Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə115/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   111   112   113   114   115   116   117   118   ...   123

 
348
tükənməyən tələbatına adekvat olmaq, adekvat iş 
tutmaq 
əvəzinə 
tənzimləmək prinsipini 
aktuallaşdırmalıydı. 
       Maarifçilik istəyi çoxaldır, ideyaların gerçəyə 
çevrilməsi üçün bütün maneələri aşmaq yollarını 
göstərir və bu məqamda mənəvi arınmanı 
aktuallaşdırmır: yəni qalibləri mühakimə etmirlər. 
       Dünya  tarixində ilk dəfə  məhz maarifçilik 
təbiətə münasibətdə zor tətbiq elədi, təbiəti insana 
xidmətçi statusunda gördü. Ilk dəfə  məhz maarifçilik 
insanlara təbiəti tarmar etmək üçün fəlsəfi  şəkildə 
əsaslandırılmış anlam verdi. İlk dəfə məhz maarifçilik 
“kəşf” sindromunu həyatın mənası ilə eyni bir rəfə 
qoydu.  İlk dəfə  məhz maarifçilik kütlələrin ağlını 
hərəkətə  gətirmək üçün savadlanmaq ideyasını ortaya 
atdı  və bu ağılları Allah əleyhinə istiqamətləndirdi. 
Maarifçilik beyinlərin inqilabı oldu: mərkəzdən dini 
kənarlaşdırmağa çalışdı, toplumda ateizmin gəlişməsi 
üçün baza qurdu, Şərq və  Qərbin bütün əsas 
ayrıntılarını üzləyib, gündəmə 
gətirib onları 
qütbləşdirdi və Avropaya Şərqi nişan verib dedi ki, 
bax, ora gedin, oranı alın, orada həyat və nağıl var, 
orada böyümək üçün, genişlənmək, artmaq üçün imkanlar 
var!!! Fikirlərimin təsdiqini German Hessenin “Şərq 
ölkəsinə  zəvvarlıq” romanının motivlərində görə 
bilərsiniz. 
        Fəlsəfi araşdırmanın  əsas sualları da elə 
bunlardır: Qərb Şərqə niyə gəlib və ya Şərq Qərbə niyə 
gedib?  Şərq Qərbdən nə istəyir? Və bu prosesdə 
maarifçiliyin rolu nədən ibarətdir? 
       Heraklitin  sözünü  Hegelin  ardınca təkrarlayıb 
deyək ki, “Qərbə yol, Şərqə yol – eyni bir şeydir”. Və 
ya, əgər belə demək caizsə, “hər bir nəsnənin qərbi və 
şərqi var”. Amma bunların hamısı gözəl söyləntilərdən 
başqa bir şey deyil. “Qərblə Şərqin vəhdəti” ideyası, 
bu ideyanı  tək və cüt, in və yan differensiallarında 
həll etmək cəhdi yalnız fəlsəfi və sosial blefdir. 
Qərb  Şərqə gedə-gedə eybəcərləşir,  Şərq Qərbə gedə-


 
349
gedə  sısqalaşır, zəifləyir və günəşsizliyin içində 
kabusa çevrilir. 
       Qərb maarifçiliyi Şərq üçün ölümdür. Əslində, 
bu gün artıq  ənənəvi  Şərq pozulub və Avropa öz 
pozduğunun yerinə yeni bir “Şərq” sözü yazıb. 
Maarifçilik  Şərqi tarixdən praktiki surətdə sildi. 
İndi  Şərq məhz Avropa maarifçliyinin istədiyi, 
öyrəndiyi, tanıdığı  və  qəbul etdiyi hüdudlarda 
mövcuddur, 
Şərq Qərbə lazım olduğu qədərincə 
mövcuddur. Gerçəklikdə isə Şərq daha yoxdur. Çünki hər 
yan, hətta Ərəbistan, Çin, Yaponiya, Hindistan və uzaq 
Avstraliya da daxil olmaq şərtilə, Avropadır. Şərq isə 
yalnız coğrafi oriyentirdir, coğrafi cəhətdir.  ŞƏRQ 
Şərqdə avropalılar üçün ekzotik muzey kimi saxlanılır.  
        Lap əvvələ qayıdaq. Şərq ərəb dilində “işraq”, 
yəni “doğma, partlama, nurlandırma” sözlərinin 
mənaları müstəvisində anlaşılır. “Qərb” sözünün 
semantik çənbərinə isə “uzaqda, qəriblikdə olan adam”, 
“qohum”, “yaxında olan adam”, “batma” kimi mənalar 
daxildir. Türklər bu baxımdan daha konkretdirlər. 
Çünki  Şərqə birbaşa  şəkildə “Doğu”, Qərbə isə “Batı” 
deyirlər. “Doğu” sözü doğmaq, yaşamaq, həyat, Günəş, 
bolluq, və  məntiqi olaraq, güc bildirir, “Batı” 
anlayışı isə batmağı, ölümü, zəifliyi, kasıblığı, 
tükənməyi eyhamlaşdırır. Qəribədir, “Avropa” sözünün 
semantik çənbərinə  də bu mənalar daxildir. Şərq 
Günəşin doğduğu, Qərb Günəşin “öldüyü” zonadır.  İstər 
qədim misirlilər, istərsə  də  qədim yunanlar ölüm 
səltənətini və ya yeraltı dünyanı  qərbdə (günbatanda) 
görürdülər. Qərbliyə Günəş  həmişə çatmır,  şərqli isə 
həmişə Günəşin içində “üzür”. Bununla da insan belə 
bir məntiqi nəticəyə  gəlir ki, qərbli daim Günəş 
defisiti, enerji defisiti şəraitində yaşayır. Şərqliyə 
isə Günəş  və enerji hər an qədərincədir, hər an 
yetərlidir. Bax, bu amil insan psixikasına çox mühüm 
təsir göstərən faktor qismində  aşkarlanır. Günəş 
qıtlığı, enerji qıtlığı ölüm əlamətidir. Ona görə  də 
məntiqi nəticə belədir ki, Qərb ölüm zonasıdır. Bu 


 
350
səbəbdən də avropalı  hər zaman ölüm zonasından 
çıxmağa, qaçmağa çalışır. Qərbli üçün iş ölümdən 
qurtulmağın, yaşamı uzatmağın  ən birinci amacıdır. Bu 
çabanın, bu əməlin mahiyyətisə  qənaət etmək  məqsədilə 
müəyyənləşir. Yəni mən necə edim ki, enerji sərfəsi az 
olsun və necə edim ki, maksimal komfortla minimal 
enerji itirim və ömrümü uzadım. Komfort rahatlıq üçün 
yox, minimal enerji itkisi üçündür. Bu, avropalı 
həyatının əsas leytmotivi, onun ali məqsədidir. Qərbli 
öz “batmaq” zonasında həmişə resurs axtarışındadır və 
bu axtarış onu Şərqə doğru getmək, irəliləmək 
məcburiyyətilə qabaq-qənşər qoyur. Təbii ki, bu 
addımın təhrikçisi ölüm qorxusudur: çünki enerji 
tükənən yerə ölüm gəlir. 
       Şərqli Qərbə komfort, texnosivilizasiyanın vəd 
etdiyi ideal rahatlıq ardınca gedir, modern ardınca, 
yenilik ardınca gedir, məişətini sahmanlamaq xatirinə 
avropalıya resurslarını satır və ya satmağa məcbur 
edilir.  Şərqli enerji qıtlığı duymadığı üçün heç vədə 
ölümdən qorxmur, ölümlə yanaşı yaşayır və ona təbiətin 
özü kimi yanaşır və ölümü bir iç rahatlığı ilə  qəbul 
edir; ölümdən qaçmağı absurd, cəfəng bir iş sayır. 
Çünki bilir ki, insanın ölümü onun doğumu ilə birgə 
gəlir dünyaya: əgər doğulmusansa, deməli, öləcəksən. 
Hinduizmin, Buddizmin və  İslamın ölümə münasibət 
praktikasını xatırlayın. Ölüm qarşısında təlaş 
etməyinə  dəyməz: bu bir alın yazısı, labüdlük. 
Avropalı isə bunu böyük bir ədalətsizlik kimi 
qavrayır: ölümdən qorxur, həyəcanlanır, təlaş keçirir. 
Nədən ki, özünü hər  şeydən üstün və yuxarı tutur, 
əbədiyyətə iddialı olur və bütün varlığı ilə çalışır 
ölümü özündən uzaqlaşdırsın, ölümü gecikdirsin, ölümü 
aldatsın. Qəribədir ki, Avropa fobiyalar 
istehsalçısıdır. Ona görə də Hegel yazanda ki, “Şərqdə 
faciə yoxdur”, tamamilə haqlı idi. Qərbli ölümdən 
qaça-qaça hər  şeyi modernləşdirir. Modernləşmək üçün 
isə fikir intensivliyi, fikir çabaları  və ixtiralar 
lazımdır.  Şərqli isə ölümdən qaçmır, ölümü samuray 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə