Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə24/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   20   21   22   23   24   25   26   27   ...   123

 
73
Deyəcəksiniz ki, onun Gülnazı yaşlı kişidən qorumaq 
cəhdi. Daha belə  həyasızcasına yox da. Bu aşkar 
kobudluğun, Məşədiyə qarşı  hədələyici “yürüş”ün, 
aqressiv davranışın bir ucu məxfi seksual həyəcandır, 
seksual heyranlıqdır. Bica deyil ki, Sənəmin dayə 
hikkəsi, dayə idiası ilə göstərdiyi canfəşanlığı 
Məşədi  İbadın özü də  həddən ziyadə tez duyur və ona 
həməncə adekvat reaksiya göstərir: sanki Sənəmin 
psixoloji basqısını (axı, o da çoxdandır ki, dul 
qadındır) aşkarlayır. Sənəmin “hücum”u müqabilində 
zarafatlaşa-zarafatlaşa oxuyur: “GÖRÜRƏM KİM, MƏNƏ ÇOX 
YETİRİRSƏN GÖZÜNÜ, QORXURAM KİM, Kİ AXIRDA İTİRƏSƏN 
ÖZÜNÜ”.  İnsan ya qəfil qorxanda, ya da qəfil valeh 
olanda özünü itirir, çaşır. Bu səhnədə  məxfi 
vurğunluq, heyranlıq qorxuya, həyəcanlı maraq ikrah 
hissinə qoşulub bir-birini müşayət edir. Məşədi  İbad 
Gülnaz və 
Sənəmdən ötrü mikroşok vəziyətinin 
təhrikçisidir. Onun açıq, həyasız, sırtıq niyyəti 
Gülnaz və  Sənəmin son dərəcə  şaşırmasının səbəbidir. 
Bu  şaşqınlıq Məşədinin üstünə birbaşa hücum çəkib 
“şığımaq”la və  aşkar təhqirlə (“qoca kaftar, sənə on 
beş yaşında qız nə  gərək?”) bildirilir. İbad kişisə 
müdafiə olunmur. Daha doğrusu, onun müdafiəsi, sadəcə, 
məzələnməkdir,  əylənməkdir, zənən tayfasının həşirini 
ciddi qəbul etməməkdir. Məşədi İbad gözəl Gülnazdan və 
qulluqçu Sənəmdən heç incimir də,  əksinə, onların 
aqressiv davranışından bir az da xoşhallanır, kefi 
durulur və könlündən hər iki qadını birdən özünə arvad 
eləmək istəyi keçir. 
     “O  olmasın, bu olsun” məsxərəsində  Sənəm 
qulluqçudan daha çox Gülnazın yaş etibarı ilə iki dəfə 
böyük  ədəbi  ƏKİZİDİR. Gülnaz və  Sənəm pyesin 
kontekstində cüt bacı  təəssüratı oyadırlar. Sənəm 
məsxərədə Gülnaz əvəzidir. Üzeyir bəy Sənəmi  İbad 
kişini incitməməkdən, pərt və peşman etməməkdən ötrü 
yaradıb. Sənəmsiz Sərvərin də  kələyi gerçəkləşməzdi. 
Lakin insafən qeyd etmək lazımdır ki, sonucda Sənəm 
heç bir etiraz-filan bildirmədən, cınqırını 


 
74
çıxartmadan birinci məclisdə “qoca kaftar” 
adlandırdığı Məşədi İbada kəbinli arvad olmağa razılıq 
verir. Deməli, Məşədi Sənəmə söyləyəndə ki, “görürəm 
kim, mənə sən çox yetirirsən gözünü” haqlı imiş... Bu 
dəfə  də soruşacaqsınız ki, Sənəmin burada nə günahı 
var, kələyi ki Sərvər qurub?  Elədir, amma, gəlin, 
məntiqdən aralı düşməyək. Birincisi: Sənəm Məşədiyə 
övrət olmaqla özünü heç də Gülnazın yolunda fəda 
eləmir,  əksinə, qazancda qalır.  İkincisi:  əgər Məşədi 
gerçəkdən idbar kişi, kaftar qoca olsaydı, Sənəm kimi 
diribaş və zirək bir qadın, yəqin ki, ona zorla da ərə 
getməzdi. Uzağı  Sərvər axtarıb bu işə bir əncam 
çəkəcəkdi, bir çarə bulacaqdı. Bu bir daha ona 
sübutdur ki, pyesin qadınları elə ilk səhnədən 
Məşədiyə münasibətdə laqeyd qalmamışlar, Məşədiyə 
seksual maraq göstərmişlər. Niyə? Burada patologiya 
əlaməti və ya psixoloji qüsur varmı? Yoxsa milli oyun 
mədəniyyətində mövcud gələnəklərlə bağlıdır? 
     Əvvəla ondan başlayaq ki, Məşədi  İbad xalqın 
meydan mədəniyyətinin bədii-estetik və  mənəvi-əxlaqi 
dəyərlər sistemində, xalqın folklorunda təsdiqlənmiş 
və yaşamaq hüququ qazanmış  KEÇƏLİN yazılı  ədəbiyyata 
köçmüş variantıdır. Meydan mədəniyyətinin varolma 
prinsiplərinə  əsasən Keçəl yüksək erkəklik (buğalıq, 
öcüllük) potensialına malik bir kişidir. Məşədi  İbad 
da keçəldir. Təsadüf, yoxsa qanunauyğunluq? Bəlkə 
folklor ənənəsinin diktəsi? Rəsmi mədəniyyət keçəlliyi 
neqativdə yozur: keçəllik qocalıq, heysizlik, 
çirkinlik əlamətidir, ölüm nişanəsidir. Mifik təfəkkür 
isə keçəlliyin pozitivdə götürülən mənalarını 
vurğulayır. Qeyri-rəsmi mədəniyyət də bu aspektdə 
mifik təfəkkürün ardınca gedir. Bu müstəvinin 
dəyərləri içində  GÜNƏŞLƏ  UŞAQ DA KEÇƏL
2
 sayılır. 
Onların hər ikisi dünyada görünəndə keçəl olurlar. 
Xalqın meydan mədəniyyətinin kontekstində keçəllik, 
ilk növbədə, fiziki gücün, buğalığın, erkəkliyin 
bildiricisi kimi qəbul edilir. Keçəl fallik kultun 
atributudur. Meydan teatrında isə Keçəl ampluadır. 


 
75
Xalqın Keçələ münasibəti həmişə ikilidir
ambivalentdir. Bu ikilik də onunla bağlıdır ki, Keçəl 
həyat və ölümü eyhamlaşdıran personajdır. Ona görə də 
xalq bir tərəfdən Keçələ gülür, digər tərəfdən isə onu 
əzizləyir. Keçəl sanki meydan teatrının dəcəl, 
ərköyün, lakin qartımış  uşağıdır. Meydan oyunlarının 
personajı kimi Keçəl bir qayda olaraq çalışır ki, 
tamaşaçı onun başının dazlığını görməsin. Amma bu heç 
vaxt ona nəsib olmur və meydan əhli onun dazlığına lağ 
eləyib gülür. Mərhum teatrşünas Novruz Təhməzov 
yazırdı ki, “papağın götürülməsi Keçəlin ifşa 
olunması, gülünc vəziyyətə düşməsi deməkdir”.
3
  Türk 
kölgə teatrının qəhrəmanı  QARAGÖZ  də mayallaq aşıb 
xəyal pərdəsinin, yəni təsəvvürlər ekranının üzərinə 
düşdüyü zaman birinci papağını itirir və onun 
keçəlliyi aşkarlanır. Farsların “Pənc” kukla teatrının 
bir nömrəli personajı Keçəl Pəhləvan da tamaşa vaxtı 
öncə papağından məhrum edilir. BURADA PAPAQ ELƏ BİL Kİ 
GÜLÜŞ QAZANININ QAPAĞI FUNKSİYASINI YERİNƏ YETİRİR. 
Papağı ağızlara vurulmuş MÖHÜR kimi də təsəvvür etmək 
mümkündür. Papaq düşür (möhür qırılır) və camaat 
gülür. Rəsmi mədəniyyətin kontekstində namus, qeyrət, 
kişilik simvolu sayılan 
PAPAQ 
xalqın meydan 
mədəniyyəti çərçivəsində oyuncağa, oyun predmetinə
gülüş qapağına çevrilir. PAPAQ və QAPAQ: biri başı 
örtür, biri qazanı. Türk-müsəlman aləmində papağı 
başından getmiş kişinin aqibəti faciəvidir. Meydan 
mədəniyyətində isə papağını itirmiş Keçəlin aqibəti 
gülməli olur. MEYDAN KEÇƏLİ  VƏ ONUN PAPAĞINI CİDDİ 
QƏBUL ELƏMİR. 
     Tamaşaçıların Məşədi  İbadla birbaşa tanışlığı da 
təqribən Qaragözün (Keçəl Pəhləvanın) papağını 
itirdiyi səhnəni xatırladır. Məşədi  İbad qızı görməyə 
Rüstəm bəyin evinə  gəlib. Hələlik qonaq otağına 
keçməyə rüsxət yoxdur. Odur ki, Məşədi ayna qabağında 
dayanıb Gülnazın qarşısına çıxmaq üçün son hazırlıq 
işlərini görür: əslində, isə o, seyrçilərə özünün 
evlənmək hüququnu və imkanlarını nümayiş etdirir. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə