345
qorxulu və daha eybəcər olur. Kütləvi savadlanma
kürəsəlləşməyə doğru maarifçi canatımıdır. Maarifçilik
təhsili konveyer üsulu ilə “istehsal edir” və sonucda,
təhsilin qiyafəsindən bir faşistlik yağmağa başlayır:
çünki kütləviləşmiş təhsil dünyaya bədheybətlər doğur.
Heç də şoka düşməyin! Bunu məndən öncə də söyləyiblər
və ən müxtəlif variantlarda söyləyiblər. Hətta mənim
fikrimin gerçəkliyini vizual şəkildə görmək üçün
İnternetdə İngiltərənin art-rok üslubunda işləmiş
qruplarından biri “Pink Floyd”un saytına girin.
Onların 1980-ci ildə buraxdıqları “Divar” rok-
operasından (albom) “Divarda daha bir kərpic” adlı
sinqlə qulaq asın və bu sinqlə çəkilmiş kliplərə
baxın. Maarifçilik adamları çeynəyir, konveyerə düzüb
onları cilalayır, ütüləyir, dezinfeksiya eləyir, ət
çəkən maşından (yəni təhsil konveyerindən, partalar
arxasından) buraxıb (faşizm) eyniləşdirir.
Savadlanmaq, kitabxanalarda əyləşib bilgi toplamaq nə
qədər darıxdırıcı, yorucu və bıkdırıcıdır. Maarifçi
dünyanı seçdiyimizə görə heç kim bunu boynuna
almayacaq. Tozlu, cansıxıcı kitabxanalarda, arxivlərdə
keçən ömür, boğulan cavanlıq. Maarifçilər bədənlərini
ağıllarına qurban verən missionerlərdir. Bilirsiniz
şou-biznes niyə ölmür? Çünki orada heç kim savadlanmaq
üçün yaşamır. Savad kütləni bezdirəndə onun ağlı
pozulur və o, şou-biznesə tərəf qaçıb özünü unutmaq
istəyir, ləngimədən cənnətə düşmək istəyir; o yerə ki,
orada təhsil, iş yoxdur. Elə isə bu situasiyadan necə
qurtulmalı? Əlbəttə ki, inert İnternet: orada hər şey
var; dünya isə fiksiyadır, aldanışdır, illyuziyadır.
Biz İnternet şəbəkəsini dolaşan cansız ağıllı
kölgələrik.
Kürəsəlləşmə (qloballaşma) Avropa
maarifçiliyinin keçdiyi yolun məntiqi nəticəsidir.
Avropa maarifçiləri qloballaşmanın təməlini XVII-XVIII
yüzillərdə hazırlamışdılar. Belə ki, maarifçiliyin
çətiri altına gəlmək elə qloballaşmağa doğru atılmış
ilk addım deməkdir. Əslində, kürəsəlləşmə super
346
maarifçilikdir və
maarifçiliyin aqoniyasının
əlamətidir. Çünki qloballaşma maarifçiliyin tükəndiyi
məqamdır. Başqa cür desək, qloballaşma total
maarifçiliyin təntənəsidir. Maarifçilik Qərb aləmində
meydana gəlmiş ən ideal zəbt, qarət, istila planı
olub, yüzilliklərə hesablanmış sosial proqram olub və
Avropanın, yəni qoca sinyoranın, dünya ağalığını,
dünya hakimliyini asanlaşdırıb, dünyanı günbəgün,
məntəqə-məntəqə kürəsəlləşməyə doğru sürükləyib. Elə
ona görə
də burjuaziyanın təlim-tərbiyəsilə,
ideolojisilə maarifçiliyin özü məşğul oldu və özünü
onlara bir alət kimi, bir metodologiya kimi təslim
etdi. Sən savadlandır, və onlar məktəbi bitirən kimi
özləri gəlib sənin çətirinin altına girəcəklər, qlobal
topluma çevriləcəklər.
Maarifçilik ölkələri aydınlatdı (tanımaq,
işarələmək mənasında), yəni onları xəritəyə saldı,
insanları savadlandırdı, onları məktəbdə “yondu”,
“daradı”, kim “yonulmadısa”, onu türməyə və ya
kazarmaya atdı. “Yonulmuşlar” isə gözlərini aşağı
dikib sürü kimi “cuma-cuma” bir çətirin altına
girdilər. Bununla da dünyada problemsizlik dövrü
başlanmalıydı əslində. Əvəzində nə baş verdi? Əvəzində
o baş verdi ki, mənəviyyat, ünsiyyət sferası şaqren
dərisi kimi anbaan kiçilir, dünyanı intihar dalğası
bürüyür, insan fobiyalar və sosial psixozlar,
stresslər içində yaşayır, günün hər dəqiqəsində
harasa, nə üçünsə tələsə-tələsə yaşayır, daim
dolanmaq, qarnını doydurmaq, yəni pul qazanmaq
qayğıları ilə yaşayır, əgər yaşamaq istəyirsə. İnsan
belə ritmlərlə yaşaya-yaşaya, bilgisayarın içinə
“dürtülüb” yaşaya-yaşaya adi düyməyə və ya mexanizmə
çevrilir.
İndi də maarifçiliyin çətiri Yer kürəsi
üzərində açılıb. Səni kosmosdan görürlər: sən
permanent nəzarətdəsən. Azad insan “Yer” adlı çox
nəhəng bir türmənin sakinidir. Salam olsun Şekspirə!
Maarifçiliyin dəstəklədiyi elmin kəşfləri Yer kürəsini
347
kosmos içrə gedən təbii proseslərdən, ulduzlardan,
meteoritlərdən, kometalardan, tozlardan qoruyur və hər
bir insanın hər bir addımını izləyir. Sən daim
gözəgörünməz kamera qarşısındasan... yəni aktyorsan,
və ya agentsən, ya da potensial əskərsən. Məhz müasir
elmin müəllifi maarifçilik dünyanı bu cür qəddar,
amansız və rəhmsiz eləyib. Heç kim insan haqqında
düşünmür, hamı insanlığı fikirləşir. Elm Yeri
klonlaşdırmağa, insanı Allah eləməyə çalışır. Amma heç
nə alınmır. Dünyanın ən iri eksperimental qurğusu
Böyük Hadron Kollaydəsi maarifçi elmin növbəti
supercəhdi deyilmi? Mikrohissəciklər (protonlar və
ağır ionlar) uzunluğu 26 km.-dən artıq ellepsvari
sürətləndirici cihazın içində toqquşmalar nəticəsində
partlayışlar yaradıb kainat barəsində daha nələrisə
aydınlatacaqmı? İnsan bunu da bilib xoşbəxt olacaqmı?
Mən düşündüklərimin həqiqətə maksimal dərəcədə
oxşadığını vurğulamaq üçün gündəmin mühüm və ağrılı
məsələlərindən danışacağam. Belə ki, maarifçilik
gətirib dünyanı (sənaye toplumunu, istehsal
cəmiyyətini, yemək maşınını) enerji dalanına çıxarıb,
bir az daha kobud desək, dünyanı gətirib enerji
dalanına soxub: elə bir dalana ki, oradan Yer kürəsi
və insanlar nə geri dönə bilirlər, nə də labüd
sonucdan (fəna olmaqdan, nihil olmaqdan, Axirəti
yaşamaqdan) yaxa qurtarırlar. Və bu labüd sonuc yalnız
irəlidədir. Necə inkişaf ediriksə, hara gediriksə,
fırlanan dünya bizi yenə Ora (Axirətə) aparıb çıxarır.
Dayanmaq isə mümkünsüzdür. Biz hamımız idarə olunmayan
qatarla həmin sonuca yaxınlaşırıq. Soruşacaqsınız ki,
burada maarifçiliyin günahı nə? Mən də deyəcəyəm ki,
necə yəni nə: məgər maarifçilik resursların fərdi
istismarını konveyer üsullu kütləvi istismar kimi
təşkil etmədimi? Siz yenə maarifçiliyi müdafiə edib
söyləyəcəksiniz ki, o ki tələbatı ödəmək məqsədini
güdürdü və məramında humanizm tərkibi vardı. Mən də
bəyan eləyəcəyəm ki, əslində bu, maarifçiliyin yanlış
addımı idi. O, çoxaltmaq, artırmaq, insanların
Dostları ilə paylaş: |