Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə279/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   274   275   276   277   278   279   280   281   282

 

608 


Hərəsi özüçün yaşayıb  dedi : - 

-Mənə dəxli yoxdu, mənə dəyməyin” 

-Tanışım ki, yoxdur, necə eləyim

-Mənim vaxtım yoxdu, nəyimə lazım, 

Pulu olan  biri - nadan, gic çıxdı. 

Eşitmədi böyüyü  pulu dağıtdı, 

Evi alar deyib, arvad almadı, 

Aldatdı, borcunu boynundan atdı, 

Bu ailədə belə, birlik olmadı, 

Mən çox dedim, bilən olmadı, 

Təklikdən də ağır dünyada nə var? 

Güc, həvəs, inkişaf birlikdən doğar! 

Özgələr həyatı  birgə qurdular, 

Bizdə nadanlıq oldu, uzaq oldular. 

Üz - üzə durmuşam, indi gerçəklə, 

Sığınacaq haqda mən düşünürəm

Yad ellərdən kömək, çox gözləyirəm... 

Bu dövlət, cəmiyyət, vəhşi olubdur.... 

Qruplar rəqabətdə, keçib hədləri, 

Kapitalizm hakim, olandan bəri.. 

Güclülər yaşayır, pozub əxlaqı, 

Zəyiflər xərcinə, əzib onları. 

Yeni mədəniyyət, adət yaranır, 

Yeni pozğun əxlaq, davranış gəlir, 

Siniflər yaranır: kasıb, varlılar, 

Burda nə ədalət, nə də düzlük var

Doğulur təzaddan vəhşi cəmiyyət, 

Əxlaqı pozmaqla - edir rəqabət, 

Vecinə deyil, kim, necə yaşayır, 

Birlikdə olanlar yaxşı yaşayır! 

Sosializmdən qaçıb bəxti sınayır, 

Vuruşur insanlar yaşamaq üçün, 

Hakim sinfin xeyrin əvvəl güdməklə, 

O sinfin yazdığı qanun, qərarla, 

Yaşayır ... onlar.... 



31 Yanvar 2008 

---------------- 

Tofhid Müəllim 

 

Müəllimlərdən dərsi aldı, 



Bəşəryətə müəllim oldu. 

Həyat yolu, yaddaşı da, 

Daim ona müəllim oldu. 

 

Hər fikrini, düzü yazdı. 




 

609


Müşküllərin həllin tapdı. 

Qaranlığı yardı açdı, 

Hər bucağa işıq saçdı, 

Tofhid müəllim, nurlu müəllim. 

 

İşığını elmdən aldı, 



Işıqlandı hər təlimdən, 

Öz işığı yüz qat artdı, 

Arta - arta Günəş oldu. 

 

Kifayətdir, bəsdir dedi: 



Biri yeyir, biri baxır, 

Biri qurur, biri tıxır, 

Rüşvət alır, imza atır, 

Şıllaq atır, çırtma çalır, 

Bunun sonu hara axır? 

 

İşsiz, qoydu, hökuməti, 



Şor - çörəyə bəsdir, dedi: 

-Mənim qidam reallıqdır, 

Neynirəm mən  kifunəti. 

 

Açdı, yazdı, araşdırdı, 



Sirrin acdı o rejimin: 

-“Hər bir işi yaman yaşdı... 

Şikəst bitib iç skeleti. 

Kökündədir hər nadanlıq, 

Əzəlini yazandandır, 

Nə əkibdir, o da bitib”. 

 

Sona çatsın bu idarə. 



Xilas olsun hər füqarə. 

Öz ağlının qüvvəsilə, 

Cəmiyyətin qərarılə. 

 

Belə qurdu Tofhid müəllim, 



Gələcəyin qurluşunu. 

İnsanlığa, ədalətə, 

Var ol dedi, alqış dedi. 

Yaratdığı Rasional 



Cəmiyyətin  təlimini, 

Insanlara bəxşiş verdi. 



30 Yanvar 2007 

------------------- 



Xəyanət və yaxşılıq 


 

610 


 

Proloq : 

Bir yad köməyimlə irəli keçdi,. 

Yazdığım kitaba bir rişxənd etdi, 

“Yazma”- deyib, hey yanımdan keçdi, 

Alışdı, paxıllıqdan yandı, göyərdi, 

Qutardım,- “qoymaram  yayasan”- dedi, 

-“Məni  də müəllif  yazmasan ona”. 

**** 


Bir nadan yan aldı, şirin dil tökdü:- 

“Hörmətin var eldə, bu kollektivdə, 

Onlara deginən  mənə səs versin, 

Bir millətik, ona, xidmət edərik”, 

Seçilib sonra hər şeyi  dandı, 

“Nə demək?, mən özüm layiqəm”- dedi. 

**** 

Epiloq:

Xəyanət baş verir, bir yol taparaq

Rahatlanır sonra – nişan alaraq, 

Biri başa  çatır, birin tapdaraq, 

Odur ki, demişlər müdrik insanlar, 

“O şey ki, varındır -qiyməti yoxdur, 

O şey ki  yoxundur -qiyməti vardır”, 

Ailə olsa hamı, hər gün  görünsə, 

Heç bir kəs düşünməz, kim yoxdur orda, 

Öz yaxın qohumun, insan görməsə

Çox darıxar onsuz, axtarar tapsın. 

Səninlə olana qiymət ver,  insan, 

O vaxta ki, onsuz sən qalmamısan, 

Qayğısın onun çək, hörmət et, sev sən, 

Bir gün olmayanda nə edəcəksən? 

**** 


Yaxşılar yaşayır, sevən yar  üçün, 

Yanan qardaş, bacı, dostları  üçün, 

Nadan yaşayır öz  cibi, varıçün, 

Yaxın, yadı soymaq, aldatmaq üçün. 



25 Mart 2008 

-------------------- 



Zaman çönər 

 

Zaman çönər, tarix yeni dövr edər, 

Şair gərək daim zamana baxsın, 

Yaxşı – pis qarışar, insan baş açmaz

Gördüyü hər eybi açsın, ağartsın. 

*** 



 

611


Mənafe toqquşar, güclü baş olar, 

Pul hakim sayılar, insan  çaş qalar, 

Yalan bərk çığırar, düz yalan çıxar, 

Özün itirməsin, xalq ilə dursun. 

*** 

Maddiyyət güc gələr, şair ac qalar, 



Hakimlər qudurar, tərif yazdırar, 

Dövlət şair sözünü də satın alar, 

Ac da olsa şair, xalqla bir olsun. 

*** 


Şairə yaraşmaz vəzifə alsın, 

Dövlətin verdiyi mükafat alsın, 

Haqqı, ədaləti, bir ada satsın, 

Dövlət varlınındır; o, xalqın olsun. 

*** 

Hey dünya fırlanıb irəli getsə



Gah xeyrə, gah şərə; sağ - sola getsə, 

Padşahlar dəyişsə, ölkə  titrəsə, 

Xalqı unutmasın, qabaqda olsun. 

*** 


İküzlü şairə  şair demərəm, 

Düzü  deməyənə şair demərəm, 

Qorxudan susana şair demərəm, 

Gördüyü düzü desin, səmimi olsun. 



26 Mart 2008 

---------------- 



Yalandı bu 

Sən işini sərvaxt tut, həmişə yalandı, bu, 

Rüşvəti vaxtında ver, hələ ki amandı, bu, 

 

Bir klan sorur vətəni, xalqa tutmur üzünü



Bütün əmlak, pul, torpaq, gəlir əlinə keçmiş. 

Zaman keçir ümidsiz, yazıq asır özünü, 

Uzaq  ölkəyə neçə insan  çörəyə getmiş, 

Əlinə dəyənək al, qudurmuş qaplandı bu, 

Şirnisin cibinə sal, get, hələ imkandı bu. 

 

Kəsib məzlum fağırın, hər yandan qabağını, 



Hara çönsən, nə etsən, orda hazır durubdur, 

Sanki quluna deyir: - ver xərci, allam canı, 

Alışıb o müftəyə, hüququ unudubdur. 

Cəhd etmə o söz qansın, anlamaz, nadandı bu, 

Əl çək bu işdən yenə, bir klana zamandı bu. 

 

Fəqirə pay-gəlirdən, torpaqdan, aman yoxdur, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə