Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

 

19

dur. Tədricən sufilərin hərəkət, rəftar, fəaliyyət və düşüncə-



lərinə yeni çalarlar, ünsürlər, davranış qaydaları, idraki-mənəvi 

dəyərlər də artırılmışdır. Təsəvvüf təkamülə  uğradıqca irfanın 

da ilk rişələri göyərmiş, bir ilahi hikmət və bilik kimi pərvəriş 

tapmışdır. 

Təsəvvüf təriqətlərində, ayrı-ayrı sufilərin davranış  və 

əməllərində, dini baxış, fəlsəfi görüş və s.-dən, ya da batini əqi-

dənin qeyri-mükəmməlliyindən doğan mənfi cəhətlər, naqislik-

lər, töhmət və  qınağa layiq əməllər ola bilər.  İrfan isə  hər cür 

nöqsan və kəsirdən xali tanrı hikməti, ilahi bilikdir. İrfan təsəv-

vüfdəki sapmaları, əyintiləri, naqislikləri düzəltmək üçün ali bir 

bilik çeşməsidir. İrfani biliyə yiyələnən adam mərifət sahibi və 

ya  arif,  irfani biliyin özü isə  mərifət   adlanır.  Arif    nəfsin 

əsarətindən, maddi dünyanın hər cür həvəs və meylindən 

qurtarıb batini işıqlanma yolu ilə kamala çatan, istər cismani, 

istərsə də ruhani varlığını yox sanıb Haqqın müşahidəsinə qərq 

olan, ilahi bilik və hikməti əxz etmiş, varlığını Allahın varlığı 

ilə qovuşduran və Haqqın vüsalna yetişən ali mərifət sahibidir. 

Ariflik sufilikdən, həmçinin dünyəvi elmlərə sahib olmaqdan 

daha üstün məqam sayılır. 

İrfan elmlə öyrənilməz. Təsəvvüf bir növ zahiri fəaliyyətlə, 

irfan isə batini aləmlə, ruhi-mənəvi dünya ilə bağlıdır. Təsəvvüf 

qaydalarını öyrənməkdə elm yardım etsə  də, irfana daxili in-

tuisiya, mənəvi-ruhi paklıq və işıqlanma və bir də Allahın lütf 

və inayəti ilə çatmaq olar. Haqqın öz istəyi və rəhməti olmadan 

arif olmaq yolunda bütün şəxsi təşəbbüs, səy və çalışmalar sə-

mərəsizdir. Arif həm cəhd,  şəxsi səy, həm də ilahi kəramətlə 

Haqq ilə öz qəlbi arasındakı bütün hicab və maneələri yox 

edən, batini bəsirətə malik kimsədir. 

Təsəvvüfdə məlaməti  adlanan azad dərvişlər və ariflər də 

vardır. Onlar şeyxə, mürşidə ehtiyac hiss etməyən, Tanrıyla 

qəlb gözü və  bəsirət görümü ilə ünsiyyət saxlayan, həm 

düşüncə, həm də  fəaliyyətlərində sadə yol seçən, zahiri 

əməllərə uymayan kimsələrdir. Sərbəst və azad şəkildə 

 

20



fəaliyyət göstərən məlamətilər Tanrıya olan sevgi və əməllərini 

başqalarına bəyan etməkdən özünü reklamdan və riyakarlıqdan 

uzaqdırlar. 

Dərvişlər və dərvişlik  missiyası da təsəvvüfdə xüsusi yer 

tutur. «Dərviş» fars sözü olub «qapı-qapı dolaşan», «dilənçi» 

mənalarını verir. Sözün ərəbcə qarşılığı kimi «fəqir» anlamın-

dan istifadə edilir. Sufilikdə bu anlayışların hər ikisi işlədilir. 

Dərviş təmiz qəlbə malik maddi meyl və həvəslərdən uzaq, nəf-

sani ehtirasların zülmətindən xilas olmuş, mənəvi-əxlaqi cəhət-

dən pak Haqq aşiqləri, saf etiqadlı müridlərdir. Daha çox 

səyyari həyat keçirən, miskin yaşayış tərzinə malik bu həqiqət 

aşiqləri zahiri ibadətləri yox, batini etiqadı üstün tuturlar. Qəl-

bini ilahinin nuru ilə  işıqlandıran və  fənaya uğrayan həyat və 

axirətdən keçən dərvişlər çox zaman gəzəri  şəkildə  təriqət 

ideyalarının təbliği ilə də məşğul olurlar. İmanlı dərvişlər irfan 

əhli tərəfindən naqis, riyakar və  kəm etiqada malik sufidən 

üstün tutulur. «Dərviş» istilahındakı «yoxsulluq» anlamı maddi 

sərvət və nemətlərdən imtina etmək mənasındadır. Təsəvvüfdə 

mərifət kəsb etməyin, kamillik qazanmağın, həqiqətləri dərk 

etməyin mühüm və  gərəkli vasitəsi kimi elmə  isnad olunması 

vacib  şərt sayılır. Təsəvvüfi və irfani biliyə yiyələnmək üçün 

lazımlı vasitə hesab olunan həmin elmin özü də iki yerə ayrılır: 

1.Elmül-yəqin; 2.Elmül-lədün. 

Elmül-yəqin  məntiq, dəlil,  əqli və idraki mühakimələrə 

əsaslanır. Yalnız kəsrət aləmini, maddi dünyanı öyrənmək və 

anlamağa imkan verir. Din və şəriətin zahiri qaydalarına daya-

naraq formal rəftar və davranış qaydalarını nizamlamaqdan ötrü 

yetərlidir. Bu, dəlilə ehtiyacı olan zahiri elmdir. Həm də məka-

sib,  yəni şəxsi səy və cəhdlə kəsb edilən, qazanılan elmdir. 

İlahi həqiqətləri və vəhdət aləminin sirrini və hikmətini isə 

yalnız elmül-lədünü ilə öyrənmək olar. «Lədün» ərəbcə «yan» 

deməkdir. «Elmül-lədün» isə «Allah yanından vəhy vasitəsilə 

verilən elm» mənasındadır. Bu, məkasib, yəni kəsb edilən yox, 

əta olunan, Allah lütfü ilə bağışlanılan elmdir ki, tam və kamil 




 

21

ağıl-idrak sahibi olan peyğəmbərlərə, vəlilərə və seçilmiş iman 



sahiblərinə verilir. Onu oxumaq, öyrənmək və  təcrübə ilə, 

kitablardan  əldə etmək mümkünsüzdür. Həqiqi irfan əhlinə 

elmül-lədündən pay götürmək xoşbəxtliyi nəsib olmalıdır. 

Təsəvvüfdə  təşkilatlanma  onun rəvac tapmağa başladığı 

zamandan xeyli sonralar baş verdi. Əvvəllər sufilər öz zahidanə 

və dərvişanə həyatlarını, əsasən, təklikdə yaşayır, əməl və hərə-

kətlərini fərdi qaydada icra edirdilər. Zaman keçdikcə sufilər 

təşkilatlanmağa, öz icmalarını yaratmağa, cəmiyyətlər qurmağa 

başladılar. Çoxlu sayda sufi ordenləri meydana gəldi və bunlar 

bütün islam şərqinə yayıldı. Meydana gələn icma və təşkilatlar, 

bir qayda olaraq, hər hansı şeyxin  ətrafında toplanırdı ki, buna 

pir, mürşid də deyilirdi. Dini-mənəvi rəhbər olan şeyxin ətra-

fına toplaşanlar və onun buyurduğu, təlqin etdiyi yolla gedənlər 

isə mürid adlanırdı. 

Mürşid-mürid münasibətləri təsəvvüfdə önəmli yer tutur və 

icma daxili mənəvi-əxlaqi davranış kodeksi ilə nizamlanır. 

«Mürid» ərəbcə «davamçı», «cəhd edən», «itaətkar» deməkdir. 

Əvvəllər sufi şeyxlərinin  şagirdlərini mürid adlandırırdılar. 

Sonralar bu ad həm də sufi qardaşlıqlarının üzvlərinə də verildi. 

Mürşid irşad sahibi, mənəvi rəhbər və müəllim, mürid isə 

şagirddir. Lakin mürşid-mürid münasibətləri mədrəsədəki 

müəllim, müdərris-şagird münasibətlərindən tamamilə 

fərqlənir. Mədrəsədəki fiziki-cismani itaəti təkkədəki mənəvi 

itaət  əvəz edir. Mədrəsədəki itaət inzibatçılığa, təkkədəki itaət 

isə qəlbin istəyinə və könüllülük prinsipinə əsaslanır. Təkkədə 

mürid özünü mənəvi-əxlaqi və ruhi cəhətdən tamamilə mürşidə 

təslim etməli, onun dediklərini və buyurduqlarını tam 

itaətkarlıqla yerinə yetirməlidir. Bu münasibətlər  əslində belə 

bir prinsipə  əsaslanır:  «Mürid mürşidin  əlində ölü mürdəşirin 



əlində olan kimi olmalıdır». 

Mürşid seçilmiş, bəyənilmiş, sınaqlardan çıxmış  mərifət 

sahibi, tam etiqadlı irfan əhli, irşad yiyəsi olmalıdır. Müridin, 

salik və səyyarın (sufi yolçuluğuna qədəm qoyan və bu yolla 

 

22



gedən şagirdə salik və ya səyyar deyilir) bütün iradəsi mürşidə 

tabe olmalı, ilk yolçuluqdan kamala çatıb müstəqil irşad sahibi 

olana qədər bütün təriqət yolçuluğunu mürid mürşidin 

rəhbərliyi ilə həyata keçirməlidir. 

Təşkilatların qurulması, icmaların  əmələ  gəlməsi bu 

təşkilat və icmaların qərarlaşdığı  məkanların – təkkələrin 

(xanəgah, zaviyə) yaranmasına gətirib çıxardı. 

Təsəvvüfdə varlıq və yaradılış sistemi. Tövhid dini olan is-

lama görə varlıq ilahi və maddi olmaqla iki yerə ayrılır. Dərk 

olunmaz substansiyaya (zata) malik ilahi varlığın – Allahın 

hansı  şəkildə mövcudluğu, necə bir varlıq olması  bəlli deyil. 

Onun zatı var, lakin xisləti əsrarlı və dərk olunmazdır. O, vahid, 

əzəli,  əbədi və ehtiyacsızdır. Bütün kainatı yaradan da odur. 

Quranda bir çox ayələrdə  dəfələrlə  təkrar olunur ki, Allah 

dünyanı yoxdan yaratdı. O, bütün aləmləri və maddi varlığı 

yaratmaq istəyərkən sadəcə  «kon» («ol») dedi və onun həmin 

əmrindən yoxdan kainat qərarlaşdı. Bütün maddi varlığın 

səbəbi Allahın «kon» əmrinə, yəni sözə bağlıdır.  İnsan isə 

Xaliqin yaradılış nizamının son məhsuludur. Yəni Tanrı insanı 

ən son xilqət olaraq xəlq etdi. Deməli, islam ilahiyyatçıları 

kainatın yaradılış nizamını «Allah-söz-xilqət» modelinə uyğun 

izah edir və  təbii ki, bu düsturu Quran ayələrinin məntiqi ilə 

əsaslandırırlar. İslama görə, Xaliqlə məxluq tam fərqlidir. Xaliq 

əzəli,  əbədi, məxluq isə müvəqqəti və ötəridir. Maddi varlıqla 

ilahi varlıq arasında yaradılış prosesində  və dünya düzənində 

yalnız söz («kon») iştirak edir. Maddi gerçəkliyin son xilqəti 

olan insanla yaradılış nizamı tamamlanır. 

Təsəvvüfdə də varlıq mənəvi (ilahi) və maddi olmaqla iki 

yerə ayrılır. İlahi varlığa vacib aləm (yəni mütləq mənada var 

olan), Qeyb aləmi, Mələküt aləmi maddi varlığa isə mümkün 

aləm,  Şəhadət aləmi, Mülk aləmi  də deyilir. Ancaq burada 

kainatın yaradılış nizamı xeyli başqa şəkildədir və islam ilahiy-

yatçılarının təfsirindən ayrılır. Maraqlıdır ki, təsəvvüfçülər və 

irfan təfsirçiləri də öz şərhlərində Quran ayələrinə  və islam 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə