Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

 

11

cəhətlər islam təsəvvüfü və irfanla bənzərlik təşkil edir. Hətta 



bəzən üst-üstə düşən nöqtələr də yox deyildir.

1

 



Məsələn, «şaman təlimində ruhlarla ünsiyyət, ruhların şüa 

ilə yerə enməsi və yenidən öz əslinə qovuşması, rəqs və  səma 

məclisi kimi tipoloji hallar təsəvvüf və irfanla qismən uzlaşan 

amillərdir».

2

 



Zərdüştilikdəki kamil insan, xeyir-şər qarşılaşması, Tanrı 

ilə ünsiyyət,  hind mistikasında   Nirvana, zöhd, nəfslə 

mücadilə  və onun vəsvəsəsindən qurtuluş, brəhmənizmdəki 

vəhdət və batini mərifətlə ona çatmaq ideyası,  yəhudi misti-



kasında maddi varlıqdan çəkinmə, Allahla ünsiyyət və onun 

vüsalına yetmə, batini nurlanma və s., platonizmdəki varlığın 

təkliyi, vəhdəti və Allahdan ibarət olması, «ölmək yaşamaqdır» 

ideyası, yaradılış sisteminin vahid həqiqətdən başlayıb külli-

ağıl, külli-nəsf, ilkin materiya və  nəhayət, maddi dünya 

şəklindəki düzümü, mütləq varlığı tam dərk etməyin qeyri-

mümkünlüyü və s., xristianlıqda zahidlik, xəlvətə  çəkilmək, 

məhəbbət və bu kimi bir sıra tipoloji oxşarlıqlar təsəvvüf və 

irfanla uzlaşan, onda özünü göstərən cəhət və əlamətlərdir. 

Lakin təsəvvüf və irfanın adı çəkilən din və fəlsəfi sistem-

lərlə bağlılığı, onlardan qaynaqlanması, rişələnməsi barədə yek-

dil fikir yoxdur və bu fikirləri iki istiqamətdə qruplaşdırmaq 

olar: bəziləri sufizmin nə  qədər Quran və islam hadisəsi olsa 

da, adı  çəkilən və  həmçinin bəzi başqa din və  fəlsəfi 

görüşlərdən də qaynaqlandığını iddia edir və bunu 

əsaslandırmağa çalışır; ikinci qrup təfsirçilər və fikir sahibləri 

isə təsəvvüf və irfanın Quran və islami dəyərlərdən başqa heç 

bir din və fəlsəfi, əxlaqi görüşlə bağlı olmadığını, onlardan heç 

nəyi  əxz etmədiyini iddia edir,  təsəvvüf və irfanın həmin din 

və fəlsəfi, əxlaqi görüşlərlə uzlaşan cəhətlərinin səbəblərini isə 

                  

 

1



  Bu  barədə  ətraflı  məlumat  üçün  bax:  Göyüşov

 

N.,  Quran  və 

irfan  işığında. «İqtisad  Universiteti»  nəşriyyatı,  B., 2004, 

səh.49-68. 

2

 Yenə orada, səh.56. 

 

12

bəşəriyyətin mədəni, mənəvi-əxlaqi inkişafında bir-biri ilə heç 



bir əlaqəsi olmayan xalqlarda, toplumlarda özünü büruzə verən, 

insan övladına aid ümumi bədii, estetik, etik, dini fəlsəfi, həyati 

və s. tipoloji düşüncə  tərzində, oxşar baxışlarda və 

təsəvvürlərdə axtarırlar. Sufizmi isə  sırf Quran və islam 

hadisəsi kimi dəyərləndirirlər. 

Yuxarıda deyildiyi kimi, daha çox təsbitləşmiş anlama görə 

«suf» yun və ya qaba yundan hazırlanmış paltar, «sufi» isə hə-

min paltarı geyinənə deyilmişdir. Ancaq zaman keçdikcə bu 

istilahın məna tutumu daha da genişlənmişdir. Artıq irfani 

əqidə daşıyıcılarına «sufi» deməyə başlamışlar və bu ad daha 

geniş coğrafi əraziyə yayılmağa üz tutmuşdur. 

Quran kimi müqəddəs və kamil səmavi kitabı, doğru-

dürüst hökmləri, qanun-qaydaları, əxlaq və davranış normaları 

olan mükəmməl bir dinin çərçivəsində  təsəvvüf kimi yeni, 

əhatəli, böyük şaxələri olan bir dini-fəlsəfi cərəyanın yaranma 

səbəbi  nə ilə bağlıdır? Bunu mümkün və  zəruri edən amillər 

hansılar oldu? Əlbəttə, bu geniş mövzudur. Biz isə mövzu ilə 

əlaqədar olduğuna görə  yığcam  şəkildə bu problemə 

toxunmaqla kifayətlənməyi lazım bilirik. 

Məhəmməd (s.) peyğəmbərin zamanında islami 

cəmiyyətdə ideal bir ədalət, bərabərlik və qardaşlıq prinsipi 

hakim idi. Həmin prinsip icma başçısından tutmuş  aşağıya 

doğru ideal bir nizamla həyata keçirilirdi. Sonrakı dörd mötəbər 

xəlifənin ruhani-dünyəvi başçılığı dövründə də deyilən prinsip, 

əsasən, gözlənildi. Doğrudur,  nübüvvətdən xilafətə keçid 

müəyyən pillə  aşağıya doğru eniş idi, amma hər halda sadə 

həyat tərzi və  ədalət nizamı pozulmamışdı. Lakin Əməvilərin, 

daha sonra isə Abbasilərin hakimiyyəti dövründə xilafət 

səltənətə, mənəvi-ruhani cəmiyyət dünyəvi cəmiyyətə çevrildi. 

Həm də bu işin təşkili dövlət və rəhbərlər səviyyəsində həyata 

keçirildi. Bəzi riyakar və zahirpərəst ruhanilər də göstərilən 

ədalətsizliyə gizli və  aşkar  şəkildə  bəraət qazandırmağa 

başladılar.  Tanrı  cəmiyyəti mənfəətpərəstlik cəmiyyəti ilə, 




 

13

Tanrı sevgisi sərvət    mənsəb sevgisi ilə  əvəz olundu. 

Şöhrət, rəyasət, dəbdəbəli həyat, maddi zənginlik ixtiyarlı 

təbəqənin qanuni don geyindirdiyi yaşayış normasına çevrildi. 

Ədalətsizlik qərarlaşdı və bu, dünyəvi, bəzən hətta dini başçılar 

səviyyəsində müdafiə olundu, hər bir müsəlmanın bir-biri ilə 

qardaşlığı  və  bərabərliyi prisnipi təbəqələşmə, «sərvətin və 

vəzifən çoxdur, demək, ixtiyarın da çoxdur» – prinsipi ilə əvəz 

olundu. Sufizm məhz həmin dünyapərəstliyə, mənfəətgirliyə, 

sərvətpərəstliyə, haqqı atıb dünyanı tutmağa qarşı dinc etiraz 

forması kimi təzahür edib intişar tapdı. 

Sufizmin bir etiqad və düşüncə  tərzi kimi özünəqədərki 

başqa din və fəlsəfi görüşlərlə bağlılığı və oxşarlığı olsa da, o, 

islam dininin bətnindən doğulmuş, mühüm bir islam hadisəsi 

kimi nəşət etmişdi. Doğrudan da, onun əsas qaynaqları  məhz 

islami cəmiyyətin atributlarıdır. Quran, Məhəmməd (s.) 

peyğəmbərlə əlaqəli sünnə və hədislər, səhabələrin kəlamları və 

davranış normaları,  əhli-beytin sadə  həyat tərzi, zöhd, təqva, 

təvəkkül, ixlas, şəriət qaydalarına dürüst əməl etmək, Tanrı eşqi 

ilə yaşamaq, nəfslə mübarizə və s. təsəvvüfün ilkin qaynaqları 

sırasındadır. 

Əməli cəhətdən sufi həyatı yaşayan ilk dərvişlərdən Həsən 



Bəsrinin (?-728) adı daha çox məşhurdur. «Əs-sufi» ləqəbinin 

işlədilməsi isə bir qədər sonraya aiddir. Belə bir ləqəblə tanınan 

ilk şəxsiyyətlər kimi kufəli Əbu Haşimin və asketik həyat tərzi 

və əqidəsi olan kimyagər Cabir ibn Həyyanın adı çəkilir. VIII 

əsrin ikinci yarısında yaşamış hər iki mütəsəvvüf kufəlidir. De-

məli, «əs-sufi» ləqəbi ilk dəfə Kufədə işlədilmişdir. 

Əməli fəaliyyət, mənəvi və fiziki yaşam tərzi olan təsəvvü-

fün fəlsəfə ilə qaynayıb qovuşması da sonrakı  əsrlərə  təsadüf 

edir. Həm də belə bir proses təsəvvüf və ürfanın tarixi təkamü-

lündə, onun əməli və nəzəri cəhətdən yetkin, bitkin bir təlim ki-

mi formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. 

İslam dininin gəlişi qədim din, mədəniyyət və  fəlsəfi 

görüşləri öyrənməyə  də marağı artırdı. Hətta xəlifə  Əl-

 

14



Mütəvəkkilin zamanında Bağdadda  tərcümə  məktəbi də 

yaradıldı. Yunan və başqa dillərdən çoxlu əsərlər tərcümə 

edildi.  Razi (?-932), Farabi (870-950), İbn  Sina (980-1037) 

və s. kimi universal zəka sahibləri həm qədim  şərq və yunan 

fəlsəfəsini, həm də Quranı  və islam qaydalarını  dərindən 

mənimsəyərək və bunları sintez edərək fəlsəfə sahəsində böyük 

yeniliklərə nail oldular. Fəlsəfi fikrin fundamental şəkildə islam 

dünyasına daxil omlası təsəvvüf və irfanın da əməli yüksəlişinə 

və  nəzəri konsepsiyasının mükəmməl  şəkildə  işlənib 

hazırlanmasına rəvac verdi. 

Zaman-zaman yetişən qüdrətli elm, irfan, iman, fəzilət və 

zəka sahibləri təsəvvüfün təkamülünə, elmi-nəzəri konsepsiya-

nın işlənib hazırlanmasına, onun dini-fəlsəfi sistem halına düş-

məsinə öz töhfələrini verdilər. Bu işi görən çoxsaylı şəxsiyyət-

lər içərisində  Zünnun-əl-Misri  (?-854),  Bəyazid Bistami (?-

874),  Həllac Hüseyn ibn Mənsur  (858-922), Cüneyd 



Bağdadi  (

≈820-910),  Əbülqasım Quşeyri  (?- 1072), Əbu 



Hamid Qəzali (1059-1111), Mühyəddin ibn Ərəbi  (1165-

1270),  Mövlana Cəlaləddin Rumi (1207-1273)  və 

başqalarının xidmətləri daha böyükdür. 

Zünnun-əl-Misri tanınmış sufi qadın Rəbiə  Ədəviyyə 

tərəfindən irəli sürülən «Haqqa təmənnasız xidmət və ixlas» 

(səmimi, sədaqətli sevgi və qulluq) ideyasını daha da 

dərinləşdirdi. Haqq sevgisində riyakarlığı  rədd etdi. İlk dəfə 

olaraq adi zahiri elmi ilahi mərifətdən ayırdı. Bu mərifəti 

Tanrıya məhəbbət və batini nurlanma ilə  əlaqələndirdi. Fəna 

barədə ilkin elmi-təsəvvüfi izahat da Zünnun-əl-Misriyə 

məxsusdur. 

Zünnun-əl-Misrinin fəna barədə fikirlərini onun müridi, tə-

səvvüfdə Bağdad məktəbinin  ən görkəmli nümayəndələrindən 

olan Bəyazid Bistami daha da inkişaf etdirdi. O, eşq anlamını 

qabardaraq ona xüsusi önəm verdi: «Mənim paklığım,  şan və 



dərəcəm daha əzəmətlidir» - ideyası da Bistamiyə  məxsusdur 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə