Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə111/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   107   108   109   110   111   112   113   114   ...   123

 
335
konkret zaman hüdudlarında “bulunmaq” hüququ 
qazanır və zamanla da birgə “məhv olub unudulur”. 
Hadisə (fərq eləməz ki, bu, sosial-ictimai hadisədir, 
yainki kulturoloji) həmişə öz tənqidindən uzun yaşayır. 
Tutalım, Flober və onun tənqidçiləri...  İbsen və onun 
tənqidçiləri... Çexov və onun tənqidçiləri... O qədər 
misallarım var ki... Ancaq bir sübutum bunların 
hamısından daha üstündür ki, ona da biz “DİL” deyirik. 
Nədən ki, Dil fəlsəfədən, eposdan, poeziyadan, dramdan 
böyükdür; millətdən, xalqdan, toplumdan da böyükdür, 
tarixdən də böyükdür, mədəniyyətdən də. Ucalardan uca 
bir tanrıdır, bir də dil. Millət, etnos, xalq, tarix, 
mədəniyyət dildə yaşayıb gəlişir. Ondan etibarlısı, 
salamatı, uzunömürlüsü yoxdur. Dil millətin, xalqın 
PORTRETİDİR, onun əqidəsinin, mənəviyyatının, düşüncə 
və  həyat tərzinin,  əxlaqının verbal obrazıdır. Bütün 
tarixi-kulturoloji müəmmaların, sirlərin,  şifrələrin 
“açar”ını dil qatında “qurcalanıb” faş eləmək mümkün. 
     “Tənqid”  ərəbin sözü. Kök əsası da “nun”, “qaf”, 
“dal” hərflərinin birgəliyi: oxunuşu “nəğadə” və ya 
“nəğdun”.  Ərəbcə bu kəlmə  tənqid, tənqidi analiz, 
tənqid etmək və bir şeyin dəyərini, pulunu NAĞD ödəmək 
mənalarında anlaşılır. Qızıldan, gümüşdən kəsilmiş pul 
da “nəğdun” adlanır. Ərəblərdə digər bir söz də var ki, 
“nəğğad” kimi tələffüz edilər, saf pulu qəlp puldan, 
bir nəsnənin yaxşısını pisindən fərqləndirən 
eksperti... və  TƏNQİDÇİNİ bildirər. Amma biz azəri 
türkləri “tənqid”lə “nağd” arasında heç bir əlaqə-filan 
görmərik də, axtarmarıq da. Lap nahaq. 
     Əslində isə  tənqid elə permanent şəkildə nağdın 
təzahürüdür, dövrün sosial-mənəvi sifarişidir, onun 
bədii-estetik cədvəllərinin güdükçüsüdür, mədəniyyət 
olaylarına zamanın çaparaq reaksiyasıdır. Bu reaksiya 
düz də ola bilər, səhv də; obyektiv də ola bilər, 
subyektiv də: müsbət də ola bilər, mənfi də. Çünki hər 
bir canlı reaksiya konkret emosional təsirin 
nəticəsidir, təbii ki, elə ona görə  də  qəfildir, 
gözlənilməzdir və idarəolunmazdır. 


 
336
     Tənqid instinktiv reaksiyadır, nağd 
reaksiyadır. 
     Ən nağd tənqid isə Atanın tənqididir. 
     Qərinələr ötsə də tənqid öz arxaikasını unutmur. 
     Görəsən, bədii yaradıcılıqla bağlı  tənqidin 
fəaliyyəti üçün bu arxaika realdırmı, işləkdirmi? 
      Hər bir sənətçi bilincsizlik qatında, yəni 
instinktiv  şəkildə Ata funksiyasını yerinə yetirmək 
iddiasındadır. Onun şöhrətə, birinciliyə, tanınmış, 
sevimli olmağa meyli (dişilər uğrunda sürüdə gedən 
fiziki mübarizə başqa formada mədəniyyət  şəbəkəsinə 
proyeksiya olunur) bu iddianın gerçəkliyindən doğur. 
Tənqid isə məhz bu iddianı sənətçiyə bağışlamır. Çünki 
potensial Ata rolunda tənqid özünü görür. Yəni Ata-Oğul 
situasiyası başqa bir tarixi dönəmdə, uyqarlığın 
dəstəklədiyi bir formada və  tərzdə  təkrarlanır. Belə 
ki, tənqid də Ata mövqeyinə iddialıdır. Və praktika 
göstərir ki, tənqid həmişə özünü Ata kimi aparmağa 
həvəslidir. Hər halda tənqidin mütəmadi olaraq Ata 
pozasında dayanması  şəksizdir. Tənqid elə hesab edir 
ki, sənətçiyə  (şairə, yazıçıya) yol göstərmək, öyüd 
vermək onun missiyasıdır. Bu, isə xalis Ata roludur. 
Ata-Öcül də öz oğullarını sürüdən qovanda inanırdı ki, 
haqlıdır. Tənqidçi də elə  həmən sayaq: sanır ki, 
estetik qanunlara, təsdiqlənmiş mənəvi-əxlaqi dəyərlərə 
söykəndiyi üçün həqiqət onunladır. Di gəl ki, bu 
platforma sənətçini razı salmır. Odur ki, sənətçi 
tənqidlə heç vədə barışmır, onu orqanik şəkildə  qəbul 
eləmir. Nədən ki, tənqid onun Ata olmaq, birinci olmaq 
istəyinə qarşı aşkar bəyan edilməmiş təcavüzdür. Elə bu 
səbəbdən də  həm sənətçilər (yazıçılar,  şairlər, 
rejissorlar, aktyorlar, rəssamlar və s.), həm də rəhbər 
işçilər, yəni vəzifə sahibləri (axı, onların hər biri 
kiçik bir atadır), xüsusilə də diktatorlar tənqidçiləri 
sevmirlər. Bunun digər bir səbəbi də mövcuddur: tənqid 
öz zəifliyini, gücsüzlüyünü gördükdə çuğulluğa, sivil 
satqınlığa, haradasa lap təxribata  əl atır, yəni 
mübarizənin bütün üsullarından yararlanır. 


 
337
     Tənqidçi və  sənətçi münasibətləri Ata-Oğul 
münasibətlərinin yeni zəminə köçürülməsi, hətta 
haradasa mübarizənin sivil yolu və bir qədər də 
transformasiya patologiyasıdır. Onlar bu münasibətlər 
kontekstində heç cür özlərinə aydınlaşdıra bilmirlər 
ki, kim kimdir. Ancaq bu, təbiidir, instinktin 
mədəniyyət parametrlərində gerçəkləşməsi faktıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏRQ VƏ QƏRB DİXOTOMİYASI 
MAARİFÇİLİK KONTEKSTİNDƏ 
(tək və cüt üçün çətir) 
 
 
       Tək birdir, bir ol-dur, bir olandır, bir  ol-
andır. 


 
338
       Cüt  iki  deyil:  tək üstəgəl təkdir, bir və 
bir cütlüyüdür, iki dənə birdir.                
       Kim  ki  barmağını ayrı-ayrı detallara tuşlayıb, 
maarifçiliyin Dekart, Volter, Rasin, Kornel, Kant, 
Hegel kimi müəlliflərini və fikir işçilərini 
sitatlaşdırıb, “bu, belə deyil, elədir”, söyləyəcəksə, 
onda, qoy, heç bu məqaləni oxumasın. Çünki mən zənn 
edirəm ki, maarifçiliyin “maskası”nı üzündən çıxarıb 
onun mahiyyətini, ideoloji tendensiyasının cövhərini 
aşkarlamışam: yəni o nəsnəni ki, onun haqqında nə 
Volter, nə Kant, nə Hegel, nə də bizim Rəhman Bədəlov 
düşünüb və danışıb. 
       Öncə 
mənim üst-üstə çinlədiyim bilgilər 
hücrəsində problemin gündəm platforması: müasir dünya 
ki, necə var və biz onu necə görürük, necə qavrayırıq, 
necə başa düşürük, necə çözürük, necə təhlilə çəkirik, 
maarifçiliyin yaratdığı, planlaşdırdığı və virtual bir 
şey kimi bizə miras saxladığı dünyadır, maarifçiliyin 
bizim qafamız içinə  sığışdırdığı mobil dünyadır 
(“dünya” kəlməsini işlətdiyimiz zaman biz yumruca Yer 
kürəsini yox, adətən toplumların cəmini və insan 
yığnaqlarının taleyini göz önünə alırıq, dünyanı super 
böyük cəmiyyət kimi təsəvvür edirik: hər bir 
cəmiyyətsə  bərabərdir insan münasibətləri üstəgəl 
qanunlar), maarifçiliyin xalqlara, millətlərə izah 
etdiyi, anlatdığı dünyadır və bu dünyanın toplumsal 
ziddiyyətləri maarifçiliyin ideyalarından, 
məramnaməsindən, hadisələrə və nəsnələrə verdiyi təyin 
şablonlarından törənən ziddiyyətlərdir; yəni ictimai-
sosial dünyanın (super böyük cəmiyyətin) pozitivləri 
və neqativləri eyni dərəcədə maarifçilikdən 
qaynaqlanır. Sözün qısası, biz bugün maarifçiliyin 
qurduğu (“qazıdığı”) dünya tunelində, maarifçiliyin 
düzənlədiyi gerçəklik parametrlərində, maarifçilik 
dünyasında yaşayırıq. Burada mən professor Rəhman 
Bədəlovla bir müstəvini bölüşürəm. Lakin məsələ  gəlib 
o yerə çatanda ki, maarifçi dünyanın və dünya 
maarifçiliyinin alternativi yoxdur və heç olmayıb da, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə