Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə23/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   19   20   21   22   23   24   25   26   ...   123

 
70
bu olsun” məsxərəsindən milli mentalitetin və 
mədəniyyətin müxtəlif qatlarına, düşüncə, fikir 
hücrələrinə qapılar açılır. Azərbaycan mədəniyyətində 
MƏŞƏDİ  İBAD adlı bir personaj bir və ya min bir günün 
içində yaranmayıb. O, uzun əsrlərin yetirməsidir, 
şərqli mentallığının məhsuludur, azərbaycanlı içinin 
obrazıdır, tarixi-nadir kitabını yarıyacan oxumuşların 
simvoludur. Həpənd isə  həmişə  və  hər yerdə kölədir. 
Odur ki, Məşədi Kölə haradasa Məşədi  İbadın sosial 
məğzinin, ictimai statusunun rəmzi bildiricisidir, 
ifadəçisidir. 
     Lakin...  və bir daha lakin... bütün bunlarla 
yanaşı  əsərin ontoloji təhlili mənə imkan verir 
söyləyim ki, “O olmasın, bu olsun” məsxərəsinin baş 
qəhrəmanı  Məşədi  İbad, ilk növbədə, Məşədi BƏDƏNDİR, 
BƏDƏN  cənablarıdır. Bəlkə  də Üzeyir bəyin özü heç bu 
barədə fikirləşməyib. Olsun, bunun mətləbə  nə  dəxli? 
Ona görə ki, məsxərənin personajlarının xarakteri, 
davranış  məntiqi və onlar arasındakı münasibətlər bu 
obrazların bədən imkanları, fiziki enerjisilə ilişikli 
şəkildə  dəyişir.  Şəbədənin bədii-estetik parametrləri 
müstəvisində  BƏDƏN motivi son dərəcə ekspressiv 
səslənir. Bu pyesi diqqətlə təhlil etdikdə şübhə yeri 
qalmır ki, müəllifin altşüurundan gələn impulslar onun 
maarifçi ideyalarını 
sıxışdırıb ikinci plana 
ötürmüşdür.  İdeya həmişə  bədənin tələbatına ram olur, 
bədənə uduzur: əgər əksinə baş verirsə, bədən yaşamır, 
həməncə ölür. Digər tərəfdən isə Məşədi İbad bir BƏDƏN 
kimi meydan teatrı personajlarının sırasına qatılıb 
rəsmi mədəniyyətdə onların (Keçəl Pəhləvanın, 
Qaragözün) təmsilçisi funksiyasını daşıyır.  
     Nəhayət, baxaq görək, bu Məşədinin bədəni 
nəmənədir ki, böylə bir söz-söhbətə səbəb olmuş ola. 
     İbad kişinin düz 50 yaşı var: canı isə  hələ 
“suludur”, yoxsa evlənmək arzusu ilə ondan-bundan 
arvad soraqlamazdı ki? Sağlamlığı superdir, bir dişi 
də  ağzından düşməyib, cavan oğlan kimidir: dərd 
çəkməyib, yaxşı yeyib-içib, canını güdüb. Üç dəfə 


 
71
arvad dəyişib, amma yenə  də qadın görəndə laqeyd 
dayana bilmir.. Hətta gözəl Gülnazın görüşünə  gəldiyi 
zaman belə qulluqçu Sənəmi də gözaltı eləyir, onu da 
əlindən buraxmaq istəmir. Məşədi  İbad milli “don 
juanlığın” simvoludur. Hərçənd müsəlman Şərqinin bütün 
kişiləri çoxarvadlılığa aludə olublar və bununla 
öyünüblər; Muhamməd peyğəmbər dörd arvad saxlamağa 
icazə verib. Şərq müdrikləri elə hesab eləyiblər ki, 
dörd arvad almaq kişi üçün, onun bədəni və ruhu üçün, 
habelə, toplum üçün pozitiv bir əməldir.                     
     İslamın kişilərə verdiyi dörd arvad almaq 
icazəsi, təbii ki, siğələrdən əlavə, bugünün özündə də 
diskussiya obyektidir. Gülnaz isə 
Məşədinin 
dördüncüsüdür. Deməli,  İbad kişi qanun, icazə 
çərçivəsində davranır.  Əgər qanunlar köhnəlibsə, 
baqqal  İbadın burada günahı  nə? Onun həm fiziki 
qüvvəsi, enerjisi, həm də var-dövləti kifayət qədərdir 
ki, özünə kiçik bir hərəmxana  düzəltsin. Məhz bu 
xüsusiyyətlərinə görə  Məşədi  İbadı “O olmasın, bu 
olsun” məsxərəsinin yeganə  KİŞİSİ  (ÖCÜL, ERKƏK 
anlamlarında) saymaq mümkündür. Nə üçün? Bəs 
başqaları? Doğrudan da, şəbədənin personajlarından heç 
biri qadın sevgisinə susamaq baxımından Məşədiyə tay 
ola bilməz. 
     Başlayaq elə  Sərvərdən. O, İbad kişinin yanında 
sütül bir oğlan uşağıdır, qarnıac “student baba”dır, 
bambılıdır, hələ indən beləsinə Gülnazı  fırıldaqla 
özünə arvad eləyib kişi olmaq istəyir. Məşədidən yaşca 
cavan müflis Rüstəm bəy DUL kişidir. Ancaq o, qulluqçu 
Sənəmə, bir dəfə  də olsun, gözünün ucuyla da baxmır, 
eyş-işrət təmənnasında bulunmur. Nədən? Bilirəm, 
hamınız deyəcəksiniz ki, axı, Rüstəm  əsl BƏYDİR və 
bəyə yaraşmaz özünü yüngül, qeyrətsiz aparmaq. Bu 
məqamda mən də deyəcəyəm ki, Rüstəm bəy hər  şeydən 
öncə kişidir, 45 yaşlı kişidir. Onun nə vaxtıdır ki, 
arvadsız qalsın?  Bir də Rüstəm bəyə heç kim qeyrətsiz 
olmağı təklif eləmir. Bir kəllə qənd, üç manat pul və 
bir molla Rüstəm bəylə  Sənəmi siğə vasitəsilə asanca 


 
72
bir-birinə qovuşduracaq. Vacib deyil ki, bəyin 
kəbinli arvadı olsun Sənəm. Amma hayıf ki, onun belə 
bir təmənnası yoxdur: görünür ki, şürbilik, 
qumarbazlıq fiziki cəhətdən də Rüstəm bəyi 
“müflisləşdirib”. Yoxsa o öz evinin içində gül kimi 
arvaddan imtina etməzdi ki? Və çox güman ki, Rüstəm 
bəyin  şərab dostları (Həsən bəy, Həsənqulu bəy, Rza 
bəy, qoçu Əskər) da bu dərdə mübtəladırlar.  İçkidən, 
kefdən, boş-boş  çərənləmələrdən onların başı ayılır 
ki, arvad barədə fikirləşsinlər də. Deməli, mən 
gümanımda haqlıyam: məsxərədə bir həqiqi KİŞİ (ÖCÜL, 
ERKƏK) var ki, adını  Məşədi  İbad çağırırlar. Bu adam 
haradasa şəhərin SEKSUAL nəhəngidir, özünəməxsus mömin 
Don Juandır. Təsadüfi deyil ki, elə ilk görüşdən 
Gülnaz Məşədidən qorxur. Bəhanə aydındır: Məşədi 
çirkin kişidir. Lakin Məşədinin çirkinliyilə Gülnazın 
qorxmasına heç cür bəraət qazandırmaq olmaz. Onun 
Məşədiyə reaksiyası ifrat reaksiyadır. Sənəm də Məşədi 
İbadla qarşılaşanda təqribən belə bir affekt 
içindədir. Məşədi  İbadsa,  əksinə, onları gördükdə bir 
az da qızışır, cuşa gəlir, ayırd edə bilmir ki, 
qadınlardan qulluqçu hansıdır, xanım hansı. Qadın 
üzünün hicabla, yaşmaqla örtüldüyü bir mühitdə bu 
yaşantı normaldır. Hətta Məşədi güclənən ehtiras 
içində şaşırır və öz halını gizlətməkdən ötrü başlayır 
ağzına gələn cəfəngiyyatı danışmağa: saçmalayır, 
mənasız “saqqal və həna” mövzusunu ortaya atır. Qorxu 
hissiylə seksual həyəcan arasında həmişə bir addımlıq 
psixoloji məsafə var. Onlar çox qısa bir zaman 
müddətində bir-birinə transformasiya oluna bilərlər. 
Bu emosiyalardan hər biri asanlıqla digərinin 
başlanğıc impulsuna çevrilmək imkanına malikdir. Gözəl 
Gülnazı çaşdıran, qorxudan Məşədinin çirkinliyi yox, 
onun qabarıq ifadə olunmuş seksual niyyətidir. 
     Qulluqçu  Sənəmin də  İbad kişiyə qarşı aqressiv 
münasibəti bəraətsizdir. Şəxsən Sənəmə tacir Məşədinin 
heç bir ziyanı  dəyməyib. Bəs onda qulluqçunun Məşədi 
İbadla belə qaba, layiqsiz rəftarının səbəbi nədir? 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə