Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

 

55

türrə (tərrar) – başın ön tərəfindən sallanan qıvrım tellərə 

deyilir. Qıvrım olduğuna görə əyri, dolanbac yola işarədir. Aşiq 

həqiqət yolunda bu cür əyri və dolanbac gedişatlarda aza bilər. 

Camal sifətinin əlamətlərindən hesab olunur. 

üz  (ruxsar) – vəhdətə  və Haqqın camal sifətinə  işarədir. 

Gözəlliyin başlıca  əlamətləri üzdə  cəmləşir və buna görə  də 

ilahinin hüsn sifətinin simvolu, həmçinin işıq və paklıq məzhəri 

kimi işlədilir. Hətta bəzən Müshəfə (Quran), Günəşə, Aya və s. 

də bənzədilir. 

saç  (zülf) – gecə, qaranlıq, zülmət, küfr, kəsrət, dünyəvi 

həvəs, maddi dünya və s.-in rəmzidir. Saçın çoxluğu kəsrətə, 

qaralığı  zərrənin və  bəndənin vəhdət aləmindən ayrılıb «şəbi-

hicran»a, aşiqə zülmət olan surətlər aləminə düşməsinə, saçın 

əyriliyi maddi dünyanın  əyri işlərinə  bənzədilir. Zülfün əsiri 

olmaq maddi dünyanın  əsiri olmaqdır. Üz gözəldir və Haqqın 

gözəlliyinin təcəllisidir. Saç üzə töküldükdə üzü, Haqqın 

hüsnünün nişanəsini gizlədir. Deməli, zülf məşuqla aşiq 

arasındakı hicabdir. Üz Haqqın lütf, saç isə  qəhr sifətinə 

işarədir. Saç bəzən ruhların məskəni anlamında da işlədilir. 



xal – həqiqi vəhdət nöqtəsi. Tanrı zatının yeganəliyi və bü-

tövlüyü. Hər şey: varlıq və xilqət bu bütövlüyə – mərkəzi nöq-

təyə bağlıdır. Xal Qeyb və Şəhadət aləminin vahid timsalı kimi 

həmin nöqtəyə bənzədilir. 



xətt – Haqqın vəchinin, yəni üz və mahiyyətinin gerçəklik 

aləmində  təzahürü və Haqqın camalının təcəllisi xətt adlanır. 

Xətt həm də Tanrının hüsn və camalının üzdəki incəliklərinin 

simvoludur. Xətt adətən vəhdətin kəsrətdə  təzahürü və ilahi 

varlığın əzəmətinə yaxınlıq mərtəbəsi kimi də dəyərləndirilir. 

çillə – mürid və salikin irşad yolunun müəyyən mərhələ-

sində  sınaq, Haqq və mürşid qarşısında imtahan üçün xəlvətə 

çəkilərək həyata keçirməli olduğu əməllər və bu əməllərin icra 

müddəti çillə adlanır. Aclıq, yuxusuzluq, sükut, uzlət, riyazət, 

nəfsi arzulardan tamamilə  əl çəkmək və s. də buraya daxildir. 

Çillə, əsasən, 40 gün çəkir və müridin Haqq yolundakı çətinlik-

 

56

lərə dözmə bacarığını və daxili işıqlanmada nail olduğu mərtə-



bəni üzə çıxarır. 

şam – irfan nuru, Haqq yolçusunun qəlbində yanan ilahi 

eşq və həqiqət işığıdır ki, onu doğru yola sövq edir, həqiqətlər 

bu işıqda görünməyə başlayır. 

şahid – Tanrı həqiqətinin qəlb gözü ilə müşahidəsi; Haqqı 

Haqq ilə görmək; qayib olanı göstərən batini dəlil. Haqqın 

təcəllisi və müşahidəsi zamanı  qəlbdə zühur edib qərarlaşan 

hal. 


Təsəvvüf və söz sənəti. Təsəvvüf bütün orta əsrlər boyunca 

islam  şərqində nizamlı  və mükəmməl mənəvi-əxlaqi davranış 

normaları, bitkin, yetkin və bütöv dini-fəlsəfi etiqad sistemi 

olaraq qalmadı. O, sənətin müxtəlif sahələrinin (musiqi, rəqs, 

rəssamlıq və s.), xüsusilə  də, söz sənətinin yüksəlişinə  rəvac 

verən ciddi stimul rolunu oynadı. Mübaliğəsiz demək olar ki, 

islam şərqində  orta əsrlər dövrünün nəhəng, əzəmətli, zəngin, 

bəşər poetik təfəkkürünün  şedevrlərini təşkil edən nümunələ-

rinin, böyük bir hissəsi öz rişəsini təsəvvüf və irfan düşüncə-

sindən alır. Bu düşüncə  və ideyalar orta yüzilliklər islam alə-

mində bir çox nəhəng ədəbi simaların yaradıcılığına qida verən 

elə mühüm mənbə rolunu oynamışdır ki, həmin faktor olmadan 

bu sənətkarları bir ədəbiyyat xadimi kimi düşünmək belə müm-

kün deyil. Beləliklə, sufizm orta əsrlərdə dərin məzmun, ideya 

və mündəricəyə malik təriqət  ədəbiyyatının yaranmasına sə-

bəb olmuşdur. Hansı ki, həmin ədəbiyyatı orta yüzilliklər ədəbi 

meydanının məhsulları içərisindən götürsək, meydan çox yox-

sul, bəsit və miskin görünər. Bu fikirlər eynilə Azərbaycan ədə-

biyyatına da aiddir. 

Sufizm ideyalarının bədii ədəbiyyatda ilkin təzahürü VIII-

IX  əsrlərə aiddir. Bu dini-fəlsəfi görüşün özü təkmilləşdikcə, 

zənginləşdikcə və mükümməl sistem halına gəldikcə onun söz 

sənətinə  təsir imkanları da artır. Artıq XII-XIII yüzilliklərdə 

təriqət  ədəbiyyatının  Fəridəddin  Əttar, Sənai Qəznəvi,  Əh-



məd Yasəvi, Cəlaləddin Rumi, Yunis Əmrə  və s. kimi əzə-


 

57

mətli simaları yetişir. Sonrakı dövrlərdə də Sədi Şirazi, Hafiz 



Şirazi, Əbdürrəhman Cami və s. şərq klassiklərinin yaradıcı-

lığında təriqət meyllərinin ciddi təzahürünü görürük. 

Azərbaycan ədəbiyyatında da buna bənzər mənzərə ilə rast-

laşırıq. XII əsr şairlərimizin (Nizami, Xaqani və s.) yaradıcılı-

ğında sufizm meyllərinin ötəri də olsa, müəyyən təzahürləri 

özünü büruzə verir. XIII əsrdən etibarən bu meyl güclənir və 

sonrakı yüzilliklər boyunca əhatəli  şəkildə davam edir. XIII-

XIV  əsrlərdə  İ.Həsənoğlu, M.Şəbüstəri, Z.Şirvani, M.Əhvə-



di, Ə.Təbrizi, İ.Nəsimi və s., XV-XVI yüzilliklərdə isə Q.Ən-

var, Xəlili, Kişvəri,  İ.Gülşəni, Həbibi, Xətai, Füzuli  və s. 

sənətkarlarımızın yaradıcılığında təriqət ideyaları özünün ciddi 

bədii əksini tapır. XVII-XVIII əsrlərdə bu meyl xeyli dərəcədə 

öləzisə də, öz ömrünü davam etdirir. Ümumiyyətlə, bu dövrün 

böyük  ədəbi  şəxsiyyətləri sufizmə öz sələfləri ilə müqayisədə 

az meyl göstərmişlər. 

Bəs təsəvvüf ideyalarının ədəbiyyata gəlişinin, bu dini-fəl-

səfi sistemin söz sənəti ilə çox tez, həm də asanlıqla qaynayıb 

qovuşmasının səbəbi nə idi? 

Əvvələn, onlarla və yüzlərlə sadə, zəngin olmayan insanı 

ətrafına toplayan xanəgahlarda mürşidin, şeyxin bir qədər quru, 

soyuq görünən buyruq, göstəriş  və  nəsihətlərinə canlılıq, qay-

narlıq, təravət, təsiredici emosional çalar gətirmək daha səmə-

rəli ola bilərdi. Bunun yolu isə, təbii ki, sənət meydanından 

keçirdi. Elə buna görə  də çox keçmədən xanəgah icmalarının 

bir çoxunda musiqi (səma), rəqs, xüsusilə də şeirlərdənilahi 

və  nəfəs kimi poetik nümunələrdən istifadə olunmağa 

başlanıldı. Təsəvvüflə  sənətin bu ilkin çulğaşmasından sonra 

zaman-zaman xanəgah və sufi icmalarından kənar məkanlar, 

məqamlar, dinləyicilər və oxucular üçün də  həmin ideyaları 

təlqin və  təbliğ edən poeziya örnəkləri yarandı. Bunların kə-

miyyəti artıb kütləviləşdi və  nəhayət, bədii  ədəbiyyatın ayrıca 

bir qoluna çevrildi. 

 

58



İkinci tərəfdən, sufilər və ariflər islam peyğəmbərinin «Al-

lah gözəldir və gözəlliyi sevər»  hədisini bir həyat və  fəaliyyət 

şüarına çevirmişdilər. Onlar xanəgahları gözəl şəkildə bəzəyir, 

gözəl geyinir, gözəl danışmağa və davranmağa çalışırdılar. Bu 

isə xanəgah həyatına bir bədii-estetik ruh aşılayırdı. Gözəl mu-



siqi,  rəqs  və  şeir isə bu fəaliyyəti bədii-estetik yönümdə ta-

mamlayırdı. 

Üçüncüsü isə, təsəvvüfün işlədiyi məslək və  məram, ide-

yalar, salikin və arifin keçirdiyi batini duyğular, irfani təfəkkür 

tərzi, buradakı zəngin obrazlar, rəmzlər, Tanrı-bəndə, bəndə və 

eşq münasibətləri və s. poeziya üçün zəngin material verirdi. 

Elə buna görə  də  bəşər tarixində heç bir dini-fəlsəfi inanc 

sistemi bədii 

ədəbiyyatla təsəvvüf qədər qaynayıb 

qovuşmamışdır. 

Təriqət ədəbiyyatını yaradanların özləri də mənsubiyyətinə 

görə müxtəlifdir. Onların bir qismi bilavasitə  təriqət 

başçılarıdır. Məsələn, 

Ə.Yəsəvi (yəsəvilik), 

C.Rumi 

(mövləvilik) və S.Ərdəbili (səfəviyyə) kimi. Bəziləri isə ayrıca 

təriqət yaratmasalar da, müəyyən təriqətin üzvü, hətta  şeyx 

olmuşlar. Məsələn, İ.Həsənoğlu, M.ƏvhədiŞ.İ.Xətai və s. ki-

mi. Üçüncü bir qism şairlər isə konkret olaraq hər hansı bir 

təriqətə  mənsub olmamış, lakin yaradıcılıqlarında təsəvvüf və 

irfan ideyalarını bu və ya digər dərəcədə  əks etdirmiş, onun 

obraz və rəmzlərindən bəhrələnmişlər. Məsələn, M.Füzuli kimi. 

Burada bir cəhəti də  nəzərə almaq lazımdır. Təriqət  əhli 

müəyyən təriqətə mənsub olmayan şairləri heç vaxt özlərindən 

saymamış, kənar şairləri özlərininkindən fərqləndirməkdən ötrü 

öz şairlərinə «aşiq» və ya «aşıq» adı vermişlər. 



 

2. Hürufizm 

 

Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi və ədəbi-mə-



dəni gerçəkliyində sufizmdən sonra öz əksini tapan ikinci bir 

təriqət cərəyanı da hürufilikdir. Doğrudur, sufizm ideyaları 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə