Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

 

23

məntiqinə söykənirlər. Ancaq onlar ayə və hədisləri öz məntiq-



lərinə uyğun, öz qənaətlərinin gerçəkliyinə müvafiq şəkildə 

izah edirlər. 

Quranda Allah dərgahında ilahi bir hikmət kitabının olduğu 

dəfələrlə vurğulanır.  «Lövhi-məhfuz» («mühafizə olunan löv-

hə») adlanan bu ilahi kitab «Ümmül-kitab» («kitabların 

anası») hesab olunur. Quran ayələrində bir neçə yerdə 

xatırladılır ki: «Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir 

gizli  şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) 

olmasın»  («Ən-nəml», ayə 75). Qurana görə, kainatda və yer 

üzündə  hər  şey, baş verəcək hadisə  və gedişatlar, bütün 

olmuşlar və olacaqlar, hətta insan taleləri də, lövhi-məfhuzda 

yazılıb. Quran da bu ilahi kitabda mövcuddur, yəni Quran da 

onun bir hissəsidir. Klassik sənətkarlamızın  əsərlərində lövhi-

məhfuz, Ümmül-kitab tez-tez xatırlanır. 

Təsəvvüf və irfan ideoloqlarının həm  varlıq – kosmoloji, 

həm də  yaradılış – kosmoqonik sistem barədə özünəməxsus 

düşüncə  tərzi vardır. Doğrudur, onlar da öz prinsiplərində 

Quran ayələrindən qaynaqlanır və tövhid baxışına əsaslanırlar. 

Bununla belə, onların varlıq və yaradılış nizamı barədə görüş 

və izahatları islam ilahiyyatçılarının qənaətləri ilə üst-üstə 

düşmür. 

Təsəvvüfdə varlıq aləmi iki yerə – mənəvi və maddi aləm-

lərə bölünsə  də, bu dual, yəni ikili qurumun nizamı daxilində 

varlıq aləmi bir neçə mərtəbəyə və mərhələyə ayrılır. Bu mərtə-

bələr ilahi varlığın – Allahın özündən maddi varlığın yekunu 

olan insana qədər müəyyən nizama söykənən düzümü əhatə 

edir.  Əlbəttə, bu məsələ ilə bağlı irfan şeyxlərinin və  təfsirçi-

lərinin baxış və şərhlərində fərqli cəhətlər mövcud olsa da, bu 

baxışların ən ümumi və tipoloji yekunu belə bir prinsipə əsasla-

nır. Yəni varlıq nizamının mərtəbələri belə bir düzümə 

malikdir:  Aləmi-şəhadət_(mülk_Aləmi).'>Aləmi-lahut – Aləmi-qeyb – Aləmi-cəbərut – 

Aləmi-mələküt – Aləmi-şəhadət (mülk Aləmi). 

 

24



Aləmi-lahut (lahut aləmi) - Allah substansiyasının mövcud 

olduğu mütləq həqiqət aləmidir. Bu ilahi varlığın öz zatından 

ibarət  əhədiyyət mərtəbəsidir ki, dərki mümkün deyil. Bütün 

sonrakı varlıq və aləmlərin başlanğıcı, səbəbi və idarəedicisidir. 

Mütləq xaliqdir və hər şeyin – həm sonrakı mənəvi, həm də cis-

mani reallıqların varlığı ona bağlıdır. Onun «kon» («ol») əmri 

və ilkin təcəllisi ilə sonrakı aləmlər qərarlaşmışdır. Həmin ilkin 

təcəllidən Aləmi-qeyb, Aləmi-cəbərut və Aləmi-mələküt hüsulə 

gəlmişdir. Bu aləmlər də idraki, əqli və hissi yolla, məntiq və 

zahiri sübutlarla anlaşılmayan vəhdət aləmidir. Lövhi-məhfuz, 

külli-əql, Allahın ad və sifətlərinin sabit surətləri Qeyb aləmin-

, bütün ruhlar, külli-nəfs və s. isə Cəbərut və Mələküt  alə-

mində yerləşirlər. Misal aləmi də adlanan bu aləmdə yerləşən 

ruhlar aləmini daxili bəsirət gözü və nurlu batini duyumla gör-

mək olar. 

Deyildiyi kimi, bu üç aləm məna aləmidir. Surətə, formaya 

və  rəngə malik deyildir. Sonuncu aləm – Aləmi-şəhadət isə 

mülk aləmi, yəni maddi dünyadır. Bu kəsrət, yəni çoxluq alə-

midir. Maddi xilqət, çoxlu sayda cismani əşya və varlıqlar bu 

aləmdə  təzahür edir. Onlar müəyyən  şəklə, rəngə, həcmə  və 

formaya malikdir. Zaman və  məkan, cəhətlər də ancaq bu 

aləmə xasdır. 

Təsəvvüfdə kosmoloji düzümdə son mərhələni təşkil edən 

maddi varlıq özü də iki pilləli quruma malikdir: 1.Ülvi aləm; 

2.Süfli aləm. 

Bütün göy aləmi,  ərş, kürsi, fələklər, ulduzlar, sidrətül-

müntəha və s. ülvi aləmə daxildir. Dörd ünsür, mədənat (cansız 

varlıqlar, mədənlər), nəbatat (bitkilər) və heyvanat isə süfli 

(aşağı) aləmi təşkil edir. İnsan da süfli aləmdə qərar tutub. Ülvi 

aləm daha uca, ali, süfli Aləm isə aşağı mərtəbə hesab olunur. 

Yaradılış nizamına gəldikdə islam teoloqlarının rəyinə 

görə, Allah istər bütün mənəvi, ruhani, istərsə  də cismani, 

maddi varlıqları yoxdan xəlq edib. Yəni külli xilqət Tanrının 

bir «kon» əmri ilə  xəlq olunub. Quranda da bir neçə ayədə 




 

25

Allahın varlığı yoxdan yaratması barədə  işarə  və  bəyanlar 



vardır. Məsələn:  «O göyləri və yeri (yoxdan) var edəndir» 

(«Əl-ənam», ayə 101). «O, insanları (məxluqu) yoxdan yaradır, 

sonra iman gətirib yaxşı  işlər görənləri  ədalətlə mükafat-

landırmaq üçün (qiyamət günü) yenidən dirildir» («Yunus», ayə 

4). 

Quranın bu tipli ayələrinin şərhinə bir qədər başqa baxışla 

yanaşan təsəvvüfçülərin kosmoqonik təlimində isə yaradılış 

gerçəkliyi məxsusi şəkildə izah olunur. Bu təlimə görə yoxdan 

heç nə var ola bilməz, yəni Tanrı bütün mənəvi və maddi 

xilqəti yoxdan deyil, mövcud olan varlıqdan yaratmışdır. Əzəli 

və  əbədi olan həmin varlıq isə ilahi substansiyanın özüdür. 

Yəni Allah xilqəti öz zatından yaratmışdır. Daha doğrusu və 

dəqiqi bütün xilqət Tanrı substansiyasının təcəlləsi nəticəsində 

zühur etmişdir.  İlahi zatın ilkin təcəllisi ruhi, sonrakı  təcəllisi 

isə cismani varlığın təzahürünə  səbəb olmuşdur. Həm də bu 

təcəlli, həqiqətən də, Tanrının «kon» əmri ilə, yəni sözlə 

gerçəkləşmişdir. 

Təsəvvüfdə yaradılış nizamı belə verilir: Allah – Söz – 



Külli-əql – Külli-nəfs – maddi varlıq (və insan). Allah mütləq 

xaliq və hökm sahibidir. Varlığı yaratmaq istəyi ilə ilk olaraq 

söz (əmr) demiş və özünü söz şəklində təcəlli etdirmişdir. Hə-

min əmrdən sonra yaranan ilkin xilqət Əqli-külldür. Əqli-küll 

dedikdə, təsəvvüf və irfanda Məhəmməd (s.) peyğəmbərin nuru 

nəzərdə tutulur. Bu ilkin əql və Tanrıdan sonrakı  həqiqətdir. 

Göstərilən məsələdə təsəvvüfçülər müəyyən hədislərə də isnad 

edirlər. Məsələn, Məhəmməd (s.) peyğəmbərin dilindən deyilən 

bu cür hədislər məşhurdur:  «Biz ilk sonuncularıq»  və yaxud

«Adəm su ilə palçıq arasında ikən mən nəbi idim». Başqa bir 

hədisdə isə Allahın varlığı islam peyğəmbərinə xatir yaratdığı 

vurğulanır: «Əgər sən olmasaydın, fələkləri yaratmazdıq». 

Yaradılış nizamında külli-əqldən sonra külli-nəfs, bütün 

nəfslərin cəmi, ümumi nəfs, göylər səltənəti, kainatdakı başqa 

mövcudluqlar, nəhayət, dörd ünsür və bu dörd ünsürdən ibarət 

 

26

yer kürəsi yaradılır. Yer kürəsində isə ardıcıllıqla üç mövlud – 



cansız varlıqlar (mədənat), bitki (nəbatat) və heyvanat 

qərarlaşır. Kosmoqonik sistemin son xilqəti insandır və insanla 

bu sistem sona çatır.  İnsan öz xisləti etibarilə ikili xassəyə – 

həm ilahi, həm də maddi keyfiyyətə malikdir. Onun ruhu ilahi, 

cismi isə maddi varlığın məzhəridir. 

Bəs yaradılışa səbəb nədir? Allah-taala məxluqatı hansı 

məqsədlə  xəlq etmişdir? Hədis və Quran ayələrində bu suala 

cavab tapmaq mümkündür. 

Tanrı əzəli, əbədi və mütləq varlıq kimi mövcud idi. Tanrı 

substansiyasından başqa heç nə mövcud deyildi. Ədəm 

(yoxluq, heçlik) aləmi hökm sürürdü. Allah gizli və yalnız idi. 

Gizli və yalnız olan bu zat həm də mütləq gözəlliyə  və yax-

şılığa malikdir. Yəni  mövcudluqgözəllik və yaxşılıq Haqqın 

ali və  dəyişməz xislətidir. Lakin bu mövcudluğu duyacaq bir 

qəlb, sevəcək bir könül, bu gözəlliyi görəcək bir göz, bu 

yaxşılığı anlayacaq başqa bir varlıq yox idi. Allah-taala öz 

gözəlliyini görəcək gözə, mövcudluğunu duyacaq qəlbə, 

yaxşılığını anlayacaq varlığa və onu sevəcək könülə ehtiyac 

hiss etdi. Yalnızlıqdan qurtarıb özünü aşkara çıxarmaq istədi. 

Buna görə  də xilqəti xəlq etdi. Yəni o, həm Quranda, həm də 

klassik  ədəbiyyatda tez-tez təkrarlanan ifadə ilə desək,  «gizli 

bir xəzinə» («küntü-kənzə» - farsca «gənci-nihan») idi, özünü 

təzahür etdirmək ehtiyacı duydu və başqa varlıqları, o 

cümlədən insani yaratdı. Bu məsələ ilə  əlaqədar Həzrəti Mə-

həmmədin (s.) dilindən belə bir hədis danışılır: «Bir dəfə Davud 



peyğəmbər Allah-taaladan xilqəti nə üçün yaratdığını 

soruşmuşdu. Allah isə  həmin sorğunu belə cavablandırmışdı: 

«Mən gizli bir xəzinə («küntü kənzə») idim. İstədim ki, tanınım. 

Məxluqatı yaratdım». Varlıq, gözəllik və yaxşılıq Haqqın 

sifətləri olduğu kimi heçlik, çirkinlik və pislik də mövcuddur 

ki, bunlar da Allahın sifətlərini tanımaq üçün olan keçici 

şeylərdir. İnsanda isə bu sifətlərin hamısı birdən cəmlənmişdir. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə