339
mən bununla barışmıram: öz düşüncə özgürlüyümü
itirməmək üçün barışmıram. Barışmıram ona görə ki,
Rəhman Bədəlovun bəyan etdiyi həqiqətlərdə bir
çarəsizlik, bir fiasko, bir təslim sindromu görürəm.
150 il bundan əvvəl də Seyid Əzim elə oxşar bir şey
demişdi... Və məsələ bu şəkildə, yəni mismar taxtaya
yeridilən kimi beyinlərə yeridiləndə əlacsızlar yazıq
olur. Nədən ki, əlacsız boyun əymək məcburiyyətində
qalır. Hər bir məcburiyyət isə azadlığa təcavüzdür və
zülm (“məcburiyyət” sözünün kökü cəbrdir) formasıdır.
Bundan o yana fikirlərim, olsun ki, kimlərisə
şaşırtsın, kimlərisə şoka salsın: hərçənd əksi də ola
bilir.
Artıq neçə əsrdir ki, maarifçilik dünyaya
seytnot vəziyyətini yaşadır: ləngimə, tez ol, inkişaf
elə; yubanmaq fəlakətdir, vaxt itkisidir, uduzmaqdır,
ölümə bərabərdir. Və ya bu tezisin başqa variantı: ara
vermədən işdə ol, işlə ol, işlək ol ki, dişləyəsən.
İnsan dünyaya işləmək və dişləmək üçün gəlib. Burada
“iş” “ov”un əvəzləyicisi kimi götürülə bilər. Bir
zamanlar bir türk mahnısında oxuyurdular: “insanıq
biz, insanıq biz, ən ağıllı heyvanıq biz”. Qəribəsi
ondadır ki, iş maarifçilik üçün də məqsəddir. Belə ki,
iş maarifçilərin “qazdığı” dünya tunelində adamları
“yedi”.
İslam VII yüzildən başlayan maarifçilikdir,
Şərq maarifçiliyinin özünəxas təzahür formasıdır: amma
heç kim İslama maarifçilik kimi baxmır. İslam Avropa
maarifçiliyini, yuvarlaq götürsək, on əsr qabaqlamış
maarifçilikdir. Fransua-Mari de Aruenin, yəni Volterin
Muhamməd peyğəmbəri öyrənmək, onun missiyasını təhlilə
çəkmək, tənqid etmək azartı əbəs deyildi. Üstəgəl
məxfiləşdirilmiş aqressiya və ateist pafos. Şübhəsiz
ki, Volter İslamda maarifçi tendensiyasını,
maarifçiliyin elementlərini və
hətta yayılma
tendensiyasını görürdü, amma onu maarifçilik adına
yazmaqdan çəkinirdi. Hərçənd bunu elə-belə maraqlı bir
340
fikir seqmenti kimi ortalığa atıram, məqsədimsə
tamam ayrıdır.
Əslində fakt bu ki, indən beləsinə mənim
məqaləmdə maarifçilik fəlsəfəsinin (ideologiyasının,
qavrayış tərzinin, düşüncə modusunun!?) reviziyası
start götürür. Amma bu məsələdə mən birinci deyiləm.
Teodor Adorno, Maks Horkhaymer, Karl Yaspers, Karl
Popper, Yurgen Habermas
1
kimi bir sıra Avropa
filosofları
məndən
əvvəl maarifçiliyi əməllicə
suçlayıblar, onu “repressiv ağıl” kimi qınaq obyektinə
çeviriblər. Lakin maarifçiliyin tənqidi adətən
Qərbdən, Avropadan olub, Şərqdə isə nədənsə bu tənqid
heç vədə aktuallaşmayıb. Çünki şərqlilərə maarifçilik
həmişə Şərqin, Şərq adamının yeganə çıxış yolu, xilas
yolu kimi təqdim və təlqin edilib, nişan verilib,
tanıtdırılıb. Yəni maarifşilik nədi, bəyənmədiyin
nədi? İslamı at, Şərqi tulla bir kənara və marifçiliyə
gəl. Professor Rəhman Bədəlov da “Azərbaycanın Avropa
seçimi” deyəndə elə bunu deyir və filosof Niyazi
Mehdilə az qala repressiv tonallıqda danışaraq başqa
invariant mövcudluğu barədə, maarifçiliyi semantik
bolluğa salmaq barədə diskussiya aparmağı beləH
lüzumsuz sayır.
2
Bu dəfə də dalğa həmin dalğadır;
koordinat da əvvəlki kimi dəyişməzdir. Avropa,
maarifçilik yenə podiumda bizlərə dəb göstərir. Məhz
bu modern dəb, model, nümunə, etalon axtarışı o yerə
gətirib çıxarıb ki, şərqli qavrayışında maarifçilik
(artıq maarifçilik bərabərdir Avropaya, və əksinə)
gəlib dialektika ilə yan-yanaşı dayanıb, bir-birinə
müsavi götürülüb, hətta maarifçilik dialektikanın
(sosial inkişaf mənasında) səbəbi kimi anlaşılıb. Əgər
biz Avropanın ətəklərindən yapışırıqsa, maarifçi
oluruq, xoşbəxtliyə qovuşuruq; yox, uçuruma yuvarlanıb
gedirik, “müsəlman” adlandırılıb döyülürük. Məsələyə
bir qədər fərqli yanaşaq və professor Niyazi Mehdi
demişkən, semantik bolluğa çıxaq. Doğrusu,
maarifçiliyin tənqid və çözümünü permanent şəkildə
avropalılar səsləndirdiyi üçün Şərqdə onun məğzinə,
341
mahiyyətinə vara bilməyiblər, maarifçiliyə
ideologiya kimi, sosial proqram kimi, silahsız
aqressiv basqın metodu, qarət, zəbt planı, səlib
yürüşlərinin variantı kimi yanaşmayıblar.
“Maarifçilik nədir?” sualına mən konkret cavab
bula bilmədim. Mənbələrin
3
hərəsi bir şey söylədi.
Maarifçilik nə fəlsəfədir, nə ideologiyadır, nə
siyasətdir, nə yaşam üslubudur, nə bədii cərəyandır,
nə də təhlil metodologiyası. Hərçənd bunların hamısı
bir yerdə olanda olur maarifçilik. Amorfdur,
anlamsızdır. Bəlkə bir az xırdalayaq və təkrarən bir
də soruşaq axı “nədir bu maarifçilik”? Ona ingilislər
(təbii ki, fransızların definisiyasından sonra)
“enlightment” (inlaytment), yəni “işıqlandırma”,
“aydınlatma” deyirlər. Ruslar da, maarifçiliyi
almanlardan öyrənə-öyrənə, götürüb bu ifadəni öz
dillərinə doğru-dürüst tərcümə eləyiblər; elə tərcümə
eləyib, elə mənimsəyiblər ki, hadisənin özü praktiki
surətdə bir rusluq qazanıb, ruslaşıb və rus
versiyasında Rusiya imperiyasının tərkibində yaşayan
xalqlara eksport edilib. O xalqlar da aydınlatmanın,
maarifçi işığının məhz qonşu Rusiyadan gəldiyinə
inanıblar; “inanıblar” nədir, bu hadisəyə valeh
olublar, aşiq olublar, onu özlərinə əlac bulublar.
Ruslar ingilisin “işıqlandırma”sına tam adekvat bir
söz tapıblar: “просветительство” (prosvetitelstvo).
İfadə “svet-it-sya” məsdərindən alınmadır, kökündə
“svet” (işıq) anlayışı dayanır. Ruslar orijinala, yəni
qərbli məfkurəsinə, maksimal dərəcədə yaxınlaşıblar.
Deməli, maarifçilik həm Qərb, həm rus versiyasında
nəyisə işıqlandırıb aşkara çıxarmaq, qaranlığı,
dərinliyi aydınlatmaq, görükdürmək mənasını özündə
qapsayır. Sən əgər korsansa, sənə işıq lazım deyil.
Yox, əgər görürsənsə, işığı özün tapacaqsan.
Şərq (Azərbaycan,
İran, Asiya ölkələri)
variantında isə maarifçilik anlamının içi bir qədər
daha konkretdir. Maarifçi elmli və bilikli adamı,
elmə, biliyə, mədəniyyətə xidmət edən adamı, savad,
Dostları ilə paylaş: |