Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 

27

Əgər insan heçliyi, çirkinliyi və pisliyi özündən yox etsə, onda 



yalnız ilahi sifətlər qalar. 

Ümumiyyətlə, xilqətdə Allaha ən yaxın olan və  ən  şərəfli 

məxluq insandır. Quran ayələrində Allahın  «Biz ona şah 

damarlarından da yaxınıq»  («Qaf», ayə 16) deyə insanı 

nəzərdə tutması da bunu sübut edir. İnsanın  ərəbcə  «ənəs» 

sözündən olub «göz bəbəyi» mənasını ifadə etdiyi də  təsbit 

olunur. Təbii ki, burada Haqqın insana «göz bəbəyi» qədər 

önəm verməsi diqqəti cəlb edir. Deyildiyi kimi, insanda ilahi 

varlıqla (ruh) maddi varlığa (cism) xas keyfiyyətlər qovuşuq 

şəkildədir.  İnsan hətta bir xilqət kimi mələklərdən belə 

üstündür. Çünki mələklərdə Haqqın yalnız camal sifətləri

insanda isə  həm camal, həm də  cəlal sifətləri cəmləşmişdir. 

Allah özünəməxsus bir çox ali keyfiyyətləri  insana əta etmiş, 

onu özünəbənzər bicimdə  xəlq etmişdir. Buna görə  də Allah 

«nüsxeyi-kəbir» («böyük nüsxə»), insan isə  «nüsxeyi-səğir» 

(«kiçik nüsxə»)  hesab olunur. Bütün xilqət də insana xatir və 

insan naminə yaradılmışdır. Yaradılış nizamının özü də ilahi-

bəşəri cövhərdən başlayıb bəşərdə bitir. Belə ki, əvvəlcə  də 

deyildiyi kimi, ədəm (heçlik) Aləmi bərqərar ikən ilk yaradılış 

nuri-Məhəmmədlə  (əqli-küll) başladı. Məhəmməd peyğəmbər 

isə ilahi xislətlə yanaşı, həm də bəşəri sifətlərə malikdir. Yəni 

həm də  bəşər övladıdır. Allahın Həzrəti Məhəmmədə (s.) 

xitabən dediyi belə bir hədisi-şərif isə aləmlərin islam 

peyğəmbərinə, son nəticədə insana görə yaradıldığını göstərir: 

«Əgər sən olmasaydın, fələkləri yaratmazdım». 

Tanrıya məxsus  ilahi  əmanətlərin daşıyıcısı da insandır. 

Halbuki həmin  əmanət insandan daha əvvəl göylərə, yerə  və 

dağlara təklif olunmuş və bunlar qorxudan həmin əmanəti gö-

türməkdən imtina etmişdir.  İnsan isə  əmanəti qəbul etmişdir. 

Quranın  «Əl-Əhzab» surəsinin 72-ci ayəsində deyilir: «Biz 



əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) 

göylərə, yerə  və dağlara təklif etdik. Onlar onu götürməkdən 

qorxub çəkindilər. Çox zalım və çox cahil olan insan isə onu 

 

28



götürdü».  İlahi  əmanət dedikdə, Allaha itaət, ibadət,  şəriət 

hökmlərini yerinə yetirməklə yanaşı, ağıl, idrak, düşüncə, Haq-

dan ayrılıq dərdi, vüsal həsrəti, eşq yükü və s. də  nəzərdə 

tutulur. 

İnsanın Tanrını tanıma və ona tapınma məqamı bəşəri ruh-

ların ilkin yaradılış günü ilə üst-üstə düşür.  İnsanın cismani 

yaradılışından çox-çox öncə baş verən bu yaradılış günü «ruzi-

ələst» və ya «ruzi-əzəl» adlanır. 

Həmin gün Allah çox-çox sonralar yer üzünə enib cismani 

bədənlə qovuşacaq bu intəhasız sayda ruhları  cəm edib 

onlardan soruşmuşdu:  «Mən sizin rəbbiniz deyiləmmi?» 



(«Ələsti rəbbiküm?»)  və onda ruhlar  cavab vermişdi:  «Bəli, 

Rəbbimizsən» («Qalu: bəli»). Quranın «Əraf» surəsinin 172-ci 

ayəsində xatırlanan bu məclis «bəzəmi-əzəl», həmin sual-cavab 

isə Tanrı ilə  bəndə arasındakı ilk müqəddəs  misaq, yəni  əhd-

peyman hesab olunur. 

Bəşər övladı Haqqın yer üzündəki xəlifəsi və eyni zamanda 

məxluqatın  ən  gözəlidir.   Onun gözəl bir biçimdə yaranması 

hətta Quranda da xüsusi olaraq vurğulanır: «Biz insanı ən gözəl 



biçimdə yaratdıq»  («Ət-Tin», ayə 4). Bu gözəllik həm zahiri, 

həm də batini aləmi özündə ehtiva edir, yəni insan həm surət, 

həm də daxili-mənəvi baxımdan gözəl yaradılmışdır. Haqqın ən 

gözəl mənəvi keyfiyyətləri ruh, ağıl, düşüncə, nitq və s. də 

məhz yalnız insana bəxş orlunmuşdur. Kamil insan, başqa 

sözlə, vücudun ehtiraslarını  tərk edib mənən tam kamilliyə 

qovuşmuş insan əslində Haqq zərrəsinin timsalıdır. 

Kamil insanın fiziki varlığını atıb yalnız ruhi varlığını 

tutsaq, Allahın bir zərrəsi, son nəticədə Haqqın özü qalmış olar. 

Həllac Mənsurun  «ənəlhəq»  şüarını sonrakı dövrün sufi 

şeyxləri və irfan sahibləri məhz bu mənada təfsir etmişlər. 

Onu da nəzərə almaq lazımdır ki, xilqətin  ən gözəl 

məxluqu insan olsa da, ümumiyyətlə, yaradılışda və 

yaradılmışlarda heç bir nöqsan, kəsir yoxdur və ola da bilməz. 

Çünki M.Şəbüstərinin təsəvvüfə dair dəyərli poetik nümunə 



 

29

olan «Gülşəni-raz» əsərində israr etdiyi kimi: «Yaxşıdan hər nə 



sadir oldusa, yaxşıdır» («Ze niku hər çe sader gəşt, nikust»). 

Yəni Allah gözəl olduğu üçün onun yaratdığı heç nə nöqsanlı 

və gözəllikdən uzaq ola bilməz. İmam Qəzali məxluqatın ideal 

gözəlliyi və nizamı barədə daha qəti hökm verirdi: «Hər şey elə 



yaranmışdı ki, ondan yaxşı ola bilməzdi. Bütün ağıllar toplaşıb 

nə  qədər yaxşı  və gözəl düşünsələr də, bundan gözəl yarada 

bilməzlər. Dünyada hər nə ya-ranıbsa hikmət və  ədalətlə 

yaranıb, bundan kamil yaranış mümkün deyildir». 

Vəhdəti-vücud. Sufizmdə  vəhdəti-vücud nəzəriyyəsinin 

xüsusi rolu və tutumu vardır. Təsəvvüf və irfan əslində özünün 

təkamül və yüksəliş tarixində bu nəzəriyyə ilə zirvəyə  və 

kamala çatır, bütöv, yetkin və sistemli təlim halına gəlir. 

Vəhdəti-vücud nəzəriyyəsinin yarıdıcısı XII-XIII əsrlərin 

hüdudlarında  İspaniyada yaşamış  və  «Şeyxü-əkbər» («Böyük 

şeyx») ləqəbi almış  Mühyəddin ibn Ərəbidir  (1165-1240). 

Doğrudur, İbn Ərəbiyə qədər də bu nəzəriyyə ilə əlaqəli müəy-

yən fikirlər söylənilmiş, mülahizələr irəli sürülmüşdü. Ancaq 

onu sistemli və mükəmməl bir təlim halına gətirən, vəhdəti-

vücudun tövhidə zidd olmadığını,  əksinə bunların uzlaşan və 

üst-üstə düşən müddəalar olduğunu əsaslandıran, islam dünya-

sında dini-fəlsəfi inanca daxil və  qəbul etdirən  İbn  Ərəbi ol-

muşdur. O, öz ideyalarını «Fütuhati-Məkkiyyə», «Füsusül-

hikəm» və s. əsərlərində, risalə və şərhlərində vermişdir. 

Məlumdur ki, islam monoteist, yəni təkallahlılıq dini olub 

tövhid prinsipinə əsaslanır. Tövhid  isə ilahi varlığın təkliyini, 

vahidliyini, şəriksiz, yeganə, əzəli və əbədi reallıq olduğunu is-

rar və  qəbul edir. Vəhdəti-vücud nəzəriyyəsinə görə  də bütün 

maddi və mənəvi gerçəkliyi özündə ehtiva edən tək bir varlıq 

vardır. Quranda da Allahın hər şeyi özündə ehtiva etdiyi təsbit 

olunur və  vəhdəti-vücud təlimi üçün mötəbər qaynaq və  çıxış 

nöqtəsi də həmin ayələrdir. Məsələn, «Ən-Nisa» surəsinin 127-

ci ayəsində deyilir: «Göylərdə və yerdə nə varsa, hamısı Allaha 



məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir». 

 

30



Vəhdəti-vücud vücudun birliyi, vəhdəti, bütövlüyü anla-

mındadır. Bu nəzəriyyəyə görə daimi və mütləq olan yeganə bir 

həqiqət vardır. Bu əbədi reallıqdır. Yaradılmayıb və 

yaradılmaq, yəni xilqət xassəsinə malik deyil. Daimi mövcud 

olan həmin varlıq Haqqın özünün zatıdır ki, dərkolunmazdır. 

İbtidası və intəhası olmayan Allah zatı mənəvi və maddi aləmin 

əsasında dayanan vahid həqiqətdir. Həm də bu təklik və 

vahidlik ədədlə, rəqəmlə ifadə oluna bilən fiziki vahidlik anla-

mında yox, ədədlə ifadə oluna bilməyən bütöv və dərkolunmaz 

ilahi həqiqət anlamındadır. Həmin varlığa vacibül-vücud,  yəni 



vacib varlıq  və yaxud vücudü-küll  də deyilir. Çünki onun 

varlığı mütləq və heç nədən asılı olmayaraq vacib şəkildə 

mövcuddur. 

Bununla belə, kainatda sonsuz sayda maddi varlıqlar, cism-

lər, əşyalar da mövcuddur ki, insan da bu cismani varlıqlar sıra-

sındadır. Vəhdəti-vücud təliminə görə sonsuz sayda bu maddi 

varlıq və cismlər Tanrı zatının təcəllisindən yaranmışdır. Yəni 

gördüyümüz hər şey Allah vücudunun müxtəlif görkəm, forma 

və rənglərdəki görünüşlərindən ibarətdir. Haqdan qeyri nə var-

sa, bütün masiva (Haqdan qeyri nə varsa) Haqqın zat və sifətlə-

rinin təcəllisi, başqa sözlə, onun çeşidli cismani varlıqlar  şək-

lində  təzahüründən ibarətdir. S.Ə.Şirvani bir şeirində bu 

mətləbi belə ifadə edirdi: 

 

Bəhri-vəhdət mövc edib, dışra dağıldı qətrələr, 

Oldular ol qətrələrdən dürri-lala müxtəlif. 

 

Başqa sözlə, Allah özünün sonsuz sayda ad və sifətlərini  



əşyalar şəklində təzahür etdirmişdir. Maddi gerçəklikdəki bütün 

cismlər Haqqın ad və sifətlərinin təcəssümü və məzhəridir. Yə-

ni kainatdakı bütün qətrə  və  zərrələrdə ilahi ünsür vardır və 

bunlar ilahi varlığın bir parçasıdır. Elə buna görə də hər zərrə 

və qətrə «ənəllah» («mən allaham») söyləyir: 

 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə