, COXLUQ EFFEKTİDİR, 
haradasa çoxluğun təmsilçisidir, onun avanqardıdır, 
aktivlik göstərən hissəsidir və  nəhayət, atmosferin 
qara dəliyi kimi bir şeydir: nə gəlsə, kim gəlsə içinə 
hopdurur, yəni Jan Bodriyarın söylədiyi kimi, 
implozivdir. Burada saya məhdudiyyət yoxdur. Kütlə 
içrə hesab aparılmır: say təqribi götürülür, daha 
doğrusu, minlərlə  və ya “milyonlarca müxtəsər”. Kütlə 
nə  sənsən, nə  mən, nə  də biz. Kütlə onlar da deyil, 
spontan  şəkildə  yığılmış xaotik çoxluqdur. Kütlə 
çoxluqdursa, çoxluq təmsilçisidirsə, deməli, 
simasızdır. Simasızdır deyə, onu idarə etmək su içmək 
kimi bir şeydir.  Əgər heyvan sürülərini kənardan 
izləmisinizsə, mütləq görmüsünüz, sürü həmişə 
passivdir: hamı başını aşağı salıb otlayır. Lakin hər 
hansı bir təhlükə siqnalı bu sürünü idarəolunmaz 
qorxunc bir qüvvəyə çevirə bilir. Sürü sanki təhlükə 
siqnalı ilə içəridən “partladılır”. Bu sürü hamını və 
hər  şeyi tapdalayıb irəli  şığımağa hazırdır: onun 
sakitliyi, passivliyi toxunulmazdır. Və bu məqamda o 
günahsızdır: çünki özünü qorumaqla məşğuldur. Çoxluq 
da eynilə bu cürdür. Çoxluq şəhərə (çölə, bayıra) 
çıxmayınca kütlə ola bilmir.  


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə